Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Butare
Butare-(1962 ilədək Astrida) – Ruandanın cənubunda şəhər. Butare prefekturasının inzibati mərkəzi. == Əhalisi == Əh. 103,3 min (Kiqalidən sonra ölkənin ikinci şəhəri; 2009). Avtomobil yolları qovşağı. == Tarixi == 1920 ildə salınmışdır. == Mədəniyyəti == Ruandanın elm, mədəniyyət və ticarət mərkəzidir. Ruandanın Aqronomiya Elmləri İnstitutu (1962), Elmi və Texnoloji Tədqiqatlar İnstitutu (1989), Milli Universitet (1963); Universitet kitabxanası, Milli muzey (1989;etnoqrafik kolleksiya) burada yerləşir. == İstinadlar == Butare // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild.
Ostade
Ostade — Holland rəssamlar ailəsi.
Hostage
"Hostage" — amerikalı müğənni Billi Aylişin ilk mini-albomu "Don't Smile at Me"dən mahnı. Mahnının həmmüəllifi və prodüseri Finneas O'Konnelldir.
Courage (mahnı)
Courage (azərb. Cəsarət‎) – Haruka Tomatsu tərəfindən ifa olunmuş sinql. 3 dekabr 2014-cü ildə CD + DVD formatında buraxılmışdır. Mahnı "Sword Art Online II" anime serialının 15-24-cü seriyalarının açılış mahnısı olmuşdur. Haruka Tomatsu həmçinin Asuna personajının seyyusudur.
Le-Mutare
Le-Mutare (fr. Le Moutaret) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Riv kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38268. Kommunanın 2012-ci il üçün əhalisi 237 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 320 ilə 1089 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 40 km şimal-qərbdə yerləşir.
Ortagel dili
Ortairland dili (şot.kelt Gaoidhealg) və ya Ortagel dili (şot.kelt An Mheán-Ghaeilge) — 900–1200-cü illərdə indiki İrlandiyada, Şotlandiyada və Men adasında danışılmış dil. Müasir goydel dilləri olan irland, şotland-kelt və men dillərinin hamısı ortagel dilinin davamçılarıdır. == Nümunə == Aşağıda Konnaxt kralı Eoqan Bel barədə ortagel dilində yazılmış şeir verilib. Dún Eogain Bél forsind loch forsrala ilar tréntroch, ní mair Eogan forsind múr ocus maraid in sendún. Maraid inad a thige irraibe ’na chrólige, ní mair in rígan re cair nobíd ina chomlepaid. Cairptech in rí robúi and, innsaigthech oirgnech Érenn, ní dechaid coll cána ar goil, rocroch tríchait im óenboin. Roloisc Life co ba shecht, rooirg Mumain tríchait fecht, nír dál do Leith Núadat nair co nár dámair immarbáig. Doluid fecht im-Mumain móir do chuinchid argait is óir, d’iaraid sét ocus móine do gabail gíall [n]dagdóine. Trían a shlúaig dar Lúachair síar co Cnoc mBrénainn isin slíab, a trían aile úad fo dess co Carn Húi Néit na n-éces. Sé fodéin oc Druimm Abrat co trían a shlúaig, nísdermat, oc loscud Muman maisse, ba subach don degaisse.
Nami Otake
Nami Otake (d. 30 iyul 1974) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 46 oyun keçirib, 29 qol vurub.
Naoto Otake
Naoto Otake (d. 18 oktyabr 1968) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Peter Ouane
Peter Ouane (4 aprel 1998, Kinşasa) — Liqa 2 təmsilçilərindən olan "Şatoru" klubunda müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Loryan === Ouane Renn klubunun akademiyası vasitəsilə inkişaf etmişdir. 9 may 2018-ci ildə Ouane Loryan klubu ilə ilk peşəkar müqaviləsini imzalamışdır. Ouane peşəkar karyerasında debütünü 14 avqust 2018-ci ildə Valensiennes klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Liqa Kuboku görüşündə Loryan rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir. == Milli karyerası == Ouane Kinşasa şəhərində anadan olmuşdur. Valideynləri Konqo vətəndaşlarıdır. O, kiçik yaşlarında Fransaya köçmüşdür. Ouane Fransa millisinin müxtəlif yaş qruplarında çıxış etmiş və 2015 FİFA U-17 Dünya Çempionatında iştirak etmək üçün Fransa U-18 millisinə dəvət almışdır.
