MİZAN

is. [ ər. ]
1. Çəki aləti, tərəzi. Əl mizan, göz tərəzi. ( Ata. sözü ).
Hər nə çəksən, çək, bəradər, çəkmə düz mizanını; Çəkmə sən millət qəmin, çəkmə, çək öz qəlyanını. M.Ə.Sabir.

2. Qayda, nizam, səliqə, sahman.
[Otaqları] nəfis xalçalarla döşəmiş və evin hər bir şeyinə o mizanda diqqət vermişdi. M.S.Ordubadi.

□ Mizana düşmək – qayda və səliqəyə düşmək, nizamlı və səliqəli olmaq. Ev mizana düşdü.
// Qayda-qanun, nizam.
Qərinələr keçdi, dövran dəyişdi; Pozuldu qurğular, mizan qalmadı. Aşıq Ələsgər.

3. xüs. Artistlərin və səhnə şəraitinin, tamaşanın gedişinin ayrı-ayrı momentlərinə görə düzülüşü qaydası.
Rejissor bu gün göstərdiyi mizanı sabah dəyişir və hər gün bir yeni mizan verirdi. S.Rəhman.

4. Çəki, ağırlıq, vəzn, ölçü.
5. Bax mizan-tərəzi.
□ Mizana vurmaq1) çəkmək, tərəzidə çəkib ağırlığı bilmək;
2) məc. ölçüb-biçmək, mülahizə etmək.

Синонимы

  • MİZAN mizan bax 1. tərəzi; 2. nizam 1; 3. meyar
  • MİZAN ölçü — əndazə — meyar
  • MİZAN qayda — nizam — səliqə — sahman
  • MİZAN çəki — ağırlıq — ölçü
MİZAC
MİZAN-TƏRƏZİ
OBASTAN VİKİ
Mizan (Meşkinşəhr)
Mizan (fars. ميزان‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 632 nəfər yaşayır (143 ailə).
Mizantropiya
Mizantropiya insan növünə, insan davranışına və ya insan təbiətinə qarşı ümumi nifrət, bəyənməmək və ya inamsızlıqdır. Mizantrop və ya mizantropist bu cür fikirlərə və ya hisslərə sahib olan şəxsdir. Mizantropiya bəşəriyyətin qüsurlarına əsaslanan bəşəriyyətə qarşı mənfi qiymətləndirmə münasibətini ehtiva edir. Mizantroplar hesab edirlər ki, bu qüsurlar insanların hamısını və ya ən azı böyük əksəriyyətini xarakterizə edir. Onlar iddia edirlər ki, dominant həyat tərzini tam dəyişdirməkdən başqa bu qüsurları düzəltməyin asan yolu yoxdur. Akademik ədəbiyyatda hansı münasibətdən, kimə yönəldildiyindən və necə ifadə olunmasından asılı olaraq müxtəlif növ misantropiyalar fərqləndirilir. İstər duyğular, istərsə də nəzəri mühakimələr münasibətin təməli ola bilər. Bu, istisnasız olaraq bütün insanlara yönəldilə bilər və ya bir neçə ideallaşdırılmış insanı istisna edə bilər. Bu baxımdan bəzi mizantroplar özlərini pisləyir, bəziləri isə özlərini hamıdan üstün hesab edirlər. Mizantropiya bəzən başqa insanlara zərər verməyi hədəfləyən dağıdıcı dünyagörüşü və ya cəmiyyətdən qaçmaq cəhdi ilə əlaqələndirilir.

Значение слова в других словарях