Mintuçi (aynuミントゥチ, mintuci; həmçinin "mintuti", "mintuçi kamuy") – aynu mifologiyasında fövqəltəbii varlıq, yarıinsan-yarıheyvan[1][2], su ünsürünə aid ruh[3]. Adətən kappu kimi təfsir edilir[3][4]. Adının dielaektik variantları – "mimtuçi"[5], "mintoçi"[6]. Yapondilli ədəbiyyatda minçuti (yap. ミンツチ) variantına rast gəlmək olar.
Ehtimala görə "mintuçi" sözü Midzuti sözü ilə qohumdur. Ola bilsin ki, mintuçi özündə kappanın və aynuların keçəl "dağ adamlarının" xüsusiyyətlərini birləşdirir[4][4][7].
Əfsanələrə görə, yaponlar Edo dövründə aynularla ticari əlaqələr qurmaq üçün Hokkaydoya gəldikdə, sonuncuların gəmilərinə çiçək xəstəliyi şeytanı soxulur[8].
Çiçək xəstəliyi epidemiyası çoxlu sayda aynunun həyatına son qoyur[4]. Okikurumi yovşan gövdəsindən 61 kukla düzəldərək şeytanla döyüşməyə yollanır[9]. (Başqa əfsanələrə əsasən, kuklaları aynular düzəldir). Bir dənə kukladan başqa hamısı suda batır, lakin sonuncu şeytana qalib gələ bilir[10]. Batan kuklalar sonradan "mintuçi" ilahlarına dönüşür; onlar xəstəlik və bədbəxtlik olduqda yardım edə bilirlər[4][9].
Mintuçilər 3–12 yaşlı uşaq boyda olurlar, kappa kimi başlarının ortası keçəldir, dəriləri bənövşəyi-qırmızıdır, ayaqları ya quş, ya da qurbağa ayağıdır[1][11]. Kappalardakı kimi, mintuçilərin qolları bədənlərinin içində bir-birinə bağlıdır. Bir qolu qoparıldıqda, o birisi də özü düşür. Müxtəlif bölgələrin mintuçiləri fərqli xüsusiyyətlərə malikdirlər: İsikari çayının mintuçiləri tamamilə keçəldirlər – həm erkəklər, həm də dişilər. İkeda şəhərinin şərq Tokati vadisinin mintuçiləri balaca qoca baba və nənələrə bənzəyirlər[4].
Xalq inanclarına görə, mintuçilər balıqları idarə edir və suda boğulmuş insan qurbanı əvəzinə balıqçıya uğur gətirə bilərlər[1][4]. Həmçinin mintuçinin ovda[4] şikarın sayını artırmağı bacardığına inanırdılar. Bəzi əfsanələrdə, balaca qız cildində övladlığa götürülmüş mintuçinin ailəyə böyük uğur gətirdiyi deyilir[1]. Məsələn, Asakihava şəhərinin və Saru çayının firavanlığını mintuçilər tərəfindən qorunması ilə bağlayırdılar[4].
Kappa kimi mintuçilər də insan və mal-qara ovuna çıxa, onları suyun altına çəkə, insanların içinə girə bilirlər[4]. İçinə mintuçi girmiş qadın kişiləri ovsunlaya bilir.