Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oralar
"Oralar" — Azərbaycan televiziya verilişi. 2017-ci il aprelin 8-də ATV kanalında yayımlanıb. == Veriliş haqqında == Verilişdə aparıcı Turanə Hüseynli qlamur həyat, dəbli butiklər, gənclərin əyləncə məkanlarına, Azər Qəribov şəhərlərin lüks həyatını, məşhur abidələrini, muzeyləri və turistik məkanlarını, Rüstəm Əfsərli isə büdcəli səyyah həyatı sürərək sadə insanların yaşayışını tamaşaçılara göstərir. == Mükafatlar == 2018-ci ildə veriliş "Oralar" verilişi Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən Beynəlxalq Turizm Filmləri Festivalında "Televiziya verilişləri" nominasiyasında birinci yerə layiq görülüb. == Buraxılışlar == == İstinadlar == == Xarici keçidlər == Oralar — Internet Movie Database saytında.
Orlar
Orlar, Horlar (yun. Ὥραι, fəsil) qədim yunan mifologiyasında, il fəsili ilahələri, Zevs və Temisin qızları (Helios və Selenanın qızları).
Ortalar (Qars)
Ortalar — Qars ilinin Susuz ilçəsinin Mərkəz bucağında kənd. == Tarixi == == Coğrafiya == Kənd Qars ilinin inzibati mərkəzi Qars şəhərindən 40 km, Susuz ilçəsinin inzibati mərkəzi Susuz qəsəbəsindən 20 km uzaqlıqda yerləşir. == Əhali == 31 dekabr 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 297 nəfər daimi əhali yaşayır.
Odalar Məscidi
Odalar Məscidi — ya da Kemankeş Mustafa Paşa məscidi, əvvəllər Konstantinopol Müqəddəs Məryəm Kilsəsi İstanbulda bir Osmanlı məscidi idi. Otaqlar öz adlarını 18-ci əsrdə yaxınlıqda yerləşən yenicərilərin yaşayış məskənlərindən almışdır. Məlumdur ki, mahiyyət etibarilə Bizans dövrünə aid pravoslav kilsəsi olan bu bina ilk dəfə 1475-ci ildə İstanbulun fəthindən sonra 1640-cı ildə məscidə çevrilənə qədər Müqəddəs Məryəmə ithaf edilmiş katolik kilsəsi kimi fəaliyyət göstərmişdir. . 1919-cu ildə baş verən yanğın nəticəsində ciddi ziyan görən məscid zamanla xarabalığa çevrilib. 2011-ci ildə müasir tikililər arasında itən bəzi divarlardan başqa binadan heç nə qalmadı.
Abalar
Abalar (şor. абалар) — Rusiyada yaşayan şorların eli. Sayan dağlarının şimalında, Alatau yamaclarında və Tom çayının sahillərində yaşayırlar. Onlar qədim zamanlardan dəmirçi kimi tanınmışlar. Onların dili türk dillərinin Sibir qolundandır.
Adalar
Ada — hər tərəfdən su ilə əhatə olunmuş, materikə nisbətən kiçik, suyun qabarması zamanı belə su səthindən yüksəkdə olan, təbii yolla yaranan quru torpaq sahəsi. Okeanlarda, dənizlərdə, çaylarda, göllərdə qrup halında (arxipelaq) və ya tək-tək olur. == Ümumi məlumat == Mənşəyinə görə adalar üç qrupa bölünür: Materik mənşəli adalar. Bunlar tektonik proseslər nəticəsində Yer qabığının çökməsi və ya parçalanması nəticəsində materikdən ayrılan hissələrdir. Məsələn, Qrenlandiya, Saxalin, Kalimantan, Yaponiya adaları, Madaqaskar, Şri-Lanka və sair Vulkanik mənşəli adalar. Bunlar püskürmələr nəticəsində əmələ gələn adalardır. Məsələn, Azov, İslandiya, Kanar və s. adalar litosfer tavalarının kənarlaşması, Kuril, Aleut, Marian və s. adalar zənciri isə materik və okean tipli litosfer tavalarının toqquşması nəticəsində əmələ gəlmişdir. Mərcan adaları.
