Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bulbophyllum masonii
Bulbophyllum masonii (lat. Bulbophyllum masonii) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Jasonia
Jasonia (lat. Jasonia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Jasonia longifolia Cass. Jasonia radiata Cass.
Mahonia
Mahoniya (lat. Mahonia) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinə aid bitki cinsi.
Masonçu
Masonluq (ing. Freemasonry) – fəlsəfi-etik hərəkat olub XVIII əsrdə gizli beynəlxalq təşkilat şəklində meydana gəlmişdir. Mason sözü ingilis dilində olan freemason sözündən yaranmışdır və tərcüməsi azad bənna deməkdir. Çünki təşkilatı ilk dəfə bənnalar yaradıb. Bu bənnalar məhz Süleyman peyğəmbər üçün məbəd tikiləndə bir araya gəliblər. Hətta təşkilatın simvolunda da tikinti pərgarı və üçkünc xətkeş işarəsi var. Onların ideologoyasına görə Allah da dünyanın memarıdır. Masonluq müxtəlif formalarda mövcud olub üzvlərinin vahid mənəvi və metafiziki idealları bölüşməsi ilə səciyyələnir. Bunlardan ən birincisi Ali Varlığa inamdır. Masonlar həmin varlığın adlandırılmasından Kainatın ulu memarı ifadəsindən istifadə edirlər.
Maroni
Maroni (fr. Maroni, nid. Marowijne) — Cənubi Amerika çayı. Çay Surinam və Fransa Qvianası ərazisindən axır, çox hissəsi sərhəd bölgəsindən keçir, bundan sonra estuari yaradaraq Atlantik okeanına tökülür. Çayın uzunluğu 520 km (digər mənbələrə görə 680 km və ya 725 km), su götürmə sahəsi 65830 km²-dir. Çayın sahilləri əsasən tropik cəngəlliklərlə örtülüdür, mənbəyi Braziliya sərhədi yaxınlığındakı Tumuk Umak dağlarında yerləşir. Əsas qolları Tapanahoni və Lavadır. Çay ətrafında Sen-Loran-dü-Maroni (Fransız Qvianası) və Albina (Surinam) limanları yerləşir. Kiçik gəmilər çay estuarisindən 100 km məsafədə üzə bilərlər, daha sonraki yerlərdə çoxsaylı astanalar və şəlalələr var. Çayın orta axınında qızıl mədəni yerləşir.
Mason
Masonluq (ing. Freemasonry) – fəlsəfi-etik hərəkat olub XVIII əsrdə gizli beynəlxalq təşkilat şəklində meydana gəlmişdir. Mason sözü ingilis dilində olan freemason sözündən yaranmışdır və tərcüməsi azad bənna deməkdir. Çünki təşkilatı ilk dəfə bənnalar yaradıb. Bu bənnalar məhz Süleyman peyğəmbər üçün məbəd tikiləndə bir araya gəliblər. Hətta təşkilatın simvolunda da tikinti pərgarı və üçkünc xətkeş işarəsi var. Onların ideologoyasına görə Allah da dünyanın memarıdır. Masonluq müxtəlif formalarda mövcud olub üzvlərinin vahid mənəvi və metafiziki idealları bölüşməsi ilə səciyyələnir. Bunlardan ən birincisi Ali Varlığa inamdır. Masonlar həmin varlığın adlandırılmasından Kainatın ulu memarı ifadəsindən istifadə edirlər.
Erigeron maxonii
Erigeron maxonii (lat. Erigeron maxonii) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Jasonia laevigata
Vieraea (lat. Vieraea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Vieraea laevigata (Willd.) Webb ex Sch.Bip. === Sinonim === Buphthalmum coriaceum Hort. ex Loudon Buphthalmum laevigatum Brouss. ex Willd. Donia canariensis Less.
Mahonia conferta
Mahonia conferta (lat. Mahonia conferta) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin mahoniya cinsinə aid bitki növü.
