Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Linux Mint
Linux Mint — Ubuntu Linux əsasında yaradılmış əməliyyat sistemidir. Linux Mintin ilk versiyası 2006-cı ildə istifadəyə verilmişdir. Bundan əlavə, 2010-cu ildə birbaşa Debian üzərində qurulmuş Linux Mint versiyası istifadəyə buraxıldı. Linux Mint – DistroWatch saytının verdiyi statistikaya görə ən çox yüklənilən Linux əməliyyat sistemidir.
Mayer Mint şirkəti
1871-ci ildə Almaniyada Bernard Henrix Mayer tərəfindən əsası qoyulan "Mayer Mint" şirkətinin kolleksiyaları arasında Mahatma Qandi, Tereza Ana, ABŞ-nın keçmiş prezidenti Con Kennedi, Şahzadə Diana, Martin Lüter kimi tanınmış şəxsiyyətlərin qızıldan və digər qiymətli metallardan hazırlanmış medalyonları da vardır. Bu cür medalyonlar müvafiq dövlət orqanlarının xüsusi icazəsi ilə buraxılır. Şirkətin hazırladığı xatirə medalyonları dünyanın 160-dan artıq ölkəsinə yayılıb. Heydər Əliyevin xatirəsinə istehsal edilən medalyonlar da həmin medalyonlar sırasına daxil olub və dünyanın 200-dən çox ölkəsində kolleksiya həvəskarlarına təqdim edilməsi nəzərdə tutulmuşdur. 2009-cu il sentyabrın 25-də Bakıdakı Beynəlxalq Muğam Mərkəzində Heydər Əliyevin xatirəsinə həsr edilmiş medalyonların təqdimat mərasimi olub. Şirkət dünyada, xüsusilə də keçmiş Sovet İttifaqının və Qafqaz regionunun siyasi həyatında böyük rol oynamış Heydər Əliyevin adının əbədiləşdirilməsi üçün xatirə medalyonlarını istehsalı etməyi qərarlaşdırdıqdan sonra Heydər Əliyev Fondundan rəsmi icazə alıb.
Klimenti Mints
Klimenti Borisoviç Mints (rus. Климентий Борисович Минц; 21 yanvar 1908, Yekaterinburq, Perm quberniyası[d] – 22 dekabr 1995, Moskva) — sovet rejissoru və ssenari müəllifi, RSFSR əməkdar incəsənət xadimi (1989).
Micrastur mintoni
Micrastur mintoni (lat. Micrastur mintoni) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin micrastur cinsinə aid heyvan növü.
Mintac Elsevər
Mintac Elsevər (tam adı: Əliyeva Mintac Allahverdi qızı) (5 may 1975) -Azərbaycanlı jurnalist. == Həyatı == Mintac Elsevər 5 may 1975-ci ildə Ermənistanda anadan olmuşdur. == Fəaliyyəti == Əsas fəaliyyət istiqamətləri jurnalistika, kino və televiziyadır. Əvvəlcə Azərbaycan televiziyasında, sonralar ANS-də çalışmışdır. Aztv-də bir sıra veriliş və filmlərin müəllifidir. Bunlara "Romantik kommunist", "Yağmurun səsi", "Cəsur zərifin seçimi", "Tənha xurma ağacı" filmlərini, "Birincilər" və "Unudulmayanlar" layihələrini misal göstərmək olar. Yazar olaraq mətbu orqanlarda mütəmadi yazıları çıxır. Hazırda ARB televiziyasında çalışır. == Filmoqrafiya == Yeraltı və yerüstü xəzinə (film, 2007)(qısametrajlı sənədli televiziya filmi) (prodüser) Cəsur zərifin seçimi (film, 2009) (qısametrajlı sənədli film) 1 mətbuat konfransının tarixi (film, 2015) (qısametrajlı sənədli film) (səsləndirmə) Böyük ustadın sirləri... (film) (qısametrajlı sənədli film) Cənnətdən qovulmuşlar (film) İllərin ilmə yaddaşı (film) (qısametrajlı sənədli film) Romantik kommunist (film) (qısametrajlı sənədli film) Tənha xurma ağacı...
Mintay
Mintay (lat. Theragra chalcogramma)— Treskakimilər fəsiləsinə daxil olan, soyuq suları sevən balıq növü. Onlar əsasən Sakit okeanın şimal hissəsində yayılmışdır. Atlantik və Sakit okeanın ən qiymətli qida resursu hesab edilir. == Xarici görünüşü == Balıqların maksimal uzunluğu 91 sm, çəkiləri 3,85 kq təşkil edir. Maksimal ömür müddəti 15 ildir Üç bel üzgəci Qısa bığlar Yan üzgəclər. Üzəri nöqtələrlə örtülüdür Gözləri böyükdür. Dərin sularda üzən balıqlardır. == Həyat tərzi == Bu balıqlar soyuq sularda (2 - 9 °C) yaşayırlar. Əsasən 200 - 300 metr arası sularda yaşasalarda bəzən 500—700 dərinliyə qədər enə bilirlər.
