Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Maniçilik
Manixeizm və ya Manilik ( bəzən Maniçilik də adlanır) - qnostik dini təlim olub, Mani (216-277) tərəfindən qurulmuşdur. III əsrdə Babildə ortaya çıxmış olan bu təlim bütün dünyada və xüsusilə Şimali Afrikada yayılmışdır. Xristianlıq başda olmaq üzrə; Məzdəkilik, Buddizm və Mesopotamiya dinlərindən bir çox ünsürləri içinə aldığından eyni zamanda sinkretik bir xüsusiyyət daşımaqdadır. Mani, dinini yaymaq üçün biri fars digər altısı süryani dilində olmaq üzərə yeddi kitab və yetmiş risalə yazmış, ayrıca Hindistan başda olmaq üzərə bir çox ölkəyə səyahətlər etmişdir. Manilik ən parlaq dövrünü 8-ci əsrdə Uyğur dövlətinin milli dini olaraq elan edilməsi ilə yaşamışdır. Mani sözü qədim Türk dilində "Mengü" və Çağatay türkcəsində "Tanrı" deməkdir. Manixeist Uyğurlar, ölümdən sonra ruhun bir başqa bədəndə həyatına davam etdiyini ("re-enkarnasiya" və ya "yenidən təcəssüm") qəbul edirdilər. Maniçilik əslində Zərdüşt dualizmi, Babil folkloru, Buddist əxlaq prinsipləri və xristian ünsürlərin qarışığından ibarətdir. Bu tərkibdə öndə gələn anlayış iki əzəli qanunun, yaxşı və pisin münaqişəsidir. Bu baxımdan din tarixi araşdırmaları, Maniçiliyi bir növ dini dualizm (ikiçilik) olaraq qeyd etmişdirlər.
Manilik

Meşəçilik
Meşə təsərrüfatı — istehsal sahəsi: meşələri öyrənmək, qeydiyyata almaq, yeni meşələr salmaq, onları yanğından, xəstəlik və zərərvericilərdən qorumaq, meşələrin qoruyucu və sutəmizləyici funksiyasını saxlamaqla, xalq təsərrüfatının meşə materialına olan tələbatını ödəmək məqsədilə meşələrdən səmərəli istifadə olunmasını təmin edir. Meşə təsərrüfatı meşədən odun, dərman və texniki xammal, yeyinti məhsulları və s. istehsal edir. Meşədən torpaq və suqoruyucu, iqlim saflaşdırıcı, kurortoloji, rekreasiya və s. məqsədlər üçün istifadə olunur. Meşə təsərrüfatının əsas vəzifələrindən biri də meşələrin bərpası və yeni meşəliklər salınmasıdır. == Meşə təsərrüfatının kimyalaşdırılması == Meşə təsərrüfatında kimyəvi vasitələrdən istifadə olunması; Meşə təsərrüfatı kimyalaşdırılması özündə aşağıdakıları cəmləşdirir: meşənin ziyanverici cücülərdən və xəstəliklərdən qorumaq üçün, tingliklərdə və meşə əkinlərində alaq otları ilə mübarizədə pestisidlərin istifadə olunması; tingliklərdə əkin materialının keyfiyyətini, davamlılığını, boy artımını yüksəltmək məqsədilə mineral gübrələrdən istifadə olunması; meşə yanğınlarını söndürmək üçün kimyəvi vasitələrdən istifadə edilməsi və s.
Bursa meşəçilik muzeyi
Bursa meşəçilik muzeyi (türk. Bursa Ormancılık Müzesi) — Türkiyənin şimal-qərb hissəsində, Bursa şəhərində meşə təsərrüfatına həsr olunmuş muzey. == Muzey binası == Muzey Bursada, Çekirgə küçəsində, Saatçi köşkü kimi tanınan binada yerləşir. Bina Osmanlı dövründən qalan tarixi bir malikanədir. Qurucusu Zafər Öztaptıkdır. Malikanə ilkin olaraq yaşayış yeri kimi istifadə olunub. 1939-1949-cu illər arasında burada "Bursa Meşə məktəbi" yerləşirdi. 1983-cü ilə qədər "Meşə Regional Müdirliyinin" ofisi kimi fəaliyyət göstərmişdir. 1989-cu ildə aparılan tənzimləmələrdən sonra muzey binasına çevrildi. 29 mart 1989-cu ildə muzey ziyarətçilərin üzünə açıldı.