Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Minatəmizləmə Agentliyi (Azərbaycan)
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və ya qısaca ANAMA (ing. Azerbaijan National Agency for Mine Action) — Azərbaycan Respublikası Müharibədən Təsirlənən Bölgələrin Yenidən Qurulması və Bərpası üzrə Dövlət Komissiyası nəzdində fəaliyyət göstərən mina təmizləmə agentliyi və icra orqanı. Agentlik Azərbaycan ərazisindəki minaları zərərsizləşdirmək üçün Azərbaycan Minalardan Təmizləmə Proqramına uyğun bütün lazımi prosedurların həyata keçirilməsinə cavabdehdir. Agentliyin donorları Azərbaycan hökuməti (2,400,000 $) və BMT-nin İnkişaf proqramıdır (160,000 $). == Tarixi == Azərbaycan Prezidentinin 15 yanvar 2021-ci il tarixli fərmanına əsasən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılıb. == Fəaliyyəti == ANAMA öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası vətəndaşlarının minalardan və partlayıcı qurğulardan əziyyət çəkmədikləri bir mühit yaratmağa çalışır. Bu məqsədə çatmaq üçün agentlik minalardan təmizləmə qabiliyyətini artırmağa çalışır. Buna görə də, Azərbaycanda mina əleyhinə fəaliyyətlə əlaqəli tədqiqat-inkişaf prosesini təşviq etmək üçün İnformasiya Texnologiyaları potensialını artırır. Əlavə olaraq, baş ofis, partlayışlar nəticəsində meydana gələn ölümlə nəticələnən qəza və xəsarətlərin sayını azaltmaq, infrastrukturu bərpa etmək və yenidən qurmaq və qida təhlükəsizliyini təmin etmək üçün müəyyən siyasətləri davam etdirir. Bu tədbirlər nəticəsində məcburi köçkünlərin yenidən vətənlərinə qayıda biləcəyi gözlənilir.
"Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı
"Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı — Azərbaycan Respublikasının dövlət təltifi. 30 may 2023-cü ildə təsis edilmişdir. == Tarixi və əsasnaməsi == "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli Qanunu ilə təsis edilmişdir. "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı xidmətlərinə görə təltif edilirlər: Minatəmizləmə sahəsinin inkişafında fəal iştiraka görə; Minatəmizləmə sahəsində səmərəli əməkdaşlığa verilən əhəmiyyətli töhfəyə görə; Minatəmizləmə sahəsində Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində və möhkəmləndirilməsində göstərilən xidmətlərə görə. Medala layiq görülən şəxslər Azərbaycan Respublikasının Prezidenti tərəfindən təltif edilirlər. "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. == Təsviri == "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalının təsviri Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli Qanunu ilə təsdiq edilmişdir. Medalın ümumi təsviri "Minatəmizləmə sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, dairəvi formalı, diametri 36 mm olan lövhədən ibarətdir. Medalın ön tərəfi Medalın ön tərəfi xarici və daxili çevrələrlə konturlanmışdır. Xarici və daxili çevrələrin arasında yuxarı hissədə qövs boyunca "Minatəmizləmə sahəsində xidmətlərə görə" sözləri yazılmışdır.
"Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998–2023)" yubiley medalı
"Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998–2023)" yubiley medalı — Azərbaycan Respublikasının dövlət təltifi. Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin yaradılmasının 25 illiyi münasibətilə təsis edilmişdir. == Əsasnaməsi == "Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998–2023)" yubiley medalının əsasnaməsi Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 983-VIQD nömrəli Qanunu ilə təsdiq edilmişdir. Maddə 1. Təltif edilən şəxslər "Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998–2023)" Azərbaycan Respublikasının yubiley medalı ilə minatəmizləmə fəaliyyətinin təşkili, təkmilləşdirilməsi, inkişafı və möhkəmləndirilməsi sahələrində xüsusi xidmətləri olan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər. Maddə 2. Təltif edən orqan "Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998–2023)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təltif edilirlər. Maddə 3. Taxılma qaydası "Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998–2023)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. == Təsviri == "Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998–2023)" yubiley medalının təsviri Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 983-VIQD nömrəli Qanunu ilə təsdiq edilmişdir.