Mintay (cins)
Mintay (lat. Theragra) — Treskakimilər (Gadidae) fəsiləsinə aid balıq cinsi. Cinsə iki növ daxildir: Atlantik mintayı (Theragra finnmarchica) əsasən Barens dənizində və Mintay isə Sakit okeanın Yapon dənizi və Kaliforniya sahillərində yayılmışdır == Görünüşü == Mintaylar ortala 55 sm uzunluğa və 1,5 kq çəkiyə malik olurlar. Bədənləri olduqca uzundur. Qısa bığlara sahibdirlər. Bu cinsə daxil olan növlərdə bir qayda olaraq üç bel üzgəci olur. == Həyat tərzi == Mintaylar əsasən okeanların səthində sularında yaşayırlar. Əsasən 200–300 m dərinliklərdə yayılırlar. Yetkinliyə 3-4 illiyində çatırlar.
Minthe pulegia
Pulqar yarpızı, Giləmərzə (lat. Mentha pulegium) — dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik, qısa tüklü bitkidir. Gövdəsi düz, yatan və ya bir qədər qalxan çoxbudaqlı, hündürlüyü 15-30 sm-dir. Yarpaqları qısa saplaqlı, 1-2 sm uzunluqda, 5–10 mm enində, oval və ya yumurtavari, ucları küt, qıraqları azacıq dişciklidir. Çiçəkqrupu çoxsaylı, diametri 10–15 mm olan çoxçiçəkli çiçək köbələrindən ibarətdir. Kasacığı ikidodaqlı, xaricdən tüklüdür. Tacı 5–7 mm uzunluqda, kasacıqdan iki dəfə uzun, əlvan çəhrayı rənglidir. Fındıqcıqları xırda, 0,5 mm uzunluqda, yumrudur. == Yayılması == == Arealı == Giləmərzə növü Makaroneziya, Avropa, Efiopiya, eləcə də Aralıq dənizi sahillərindən İrana qədər yayılmışdır.
Minthostachys
Minthostachys (lat. Minthostachys) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Minthostachys mollis
Minthostachys mollis (lat. Minthostachys mollis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin minthostachys cinsinə aid bitki növü.
Minthostachys verticillata
Minthostachys verticillata (lat. Minthostachys verticillata) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin minthostachys cinsinə aid bitki növü.
Mintimer Şaymiyev
Mintimer Şarip oğlu Şaymiyev (tatar. Минтимер Шәрип улы Шәймиев (Mintimer Şərip ulı Şəymiyev) rus. Минтиме́р Шари́пович Шайми́ев; 20 yanvar 1937, Ənək[d], Tatarıstan MSSR, RSFSR, Kalinin rayonu[d], SSRİ) — Rusiya Federasiyasının tərkibində olan Tatarıstan Respublikasının birinci prezidenti. Etnik tatardır. İlk dəfə 12 iyun 1991-ci ildə prezident təyin olunmuş və bu vəzifəyə üç dəfə ardıcıl olaraq yenidən seçilmişdir. == Həyatı == Şaymiyev 1937-ci ildə Tatarıstan MSSR-nın Aktanışski rayonunun Anyakovo kəndində anadan olmuşdur. 1959-cu ildə Kazan Kənd Təsərrüfatı İnstitutundan məzun olmuş və kənd təsərrüfatı mühəndisi kimi işləməyə başlamışdır. 1963-cü ildə Kommunist Partiyasına üzv olmuş və 1967-ci ildə Tatarıstanın regional partiya təşkilatında kənd təsərrüfatı üzrə şöbə müdirinin müavini vəzifəsinə təyin olunmuşdur. Şaymiyev 1969-cu ildə respublikanın Meliorasiya və Su Təsərrüfatı naziri, 1983-cü ildə isə Tatar Nazirlər Kabinetinin sədr müavini vəzifəsinə təyin olunmuşdur. 1989-cu ilin sentyabrında Tatarıstan Kommunist Partiyasının baş katibi vəzifəsini yerinə yetirmiş və elə həmin il SSRİ Xalq Deputatları Konqresinə seçilmişdir.
Mintos FK
«Mintos» — Rostov vilayəti Novoçerkassk şəhərində fəaliyyət göstərən futbol klubu. 2009-cu ilə qədər həvəskarlar və regional layihələrdə iştirak edirdi. 2009-cu ildə HFL «Cənub» zonasında birinci yeri tutaraq yuxarı pilləyə qalxmışdır. 2010-cu ildə Futbol üzrə İkinci divizyonun «Cənub» zonası qəbul edilmişdir. == Tarixi == Mintos FK peşəkar klub olaraq ilk oyununu 2008-ci ildə Rostov vilayət liqasında keçirmişdir. Klub bir oyunu məğlub olmadan Liqanın finalına yüksəlmişdir. Son nəticə olaraq birinci yeri tutan klubdan yalnız bir xal geri qalaraq ikinci yeri tutur. Mintos 2009-cu ildə HFL «Cənub» zonasında iştirak etmişdir. Futbol üzrə Rusiya Kubokunun bir necə mərhələsini keçərək 1/32 finala qədər irəliləyə bilmişdir. Bu mərhələdı Belqorodu təmsil edən SalyutFK məğlub olmuşdur.
