Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nizamnamə
Nizamnamə — hansısa dövlət orqanının, müəssisənin, təşkilatın hansısa sahədə fəaliyyətini və işinin təşkilini tənzimləyən hüquqi sənəd. Dövlət təşkilatlarıının nizamnamələri ali dövlət orqanları, təşkilatların nizamnamələri isə onların təsisçiləri tərəfindən təsdiq edilir. "Nizamnamə" sözü "nizam" (ərəb) və "namə" (fars) sözlərinin birləşməsindən əmələ gəlib, hər hansı bir şeyin icrası, tətbiqi üçün düşünülmüş qayda-qanun, hökm kimi mənalar verir. İctimai təşkilatların hamısının nizamnaməsinin olması vacibdir. Beynəlxalq təşkilatların da nizamnamələri vardır. == Tarixi == Yazılmış ilk Nizamnamə nümunəsi kimi tarix Siris silindrini tanıyır. Farsların qədim Mesopatamiyanın işğalından sora Yeni-Mesopatamiya dövləti yaratdıqdan sonra imperator Nabonidus tərəfindən yazılib təsdiq edilmişdir (e.ə. 539). Bu silindrdə dini inanclar, imperatorun legtimliyi, insan hüquqları, dövlətçilik ənələri haqqında məlumat verilmişdir. == Nizamnamənin növləri == — Layihə nizamnamələri- bu növ nizamnamələrdə layihə iştirakçıları və onların payları, ümumi müddəalar, fəaliyyət növü, idarə olunması və məqsədi haqda məlumat verilir.
Nizamnamə kapitalı
Nizamnamə kapitalı— dövlət qeydiyyatından keçmiş təşkilatın təsis sənədlərində müəyyən edilmiş məbləğdir. Nizamnamə kapitalı hüquqi şəxsin kreditorlarının maraqlarını təmin edən əmlakının minimum məbləğini müəyyən edir. == Nizamnamə kapitalının funksiyaları == Bölüşdürmə – şirkətin kimə və hansı nisbətdə məxsus olduğunu göstərir. Təsisçilərin hər biri nizamnamə kapitalına nə qədər sərmayə qoyubsa, pay da ona uyğun müəyyənləşdirilir. Zəmanət – şirkət iflas etdiyi təqdirdə, kreditorlar pullarının bir hissəsini geri qaytara bilirlər. Nüfuz – nizamnamə kapitalı nə qədər yüksək olsa, müştərilərin, maliyyə qurumlarının və biznes tərəfdaşların ona qarşı olan inamı da bir o qədər yüksək olur. Aşağı nizamnamə kapitalı hüquqi şəxsin etibarsız olduğu demək deyil. Hətta böyük şirkətlərin belə nizamnamə kapitalı minimum olur, lakin böyük nizamnamə kapitalı kontragentin şübhəsiz etibarlı olduğunu göstərir – əgər hər hansısa iddialarınız olsa, onları nizamnamə kapitalı hesabına kompensasiya edə biləcəksiniz. == Faktları == Nizamnamə kapitalının olması – şirkətin dövlət qeydiyyatı üçün əsas şərtlərdən biridir. Nizamnamə kapitalı zamanla artırıla və ya azaldıla bilər.
Nizamnamə qanunu
Nizamnamə qanunu (ing. Statutory law və ya statute law, qanun sözündən) — anqlosakson hüquq sistemi ölkələrində qanunverici orqanlar (qanunlar) tərəfindən yaradılan hüquq normaları toplusu. Qanunvericiliyə yerli özünüidarəetmə orqanlarının aktları da daxildir (yerli qərarlar). Qanunvericilik hüququnda hüquqi aktların iyerarxiyası mövcuddur: qanunvericilik orqanlarının aktları icra hakimiyyəti orqanlarının aktlarından daha çox hüquqi qüvvəyə malikdir; dövlət orqanlarının aktları yerli orqanların aktlarından daha böyük hüquqi qüvvəyə malikdir. Böyük Britaniya və Şimali İrlandiyada nizamnamələr qanunlar, ABŞ hüquq sistemində isə kodekslərdir. Nizamnamə hüququ ümumi hüquqla tamamlanır (ing. common law) — məhkəmə presedentləri vasitəsilə mövcud hüquqi qaydaları şərh edən və ya qanundakı boşluqları dolduran məhkəmələrin hüquq-mühafizə fəaliyyəti. Amerika hüquq sistemində nizamnamə qanunvericilik səlahiyyətinə malik olan (federal və ya ştat) bir orqanın qanunla müəyyən edilmiş qaydada nəyisə “elan edən, icazə verən və ya əmr edən” yazılı aktı kimi başa düşülür. Qanunvericilik hüququ “konstitusiya ilə müəyyən edilmiş forma və qaydada təsbit edilmiş qanunvericilik orqanının iradəsini” ifadə edən yazılı mənbədir. Bəzi tədqiqatçıların fikrincə, geniş mənada “nizamnamə” və “normativ hüquq” anlayışları normativ hüquqi aktları, o cümlədən icra hakimiyyəti orqanları tərəfindən buraxılan aktları əhatə edir.