Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mormor
Mormor — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Gədəbəy rayonunun Mormor kəndi Arabaçı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Mormor kənd Soveti yaradılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Sarılar olmuşdur. Kəndi XIX əsrdə indiki Tovuz rayonunun Bozalqanlı kəndindən gəlmiş Sarı oğlu Kərbəlayı Nəcəf köhnə kənd yerində salmışdır. Yerli əhalinin məlumatına görə, həmin köhnə kəndin adı Mormor olmuş və yaxınlıqdakı mineral bulaqların adını daşımışdır. == Coğrafiyası və iqlimi == Kənd dağlıq ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 489 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Beyond the Red Mirror
Beyond the Red Mirror alman pauer metal qrupu Blind Guardianın 2015-ci ildə çıxardığı, sayca 10-cu studiya albomu.
Man In The Mirror
Man In The Mirror – Qlen Ballard və Siedah Garrett tərəfindən yazılmış və Maykl Cekson tərəfindən ifa olunmuş mahnıdır. Ceksonun ifasına Kuinsi Cons və Cekson özü prodüserlik etmişdir. 1988-ci ilin yanvarında Ceksonun yeddinci solo albomu olan “Bad”dan dördüncü sinql kimi satışa çıxarılan mahnı qısa zamanda ABŞ hit-paradlarında birinciliyə yüksəlmişdir. Ceksonun ən ciddi işlərindən biri kimi dəyərləndirilən mahnı, İlin Ən Yaxşı Səsyazması kateqoriyasında Qremmi mükafatına namizəd göstərilmişdir. Mahnı iki həftə “Billboard Hot 100” hit-paradına rəhbərlik etmişdir. 1988-ci ildə “UK Singles Chart”da 21-ci yerdə qərarlaşan mahnı, 2009-cu ildə Maykl Ceksonun ölümündən sonra həmin hit paradda 11–ci yerə kimi yüksəlmişdir. ABŞ və BK-da 1.3 milyon nüsxədən çox onlayn satış uğuru əldə edən mahnı iTunes yükləmələrində də birinci yerə yüksəlmişdir. == Kompozisiya == “Man in the Mirror” Qlen Ballard və Siedah Garrett tərəfindən bəstələnmişdir. Cekson mahnıya Garret, The Winans və Andre Krauç Xorunun fon ifasını əlavə etmişdir ki, bu da mahnıya xarakterik səslənmə vermişdir. Bu mahnı Ceksonun ən sevimli mahnılarından biri olmuşdur.
Marmot
Marmot (lat. Marmota) və ya suğur — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan cinsi. == Növləri == Marmotun 15 növü var.
Mirlər
Mirlər — Azərbaycan Respublikasının Qubadlı rayonunun Dondarlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə Qubadlının azad edilməsi üçün aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur. == Toponimikası == Mirlər kəndi Bərgüşad çayının sahilində, dağətəyi ərazidədir. Yerli məlumata görə, yaşayış məntəqəsini XVIII əsrdə Şeyx Mir İbrahim ağa saldığı üçün onun titulu (mir) ilə adlanmışdır. Bir sıra müsəlman ölkələrində, o cümlədən Azərbaycanda mənşəcə Məhəmməd peyğəmbərin nəslindən olanlar adətən seyid və ya mir fəxri titulu daşıyırlar. Antropooykonimdir.
Mismar
***px|thumb|Polad mismarlar ***px|thumb|Döyməklə hazırlanmış mismar (15 sm) Mismar və ya mıx — texnikada tətbiq olunan metaldan hazırlanmış, bir ucu iti, digər ucu yastı şəklində olan birləşdirici element. O, çəkicin köməyi ilə taxtaya çalınır. Mismar taxta lövhələri fiksasiya etmək və ya tərpənməz bərkitmək üçün tətbiq olunur. Ən geniş yayılmış mismarlar polad dan, mis dən və bürünc dən hazırlanır. Çəkic əvəzinə mismarlar xüsusi sıxılmış hava ilə işləyən mismarlayıcının köməyi ilə də taxtaya vurula bilər. Mismar ən qədim birləşdirici element hesab olunur. Mismarlar sənayeləşmənin genişlənməsindən bəri metal məftilləri soyuq emal etməklə hazırlanır. Qədimdə mismarlar dəmirçilər tərəfindən zindanda metalı əllə döyməklə düzəldilirdilər. Ona görə də, onlar qədimdə dördkünc formasına malik idilər.