Adrian van Ostade
Adrian van Ostade (10 dekabr 1610[…], Harlem[d], Yeddi Birləşmiş Əyalət Respublikası – 1685[…], Harlem[d], Yeddi Birləşmiş Əyalət Respublikası) — XVII əsr holland boyakarlığında kəndli həyatını təsvir edən ən məşhur rəssamlardan biri. İsaak van Ostadenin qardaşı və müəllimi. == Yaradıcılığı == Tablolarında yumor və xəyalpərvərlik hissləri üstündür. Ostadenin qrafika yaradıcılığı (ofortlar, akvarellər, rəsmlər) canlı həyat müşahidələrinə əsaslanır. === Əsərləri === Rəssamın emalatxanası. 1663. Drezden şəkil qalereyası Kənd musiqiçiləri. 1655. Ermitaj, Leninqrad Fleytaçı. 1660.
Cottage Medi-Clinic
Cottage Medi-Clinic – Namibiyanın Svakopmund şəhərində yerləşən özəl xəstəxana. 1984-cü ildə Rössinq kottec xəstəxanası kimi qurulmuşdur. Hazırda Medi-Clinic şirkətinə aiddir. Xəstəxananın 70 ədəd çarpayısı var.
İsaak van Ostade
İsaak van Ostade (d. 2 iyul 1621, Harlem, Niderland – ö. 16 oktyabr 1649, Harlem, Niderland) — Adrian van Ostadenin qardaşı və şagirdi. == Yaradıcılığı == Əsərləri üçün (aşıq havada səhnələr, mənzərələr) işığın xüsusiyyətlərini incəliklə ifadə edən gümüşü kolorit xarektrikdir. === Əsərləri === Donmuş göl. 1642. Ermitaj, Leninqrad == Həmçinin bax == Ostade == İstinadlar == ASE, VII cild, Bakı, 1983. səh. 390.
Computer Usage Company
Computer Usage Company Kompüter istifadəçi şirkəti (1955–1986), bəzən Computer Usage Corporation adlanan kompüter proqramı bazarının ilk müstəqil şirkəti idi. == Tarixi == 28 mart 1955-ci ildə Con Şeldon (John W. Sheldon) və Elmer Kyubi (Elmer C. Kubie) proqram təminatının hazırlanması ilə məşğul olan Computer Usage Company (CUC) adlı ilk şirkəti yaratmışlar. Maraqlıdır ki, şirkətin ilk dörd proqramçısı qadın idi. Şirkət 31 il fəaliyyət göstərdikdən sonra – 1986-cı ildə iflasa uğradığını elan etmişdir. == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Otaq
Otaq — Evin və yaxud hər hansısa bir tikilinin daxilində yerləşən məkanlar. Otaqlar dincəlmək, işləmək, yatmaq və digər məqsədlər üçün istifadə edilməkdədir. Yaşayış binalarında yerləşən evlərdə adətən qonaq otağı, yataq otağı, uşaq otağı və hamam otağı olmaqla müxtəlif təyinatlı otaqlar olur.
Məryəmin otağı
Məryəmin otağı (ing. Mary's Room) — Frenk Ceksonun "Epifenomenal Qualia" (1982) əsərində təklif etdiyi və "Məryəmin bilmədiyi şeylər"də (1986) genişləndirilmiş idrak fəlsəfəsində düşüncə təcrübəsi. Bu təcrübə fizikalizmə, kainatdakı hadisələrin, o cümlədən zehninin sırf fiziki təbiətə malik olması fikrinə qarşı bir arqumentdir. == İlkin şərtləri == F. Ceksonun düşüncə təcrübəsi tamamilə yeni ideya deyildi, oxşar arqumentlər XVIII əsrin ortalarından etibarən ifadə edilmiş və müzakirə edilmişdir. Con Lokk əməliyyatdan sonra anadangəlmə kor olanlar tərəfindən əşyaların ilkin vizual qavranılmasının təbiəti haqqında sensasiyalı epistemologiya məsələsini qaldırdı ki, bu da təcrübə ilə təsdiqləndi. Beləliklə, Çarli Brod 1925-ci ildəki işində qeyri-məhdud riyazi və məntiqi qabiliyyətlərə malik olan və maddələrin atom quruluşunu birbaşa müşahidə edə biləcək bir baş mələk təsəvvür etməyi təklif etdi. Belə bir baş mələk hər hansı bir maddənin kimyəvi xassələrini proqnozlaşdıra bilərdi: məsələn, ammonyakın suda həll olunan rəngsiz qaz olduğunu proqnozlaşdıra bilərdi. Ancaq Broda görə, o, qoxusunun burundakı reseptorlara necə təsir edəcəyini və insan beynində hansı neyronların iştirak edəcəyini bilsə belə, insan üçün necə olacağını təxmin edə bilməyəcək. == Düşüncə eksperimenti == Təcrübə 1982-ci ildə The Philosophical Quarterly jurnalında "Epifenomenal Qualia" məqaləsində dərc edilmişdir. Bu məqalədə F. Cekson oxucunu alim, rəng tədqiqatçısı Məryəm ilə tanış etməyi təklif edir.