Mintuçi
Mintuçi (aynuミントゥチ, mintuci; həmçinin "mintuti", "mintuçi kamuy") – aynu mifologiyasında fövqəltəbii varlıq, yarıinsan-yarıheyvan, su ünsürünə aid ruh. Adətən kappu kimi təfsir edilir. Adının dielaektik variantları – "mimtuçi", "mintoçi". Yapondilli ədəbiyyatda minçuti (yap. ミンツチ) variantına rast gəlmək olar. Ehtimala görə "mintuçi" sözü Midzuti sözü ilə qohumdur. Ola bilsin ki, mintuçi özündə kappanın və aynuların keçəl "dağ adamlarının" xüsusiyyətlərini birləşdirir. == Əfsanə == Əfsanələrə görə, yaponlar Edo dövründə aynularla ticari əlaqələr qurmaq üçün Hokkaydoya gəldikdə, sonuncuların gəmilərinə çiçək xəstəliyi şeytanı soxulur. Çiçək xəstəliyi epidemiyası çoxlu sayda aynunun həyatına son qoyur. Okikurumi yovşan gövdəsindən 61 kukla düzəldərək şeytanla döyüşməyə yollanır.
Mind of Mine
Britaniyalı müğənni Zayn Malik-in ilk solo studio albomudur. Albom 2016-cı ilin mart ayının 25-də buraxılmışdır. Əsasən janr olaraq R&B hesab olunsa da, albomda pop, folk, dub, soul, funk, electronic, Qawwali, hip hop, reggae, classical və soft rock janrında olan mahnılar mövcuddur. Albom elə çıxarılan gün 84 ölkənin iTunes sıralarına girmişdir.
MRNT
mRNT və ya məlumat RNT-si və ya məlumat RNT canlı hüceyrələrdə zülal sintezi üçün lazım olan informasiyanı DNT'dən alaraq ribosoma daşıyan RNT tipidir. mRNT RNT polimeraza fermenti tərəfindən istehsal olunur. Hər bir zülal tipi üçün spesifik mRNT var. DNT-dəki koda görə yaradılan olunan mRNT üzərində daşınan üçlü nukleotid qurupuna kodon deyilir. Hər kodon bir aminturşu kodlayır. mRNT üzərində ən çox 64 növ kodon yerləşir. Bir mRNT təkrar-təkrar istifadə oluna bilir və ömrünü bitirdikdən sonra sonra parçalanır. mRNT, hüceyrədə ən az miqdarda olan RNT növüdür.
Mina
Mina — partlayıcı qurğu olub, hərbi əməliyyatlar zamanı istifadə edilir. Minalar müxtəlif olur: piyada əleyhinə, tank əleyhinə, dəniz minası, nüvə minası və s. == Azərbaycan ərazisində minalar == Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı hərbi əməliyyatların getdiyi ərazilərdə mina partlaması nəticəsində həlak olanların və yaralananların sayı çoxdur. Atəşkəs müqaviləsindən sonra da mina insidentləri baş verir. Mütəxəssislərin fikrincə, Azərbaycan ərazisinin böyük bir hissəsində mina və digər partlayıcı qurğular basdırılıb ki, onların təmizlənməsi üçün 10-15 il tələb olunur. == Zərərsizləşdirilməsi üsulları == Fransada hələ Birinci dünya müharibəsindən qalan minaları təmizləməyin qeyri-adi üsulundan istifadə edirlər. Bu işdə insanlara qoyunlar kömək edir. Ölkənin şimalındakı Vimi şəhərində 1917-ci ildə böyük döyüş olub. İndi isə həmin ərazi otlaqdır. Qoyunlar isə istehkamçı rolunda çıxış edirlər.
Mini
Mini — 1950-ci illərin sonunda çıxarılmağa başlanan, 60-cı illərin simvolu olaraq görülən bir avtomobil markasıdır. Ən məşhur İngilis istehsalı avtomobildir. 1950-ci illərdən 1999-cu ilə qədər təxminən 40 il kiçik cüzi dəyişikliklərlə eyni model olaraq istehsalda qalmışdır. Geniş diametrli bir anketə görə Ford Model-Tdən sonra ən təsir edici avtomobil modelidir. İndiki vaxtda Mini markası, BMW qrupuna aid bir markadır. 2001-ci ildə, BMW bünyəsində inkişaf etdirilmiş tamamilə yeni 2-ci nəsil bazara təqdim edilmişdir və bu model, retro dizaynı sahəsində günümüzdəki ən müvəffəqiyyətli tətbiqlərdən biri olmuşdur. Ayrıca bu model sanki go-kart hissi verən üstün yol tutuşuyla dünya mətbuatında və istifadəçilər arasında bir çox tərif almışdır. Markanın ən yeni 3-cü nəsil modelləri isə 2006-cı ilin sonlarında dünya mətbuatına tanıdılmışdır. Satışı isə 2007 ili içərisində Avropada başlamışdır.