Aorslar
Aorslar—Sarmatların qolu. == Etnonim == == Aorsların yaranması == == Aorsların tarixi == Eramızdan əvvəl son əsrlərdə yuxarı aorslar deyilən sarmat-massaget mənşəli tayfalar Şimali Azərbaycan və Cənubi Dağıstanın alban tayfalarının həyatında müəyyən rol oynayırdılar. I əsr müəllifi Pliniy yazır ki, udinlərdən şimalda Utidors adlı tayfa məskundur. Utidors etnonimi bir sıra tədqiqatçıları çaşdırmışdır. Yazmışlar ki, bu ad uti etnonimindən və İrandilli aors adlı tayfanın adından ibarətdir. Bu fikri inkişaf etdirən K. V. Trever oldu. Ehtimal edilir ki, Albaniyadan utilərin (yəni, indiki Dağıstandilli udinlərin) bir hissəsi Şimali Qafqaza da getmiş və orada İrandilli aors adlanmış tayfa ilə qovuşmuşdur. Qiyasəddin Qeybullayev isə qeyd edir ki, əslində Plininin utidors kimi yazdığı etnonim "utidur"- dan başqa bir şey deyil: Pliniy ―u səsini ―o kimi vermiş, sonra da adın sonuna ―s adlıq hal şəkilçisini əlavə etmişdir. Utidur etnoniminin ikinci hissəsi olan "dur" sözü oğuz tayfalarından bayandur, çavundur, hundur və b. adlar üçün səciyyəvidir.
Aratlar
Aratlar (monqolca ard — əməkçi, xalq) — Monqolustanda əməkçi maldar kəndlilər. Aratlar feodalların istismar etdiyi təhkimli kəndlilər idi. Aratlar üç qrupa, yəni silkə bölünürdü: Albatu, inabinar, xamçilqa. 1921-ci il Monqolustan inqilabında aratlar həlledici rol oynamışdılar. Monqolustan Xalq Respublikasında aratlar fəhlə sinfi və əməkçı ziyalılarla birlikdə sosializm quran azad sinfə çevrilmişdir. Onlar kənd təsərrüfatı kooperativlərində birləşmişdilər. Tıvadakı kəndlilər də aratlar adlanır.
Arılar
Arılar — uçan həşaratlar ailəsinə aiddir. Dünyada 20 mindən artıq arı növü vardır. Antraktidadan başqa dünyanın istənilən yerində rast gəlinir. İşçi arının ömrü 50 gün olur. 17–18 günlükdə arılar artıq bala çıxarırlar. Qüvvəsi, yəni işçi arı sayı çox olan arı ailəsi ildə 35–40 kq təmiz bal verə bilir. Arı ailəsi 3 qrupa bölünür: Ana arı Erkək arı Dişi və ya işçi arı Onlar 15 km-ə qədər yol qət edə bilirlər. Arı 15 km məsafədə yaxşı şirə taparsa, qayıdıb o biri arılara qəribə hərəkətlərlə xəbər verirlər Arılar həm də yaxşı şirə olan yeri hiss edirlər, həm də onlara qulluq edən insanı tanıyırlar. == Arı ailəsi == Arı ailəsi – pətəkdə və ya təbii yuvalarda toplum halında yaşayan bir ana, on minlərlə işçi və minlərlə erkək arıdan (yaz-yay dövründə) ibarət bal arısı koloniyası. Bal arıları ailə halında yaşayan həşəratlar qrupuna daxildir.
Ağalar
Ağalar — Gürcüstanın Bolnisi rayonunda kənd. == Tarixi == == Mədəniyyəti == Qarapapaklar yaşayır.