Mərmər
Mərmər (lat. marmor; yun. Μάρμαρο — "parlayan daş", "daş qayması") — əhəngdaşı və dolomitlərin metamorfizmə uğraması (yenidən kristallaşması) nəticəsində əmələ gələn xırda, orta və iridənəli kristallik süxur. Tərkibində kvars, xalsedon, hematit pirit və s. mineralların, həmçinin üzvi birləşmələrin qatışıqları olur. Həcm çəkisi 2,65–2,90, sıxlığa davamlığı 500–2500 kqs/sm², rəngi qatışıqlardan asılı olaraq müxtəlifdir. Xırdadənəli növləri daha davamlıdır.
Minor
Matrisin minoru, onun bir və ya daha artıq sətir və sütunları sildikdən sonra yerdə qalan elementlərdən düzəldilmiş matrisin determinantıdır. == Nümunə == Nümunə üçün aşağıdakı matris: [ 1 4 7 3 0 5 − 1 9 11 ] {\displaystyle {\begin{bmatrix}\,\,\,1&4&7\\\,\,\,3&0&5\\-1&9&\!11\\\end{bmatrix}}} Bu matrisin M 2 , 3 {\displaystyle M_{2,3}} minorunu tapaq. Bu minoru tapmaq üçün matrisdə 2-ci sətirdəki elementləri silək, həmçinin 3-cü sütundakı eleməntləri silək, daha sonra isə yerdə qalan elementlərdən alınan matrisin determinantını hesablasaq: | 1 4 ◻ ◻ ◻ ◻ − 1 9 ◻ | {\displaystyle {\begin{vmatrix}\,\,1&4&\Box \,\\\,\Box &\Box &\Box \,\\-1&9&\Box \,\\\end{vmatrix}}} ⟶ {\displaystyle \longrightarrow } | 1 4 − 1 9 | = ( 1 ∗ 9 − ( 4 ∗ ( − 1 ) ) ) = 13 {\displaystyle {\begin{vmatrix}\,\,\,1&4\,\\-1&9\,\\\end{vmatrix}}=(1*9-(4*(-1)))=13} M 2 , 3 = 13 {\displaystyle M_{2,3}=13} alarıq.
Miron
Miron (yun. Μύρων)(b.e.ə.480-440) — Afinada yaşamış heykəltaraş. O, Eletrada doğulub. Aqeladasın tələbəsi olub. Miron əsərlərinin çoxunu bürüncdən hazırlayırdı. Tanrıların və qəhrəmanların heykəllərini hazırlamasına baxmayaraq Miron əsasən idmançıların heykəllərini hazırlayırdı. Tarixçi Plini Mironun işlərinin Polikletin işlərindən daha və düzgün daha harmonik olduğunu bildirmişdir. Onun ən məşhur əsərləri, Plininin "Pliny’s Natural History"(Plininin təbii tarixi) adlı əsərinə daxildir. (Bu əsər Roma vaxtından indiyə qədər gəlib çatan nadir əsərlərdəndir. Əsərdə hər şey haqqında məlumat toplanmışdır) Miron deyirdi ki, o, öz əsərlərinə heyranedici və həyat xüsusiyyətlərini verəndə fikrindəki emosiyaları orada göstərə bilmirdi.
Timor
Timor (ind. Pulau Timor, tetum Timor) — Malay arxipelaqının cənubunda, iki müstəqil ölkə arasında bölünən ada. Adanın şərq hissəsində Şərqi Timor, qərbində isə İndoneziyanın ərazisi yerləşir. == Coğrafiya == Adanın sahəsi 30,8 min. km² təşkil edir. Adı Malay dilində "Şərq" mənasını verir. Buda fakdır ki, ada Malay arxipelaqının şərqində yerləşir. == İnzibati bölgü == Ada iki ölkə arasında bölünmüşdür: İndoneziya və Şərqi Timor. Şərqi Timor — 15 007 km², 1 066 409 nəf. (2010) İndoneziya — 14 660 км², 1 662 056 nəf.
Mormo
Mormo (lat. Mormo) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin sovkalar fəsiləsinə aid heyvan cinsi.