Mont
Mont - Qədim Misir dinində müharibə tanrısı.
Vint
Vint - maşınqayırmada ən geniş yayılmış bərkidici element sayılır. Vint bir tərəfdən başlığa, digər tərəfdən yivə malik gövdədən ibarətdir. Başlıqlar birləşdirilən hissələrin bir-birinə sıxılmasına və həmçinin onların açarla və ya burucu ilə bağlanmasına imkan yaradırlar. Çox istifadə olunan altı tilli, kvadrat, sferik formalı və burucu üçün yarığa malik olan başlıqlardır. Vintlər onların malik olduqları yivin profillərinə görə də təsnifatlaşdırılırlar. Xarici yivlərə malik vintlərin həndəsi parametrləri ISO 4753:1999-də verilir.
.int
.int — beynəlxalq təşkilatlar üçün yuxarı səviyyəli ümumi domenidir.
Min
Min (rəqəm) — Min (bir min), say sistemində saylardan biridir. Doqquz yuz doxsan doqquzdan sonra, min birdən əvvəl gəlir. Ən kiçik dördrəqəmli ədəddir. Min (mifologiya) — Qədim Misir mifologiyasına görə məhsuldarlıq allahı. Minkənd – Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində kənd.
Cesse Vint
Cesse Vint (ing. Jesse Lee Vint) - ABŞ aktyorudur. == Seçilmiş filmoqrafiya == == Maraqlı faktlar == Cesse Vintin boyu 1.8 m-dir.
Karlos Mins
Karlos Mins (port. Carlos Minc; 12 iyul 1951 Rio-de-Janeyro Braziliya) — braziliyalı coğrafiyaçı və siyasi xadim, Luisa İnasiu da Silvanın kabinetində Ətraf Müit Naziri. İşçilər Partiyasının üzvü və Braziliya Yaşıl Partiyasının təşkil edənlərdən biri. Karlos Mins Rio-de-Janeyro Dövlət Universitetində təhsil almışdır. Ancaq 1969-cu ildə ölkədə baş vermiş hərbi çevriliş zamanı həbs edilmiş və ölkədən çıxarılmışdır. 1979-cu ildə Lissabon Texniki Universitetini bitirmişdir. 1979 ildə amnistiya almış və ölkəyə gəlməsinə icazə verilmişdir. 1984-cü ildə Paris Universitetində alimlim dərəcəsi almışdır. 14 may 2008-cü ildə Karlos Mins ölkənin Ətraf Müit Naziri təyin edilmişdir.
Mini-ITX
== İTX və Mini İTX formfaktorları == FlexATX 9x7.5 düymə qədər olan lövhələrdir.Onlar daha kiçik ola bilər.Bu zaman belə bir sual ortaya çıxır:"Nə dərəcədə kiçik?" FlexATX lövhələrinin xüsusiyyətlərini analiz edərkən və xüsusən də lazımi bolt quraşdırılma yerlərini öyrənərkən biz yalnız dörd montaj dəliyindən(C, F, H və J) istifadə etməklə FlexATX lövhəsinin kifayət qədər kiçildiyini görəcəyik.Burada deşiklərarası məsafədə və lövhənin kənar haşiyələrində kiçiltmələr aparmaqla ən minimal ölçülərlə FlexATX-in xüsusiyyətlərini özündə saxlayan 17 × 17 cm (6.7 × 6.7 ) ölçüdə yeni formfaktor alırıq.VIA Technologies minimum kiçiklikdə formfaktorlar hazırlamaq istəyirdi.Onlar İTX adlanan 9 inch əvəzinə 8.5 inch düymə malik formfaktor hazırladı.O kiçik olmasına baxmayaraq istehsalçılar daha kiçik ölçünü yaratmaq üçün çalışırdılar.Və nəhayət onlar ən minimum ölçülərə malik Mini İTX adını verdikləri formfaktoru hazırladılar.Yəni o , minimum ölçülərə malik olmaqla FlexATX formfaktorunun analoqu hesab oluna bilər. Beləlikə o, VIA Technologies tərəfindən hazırlanmış aşağı güclü anakart formfaktorudur.Mini İTX lövhəsindəki 4 montaj deşiklərinin sıralanması,lövhənin yerləşdirilməsi və genişlənmə slotları ATX anakartları ilə eynidir.Mini İTX lövhələri istəkdən asılı olaraq hətta ATX,Micro-ATX və digər ATX variantları üçün dizayn edilmiş korpuslarda da istifadə oluna bilir.Formfaktor şərti olaraq bir-standard 33 MHz 5V 32-bit PCI slotu ilə təmin edilir. ________________________________________________________________________________________________________________________________________________________ ===== İntel