Aşralar
Aşralar — Azərbaycan Respublikasının Tovuz rayonunun Qəribli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Tovuz rayonunun Alakol kənd inzibati ərazi dairəsində Aşırallar kəndi də mövcuddur. Hər iki kəndin əhalisi vaxtilə Xınna dərəsində məskən saldıqları üçün Xınnalı da adlanırdı. Onların qışlaq yeri aranda Alakol ərazisində, yaylaq yurdu isə Qəribli sahəsində olmuşdur. Sonralar həmin yaylaq və qışlaq yerləri əsasında aşıralların adını daşıyan iki müstəqil kənd yaranmışdır. Yerli əhali bu kəndləri Aran Aşıralları və Dağ Aşıralları da adlandırır. Aşrallar/Aşıralılar variantlarında da qeydə alınan bu oykonim ərəb mənşəli "aşura" sözü ilə əlaqələndirilir. Mütəxəssislərin bir qismi bu fikirdədir ki, oykonim aşur (məhərrəm ayının onuncu gunu), alı (Əli) sözlərindən və -lar şəkilçisindən ibarət olub, "məhərrəm ayının onuncu günü matəm saxlayan müsəlmanlar" deməkdir. Əslində, oykonim aşırallar nəslinin adındandır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Boratlar
Boratlar — minerallar, ortobor turşusu H3BO3 və hipotetik polibor turşuları H2B4O7, H3B5O9 və başqa duzları. == Haqqında == Boratlar təbiətdə 85 borat məlumdur. Susuz boratlar. Sərtliyi adətən 5–6, suluların 2–4. Rəngsiz, ağ, boz, bəzən sarı və başqa rənglərdə. Boratlar bir neçə növ genetik yataqları rast gəlir; əsasən kontakt-metasomatik, vulkanogen-çökmə və halogen mənşəli yataqlardır. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Horavar
Horavar — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Horavar Yardımlı rayonunun Vərgədüz inzibati ərazi vahidində kənd. Viləş çayının sahilində, dağətəyi ərazidədir. Oykonim fars dilindəki oura (qala) və var (yer, məskən) sözlərindən düzəlib, "qala yeri" mənasındadır. Hıravar variantında "dumanlı yer" mənasında da izah olunur.
Kosalar
Azərbaycan Kosalar (Xocalı) — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd. Kosalar (Qazax) — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Kosalar (Lənkəran) — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Kosalar (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Kosalar (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonunun inzibati ərazi vahidində kənd. İran ‎Kosalar (İcrud) Kosalar (Xudafərin) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd.
Loralay
Loralay puşt. لورلايي‎, urdu لورالائی‎) bəzən Bori (puşt. بورۍ‎) — Pakistanın Bəlucistan əyalətinin şimal-şərqində şəhər.Loralay rayonunun inzibati mərkəzi.
Lorlar
Lurlar — Qərbi İranda yaşayan xalqdır. Dilləri Hind-Avropa dil ailəsinin Hind-İran qrupuna aiddir. Dillərinə ən yaxın dil fars dilidir. İranda məskunlaşmış lurlar dil baxımından iki qrupa ayrılır: Şimali lur dilində danışanlar Luristan ostanının mərkəzi və cənubunda, Xuzistan ostanının şimalında, Həmədan ostanının cənubunda, Mərkəzi ostanın cənubunda, İlam ostanında və saylarının təxminən 1.767 milyon (2010-ci il) nəfər olduğu ehtimal olunur . Cənubi lur dilində danışanlar Kohgiluyə və Boyer-Əhməd ostanında, Xuzistan ostanının şərqində, Fars ostanının şimali-qərbində (lurların yarımqrupu olan mamasani və şuli tayfaları) və Şiraz şəhərində məskunlaşmışlar və saylarının təxminən 916 min (2010-cu il) nəfər olduğu ehtimal olunur .
Moravlar
Moravlar və ya Moraviyalılar (çex. Moravané) — əsasən Moraviyada (Çexiyanın cənub-şərqində) yaşayan Qərbi slavyan xalqı. Yazısı latın əlifbasına əsaslanır. Etnonim ehtimal ki, Morava çayından gəldir. Rəsmi Çex tarixşünaslığı və etnoqrafiyası moravları çexlər hesab edir. Moravların öz milli kimliyi var. == Tarix == Moraviya ərazisində slavyan varlığı VI əsrdən qeyd edilir. 623-665-ci illərdə Moraviya Samo slavyan knyazlığının tərkibində idi (658-ci ildən sonra dövlət dağıldı). IX əsrə yaxın Moravlar xristianlığı qəbul edir. IX əsrdə Moymiroviçlər sülaləsindən olan yerli şahzadə I Moymir paytaxtı Veleqradla birlikdə Böyük Moraviya İmperiyasını qurur.