Birdmor buzlağı
Birdmor buzlağı, (ing. Beardmore Glacier) Antarktidada yerləşən bir buz kütləsidir. Vilyam Birdmorun şərəfinə Birdmor buzlağı adnlandırılıb. == Coğrafiyası == Lambert buzlağından sonra, uzunluğu 160 km-dən çox olan və 30 km-ə çatan genişliyi ilə dünyanın ən böyük buzlaqlarından biridir. Transantarktika dağlarından başlayaraq, Şekliton sahili üzərindən Ross buz sahəsinə qədər uzanır. Buzlaq bir "U" şəkilli vadidə yerləşir. == Kəşfi == Birdmor buzlağı, 1908-ci ildə Ernest Şeklton tərəfindən, ikinci Antarktida elmi gəzintisində aşkar edilir. Buzlaq adını, Şelkton səfərinin bir sponsoru olan Vilyam Birdmorun adından alır. Birdmor buzlağı, Ross buz sahəsindən çıxaraq Transantarktika dağları üzərindən daha doğrusu arasından, Cənub Qütbünə gedən dəhliz rolunu oynayır. Bu dəhlizin sayəsində Cənub Qütbünə çatmaq mümkündü.
Boz marmot
Boz marmot (lat. Marmota baibacina) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü. Tyan-Şan və Altay dağlarında yayılmışdır.
Con Milnor
Con Uillard Milnor (ing. John Willard Milnor; 20 fevral 1931) — diferensial topologiya, K-nəzəriyyə və dinamik sistemlər sahəsindəki işləri ilə tanınmış Amerika riyaziyyatçısı. Filds medalı (1962), Volf mükafatı (1989) və Abel mükafatı (2011) laureatıdır. Stouni-Bruk Universitetinin əməkdar professorudur. == Həyat və fəaliyyəti == Con Milnor 1931-ci ildə ABŞ-nin Nyu-Cersi ştatında anadan olmuşdur. İlk elmi məqaləsini 18 yaşında yazan Milnor 1954-cü ildə fəlsəfə doktoru dərəcəsini alır. İki il sonra yeddiölçülü ekzotik sferaların kəşfi ilə riyaziyyat aləmini heyran edir. Daha sonra fransız riyaziyyatçı Mişel Kerverlə birlikdə hər ölçüdə sferalar üzərində bütün diferensiallanan strukturların təsnifatını verməklə topologiyaya yeni nəfəs gətirir. O, riyaziyyatın bir çox sahələrinə böyük töhfələr vermişdir ki, bunların içində xüsusilə Milnor sferaları, Milnor ədədi, Milnor-Törston nəzəriyyəsi, düyünlər nəzəriyyəsi ilə bağlı Milnor hipotezi riyaziyyatçılara yaxşı tanışdır. Milnor bir sıra mükafatlar laureatıdır və onların içində 1962-ci ildə aldığı riyaziyyat aləminin ən mötəbər mükafatlarından biri olan Filds medalı da vardır.
Devid Gilmor
Devid Con Qilmor (ing. David Jon Gilmour; 6 mart 1946, Kembric) — Britaniya bəstəkarı, gitara ifaçısı, vokalist, Pink Floyd qrupunun üzvü. Devid Qilmor 6 mart 1946-cı ildə İngiltərənin Kembric şəhərində anadan olmuşdur. Onun atası Duqlas Qilmor Kembric universitetində zoologiya fənni üzrə baş müəllim idi. Anası Silviya isə müəllimə və montajçı işləyirdi.
Kirkor Zohrab
Kirkor Zöhrab Əfəndi (Գրիգոր Զոհրապ; 26 iyun 1861[…], Beşiktaş, Konstantinopol, Osmanlı imperiyası – 2 avqust 1915, Şanlıurfa, Şanlıurfa ili, Osmanlı imperiyası), Osmanlı erməni yazıçısı, akademik, siyasətçi və hüquqşünas. Erməni Krımının başlanğıcında İstanbulda Osmanlı hökuməti tərəfindən həbs edilmiş və mühakimə olunmaq üçün Diyarbəkirdəki hərbi məhkəməyə göndərilmişdir. Səfər əsnasında 15–20 iyul 1915-ci ildə Urfa yaxınlığındakı Karaköprüdə Çerkez Əhməd, Xəlil və Nazım başda olmaqla bir qrup quldur tərəfindən öldürüldü. == Həyat == 26 iyun 1861 ilində İstanbulun Beşiktaş səmtində anadan olub. İbtidai məktəbə 1867-ci ildə mahalın Makruhyan erməni məktəbində başlayıb. 1870-ci ildə atasının ölümü və anasının yenidən evlənməsindən sonra Ortaköy mahalına köçdü və burada Tarkmançats Erməni Məktəbində oxudu.1873-cü ildə Tarkmançats məktəbi maliyyə çətinliklərinə görə bağlandıqda, o, Katolik Lusaroviç Məktəbinə keçdi. 1876-cı ildə Qalatasaray Mekteb-i Sultani Mühəndislik Bölməsinə daxil oldu. İlk məqalələri 1878-ci ildə Ermənistanın Lrakir Qəzetində dərc olunub. 1879-cu ildə inşaat mühəndisi diplomu ilə bitirdi. 1880-ci ildə ögey atası vəkil Avedis Yordamyanın ofisində ona kömək etməyə başladı və Qalatasaray Sultanisi Hüquq Fakültəsinə daxil oldu.