bazalı məhsullar ===== İBASE Texnologiyasına əsaslanan MI980 kimi ən son Mini-ITX analövhələri 4cü nəsil Intel® Core™ i7/i5 prosessorları ilə təmin olunub.Bu analövhələr əvvəlki nəsillərin CPU performansını və qrafiki imkanlarını artırmağa imkan verən mobil Intel® QM87 və HM86 Ekspress çipsetləri əsasında yaradılıb.Onun əsas xüsusiyyətləri DDR3 SO-DIMM socketlər, DVI-I, DVI-D üçün video əlaqələr, LVDS/eDP və DisplayPort, və bir PCI Ekspress x16 ilə iki Mini PCI Express x1 slotlarıdır. ===== AMD bazalı məhsullar ===== Platformasında İBASE texnologiyası olan digər bir Mini-ITX analövhəsində AMD çipsetlərindən istifadə olunur.Ən sonuncu-MI958 xüsusiyyətləri A55E kontroller habı və AMD G-Series T56N və ya T40N prosessoru ilə əlaqədardır.Bu Radeon HD qrafiklərində VGA, DVI-D və 18-bitlik yeganə kanal LVDS daxil olmaqla video intefeys massivini təmin etmək üçün yaradılmışdır.T56N və T48N Radeon HD 6320/6310 qrafiklərinin hər ikisi 2560 x 1600 pikseldən yuxarı keyfiyyət təklif edir. ===== Transmeta bazalı məhsullar ===== IBASE ilk Transmeta bazalı Mini-ITX analövhəsi MB860-ı yaratdı.Lövhə 1.2 GHz tezliyə qədər çalışan Transmeta™ Efficeon™ prosessorlarından istifadə edir.O 1GBdan yuxarı tutum ilə SO-DIMM DDR modullarını dəstəkləyir.Onun dörd USB 2.0 portu, bir Realtek 8100C 10/100 BaseT Etherneti və bir fakultativ 8110S Gigabit Ethernet kontrolleri var. ===== PowerPC bazalı məhsullar ===== İlk PowerPC analövhələri Eyetech tərəfindən 2005-ci ildə istehsal olunub,lakin elə həmin il də onlar öz fəaliyyətlərini dayandırdılar.Beləliklə ACube Systems şirkəti ilk əvvəl AmigaOS marketləri üçün yeni Sam440ep lövhəsi yaratdı. == Tarixçə == 2001-ci ilin mart ayında çipset istehsalçıları VIA Technologies İTX lövhələrinin dizaynına istinadən onların çipsetləri ilə birlikdə aşağı güclü C3 prosessorunu Centaur Technology-dən almışdılar.VIA's rəhbəri R&D eksperti Robert Kuo tərəfindən dizayn edilmiş 215×191 mm VT6009 ITX lövhəsi "Information PC" və set-top box formfaktorlarında nümayiş edildi.O,Mini-ITX formfaktorlarının dizaynına davam etmək istəyirdi.229×191 mm FlexATX formfaktoruna əsaslanmış daha balaca lövhə təqdim edən istehsalçılar Mini İTX formfaktorlarını hec vaxt müzakirə etmədilər.2001-ci ilin oktyabrında VİA aşağı qiymətli fərdi kompüter formfaktorları üçün standartlaşdırılmış infrastruktur təqdim edən yeni ana lövhə yaratmaq qərarını elan etdi.Nəticədə 2011-ci ilin noyabr ayında bir daha "Information PC" və ya aşağı qiymətli,giriş səviyyəsi x86 olan hesablayıcı platforması kimi önə çəkilmiş VT6010 Mini-ITX dizaynı meydana gəldi.Mini İTX lövhələrinə ilk əvvəl sənaye və əlaqədar fərdi kompüter mağazalarında müraciət olunurdu.VİA Mini İTX lövhələrinə məsrəf etməyə davam edirdi.İlkin nəsilə original PL133,CLE266,CN400 çipset lövhələri daxildir.Müxtəlif mağazaların tələblərinə uyğun olaraq xüsuslaşmış EPIA M, MII, CL, PD, TC lövhələri ikinci nəsili əmələ gətirir.VİA lövhələrinin uyuşan CPU-ları-C3, C7 və aşağı güclü Eden variantları daha yeni VIA Nano CPU ilə istifadə olunur. == İstehlak malları == VİA İPCdə diqqət cəlb etdikdən sonra Mini İTX məhsulları dizayn olunaraq istehsalat və sistem birləşmiş mağazalarına satıldı. Eyetech Group Ltd Mini İTX lövhələrini onların Micro-AmigaOne kompüterləri ilə istehlak mağazalarına gətirən ilk şirkət olmuşdur. == Güc == Mümkün variantlarda bəzi təklifləri olmasına baxmayaraq Mini İTX-in standart güc təchizatı müəyyənləşdirilməmişdir.