Otaqo yarımadası
Otaqo yarımadası (ing. Otago Peninsula) — Yeni Zelandiya sahillərində yerləşən yarımada. Yarımada Cənub adasının cənub-şərqində yerləşir. Təpəlikdən ibarət olan relyefə malikdir. Burada Pinqvinlər və Dəniz quşları məskən salmışdır. Megadyptes antipodeslərin şimal arealını təşkil edir. Okeanın daxilinə 20 km uzanır. Eni 1,5 – 9 km arasında dəyişir.
Oğul Otağı
Oğul otağı — Nanni Moretti tərəfindən 2001-ci ildə çəkilmiş film. Söhbət oğlunu itirən valideynin yaşadıqlarından gedir. Film 2001-ci ildə Kann Film Festivalında Qızıl Palma budağı qazanıb. Film "Empire" jurnalının 2008-ci ildə hazırladığı "Bütün zamanların ən yaxşı 500 filmi" siyahısına da daxil edilib.
Səhər otağı
Səhər otağı (ing. Drawing room) - İri ev və malikanələrdə çox vaxt mətbəxə yaxın olan otaq. Planlaşdırmada çalışırlar ki, səhər otağının geniş pəncərəsi olsun. Adətən qonaq otağına, yaxud nahar otağına əks tərəfdə olur ki, həm səhər, həm gündüzdən sonra otaqlardan azı birinə günəş işığı düşsün.
Çin otağı
Çin otağı arqumenti ağıllı və insana bənzəyən proqramın kompüteri idarə etməsinə baxmayaraq, proqram vasitəsilə işləyən kompüterdə "ağıl", "dərketmə " və ya "şüur" olması fikrini təkzib edir. Arqumenti ilk dəfə filosof Con Sörl 1980-ci ildə Behavioral and Brain Sciences jurnalında nəşr olunan "Ağıllar, Beyinlər və Proqramlar" adlı məqaləsində irəli sürüb. Oxşar arqumentləri Qotfrid Leybnits (1714), Anatoli Dneprov (1961), Lourens Devis (1974) və Ned Blok (1978) təqdim etmişlər. Sörlün versiyası o vaxtdan bəri geniş şəkildə müzakirə edilmişdir. Sörlün arqumentinin mərkəzi nöqtəsi Çin otağı kimi bilinən düşüncə eksperimentidir. Arqument zehnin formal simvollar üzərində işləyən bir məlumat emal sistemi kimi nəzərdən keçirilə biləcəyini və verilmiş psixi vəziyyətin simulyasiyasının onun mövcudluğu üçün kifayət olduğunu müdafiə edən funksionalizm və hesablamaçılıq fəlsəfi mövqelərinə qarşı yönəlmişdir. Konkret olaraq, arqument Sörlün güclü süni intellekt fərziyyəsi adlandırdığı mövqeyi təkzib etmək məqsədi daşıyır: "Düzgün giriş və çıxışlara malik düzgün proqramlaşdırılmış kompüter bununla da insanların zehni kimi eyni mənada zehnə malik olardı". Əvvəlcə süni intellekt (Sİ) tədqiqatçılarının ifadələrinə reaksiya olaraq təqdim olunsa da, bu, əsas Sİ tədqiqatının məqsədlərinə qarşı bir arqument deyil, çünki o, maşının göstərə biləcəyi "ağıllı" davranışın miqdarına məhdudiyyət göstərmir. Arqument yalnız proqramlar çalışdıran rəqəmsal kompüterlərə aiddir və ümumiyyətlə maşınlara aid edilmir. == Çin otağı düşüncə eksperimenti == Sörlün düşüncə eksperimenti bu hipotetik müqəddimə ilə başlayır: fərz edək ki, süni intellekt tədqiqatları Çin dilini başa düşmüş kimi davranan bir kompüter qurmağa müvəffəq oldu.
