Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Miniatürk
Miniatürk və ya Türkiyə Miniatür Parkı, Türkiyədə müxtəlif əsərlərin maktelərinin nümayiş etdirildiyi 60.000 kvadratmetr ərazi ilə dünyanın ən böyük ərazisi olan miniatür parkıdır. Miniatürk, Haliç sahilindəki köhnə bir park ərazisinə qurulub. Əsası 30 iyun 2001-ci ildə qoyulmuş Miniatürk, 2 may 2003-cü ildə ziyarətçilər üçün açıldı. == Ümumi məlumat == 1/25 nisbətində hazırlanmış 122 memarlıq əsəsrinin maket nümayiş etdirilir. Bunlardan 58-i İstanbul, 52-si Anadolu və 12-si indiki Türkiyə sərhədlərindən kənarda qalan Osmanlı İmperiyası ərazisində yerləşən memarlıq abidələridir. Miniatürkə Panorama Zəfər Muzeyi və Kristal İstanbul Muzeyləri də daxildir.
Moğol miniatürü
Moğol rəssamlığı, Moğol miniatürü və ya Moğol məktəbi — orta əsr hind boyakarlığının əsas məktəblərindən biri. Böyük Moğol imperiyasının sarayında inkişaf etmişdir. Moğol miniatür məktəbi Azərbaycan, İran, Mərkəzi Asiya miniatürlərinin təsiri ilə, həmçinin Avropa boyakarlığı və qrafikasından faydalanmaqla yerli ənənələr əsasında formalaşmışdır. Moğol miniatür məktəbinin erkən inkişaf mərhələsi Təbrizdən Hindistana dəvət olunmuş Azərbaycan rəssamı Mir Seyid Əli və Şirazlı Əbd əs-Səmədin yaradıcılığı ilə bağlıdır. Onların rəhbərliyi ilə XVI əsrin ikinci yarısında Hindistanda böyük rəssamlar qrupu fəaliyyət göstərirdi. Moğol miniatür məktəbinə məxsus əsərlərdə çoxfiqurlu kompozisiyalar, hadisələrlə şərti dekorativ mənzərə fonunda verilmişdir. XVII əsrin birinci yarısında Moğol miniatür məktəbi ilə portret miniatürləri əsas janr idi. XVII əsrin ikinci yarısında animalistik janr inkişaf etmişdir. XVIII əsrin miniatürlərində realist əlamətlər yoxa çıxmış, təsvirlə quruluq və qeyri-həyatilik üstün yer tutur. Hindistanın şimal rayonlarının və Dəkkənin miniatür rəssamları Moğol miniatür məktəbinin ənənələrini mənimsəmişdir.
Osmanlı miniatürü
Osmanlı miniatürü (türk. Osmanlı minyatür sanatı) və ya türk miniatürü — Osmanlı imperiyasında fars miniatür ənənələri ilə bağlı olan incəsənət növü. Miniatür sənəti İslam dünyasında bir yer tutan saray sənətidir. İran, İraq, Orta Asiya və Anadoluda türk və fars sülalələri dövründə son orta əsrlərdə yüksək inkişaf və əhatə dairəsinə çatmışdır. Osmanlı miniatür sənəti, Xətt, Naxış, Təzhib, Ebru və Cild kimi ənənəvi sənət sənətlərindən biridir. Sultan II Mehmetdən sultan I Süleymanın dövrünə qədər Osmanlı İmperiyasının himayəsi altında miniatür sənətinin inkişaf edərək orijinal Osmanlı miniatürünə çevrilmiş və 18-ci əsrə qədər incəsənətdə mühüm yer tutmuşdur. == Tarixi == Miniatür sənəti osmanlılara onlarla eyni dövrdə və əvvəl yaşamış Elxanilər, İran, İraq və Qafqaz ərazilərdə yaşamışQaraqoyunlular, Ağqoyunlular, Teymurilər və Məmlüklər vasitəsilə keçmişdir. Xüsusilə Fars mədəniyyəti Osmanlı Sarayının mədəniyyətinə nümunə oldu və Osmanlı sənəti və ədəbiyyatı fars mədəniyyətindən təsirləndi. === II Mehmed dövrü === Osmanlı dövlətində miniatür sənəti XV əsrin ortalarından böyük önəm kəsb etməyə başlamışdır. Sultan II Mehmed Fatehin miniatür sənətinə marağı bu sənətin inkişafında mühüm rol oynamışdır.
Hikmətli Miniatürlər (1991)
Hikmətli miniatürlər (film, 1991)