Mini-proqramlar
Qacet (ing. gadget — uyğun gələn, əlavə) və ya mini-proqramlar — əldə gəzdirilə bilən orijinal, qeyri-standart texniki qurğu. Qacet kimi əl fənəri, mobil telefonu, fləş götürülə bilər. == Xüsusiyyətləri == Portativliyi! O az çəkidə olmalı və cibdə yerləşə bilinməlidir. Funksiyalı . Müxtəlif funksiyaları yerinə yetirə bilməlidir. Məsələn, saat göstərməli, radioqəbuledicisi olmalı, pleyer kimi istifadə ediə bilməli, informasiya daşıyıcısı kimi istifadə edilə bilinməlidir. Məhdud imkanlı. Onun özü sərəbəst funksiya yerinə yetirən olmamalıdır.
Mini (BMW)
Mini — 1950-ci illərin sonunda çıxarılmağa başlanan, 60-cı illərin simvolu olaraq görülən bir avtomobil markasıdır. Ən məşhur İngilis istehsalı avtomobildir. 1950-ci illərdən 1999-cu ilə qədər təxminən 40 il kiçik cüzi dəyişikliklərlə eyni model olaraq istehsalda qalmışdır. Geniş diametrli bir anketə görə Ford Model-Tdən sonra ən təsir edici avtomobil modelidir. İndiki vaxtda Mini markası, BMW qrupuna aid bir markadır. 2001-ci ildə, BMW bünyəsində inkişaf etdirilmiş tamamilə yeni 2-ci nəsil bazara təqdim edilmişdir və bu model, retro dizaynı sahəsində günümüzdəki ən müvəffəqiyyətli tətbiqlərdən biri olmuşdur. Ayrıca bu model sanki go-kart hissi verən üstün yol tutuşuyla dünya mətbuatında və istifadəçilər arasında bir çox tərif almışdır. Markanın ən yeni 3-cü nəsil modelləri isə 2006-cı ilin sonlarında dünya mətbuatına tanıdılmışdır. Satışı isə 2007 ili içərisində Avropada başlamışdır.
Mini Anden
Mini Anden (doğum; Susanna Andén; 7 iyun 1978) —İsveçli Model, aktrisa və produsser. == Həyatı == Stokholmda doğulan Anden 10 yaşından etibarən modellik etməyə başladı. 15 yaşında "Elite Model Ajansı"nın bir modeli oldu. "Vogue", "Marie Claire", "Cosmopolitan" və "ELLE" jurnalları başda olmaq üzrə bir çox moda dərgisinin üz qabığına fotosu vuruldu. "Calvin Klein", "Giorgio Armani", "Donna Karan", "BCBG", "Louis Vuitton", "Victoria's Secret", "Hugo Boss" və "Gucci"nin reklam kampanyalarına qatıldı. Mini Anden 2001-ci ildən Taber Shroeder ilə evlənən model, Los-Ancelesdə yaşayır. == Agentlər == Elite Model Management - New York T Model Management Mikas - Stockholm Action Management IMG Models - New York Iconic Management == Filmoqrafiya və TV serialları == Trend Watch (2003) - Host Bufoon (2003) - produsser Point&Shoot (2004) - Mini Ocean's Twelve (2004) - Supermodel Au suivant!
Mini Kuper
Mini Hatch, Mini Cooper və ya Mini One kimi də tanınır — 2000-ci ildən bəri BMV korporasiyasının Mini şirkəti tərəfindən istehsal olunan kiçik sinif avtomobil modelidir. Avtomobil ilk dəfə 1997-ci ildə Frankfurt avtosalonunda əvvəlki Mini və Rover Metro modellərinin əvəz edilməsi məqsədi ilə nümayiş etdirilmişdir. Birinci nəsil 2000-ci ildə, ikinci nəsil 2006-cı ildə, üçüncü nəsil isə 2013-cü ildə istehsal olunmağa başlanmışdır. Mini İngiltərənin Oksford şəhərindəki Oksford fabrikində və 2014-cü ilin iyul ayından Hollandiyanın Born şəhərindəki VDL Nedcar tərəfindən istehsal olunur.