Morjlar
Morjlar (lat. Odobenidae) — Yırtıcılar dəstəsindən heyvan fəsiləsi. Hazırda morjlar yalnız arktika qurşağında yayılmışlar. == Təsnifat == Morjkimilər fəsiləsinə müasir dönəmdə yalnlz bir cins və bir növ daxildir. Digər növlər isə arxeoloji qazıntılar nəticəsində aşkarlanmışdır: † Prototaria † Prototaria planicephala † Prototaria primigena † Proneotherium † Proneotherium repenningi † Neotherium † Neotherium mirum † Imagotaria † Imagotaria downsi † Kamtschatarctos † Pelagiarctos † Oriensarctos Üstfəsilə Dusignathinae † Pontolis † Pontolis magnus † Dusignathus † Dusignathus santacruzensis † Dusignathus seftoni † Gomphotaria † Gomphotaria pugnax † Pseudobenus Altfəsilə Odobeninae † Aivukus † Aivukus cedrosensis † Alachtherium † Gingimanducans † Pliopedia † Protodobenus † Protodobenus japonicus † Prorosmarus † Valenictus † Valenictus chulavistensis † Valenictus imperialensis Odobenus — Morjlar † Odobenus mandanoensis Odobenus rosmarus — Morj == İstinadlar == == Ədəbiyyat == Encyclopedia of Marine Mammals, ed. William F. Perrin, Bernd Würsig, J. G. M. Thewissen Marine Mammals, Evolutionary Biology, 2nd ed.
Moyralar
Moyralar (yun. Μοϊραι, μοῖρα, lat. Moera pay, hissə) — Qədim Yunan mifologiyasında tale ilahələri. Hesiodun teoqoniyasına görə moyralar ilahə Niktanın qızları, digər bir yerdə isə Zevs və Temisin qızları və Orların bacıları kimi göstərilir. == Üç moyra == Kloto (yun. Κλωθώ) Laxesis (yun. Λάχεσις "taleh") Atropa, Atropos (yun. Ἄτροπος "qaçılmaz ölüm") Hesiodun teoqoniyasına əsasən tanrı Zevs moyralara lazımınca səlahiyyətlər vermişdir. Kloto insanların həyat ipini əyirir. Laxesis onların sevinc və kədərlərinə məhəl qoymadan ömür müddətini təyin edərmiş.
Ocaqlar
Ocaqlar (fars. میمونک‎) iranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cu ilin məlumatına görə kənddə 34 nəfər yaşayır (12 ailə).
Olaylar
Hadisə, olay, insident ya da əhvalat — təbiətdə baş verən bütün dəyişikliklərə deyilir. Fəsillərin əmələ gəlməsi, Günəşin çıxması və batması, Şimşək, Günəş və Ay tutulmaları, suyun donması və buxarlanması, buzun əriməsi, suyun daşması, bitkinin böyüməsi çiçəklənməsi, heyvanların çoxalması, yazda həşəratların və quşların görünməsi təbiət hadisələridir.
Oraban
Oraban (əvvəlki adı: Oravan) — Azərbaycan Respublikasının Şəki rayonunun Baş Kəldək kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Başa Küngüt kənd inzibati-ərazi vahidi tərkibindəki Oravan kəndi Oraban kəndi adlandırılmışdır. == Toponimikası == Rəvayətə görə Oraban sözünün etimologiyası "ora" və "ban" sözlərinin birləşməsindən ibarətdir. Köçəri tayfa, indiki orabanlıların əcdadları Oraban kəndinin yerləşdiyi əraziyə sübh tezdən, "ora" "xoruz banı" vaxtı çatıb məskən salmışlar və binə etdikləri kəndin adını da Oraban qoymuşdur. Digər tədiqatçılara görə, oykonim fars mənşəli oura (qala) və məkan bildirən- van komponentlərindən düzəlib, "qala olan yer, qala yeri" mənasındadır. == Tarixi == Oraban kəndi Şəkinin qədim yaşayış məskənlərindən biridir. Bunu kəndin yamac hissəsindəki qədim qəbristanlıq da sübut edir. Bu qəbristanlığın islamdan əvvəlki dövlərdə salındığı və buradakı qəbirlərin qədim alban tayfalarına məxsus olduğu ehtimal edilir. Bundan əlavə kəndin dağ hissələrinə iki alban kilsəsinin olduğuda bildirilir. Alban kilsələri kənd sakinlərinin həyətlərinə düşdüyündən zamanla dağıdılmışdır.
