Moğol miniatürü

Payaq. Şah Cahanın at üstündə portreti. "Şah Cahan Albomu"ndan. Təqribən 1630-cu il.

Moğol rəssamlığı, Moğol miniatürü və ya Moğol məktəbiorta əsr hind boyakarlığının əsas məktəblərindən biri. Böyük Moğol imperiyasının sarayında inkişaf etmişdir. Moğol miniatür məktəbi Azərbaycan, İran, Mərkəzi Asiya miniatürlərinin təsiri ilə, həmçinin Avropa boyakarlığı və qrafikasından faydalanmaqla yerli ənənələr əsasında formalaşmışdır. Moğol miniatür məktəbinin erkən inkişaf mərhələsi Təbrizdən Hindistana dəvət olunmuş Azərbaycan rəssamı Mir Seyid ƏliŞirazlı Əbd əs-Səmədin yaradıcılığı ilə bağlıdır. Onların rəhbərliyi ilə XVI əsrin ikinci yarısında Hindistanda böyük rəssamlar qrupu fəaliyyət göstərirdi. Moğol miniatür məktəbinə məxsus əsərlərdə çoxfiqurlu kompozisiyalar, hadisələrlə şərti dekorativ mənzərə fonunda verilmişdir. XVII əsrin birinci yarısında Moğol miniatür məktəbi ilə portret miniatürləri əsas janr idi. XVII əsrin ikinci yarısında animalistik janr inkişaf etmişdir. XVIII əsrin miniatürlərində realist əlamətlər yoxa çıxmış, təsvirlə quruluq və qeyri-həyatilik üstün yer tutur. Hindistanın şimal rayonlarının və Dəkkənin miniatür rəssamları Moğol miniatür məktəbinin ənənələrini mənimsəmişdir.[1]

  1. Моғол миниатүр мәктәби // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 16.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Painting for the Mughal Emperor (The Art of the Book 1560-1660) by Susan Stronge (ISBN 0-8109-6596-8)
  • Fiction in Mughal Miniature Painting by Prof. P. C. Jain and Dr. Daljeet
  • Painting the Mughal Experience by Som Prakash Verma, 2005 (ISBN 0-19-566756-5)
  • Chitra, Die Tradition der Miniaturmalerei in Rajasthan by K.D. Christof & Renate Haass, 1999 (ISBN 978-3-89754-231-0)
  • Artistic Stylistic Transmission in the Royal Mughal Atelier by Greg Sarafan, Esq., 2007

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]