Mahonia decipiens
Mahonia decipiens (lat. Mahonia decipiens) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin mahoniya cinsinə aid bitki növü.
Mahonia fremontii
Mahonia fremontii (lat. Mahonia fremontii) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin mahoniya cinsinə aid bitki növü.
Mahonia haematocarpa
Berberis haematocarpa (lat. Berberis haematocarpa) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.
Mahonia japonica
Yapon mahoniyası (lat. Mahonia japonica) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin mahoniya cinsinə aid bitki növü. == Təbii yayılması == Çində və Yaponiyada mədəni şəraitdə geniş yayılmışdır və oradan Avropaya və Amerikaya gətirilmişdir. == Botaniki təsviri == Çox az budaqlanan, düz budaqlı, hündürlüyü 4 m-ə qədər olan kiçik ağacdır. Qabığı boz, dərin yarıqlı, qalın mantar təbəqəlidir; birillik odunlaşmamış zoğları göyümsov örtüklüdür. Tumurcaqları enli yumurtavaridir, uzunluğu 2–5 sm-dir, dərivaridir; ensiz üçbucaqşəkilli xarici pulcuqları 1–2 il zoğlarda qalır; daxili pulcuqlar enli ovalşəkilli, küt, otvari, solğun yaşıldır. Salxımları uc tumurcaqların qoltuğunda yerləşir, 10–12 sm uzunluğunda, möhkəm, çox çiçəklidir. Çiçək saplaqları iti bucaq altında yuxarı yönəlmişdir, uzunluğu 1 sm-ə qədərdir; çiçəkləri 8 mm uzunluğunda və 6 mm diametrindədir, qırmızımtıl və yaşılımtıl kasayarpaqları sonradan sarı tac yarpaqlara keçir. Dekabrın axırından yaza qədər çiçəkləyir. == Ekologiyası == Məhsuldar, tər, yumşaq torpaqlara üstünlük verir.
Mahonia microphylla
Mahonia microphylla (lat. Mahonia microphylla) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin mahoniya cinsinə aid bitki növü.
Mahonia nervosa
Mahonia nervosa (lat. Mahonia nervosa) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin mahoniya cinsinə aid bitki növü.
Mahonia nevinii
Berberis nevinii (lat. Berberis nevinii) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.
Mahonia oiwakensis
Mahonia oiwakensis (lat. Mahonia oiwakensis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin mahoniya cinsinə aid bitki növü.
Mahonia repens
Sürünən mahoniya (lat. Mahonia repens) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin mahoniya cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Amerikada, Britaniyadan Yeni Meksika və Kaliforniyaya qədər yayılmışdır. == Botaniki təsviri == Sərilmiş budaqlara malik, hündürlüyü 0,25-0,5 m-ə qədər olan koldur. Yarpaqları 3-7 ədəd enli yumurtavari, 3-6 sm uzunluğunda, tutqun göyümsov yaşıl, dərivari, kənarları iti dişli yarpaqcıqdan ibarətdir. Çiçək saplaqları 2-3 sm uzunluğundadır. Çiçək salxımları uclarda yerləşib, 3-7 sm uzunluqdadır. Meyvələri qara, zəif tüklüdür, avqustun ortaları yetişir. Mahoniya toxumlarla, yarım-oduncaqlaşmış qələmlərlə, yarpaq tumurcuğu və kök zoğları ilə çoxalır. == Ekologiyası == Quraqlığa davamlıdır.
Mahonia trifoliolata
Mahonia trifoliolata (lat. Mahonia trifoliolata) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin mahoniya cinsinə aid bitki növü.
Mahonia × media
Mahonia × media (lat. Mahonia × media) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin mahoniya cinsinə aid bitki növü.
Şistosoma mansoni
Şistosomalar (lat. – Schistosoma) — Strigeidida dəstəsindən olan qansoran yastı qurdların (trematodların) cinsidir. Şistosomaların 5 növü mövcudur. Onlar şistosomiaz xəstəliyinin törədiciləridir. Törədicinin növündən asılı olaraq şistosomiazın 2 əsas forması olur – mədə-bağırsaq və genitouriya. Bağırsaq şistosomiazın törədicilərindən biri də Şistosoma Mansonidir (lat. Schistosoma mansoni). Bağırsaq şistosomiazı tropik və subtropik bölgələrdə, xüsusən təhlükəsiz içməli su və düzgün sanitariya imkanı olmayan yoxsul icmalarda geniş yayılmışdır. Müalicəyə ehtiyacı olan şistosomiaz xəstələrinin təxminən 90% -i Afrikada yaşayır. Schistosoma mansoni əsas sahibləri insanlar, mal-qara, itlər, gəmiricilər, müvəqqəti sahibləri isə Biomfalariya cinsindən olan ilbizlərdir.
Hebe masoniae
Hebe masoniae (lat. Hebe masoniae) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin hebe cinsinə aid bitki növü.
Mahonia aquifolium
Pırkalyarpaq mahoniya (lat. Mahonia aquifolium) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin mahoniya cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şimali Amerikadır. == Botaniki təsviri == Hündürlüyü 1 m-ə qədər olan həmişəyaşıl koldur. Cavan zoğlarının qabığı uzununa zolaqlı, çəhrayı-boz olub, tədricən qonur-boz rəng alır. Yarpaqları 20 sm uzunluğundadır, mürəkkəb, təklələkvaridir, uzunluğu 3-9 sm, eni 1,5-2,5 sm-ə çatan üst səthdən parlaq, tünd-yaşıl, alt səthdən isə tutqun, açıq-yaşıl rəngdə, dərivari olub, 5-9 yarpaqcıqdan ibarətdir. Yarpaqaltlıqları 2-5 mm uzunluğunda, qılvaridir. Aprel-may aylarında çiçəkləyir. Çiçəkləri sarı rəngdədir, diametri 9 mm-ə çatır. Çoxçiçəkli salxımların uzunluğu 1 sm olub, yumurtavari təpə tumurcuqların qoltuğundan çıxır.
Lennard Maloni
Lennard Maloni (8 oktyabr 1999-cu ildə anadan olub) — 2.Bundesliqa təmsilçilərindən olan Yunion Berlin klubunda müdafiəçi kimi çıxış edən peşəkar Almaniya futbolçusudur. == Klub karyerası == === Yunion Berlin === Maloni Yunion Berlin akademiyası vasitəsilə inkişaf etmişdir. Maloni öz peşəkar karyerasında debütünü 1 aprel 2018-ci ildə Qroyter Fürth klubuna qarşı oyunda etmişdir. O, 77-ci dəqiqədə Marsel Hartel ilə əvəz olunmuşdur. 2.Bundesliqa görüşündə Yunion Berlin rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur. == Milli karyerası == Maloni yoxlama oyunlarında Almaniya gənclər yığmasının U-18 və U-19 komandalarına dəvət almışdır. 7 iyul 2018-ci ildə Maloni Amerika Birləşmiş Ştatlarında oynamaq istədiyini bildirmiş və Amerika U-20 millisinə dəvət almışdır. O, milli ilə Şimali Karolina və Tobakko Roud klublarına qarşı yoldaşlıq oyunlarında iştira etmişdir. == Şəxsi həyatı == Maloni Almaniyada anadan olmuşdur. Onun atası Amerika, anası isə Almaniya vətəndaşıdır.