Oratağ
Aşağı Oratağ
Nornlar
Nornlar (q.skan. norn; cəmdə: nornir) — skandinav mifologiyasında tanrılar və insanların talelərini idarə edən qadın varlıqlar. Onlar Avropa mifologiyalarında digər insan taleyini idarə edən varlıqlarla demək olar ki, eynidilər. Snorri Sturlusonun "Völvanın kəhanəti" şeirində yazılanlara görə, ən önəmli üç norn olan Urd, Verdandi və Skuld Urd bulağında yerləşən bir zaldan gəliblər. Onlar bulaqdan su götürürlər və onun ətrafında qumu əllərinə alırlar. Onlar bu qumu İqqdrasil ağacının üzərinə səpirlər ki, onun budaqları çürüməsin. Bu üç norn güclü qız divlər (yötunlar) kimi təsvir ediliblər. Onların Yötunheymdən gəlməsi tanrıların qızıl dövrünü sona çatdırmışdır. Onlar "Vaftrudnismal" şeirində təsvir olunan Möqtrasir qızları ilə eyni ola bilərlər. Bu üç tanınmış norna əlavə olaraq, başqa nornlar da var.
Orqanlar
Orqan (q.yun. ὄργανον — «alət») — oxşar funksiyaları olan toxuma qruplarıdır. Bitki və heyvan həyatı orqan sistemlərində mövcud olan bir çox orqandan asılıdır. Bir orqan, müəyyən bir orqanizmin digər funksional vahidlərindən təcrid olunmuş bir orqanizm daxilindəki funksional vahiddir. Bir orqanizmin orqanları öz funksiyalarında bir-biri ilə bir-birinə bağlıdırlar ki, orqan tez-tez müxtəlif orqan sistemlərinə birləşən orqanlar toplusudur. Bir orqan yalnız bədən daxilində sabit bir mövqe tutan və inkişafı ontogenez (orqanogenez) çərçivəsində izlənən toxuma və hüceyrələrin birləşməsinə deyilir. Hüceyrələrin və toxumaların orqan təşkili həm heyvanlar, həm də daha yüksək bitkilər üçün xarakterikdir. Yosunlar və digər çoxhüceyrəli və müstəmləkəçi protistlər, həmçinin göbələklər, bu terminin ciddi mənasında heç bir orqan yoxdur, çünki toxumaları yoxdur.
Qaralar
Azərbaycanda Qaralar (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Qaralar (Saatlı) — Azərbaycanın Saatlı rayonunda kənd. Qaralar (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Qaralar (Tovuz) — Azərbaycanın Tovuz rayonunda kənd. Qaralar (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda kənd. Yuxarı Qaralar — Azərbaycanın İmişli rayonunda kənd. Yeni Qaralar — Azərbaycanın Ağdam rayonunda kənd. Qaralar — Oğuz rayonu ərazisində dağ. Ermənistanda Qaralar (Vedibasar) — Qərbi Azərbaycanın Vedibasar mahalında kənd. Qaralar — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd.
Qorallar
Qurallar (pol. Górale; slovak. Gorali) — Polyakların etnik qurupudur. Onlar əsasən Polşanın cənubunda (Podqale və Beskid), Slovakiyanın şimal-qərbində (Kisuse, Liptov, Spiş, Orapa regionları, Çadsa, Tvrdoşin, Nanestovo, Liptovski, Stara Lyobovya, Kejmarok rayonlarında) və Çexiyanın şimal-şərqində (Fridek-Mistek, Opava, Bruntal dairələri) yayılmışdır. Az sayda diaspor ukrayn və rumın Bukovinasında və Çikaqoda mövcuddur. Qoralların ümumi sayı 0,5 - 2,5 milyon nəfərdir. == Qısa məlumat == Polşanın Malopolsk voyevodstvosunda və Slovakiyada yayılmış qorallar Malopolskoye dialektində danışırlar. Silez və Opolsk voyevodstvosunda və Çexiyada isə Silez dialektində danışırlar. Onla öz aralarında polyak, çex və slovak dillərində danışırlar. Böyük əksəriyyəti katolik az bir qismi usə provaslavdır.