Mini Mansions
Mini Mansions – Zak Daues, Tayler Parkford və Queens of the Stone Age qrupunun bas ifaçısı Maykl Şumen tərəfindən yaradılmış amerikan indi-pop qrupu. == Tarixi == Mini Mansions 2009-cu ildə yaranıb. Onlar 2009-cu ildə öz adlarını daşıyan doqquz parçadan ibarət mini-albom buraxıb. 2014-cü ildə onlar 24 mart 2015-ci ildə buraxılmış ikinci studiya albomu The Great Pretenders-dən "Death Is a Girl" adlı sinqlı buraxdılar. 2015-ci ilin noyabrında "Any Emotions", "Freakout!", Arctic Monkeys-dən Aleks Törnerin yer aldığı "Vertigo", "Mirror Mountain", "Double Visions", "Creeps" və "The End, Again" (hamısı The Great Pretenders-dan) mahnılarının klipləri onların Vevo səhifəsində yayımlandı. Həmçinin The B-52-dən Fred Schneider-in yer aldığı B tərəfi "Cheap Leather" üçün də bir klip yayımlandı. 2016-cı ildə qrup PledgeMusic vasitəsilə The Great Pretenders albomunun yayımlanmamış B-tərəflərindən ibarət olan Flashbacks-i buraxdı. 14 mart 2017-ci ildə Mini Mansions-ın üç üzvünün 24 mart 2017-ci ildə Şotlandiyanın Qlazqo şəhərində BBC Radio 6 Musiqi Festivalında Sparks musiqi qrupu ilə çıxış edəcəyi elan edildi. 12 fevral 2019-cu ildə qrupun üçüncü albomu Guy Walks Into a Bar... 26 iyul 2019-cu ildə buraxılacağı məlum oldu.
Mino Rayola
Mino Rayola (it. Mino Raiola, 4 noyabr 1967, Noçera-İnferyore[d], Kampaniya – 30 aprel 2022, Milan) — İtalyan əsilli Niderland futbol agenti. O, bir çox tanınmış futbolçuların, o cümlədən, Pavel Nedved, Zlatan İbrahimoviç, Lorenzo İnsine, Mario Balotelli, Romelu Lukaku və Pol Poqbanın agenti olmuşdur. == Erkən həyatı == Rayola 1967-ci ildə İtaliyanın cənubundakı Kampaniya əyalətinin Noçere-İnferyore şəhərində anadan olub. O, bir il sonra valideynləri ilə Hollandiyanın Haarlem şəhərinə köçmüşdür. Hollandiyada Rayolanın gənclik illəri atasının qurduğu pizzaçılar şəbəkəsində keçib., O, atasına yaxınlaşmaq üçün əvvəlcə qab-qacaq yuyurdu, sonra isə ofisiant kimi çalışırdı. == Şəxsi həyatı və ölümü == Rayola ailəsi ilə birlikdə Monako knyazlığında yaşayırdı. O, yeddi dildə danışırdı: italyan, ingilis, alman, ispan, fransız, portuqal və holland. 2022-ci il aprelin 30-da Rayolanın ailəsi onun 54 yaşında dünyasını dəyişdiyini təsdiqləyən bəyanat yayıb.
Minq sülaləsi
Minq sülaləsi hun imperiyasının 3-cü sülaləsidir.bu sülalənin hərbi qoşunuda var idi ki bu da hunların çinlilələ müharibəsində iştirak etmişdir.minq sülaləsi E.ə 135-ci ildə Kenq çim um tərəfindən yaradılıb.minq sülaləsi təxminən 100-150 nəfərdən ibarətdir.minq sülaləsinə E.ə 143-cü ildə son qoyulub.
Sint-Estatius
Sint-Estatius (nid. Sint Eustatius) — Karib Niderlandındakı 3 özəl bələdiyyədən biri. Rəsmi dili Niderland dilidir. Ərazisi 21 km² olan bu adada 3,877 nəfər yaşayır. Paytaxtı Oranyestad şəhəridir.
Sint-Marten
Sint-Marten (nid. Sint Maarten) — Niderland Krallığını təşkil edən 4 ölkədən biri. Karib dənizində yerləşir. Paytaxtı Filipsburq şəhəridir. == Tarixi == 10 oktyabr 2010-cu ildən əvvəl Niderland Antil adalarının bir hissəsi idi. == Ərazisi == Ərazisi 37 km²-dir. == Əhalisi == 2011-ci ilin məlumatına görə halisi 33,609 nəfərdir. == İstinadlar == == Xarici keçidlər == Official website of the Sint Maarten government Philipsburg Jubilee Public Library St. Maarten Chamber of Commerce and Industry (official site). St.