Marmot adası
Marmot adası (ing. Marmot Island) — Sakit okeanın şimalında, Alyaskanın cənub sahillərində (ABŞ) sahəsi 45,2 km² olan ada. Kadyak arxipelaqına daxildir. İnzibati cəhətdən ABŞ-nin Alyaska ştatının Kadyak borosuna aiddir. Afoqnak adasının şərqində yerləşir. Əvvəlcə Evraşiçi olaraq adlandırılır. Adanı bu cür 1826-cı ildə Qavrila Sarıçev adlandırır. Amerikalılar daha sonra adaya marmot adını verirlər. Adanın uzunluğu təxminən 11,5 km, eni isə 5,5 km-dir. Sahəsi 45,2 km²-dir.
Marmot günü
Marmot günü (ing. Groundhog Day) — Hər il 2 fevral tarixində ABŞ və Kanadada keçirilən milli bayram. Həmin gün marmotu yuvasından çıxarılır və onun özünü aparmasına görə havanın necə olacağına proqnozu verilir.
Mormon kitabı
Mormon kitabı (ing. The Book of Mormon) — mormonizmin müqəddəs mətnlər toplusu İlk dəfə 1830-cu ildə Cozef Smit tərəfindən nəşr olunmuşdur. "Mormon kitabı" mormonların əsas kitabıdır. Burada Bibliya və "Mormon kitabı"nın mətnləri müqayisə edilir və ikincinin həqiqət olduğu bildirilir. Kitab on beş fəsildən və beş yüz səhifədən ibarətdir. "Təlimlər və cəmiyyətlər", eləcə də "Qiymətli mirvari" kitablarında mormonların peyğəmbər kimi qəbul etdikləri Cozef Smitin həyat barədə fikirləri cəmlənmişdir.
Mərmər cürə
Mərmər cürə (lat. Marmaronetta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi. == Kateqoriya və statusu == (III-VU). Həssas, sayı azalmaqda olan növdür. == Qısa təsviri == Bədəninin ümumi rəngi bozdur, üzərində açıq rəngli dəyirmi ləkələr və naxışlar vardır. Erkəyin başında kəkil var. == Yayılması == Avropa və Asiyada yayılıb. Azərbaycanda Kür-Araz və Lənkəran ovalıqlarının su hövzələrində, Xəzərin sahillərində, Araz dəryaçasında məskunlaşır. Ağgöldə və Sarısuda yuvalayır. == Yaşayış yeri və həyat tərzi == Qamış və qarğılıqlarla zəngin olan subasarlar və göllərdə yaşayır.
Mərmər oniksi
Mərmər oniksi – Ca[CO3] - Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Haqqında == Kalsit və araqonitin sıx, yaxşı pardaxlanan işıqkeçirən, yaxud yarımşəffaf zolaqlı və konsentrik - zonal quruluşlu incə çalarlı sarı, çəhrayı, yaşıl, krem və qəhvəyi rəngli aqreqatları mərmər oniksi adlanır. Parıltısı tutqun parıltıdan şüşə və yağlı parıltıyadək dəyişir. Sərtliyi – 3-4. Sınıqları qeyri-hamardır. Çox vaxt gözəl tekstur rəsmləri olan bütov kütlələri əhəngdaşları, əhəngli qumdaşları və travertinlərdə və s. layabənzər cisimlər və araqatlar, müxtəlif süxurların səthində örtüklər əmələ gətirir. Tez-tez mərmər oniksinin damarcıqlarına da rast gəlinir. Karst mağaralarında əhəngdaşları içərisində stalaktit və stalaqmitləri, bəzən mürəkkəb formalı aqreqatları müşahidə edilir. İri kütlələri isti mineral bulaqların məhsulu kimi kristallaşır.