Fermanın otağı
Fermatın otağı - 2007-ci il psixoloji gərilim ispan filmi. Premyerası 7 oktyabr 2007-ci ildə Sitges Fim Festivalında olan film noyabrın 16-da İspaniya miqyasında nümayiş olundu. == Süjet == Özünü Fermat kimi təqdim edən kimliyi bilinməyən biri bir neçə riyaziyyatçını ölkənin ən yaxşı riyaziyyatçılarının qatıldığı konfransa dəvət edir. Amma dəvətə qoşulmaq üçün riyazi tapmacanı həll etmək lazımdır. Doğru həll yolunu tapdıqdan sonra hər biri məşhur riyaziyyatçı və ya filosofun adını ləqəb kimi alır, belə ki, onlara əsl adlarınından istifadə qadağandır. Hər birinə "ən böyük müəmma" üzərində işləmək üçün təkbaşına və cib telefonu olmadan müəyyən olunmuş vaxtda müəyyən olunan gəlmək tapşırılır. Təyin olunmuş vaxtda dörd nəfər çayın sahilində görüşür. Qalua ləqəbli ciddi gənc oğlan, Hilbert ləqəbli qoca kişi, Paskal ləqəbli üzünəinamlı gənc oğlan və Olivia ləqəbli cavan qadın. Qaranlıq çökəndə çayın o biri tərəfindəki maşın faraları yanıb-sönərək işarə verir. Riyaziyyatçılar qayıqla çayı keçib maşına çatdıqda avtomobildə GPS koordinatları və səyahət təlimatları olan PDA tapırlar.
Tutaq (Duzluca)
Tutaq — Türkiyənin İğdır vilayətinin Duzluca rayonunda kənd. == Tarixi == Kənd 1928-ci ildən eyni addadır.
Otel otağı
== Məzmun == Filmdə qırmızı terrordan tutmuş, bugünkü günə qədər Azərbaycan ziyalılarının başlarına gətirilən müsibətlərdən, zaman dəyişdikcə cəmiyyətdə gedən ictimai-siyasi proseslərin burulğanında, xaosunda ziyalılarımızın fiziki və mənəvi təzyiqlərə məruz qalmalarından danışılır, insanların satqınlığı, onların vəziyyətdən, şəraitdən asılı olaraq cilddən-cildə girməsindən söhbət açılır. Əsərin baş qəhrəmanı-alim və ali məktəb müəllimi Kərim Əsgəroğlu(Fəxrəddin Manafov) Ankaraya elmi konfransa gəlir. Eyni zamanda o, Türkiyədə ali məktəblərdən birində dərs demək niyyətini həyata keçirmək üçün İstanbula gedir. Filmdə bu zahiri süjet xəttinin fonunda 90-cı illərdə və daha əvvəlki zamanlarda-30-cu və 40-cı illərdə Azərbaycanda cərəyan etmiş ictimai və siyasi hadisələr, habelə torpaqlarımızın erməni işğalçıları tərəfindən zəbt olunmasından sonra ortaya çıxan problemlər, Qarabağ faciəsi, Bakıdakı siyasi burulğanlar və bütün bu ağır şəraitlərdə ziyalıların taleyi, Türkiyədəki qardaşlarına böyük ümidləri və bəzi hallarda bu ümidlərin doğrulmaması səbəbiylə keçirdikləri sarsıntılar əks olunmuşdur. Filmin baş qəhrəmanı çətin dövrlərdə, ağır vəziyyətlərdə, mürəkkəb şəraitdə öz ziyalı ləyaqətini, mənliyini, təmizliyini qoruyub saxlayan və bunun acısını yaşayan bir insandır. İçində daima daşıdığı Qarabağ dərdi, Şuşa həsrəti və Xocalı faciəsinin acı xatirələri Kərimin, sözün hərfi və məcazi mənasında, ürək ağrılarının əsas səbəbidir. Bu nisgillərə ailə qayğıları, İstanbulda işləyəcəyi haqqında ona verilən vədlərin yalan çıxması və irili-xırdalı başqa mənfi emosiyalar da əlavə olunaraq Kərimin ömrünü qısaldır. Əsərdə hər mühitə uyğunlaşan, karyerası naminə hər cür satqınlığı, namərdliyi, dönüklüyü özünə rəva bilən, sovet dövründə türkçülüyü ifşa edən, bu gün isə "alovlu türkçü"yə", "millətçi"yə çevrilən Çopur Cabbar(Muxtar Maniyev) kimi tam mənfi, həyatda həmişə yaxşı yaşamağın üsulunu tapmış Sədiyar(Rasim Balayev) kimi nə mənfi, nə də müsbət personajlar da var. Faciəvi sonluğuna baxmayaraq "Otel Otağı" həqiqi, mənəvi dəyərləri, qardaş Türkiyə xalqıyla mehriban münasibətləri, ziyalı ləyaqətini tərənnüm edən bir filmdir. == Film haqqında == Film yazıçı Anarın eyniadlı povesti əsasında ekranlaşdırılmışdır.
