Cottage Medi-Clinic

Svakopmund (ing. Swakopmund; alman dilindən tərcümədə "Svakopun mənsəbi")[1]Namibiyanın qərbində sahil şəhəri. Namibiyanın paytaxtı Vindhukdan 352 kilometr uzaqlıqdadır. Eronqo rayonunun paytaxtıdır. Namib səhrasında yerləşir və ölkənin əhalisinə görə 4-cü ən böyük yaşayış məntəqəsidir.

Svakopmund
Swakopmund
Gerb
Gerb
22°40′ c. e. 14°32′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 4 avqust 1892
Sahəsi
  • 70 mil²
Mərkəzin hündürlüyü 6 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 34.300 nəf. (2010)
Rəqəmsal identifikatorlar
Telefon kodu +264 64
Digər
swkmun.com.na
Xəritəni göstər/gizlə
Svakopmund xəritədə
Svakopmund
Svakopmund
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhər 10 üzvü olan bələdiyyə şurası tərəfindən idarə olunur.[2] Şəhər aşağıdakı rayonlardan ibarətdir: Şəhər mərkəzi, Vineta, Meyle 4, Voqelştrand, Uoterfront, Mondesa, Tamariskia.

Görməli yerlər

[redaktə | mənbəni redaktə et]
Şəhərin mərkəzində lüteran kilsəsi.

Svakopmund çimərlik kurortu və alman koloniya memarlığına malikdir. 1892-ci ildə Alman Cənub-Qərbi Afrikasının əsas limanı kimi qurulmuşdur və hazırda da şəhər əhalisinin kiçik hissəsi almanca danışır.

Şəhərin əsas görməli yeri 1909-cu ildə memar Henrik Bauz tərəfindən tikilmiş Qədim həbsxanadır. 1906-cı ildə tikilmiş başqa alman binası isə hazırda kitabxanadır. Şəhərin görməli yerlərinə kristal qalereya, səhra dumları, Milli Dəniz Akvariumu, Svakopmund muzeyidir.[3] Şəhərin kənarında yerləşən Rozmund qolf meydançası dünyada yerləşən 5 səhra yaşıl qolf meydançasından biridir. Şəhərin kənarında turistlər dəvələrdə gəzmə şansına sahibdirlər. Səhrada 1896-cı ildə aid tərk edilmiş Martin Luther buxar lokomotivini görmək olar.

Herero xalqı öz dillərində şəhəri Otcozoncii adlandırırlar.[4] Bu yerli dildə "ifrazat açılışı" deməkdir. Çünki Svakop çayında daşqın olanda çay özü ilə ölü heyvanları gətirirdi. Almanlar daha sonra şəhərin adını öz dillərinə uyğunlaşdırdılar.

Namibiya 1990-cı ildə öz müstəqilliyini əldə etdikdən sonra şəhərdəki bir çox alman mənşəli küçə adlarının adları dəyişdirilmişdir. Məsələn, Namibiyanın prezidenti Sam Nucoma şəhərin əsas küçəsinə öz adını vermişdir.[5]

Şəhərdə əvvəllər alman məktəbi fəaliyyət göstərirdi.[6]

Liman.

Şəhərin 70 kilometrlik uzaqlığında uranium mədənləri yerləşir. Burada dünyanın əsas uranium mənbələrindən biridir.

Şəhərdə otellər, gecə klubları, barlar, kafelər yerləşir. Turistlərə balon turları, paraşütlə tullanma, dəniz səyahəti kimi əyləncələr təklif olunur. "Məhbus" teleserialının ilk səhnələri burada çəkilmişdir.[7] "Dəli Med: Qəzəbli yol" filminin çəkilişləri bu şəhərin yaxınlığında baş tutmuşdur.[8]

Cottage Medi-Clinic şəhərdə yerləşən özəl xəstəxanadır. 1984-cü ildə Rössinq kottec xəstəxanası kimi qurulmuşdur. Hazırda Medi-Clinic şirkətinə aiddir. Xəstəxananın 70 ədəd çarpayısı var.[9]

  1. "Local Authorities". Association of Local Authorities in Namibia (ALAN). 10 June 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 October 2012.
  2. "Know Your Local Authority". Election Watch (3). Institute for Public Policy Research. 2015. səh. 4.
  3. "Swakopmund Museum" (ingilis). Scientific Society Swakopmund. 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-17.
  4. Menges, Werner. "Windhoek?! Rather make that Otjomuise". The Namibian. 12 May 2005. 22 August 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 January 2019.
  5. Barnard, Maggi. "Namibia: Minister Urges Swakopmund Residents to Accept Change". 12 December 2002. 22 March 2003 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 January 2019 – AllAfrica vasitəsilə.
  6. "Deutscher Bundestag 4. Wahlperiode Drucksache IV/3672 Arxivləşdirilib 2016-03-12 at the Wayback Machine" (). Bundestag (West Germany). 23 June 1965. Retrieved on 12 March 2016. p. 32/51.
  7. "The Prisoner". AMC website. 2011-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-09-23.
  8. Williams, Sue. "How Australia got magnificently replaced in Mad Max". 14 May 2015. 8 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 January 2019.
  9. Official Web Site Arxiv surəti 11 noyabr 2007 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2007-11-11 at the Wayback Machine

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]