Mərmər pişik
Mərmər pişik (lat. Pardofelis marmorata) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin pardofelis cinsinə aid heyvan növü. Cənub-Şərqi Asiyada yaşayan vəhşi pişikdir. Bədəninin uzunluğu 55 sm, quyruğunun uzunluğu 50 sm-ə çatan mərmər pişik ev pişiyindən bir qədər böyükdür.
Mərmər taxtabiti
Mərmər taxtabiti — (lat. Halyomorpha halys Stal.) Yarımsərtqanadlılar dəstəsinin (Hemiptera) bağacıq-taxtabitilər (Pentatomidae) fəsiləsinə aiddir. İngilis dilli ədəbiyyatda "brown marmorated stink bug" adlandırılır. Qəhvəyi mərmər iyili zərərverici orijinal rənginə görə belə adlandırılıb. == Morfoloji xüsusiyyətləri == Mərmər taxtabitinin bədəni armudşəkillidir, azca yastılaşmışdır, bədən uzunluğu 12–17 mm-dir. Həşəratın rəngi qəhvəyidir, baş və döş hissədə qeyri-adi naxışlar vizual görünüşdə mərməri xatırladır. Bədənin alt hissəsi ağ, yaxud açıq qəhvəyi rəngdədir, bəzən boz və ya qara nöqtəlidir. Bığcıqlarının son iki buğumunda ağ zolaqlar vardır. Ətrafları qəhvəyi olub ağ zolaqlıdır. == Bioekoloji xüsusiyyətləri == Aprel ayından başlayaraq həşəratlar qışladıqları yerlərdən çıxırlar və 1–2 həftə ərzində qidalanmaq üçün sahib bitkilərini axtarırlar.
Mərmər tağ
Mərmər tağ (ing. Marble Arch) — Oksford Stritin qərb ucunda, Hayd parkının girişində yerləşən, Zəfər tağı. Mərmər tağ memar Con Neş ərəfindən 1828 ci ildə Romadakı Konstantin tağı stilində ucaldılmışdır. Tağ xalis mərmərdən tikildiyindən belə də adlanır. Tağ daxili üç hücrə mövcuddur ki, bunlardan polist posları kimi istifadə olunmuşdur.
Qeri Qilmor
Qeri Mark Qilmor (4 dekabr 1940 – 17 yanvar 1977) — bir neçə quldurluqda və iki qətldə təqsirli bilinən cinayətkar. 1977-ci il yanvarın 17-də Yuta ştatında güllələnib. O, edamının 1967-ci ildən bəri ABŞ-də ilk ölüm hökmünün icrası olması ilə məşhurlaşıb. Qilmor 21-ci əsrin əvvəllərinə qədər Yuta ştatında mövcud olan edam üsulu ilə güllələnmə üsulu ilə edam edilib. === Bioqrafiya === Qeri Mark Qilmor 4 dekabr 1940-cı ildə Texas ştatının MakKami şəhərində Frenk və Bessi Qilmorun dörd oğlunun ikincisi olaraq anadan olub. Digər oğulları Frenk kiçik, Qeylen və yazıçı və musiqi jurnalisti Mikal Qilmor idi. Frenk Qarri Qilmore,. (təxminən 23 noyabr 1890, Linkoln, Nebraska – 31 iyul 1962, Siyeyttl, Vaşinqton) alkoqol aludəçisi, başqa arvadları və ailələri var idi, heç birini dəstəkləmirdi. bir şıltaqlıqdan sonra o, Sakramentoda, Kaliforniyada, Provo, Yuta ştatından qovulmuş Mormon əsilli Bessi (19 avqust 1913, Provo, Yuta – 29 iyun 1981, Portlend, Oreqon) ilə evləndi. Qeri qanundan yayınmaq üçün Texasda Koffman təxəllüsü ilə yaşayarkən anadan olub.
Qırmızı marmot
Qırmızı marmot və ya uzunquyruq marmot (lat. Marmota caudata) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü.
Sarıqarın marmot
Sarıqarın marmot (lat. Marmota flaviventris) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü.