Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mizan (Meşkinşəhr)
Mizan (fars. ميزان‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 632 nəfər yaşayır (143 ailə).
Mizantropiya
Mizantropiya insan növünə, insan davranışına və ya insan təbiətinə qarşı ümumi nifrət, bəyənməmək və ya inamsızlıqdır. Mizantrop və ya mizantropist bu cür fikirlərə və ya hisslərə sahib olan şəxsdir. Mizantropiya bəşəriyyətin qüsurlarına əsaslanan bəşəriyyətə qarşı mənfi qiymətləndirmə münasibətini ehtiva edir. Mizantroplar hesab edirlər ki, bu qüsurlar insanların hamısını və ya ən azı böyük əksəriyyətini xarakterizə edir. Onlar iddia edirlər ki, dominant həyat tərzini tam dəyişdirməkdən başqa bu qüsurları düzəltməyin asan yolu yoxdur. Akademik ədəbiyyatda hansı münasibətdən, kimə yönəldildiyindən və necə ifadə olunmasından asılı olaraq müxtəlif növ misantropiyalar fərqləndirilir. İstər duyğular, istərsə də nəzəri mühakimələr münasibətin təməli ola bilər. Bu, istisnasız olaraq bütün insanlara yönəldilə bilər və ya bir neçə ideallaşdırılmış insanı istisna edə bilər. Bu baxımdan bəzi mizantroplar özlərini pisləyir, bəziləri isə özlərini hamıdan üstün hesab edirlər. Mizantropiya bəzən başqa insanlara zərər verməyi hədəfləyən dağıdıcı dünyagörüşü və ya cəmiyyətdən qaçmaq cəhdi ilə əlaqələndirilir.
Mican
Mican — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində mövcud olmuş kənd. Ləğv edildikdən sonra ərazisi İsmayıllı şəhərinə qatılmışdır. Rayon mərkəzindən 1 km şimal qərbdə, İsmayıllı-Qəbələ avtomobil yolunun kənarında, Qovdağ silsiləsinin cənub ətəyində yerləşir. Əhalisi əsasən əkinçilik, tütünçülük və heyvandarlıqla məşğul olur. Vaxtı ilə kənddə heyvandarlıq və quşçuluq kompleksləri fəaliyyət göstərirdilər. Hal-hazırda Micanda orta məktəb, klub və kitabxana fəaliyyət göstərir. == Tarixi == 13 dekabr 2011-ci ildə Mican kənd inzibati ərazi dairəsi tərkibindəki Mican kəndi ləğv edilərək Dövlət reyestrindən çıxarılmışdır. Ləğvindən sonra kəndə aid olmuş 11.70 km² təşkil edən ərazisi bu Qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq, İsmayıllı şəhər inzibati ərazi dairəsi tərkibindəki İsmayıllı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir. == Əhali == 1859–1864-cü ilə olan məlumata əsasən Mican kəndində 68 evdə 201 nəfəri kişilər, 179 nəfəri isə qadınlar olmaqla 380 nəfər şiə təriqətli müsəlman Azərbaycan tatarı yaşayırdı. Əhalisi 3090 nəfərdir ki onunda 1501 nəfəri kişi, 1589 nəfəri qadındır.
Mizon
Mizon (fr. Mison, oks. Mison) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Sisteron kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04123. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 985 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 636 nəfərin (15-64 yaş arasında) 468 nəfəri iqtisadi cəhətdən, 168 nəfər hərəkətsiz (fəaliyyət göstərici 73.6%, 1999-cu ildə 71.3%) idi. Fəal olan 468 nəfərdən 425 nəfər (240 kişi və 185 qadın), 43 nəfər işsiz (17 kişi və 26 qadın) idi.
Mizac
Mizac (ərəb. ‎المزاج mizac "xüsusiyyət") — bir insanın anadangəlmə xüsüsiyyəti. Psixologiyada temperament termini fərdin şəxsiyyətinin çox vaxt anadangəlmə və öyrənilməmiş introversiya və ya ekstroversiya kimi aspektlərinə aiddir. Klassik psixologiyada əxlaqın müxtəlif qarışığının meydana gətirdiyi şəxsiyyət növləri üçün istifadə edilən termin. Qədim və Orta əsrlərdə insanın bioloji, mənəvi və psixoloji funksiyalarına təsir etmək üçün qəbul edilmiş dörd maye maddə. Temperament; fərdin diqqətində, duyğularında və davranışında emosional reaktivliyin səviyyəsi, fərdi fərqlər kimi müəyyən edilir.Temperament davranışın məzmunu ilə deyil, üslubu ilə müəyyən edilir. Başqa sözlə, fərdlərin bir vəziyyətdə nə etdiklərini deyil, bu vəziyyətə necə reaksiya verməsidir. Mizac bioloji əsaslı fərdidir.Fərdi digərlərindən ayıran fərqlərə işarə etsə də, aid olduğu fərd üçün nisbətən qalıcı və dəyişməz bir xüsusiyyətə malikdir.Mizacın nə qədəri irsi xüsusiyyətlərə, nə qədəri isə təcrübələrə bağlıdır. Nəticə etibarı ilə Mizac hər bir fərddə müşahidə oluna bilən və çox fərqli xüsusiyyət və ya əlamətlər toplusundan ibarət olan, onun dünya ilə qurduğu qarşılıqlı əlaqəyə təsir edən fitri xususiyyətidir. Goldsmith və başqaları (1987) müəyyən etdilər ki, temperament nisbətən sabit olsa da, ətraf mühitin təsirindən təsirlənir və dəyişməsindən asılı olaraq dəyişə bilir.
Fakundo Milan
Fakundo Milan (3 fevral 2001-ci ildə Limpioda anadan olub) — Uruqvay Primyera Diviziyası təmsilçilərindən olan Defensor Sportinq klubunda hücumçu kimi çıxış edən peşəkar Uruqvaylı futbolçudur. == Klub karyerası == === Defensor === Milan Defensor akademiyası vasitəsilə inkişaf etmişdir. Milan öz peşəkar karyerasında debütünü 8 oktyabr 2017-ci ildə Plaza Koloniya klubuna qarşı oyunda etmişdir. O, 56-cı dəqiqədə Hektor Akunanı ilə əvəz olunmuşdur. Milan görüşdə iki qolla yadda qalmışdır. Həmin görüşdə Defensor liqa görüşündə rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 1 Yanvar 2018 tarixində yenilənib 1Libertadores Kuboku görüşləri daxildir. 2Uruqvay Superkuboku görüşləri daxildir.
Hizan (Germi)
Hizan (fars. هيزان‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 314 nəfər yaşayır (57 ailə).
Milan (Maku)
Milan (fars. ميلان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 467 nəfər yaşayır (89 ailə).
Milan (dəqiqləşdirmə)
Yaşayış məntəqələri Milan — İtaliyanın ikinci böyük şəhəri, Lombardiya regionunun paytaxtı.
Milan (el)
Milan eli — İranda və Azərbaycanda yaşayan kürd dilli el. Mənşə yerləri Ərəbistandır.Əksəriyyəti Qərbi Azərbaycan və Şimali Xorasan ostanlarında yaşayırlar. == Tayfalar == Elin tərkibində altı əsas tayfa olmuşdur.
Milan (soyad)
Milan — soyad.
Milan Baroş
Milan Baroş (çex. Milan Baroš 28 oktyabr 1981[…]) — Çex futbolçu. Türkiyənin Qalatasaray klubunda oynayır. 2000-ci ildə İlin istedad mükafatın İlin Çex Futbolçusu mükafatlarında aldı.
Milan Universiteti
Milan Universiteti (it. Università degli Studi di Milano) — İtaliyanın Milan şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 1923-cü ildə qoyulmuşdur. == Xarici əlaqələri == Avropa Tədqiqat Universitetləri Liqasına daxildir. == Fəaliyyəti == Milan Universiteti tədqiqat işləri və tədris fəaliyyətinə görə beynəlxalq aləmdə ciddi şöhrət qazanmışdır. == Mərkəzləri == Universitetin müxtəlif mərkəzləri var. Bunlardan əsas 4 mərkəz Milanın müxtəlif bölgələrində, 11-i isə Milandan kənarda yerləşir.
Milan Yazbets
Milan Yazbets — Sloveniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2011-ci ildən)
Milan Zaqorats
Milan Zaqorats — Serbiya futbolçusu. == Karyerası == Milan Zaqorats 10 yaşından "Zemun" FK-da (Belqrad) futbol oynamağa başlayıb. 16 yaşında Belqradın BSK komandasında oynayıb. 17 yaşında Pançevo şəhərinin "Dinamo" klubu ilə müqavilə bağlayıb və 1-ci dəstədə oynayıb. 2000-2001-ci illərdə Almaniyanın ikinci dəstə təmsilçisi olan "Şvaynfurt-05" komandasının şərəfini qoruyub və klub 1-ci dəstəyə vəsiqə qazanıb. 2002-ci ildə Serbiya və Çernoqoriyanın güclülər dəstəsində oynayan OFK komandasında çıxış etməyə başlayıb. 2004/2005 mövsümündə isə Ukraynanın "Krivbass" (Krivoy Roq) klubunun müdafiəçisi olub. Bundan sonra İnter Bakının heyətində çıxış edib (2005-2010). == Uğurları == OFK-nın heyətində UEFA-nın İntertoto kuboku yarışlarında (2002-ci il) oynayıb.
Milan birjası
Milan birjası — İtaliyanın Milan şəhərində yerləşən fond birjasi. == Tarixi == 1808-ci ildə yaranmışdır.
Milan derbisi
Milan derbisi — İtaliyanın iki nəhəng klubu Milan və İnter klubları arasında olan futbol oyunu. Milan derbisi əsasən İtaliya A Seriyası oyunları, həmçinin futbol üzrə İtaliya kuboku və Avropa Çempionlar Liqası oyunlarında keçirilir. Bəzən derbi İtaliyada "Derby della Madonnina" adlanır. Buna səbəb isə adətən italiyalıların derbi oyunlarını, derbi keçirilən şəhərdə olan bir görməli yer ilə adlandırmasına görədir. Milan şəhərində olan məşhur Milan Kafedralının üzərində yerləşən Müqəddəs Məryəm (Madonnina) heykəlinə görə isə, italiyalılar bu derbini "Derby della Madonnina" adlandırır. == Tarixi == Derbinin tarixi 10 yanvar 1909-cu ildən başlayır. İlk oyun Milan klubunun 3–2 hesablı qələbəsi ilə nəticələnib. == Stadion == Oyunlar hal hazırda San Siro stadionunda keçirilir.
Milan edikti
Milan Tolerantlıq Fərmanı, Milan Fərmanı və ya Milan Edictum (Latınca: Edictum Mediolanense, Müasir Yunanca: Διάταγμα των Μεδιολάνων, Diatagma tōn Mediolanōn) — Roma İmperiyası daxilindəki xristianlara kömək məqsədi ilə 313-cü ilin fevralında imzalanan razılaşma. Balkanlara nəzarət edən İmperator Licinius və Qərbi Roma İmparatoru I Konstantin, Mediolanumda (indiki Milan) bir araya gələrək, digər şeylərdən başqa, xristianlara qarşı siyasətlərini dəyişdirməyə razı oldular. Bu fərman imperator Galerius tərəfindən iki il əvvəl Serdicada imzalanmış fərmanlardan sonra verilmişdir. Milan Fərmanı, xristianlara hüquqi bir status verdi, ancaq Xristianlığı Roma İmperiyasının dövlət kilsəsi etmədi; Bu, 380-ci ildə, imperator I Theodosius dövründə Saloniki Fərmanı ilə həyata keçirildi.
Milan eli
Milan eli — İranda və Azərbaycanda yaşayan kürd dilli el. Mənşə yerləri Ərəbistandır.Əksəriyyəti Qərbi Azərbaycan və Şimali Xorasan ostanlarında yaşayırlar. == Tayfalar == Elin tərkibində altı əsas tayfa olmuşdur.
Milan fərmanı
Milan Tolerantlıq Fərmanı, Milan Fərmanı və ya Milan Edictum (Latınca: Edictum Mediolanense, Müasir Yunanca: Διάταγμα των Μεδιολάνων, Diatagma tōn Mediolanōn) — Roma İmperiyası daxilindəki xristianlara kömək məqsədi ilə 313-cü ilin fevralında imzalanan razılaşma. Balkanlara nəzarət edən İmperator Licinius və Qərbi Roma İmparatoru I Konstantin, Mediolanumda (indiki Milan) bir araya gələrək, digər şeylərdən başqa, xristianlara qarşı siyasətlərini dəyişdirməyə razı oldular. Bu fərman imperator Galerius tərəfindən iki il əvvəl Serdicada imzalanmış fərmanlardan sonra verilmişdir. Milan Fərmanı, xristianlara hüquqi bir status verdi, ancaq Xristianlığı Roma İmperiyasının dövlət kilsəsi etmədi; Bu, 380-ci ildə, imperator I Theodosius dövründə Saloniki Fərmanı ilə həyata keçirildi.
Milan hersoqluğu
Milan hersoqluğu (it. Ducato di Milano; lat. Ducatus Mediolani) ― İtaliyanın şimalında yerləşən Müqəddəs Roma İmperiyasına tabe olan dövlət. Paytaxtı Milan olan dövlət 1395-ci ildə Jan Qaleazzo Vizkonti tərəfindən yaradılmışdır. Hersoqluğun qonşuları şərqdə Venesiya Respublikası, qərbdə Savoyya hersoqluğu, cənubda Genuya Respublikası və şimalda İsveçrə kantonları idi. Rəsmi olaraq istifadə olunan dillər Lombard və İtalyan dilləri idi. Ən geniş sərhədlərinə XV əsrin əvvəllərində çatan dövlət, bütün Lombardiya əyalətinə və Venesiya, Emilia Romagna və Piemonte əyalətinin bir hissəsinə sahib idi. Sforza sülaləsi dövründə ipək sənayesinin inkişafı ilə zənginləşən şəhər, İntibah dövrünün ən zəngin dövlətlərindən birinə çevrilmişdir. XV əsrin sonlarına doğru Fransa krallığı ilə Habsburq İmperiyası arasındakı mübarizənin səbəblərindən biri olmuşdur. 1556-cı ildə Habsburg İspaniyasına keçən Milan hersoqluğu, keçmiş imperiya sərhədlərində olduğu üçün 1707-ci ildə Habsburg Avstriyasına keçmişdir.