Mini Ninjas
Mini Ninjas — 2009-cu ildə Danimarka şirkəti, IO Interactive tərəfindən yaradılan və PlayStation 3, Microsoft Windows, Wii, Nintendo DS, Xbox 360 platformaları üçün buraxılan macəra janrında olan oyun. == Oyun haqda == Mini Ninjas 19 yanvar 2009-cu ildə anons edilir və elə həmin vaxt da oyun üçün rəsmi çarx buraxılır. Oyunun yaradılma səbəbi, hazırlayanların belə demək olarsa "öz uşaqları ilə oyun oynamaq" həvəsindən gəlir. Buna baxmayaraq, oyunda kooperativ rejim yoxdur. == Qiymət == Oyun tənqidçilər tərəfindən isti qəbul olunmuşdur. IGN oyuna 10 baldan 8-ni vermişdir. The Guardian isə 5 mümkün baldan 4-nü verərək qeyd etmişdir: "Mini Ninjas - uşaqlarınla birlikdə ən əyləncəli vaxt keçirmə imkanlarından birini verir. Uşaqlar üçün yaradılan videooyunlar arasında heç biri bu qədər rahatlaşdırmır və həzz vermir." The Times isə 5 baldan 5-ni vermişdir. Oyuna aid əsas tənqid kooperativ rejimin olmamasıdır.
Mini futbol
Minifutbol (bəzən mini-futbol kimi qeyd olunur) — futbolun kiçik tərəfli variasiyasıdır. Minifutbola əsasən 6-a-yan, 7-ə-yan, 8-ə-yan, 9-a-yan və qapalı futbolun əlavə növləri ilə 5-ə-yan formatında oynanılır. Oyunların hamısı astro qazonda, futzal isə qapalı şəraitdə sərt meydançada oynanılır. 5-ə-yan formatının ən yüksək dünya nüfuzlu təşkilatı — Dünya Minifutbol Federasiyasıdır (WMF). 6-a-yan formatı Beynəlxalq Futbol Federasiyası tərəfindən idarə olunur, IFA7 və FIF7 də daxil olmaqla, 7-a-yan formatını bir neçə sub-kontinental qurum idarə edir. Son illərdə minifutbolun populyarlığı qlobal miqyasda artdı. Minifutbol termini həm peşəkar, həm də həvəskar oyunçular üçün açıq olan kiçik tərəfli futbol deməkdir. WMF hər 2 ildən bir öz Dünya Kubokunu, eləcə də yaradılmış milli federasiyalar vasitəsilə qitə çempionatlarını təşkil edir. == Azərbaycanda minifutbol == 2022-ci il iyunun 11-də minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatını qazanmışdır. 2023-cü ilin noyabrın 4-də minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində keçirilən 2023 WMF Dünya Çempionatında dördüncü yeri tutub.
MIT
Massaçusets Texnologiya İnstitutu (ing. Massachusetts Institute of Technology – MIT) — ABŞ-nin Massaçusets ştatında, Kembric şəhərində yerləşir. Bu ali təhsil ocağına ənənəyə görə institut deyilir, əslində Massaçusets Texnologiya İnstitutu böyük bir universitetdir. "Kompüter texnologiyalarının mərkəzi" adlandırılan universitet elm və texnologiya, robot texnikası və süni intellekt sahələri üzrə dünya lideridir. İnstitut menecment, iqtisadiyyat, linqvistika, siyasi elmlər, fəlsəfə və s. sahələr üzrə də məşhurdur. Məhz bu elmi-tədqiqat mərkəzində bugünkü kompüter sivilizasiyasının bir çox nailiyyətləri əldə olunub. Hətta bununla bağlı "Massaçusets Texnologiya İnstitutu mədəniyyəti" adlı anlayış da mövcuddur. İnstitutun ən tanınmış bölmələri Linkoln, İnformatika və Süni İntellekt laboratoriyaları, İdarəçilik Məktəbidir. == Tarixi == 1861-ci ildə Massaçusets Birliyi Uilyam Berton Rocersin "Massaçusets Texnologiya İnstitutu və Boston Təbiət Elmləri Cəmiyyəti"nin yaradılması haqqında xartiyasını təsdiqlədi.
Aminə binti Vəhb
Əminə binti Vəhb (ərəb. آمِنَة ٱبْنَت وَهْب‎, ʾĀminahʾ ibnat Wahb, 549, Məkkə – 575, Əl-Əbva[d], Məkkə bölgəsi[d]) — İslam peyğəmbəri Məhəmməd Peyğəmbərin anası. == Həyatı == Tarixi qaynaqlarda Əminə binti Vahbın doğum tarixi barədə hər hansı bir məlumat yoxdur. Çox gənc yaşlarında evlədiyi bilinir. Həyat yoldaşı Abdullah ibn Əbdülmütəllib o hamilə ikən vəfat etmişdir. Məhəmməd Peyğəmbərin doğumundan altı il sonra, 577-ci ildə, həyat yoldaşı və qohumlarının məzarlarını ziyarət etmək məqsədilə Məhəmməd ilə getdiyi Mədinədən qayıdarkən Ebva adlı bir kənddə, gənc yaşda (22 və ya 23) vəfat etmiş və oradaca dəfn edilmişdir. Məzarı hələ də oradadır. Məhəmməd Peyğəmbərin anası olduğu üçün İslam Ədəbiyyatında xüsusi yerə sahibdir.