Mormon kitabı (ing. The Book of Mormon) — mormonizmin müqəddəs mətnlər toplusu[1][2] İlk dəfə 1830-cu ildə Cozef Smit tərəfindən nəşr olunmuşdur.
"Mormon kitabı" mormonların əsas kitabıdır. Burada Bibliya və "Mormon kitabı"nın mətnləri müqayisə edilir və ikincinin həqiqət olduğu bildirilir. Kitab on beş fəsildən və beş yüz səhifədən ibarətdir. "Təlimlər və cəmiyyətlər", eləcə də "Qiymətli mirvari" kitablarında mormonların peyğəmbər kimi qəbul etdikləri Cozef Smitin həyat barədə fikirləri cəmlənmişdir.