Milan kafedralı
Milan kafedralı (it. Duomo di Milano) - ağ mərmərdən tikilmiş Avropanın və İtaliyanın ən yaraşıqlı memarlıq abidəsi və dünyanın ən böyük dördüncü kilsəsi. Beşmənzilli bu məbədin uzunluğu 157 m, eni 109 m, hündürlüyü 106,5 m-dir. Kafedralın xor adlanan altar hissəsinin rəngbərəng şüşə şəbəkə pəncərəsi dünyada ən böyük və baxımlısı hesab olunur. Məbəd eyni zamanda 40 000 nəfər qəbul edəcək tutuma malikdir. 1386-cı ildə tikintisinə başlanılsa da, Napoleonun xüsusi göstərişindən sonra XIX əsrdə tamlanmış və yalnız 1965-ci ildə bəzi yarımçıq qalmış hissələri sona çatdırılmışdır. Kilsəni 1386–cı ildə hersoq Can Qaleasso Viskontinin zamanında ucaltmışlar. Tikinti işləri XV-XVI əsrlərdə davam etmişdir. Abidənin Ambroziana adlanan hissəsində Leonardo da Vinçinin rəsmləri saxlanılır və bu, kilsənin müəyyən memarlıq nümunələrini tamamlayır. Xaçlar arasında şpil, yəni uzun mil qalanı daha da görkəmli edir və kilsənin hündürlüyünü 108,5 metrə qədər qaldırmağı mümkün edir.
Milan kilsəsi
Milan kafedralı (it. Duomo di Milano) - ağ mərmərdən tikilmiş Avropanın və İtaliyanın ən yaraşıqlı memarlıq abidəsi və dünyanın ən böyük dördüncü kilsəsi. Beşmənzilli bu məbədin uzunluğu 157 m, eni 109 m, hündürlüyü 106,5 m-dir. Kafedralın xor adlanan altar hissəsinin rəngbərəng şüşə şəbəkə pəncərəsi dünyada ən böyük və baxımlısı hesab olunur. Məbəd eyni zamanda 40 000 nəfər qəbul edəcək tutuma malikdir. 1386-cı ildə tikintisinə başlanılsa da, Napoleonun xüsusi göstərişindən sonra XIX əsrdə tamlanmış və yalnız 1965-ci ildə bəzi yarımçıq qalmış hissələri sona çatdırılmışdır. Kilsəni 1386–cı ildə hersoq Can Qaleasso Viskontinin zamanında ucaltmışlar. Tikinti işləri XV-XVI əsrlərdə davam etmişdir. Abidənin Ambroziana adlanan hissəsində Leonardo da Vinçinin rəsmləri saxlanılır və bu, kilsənin müəyyən memarlıq nümunələrini tamamlayır. Xaçlar arasında şpil, yəni uzun mil qalanı daha da görkəmli edir və kilsənin hündürlüyünü 108,5 metrə qədər qaldırmağı mümkün edir.
Milan Şkrinyar
Milan Şkrinyar (11 fevral 1995, Jiar nad Hronom, Banska Bistritsa) — Slovakiyalı peşəkar futbolçu. Fransanın "Pari Sen-Jermen" klubu və Slovakiya milli komandasının mərkəz müdafiəçisi.
Milan əyaləti
Milan əyaləti — İtaliyanın Lombardiya regionunda əyalət.
Milan Ekert
Milan Ekert (2 mart 1965, Plzen) — Çex Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri (2018-ci ildən)
MILAN
MILAN (fr. Missile d´infanterie léger antichar azərb. Anti-Tank Yüngül Piyada Raketi‎), dizaynı 1962-ci ildə başlayan ikinci nəsil tank əleyhinə idarə olunan raket layihəsidir. Effektiv məsafəsi 75–2000 metr arasındadır. Nişançı mənzili daxilindəki hədəfə silahın optik mənzərəsindəki çox həssas kıl ilə nişan alaraq tətiyə basaraq silahın üzərinə qoyulmuş idarə olunan raketi atır. Raket silahı tərk etdikdən sonra, hədəf yer dəyişdirsə də, şüanı hədəfin üstündə saxladığınız müddət ərzində raket silah sistemi tərəfindən idarə olunur və hədəfi 100% müvəffəqiyyətlə məhv edir. Bu gün TSK inventarında da mövcuddur.