Maroni

Maroni (fr. Maroni, nid. Marowijne) — Cənubi Amerika çayı.

Maroni
Ölkələr
Regionlar
  • Sipalivani, Maroveyne
Mənsəbi Atlantik okeanı
Uzunluğu
Su sərfi 1.700 ± 0,001 m³/s
Su sistemi Atlantik okean
Hövzəsinin sahəsi 65.830 km²
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çay SurinamFransa Qvianası ərazisindən axır, çox hissəsi sərhəd bölgəsindən keçir, bundan sonra estuari yaradaraq Atlantik okeanına tökülür.

Çayın uzunluğu 520 km (digər mənbələrə görə 680 km[2] və ya 725 km[3]), su götürmə sahəsi 65830 km²-dir. Çayın sahilləri əsasən tropik cəngəlliklərlə örtülüdür, mənbəyi Braziliya sərhədi yaxınlığındakı Tumuk Umak dağlarında yerləşir. Əsas qolları Tapanahoni və Lavadır.

Çay ətrafında Sen-Loran-dü-Maroni (Fransız Qvianası) və Albina (Surinam) limanları yerləşir. Kiçik gəmilər çay estuarisindən 100 km məsafədə üzə bilərlər, daha sonraki yerlərdə çoxsaylı astanalar və şəlalələr var. Çayın orta axınında qızıl mədəni yerləşir[3].

  1. Sandre.
  2. Марони // Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров. — 3-е изд. — М. : Советская энциклопедия, 1969–1978.
  3. 1 2 "Maroni River (river, South America)". www.britannica.com. 2015-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-28. — Britannica Online Encyclopedia