Masani Naqata
Masaci Naqata (長田 政二, Naqata Masaci, 1887, İbaraki prefekturası – 8 sentyabr 1938, Los-Anceles dairəsi, Kaliforniya) – yapon əsilli ABŞ-lı həvəskar astronom. 1931-ci ildə fermerliklə məşğul olarkən yeni kometa kəşf etdikdən sonra tanınmışdır. Naqata kometa kəşf edən ilk həvəskar astronomlardan biri olmuş, Kaliforniya ştatında həvəskar astronomiya sahəsində əhəmiyyətli töhfələr vermişdir. Onun kəşf etdiyi Naqata kometası tarixdə yapon şəxsin şərəfinə adlandırılmış ilk kometadır. == Həyatı == === İlk illəri === Naqata 1886-cı ildə Yaponiyanın İbaraki prefekturasında doğulmuşdur. Onun atası da fermer və həvəskar astronom olmuşdur. Atası onun astronomiyaya maraq göstərməsində böyük rol oynamışdır. Naqata 1907-ci ildə ABŞ-yə miqrasiya etmişdir. 1909-cu ildə Kaliforniya ştatında yerləşən İmperial dərəsinə köçərək Brauli və Vestmorlend şəhərləri arasındakı ərazidə fermerliklə məşğul olmağa başlamışdır. 1913-cü ildə qəbul edilən qanun yapon miqrantlarının torpaq sahibi olmasının qabağını aldığı üçün o, tez-tez yer dəyişdirməli olmuşdur.
Buxar maşını
Buxar maşını — istilik maşını olub, istilik enerjisini qismən mexaniki enerjiyə çevirir. Tarixdə ilk buxar maşının ixtirası I əsrdə yaşamış, antik dövr mühəndisi İsgəndəriyyəli Herona məxsusudur. Onun düzəltdiyi Aeolipile adlı qurğu oyuncaq kimi tətbiq olunmuşdur. Ondan sonra Denis Papin və Tomas Savery XVII əsrin sonunda bir sıra sınaqlar aparmışlar. == Tarixi == Ancaq ilk dəfə praktikada tətbiq oluna biləsək buxar maşını XVIII əsrin əvvəlində ingilis mühəndisi Tomas Nyukomen (ingl. Thomas Newcomen) tərəfindən hazırlanmışdır. Nyukomenin buxar maşınının işləmə prinsipi istilik enerjisinin mexaniki enerjiyə çevrilməsinə əsaslanır. Maşının işçi kamerası içərisində kolba yerləşdirilmiş silindrdən ibarətdir (şəkil 1). Silindrin alt tərəfində, içərisində su qaynayan çən yerləşdirilir. Çənlə silindr ventil vasitəsilə əlaqələndirilir.
Eniqma maşını
Eniqma maşınları — kommersiya, diplomatik və hərbi rabitəni qorumaq üçün XX əsrin əvvəllərindən ortalarına qədər istifadə olunmuş və inkişaf etdirilmiş elektromexaniki rotor şifrələyici maşınlar seriyası. Eniqma birinci dünya müharibəsinin sonunda Alman mühəndisi Artur Şerbius tərəfindən kəşf edilib. İlk yaradılmış modellər 1920-ci illərin əvvəllərindən kommersiya baxımından istifadə olunurdu. Bu maşın ikinci dünya müharibəsindən əvvəl və müharibə zamanı bir çox ölkələrin xüsusilə də Faşist Almaniyasının hərbi və dövlət xidmətləri tərəfindən istifadə olunmağa başlayıb. Bir neçə müxtəlif Eniqma modelləri istehsal olunub, ancaq Alman hərbi modelləri daha çox tanınırdı. Lakin, Yaponiya və İtaliya modelləri də istifadə olunmuşdur. Eniqma maşınında şifrələnmiş Alman hərbisinin məlumatları ilk dəfə 1932-ci ilin dekabrında Polşa Şifrə Bürosu tərəfindən sındırılıb. Bu Polşa hərbi kəşfiyyatı üçün çalışan Marian Reevskiy, Eji Rojiskiy və Henrix Zıqalskiy adlı üç Polşalı kriptoqrafın işlərinin nəticəsi idi. Reevskiy Fransız hərbi kəşfiyyatının maddi təchizatı və nəzəri riyaziyyatdan istifadə edərək, qurğu üzrə əks mühəndis idi. Sonralar bu üç riyaziyyatçı Eniqma şifrələrinin, o cümlədən kriplocik bombanın sındırılması üçün mexaniki qurğular işləyib hazırladı.