Ruzvelt otağı
Ruzvelt otağı (ing. Roosevelt Room) — ABŞ Prezidentinin əsas rəsmi iş yeri olan Ağ Evin Qərb qanadındakı konfrans-zalı. Demək olar ki, Qərb qanadının mərkəzində, Oval kabinetin yanında yerləşir. O, 1969-cu ildə prezident Riçard Nikson tərəfindən ABŞ-ın iki prezidentinin - Teodor Ruzveltin və Franklin Ruzveltin şərəfinə belə adlandırılıb (birincisi Qərb qanadını tikib, ikincisi onu genişləndirib).
Çat otağı
Çat otağı və ya söhbət otağı (və bəzən qrup çatı) — əsasən sinxron konfransın istənilən formasını, bəzən hətta asinxron konfransı təsvir etmək üçün istifadə olunan termin. Beləliklə, bu termin real vaxt rejimində onlayn çat və yad insanlarla onlayn qarşılıqlı əlaqədən (məsələn, onlayn forumlar) tam immersiv qrafik sosial mühitlərə qədər istənilən texnologiyanı ifadə edə bilər. Çat otağının əsas istifadəsi digər istifadəçilər qrupu ilə mətn vasitəsilə məlumat mübadiləsi etməkdir. Ümumiyyətlə, eyni söhbətdə birdən çox insanla söhbət etmək imkanı çat otaqlarını daha çox təkbətək ünsiyyət üçün nəzərdə tutulmuş ani mesajlaşma proqramlarından fərqləndirir. Müəyyən bir çat otağındakı istifadəçilər, ümumiyyətlə, paylaşılan internet və ya digər oxşar əlaqə vasitəsilə bağlıdırlar. Yeni texnologiya fayl mübadiləsi və veb-kameraların istifadəsinə imkan vermişdir. == Tarixi == İlk söhbət sistemi 1971-ci ildə ABŞ hökuməti tərəfindən istifadə edilmişdir. Bu, Berkli Universitetindən gənc fəlsəfə doktoru məzunu Mürrey Turoff tərəfindən hazırlanmışdır. İlk xüsusi onlayn söhbət xidməti 1980-ci ildə "CompuServe CB Simulator" idi. Bu, Ohayoda "CompuServe"in icraçı direktoru Aleksandr "Sendi" Trevortərəfindən yaradılmışdır.
Kopa de l'Outre-Mer
Ortaq Türkcə əlifbası
Ortaq türkcə əlifba (və ya Birləşmiş türkcə əlifbası / Birləşdirilmiş türk dilləri əlifbası) — Türk dillərindəki sadə səslər əsas alınaraq və eyni qaynaqdan çıxanlar təsnif bütün hərflərin göstərildiyi sistem. Türk Şurası (Türk Keneş) tərəfindən qəbul edilən Ortaq türk əlifbası 34 hərflidir. Uzun səslər: Â, Ê, Î, Ô, Û. == Səslərin təsnifatı == Türk dillərində istifadə edilən hərflər və səslər həm türkcənin özündən, həm də slavyan və ərəb dillərindən qaynaqlanar. Türkcə olan hərflərin bir qisimi də yalnız bəzi şivə tapılar, digərlərində iştirak etməz. Š=Ť və Ž=Ď. Ķķ=Ⱪⱪ və Ḩḩ=Ⱨⱨ Yarı səslər: Ă, Ĕ, Ĭ, Ŏ, Ŭ (Qırtlaq hərfləri). Ṫ hərfi əlifbada olmayan T-D səsidir (Ərəbcə:ط). Yalnız Ərəb və Osmanlıca tərcümələrində istifadə edilər. Ż hərfi əlifbada olmayan Z-S səsidir (Ərəbcə:ظ). Yalnız Ərəb və Osmanlıca tərcümələrində istifadə edilər. ٯ = ق (Qırtlaq K hərfi) və ya ڨ (Qırtlaq G hərfi).
Cucumis melo var. vaughans-original-osage
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.