Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aix
Meşə ördəyi (lat. Aix) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Ban Pain
Ban Pain (Norfolk dili Ban Pain) — Norfolk adasının ən iri şəhəri. Adanın əsas kommersiya mərkəzi, faktiki paytaxtı. Adanın bir kənarından digərinə yol şəhərdən keçir. == Əhalisi == Dəqiq əhali sayı məlum deyil. Müəyyən mənbələrə görə onun əhalisi 180 nəfərdir (2007-ci il) == İdarəetmə == Şəhərin bələdiyyəsi və dəqiq sərhədi yoxdur. Şəhərin ticarət-sənaye palatası sahibkarların şəhərin idarə edilməsində iştirakını təmin edir. Şəhərin emblemi və hansısa fərqlənmə nişanı yoxdur.
Proprioseiulus paxi
Proprioseiulus paxi (lat. Proprioseiulus paxi) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin proprioseiulus cinsinə aid heyvan növü.
Pax Ottomana
Pax Ottomana (latıncadan tərcüməsi "Osmanlı sülhü" mənasına gəlməkdədir) - dünyanın digər bölgələrinə nəzərən Osmanlı imperiyasında mövcud olan sabitlik və nizam üçün istifadə olunan termindir. Daha geniş formada istifadə olunan "Pax Romana"dan törəmişdir. == Mənası == Bu ifadə daha çox Osmanlı imperiyasına müsbət yanaşan modern Türkiyə tarixçiləri tərəfindən istifadə olunur. Osmanlı imperiyası gücünün zirvəsində olduğu zaman Orta və Yaxın Şərqi, Balkan yarımadasını və Şimali Afrikanı əhatə edirdi. I Dünya müharibəsindən sonra Osmanlı imperiyasının süqut etməsi ilə bu bölgələrin əksəriyyətində qeyri-sabitlik hökm sürməyə başladı. Buna görə də, Osmanlı dövrünün müsbət olduğunu ifadə etmək üçün Pax Ottomana ifadəsindən istifadə olunmağa başlandı.
Pax Romana
Pax Romana (Latınca "Roma sülhü") Roma tarixində təxminən 200 il davam edən sülh və stabillik dövrünü ifadə edir. Pax romana Oktavian Avqust tərəfindən e.ə 27-ci ildə başlamışdır və eramızın 180-ci ilində Mark Avreli-nin ölümünə qədər davam etmişdir. Dövr Oktavian Avqustun Böyük Roma vətəndaş müharibəsinə son verməsi ilə başladığı üçün bəzən Pax Augusta da adlanır. 207 illik bu dövrdə Roma imperiyası öz tarixinin maksimum ərazi genişliyinə çatmışdır və həmçinin imperiyanın əhalisi dünya əhalisinin təxminən 3-də birinə çatmışdır.
Pax Americana
"Pax Americana" (Paks Amerikana; hərf. Amerika sülhü) — 1945-ci ildə İkinci Dünya müharibəsi başa çatdıqdan sonra, ABŞ dünyanın dominant iqtisadi, mədəni və hərbi gücünə çevrildiyi zaman Qərb yarımkürəsində və daha sonra dünyada nisbi sülh anlayışına tətbiq edilən termin. "Pax Romana" və "Pax Britannica" terminlərindən modelləşdirilmişdir. Bu mənada "Pax Americana" ABŞ-nin digər dövlətlərə nisbətən hərbi və iqtisadi mövqeyini təsvir etmişdir. ABŞ-nin Qərbi Avropa ölkələrinə iqtisadi bərpa proqramlarında 13,3 milyard dollar (2023-cü ildə 173 milyard dollara bərabərdir) köçürdüyü ABŞ Marşal planı "Pax Americana"nın işə salınması" kimi təsvir edilmişdir. == Həmçinin bax == Truman doktrinası Reyqan doktrinası Bretton-Vuds sistemi Terrorizmlə müharibə == İstinadlar == == Əlavə ədəbiyyat == == Xarici keçidlər == The end of the Pax Americana? by Michael Lind Why America Thinks it Has to Run the World by Benjamin Schwarz It’s Over, Over There: The Coming Crack-up in Transatlantic Relations by Christopher Layne War in the Contest for a New World Order by Peter Gowan So it must be for ever by Thomas Meaney Instrumental Internationalism: The American Origins of the United Nations, 1940–3 by Stephen Wertheim What are we there for?
Pax Atomica
Pax Atomica (Paks Atomika; hərf. Atom sülhü) — Soyuq müharibə zamanı Amerika Birləşmiş Ştatları ilə Sovet İttifaqı arasında böyük hərbi münaqişə olmadan şiddətli gərginlik dövrünü təsvir etmək üçün istifadə edilən terminlərdən biri. Termin bəzən İkinci Dünya müharibəsindən sonrakı bütün dövrləri, atom bombasından sonrakı dövrü təsvir etmək üçün də istifadə olunur. İfadənin yalnız Soyuq müharibə dövrünə aid olan daha dar mənalı tətbiqində bu ifadə iki fövqəldövlət arasında sabitliyin hər iki tərəfin qarşılıqlı təminatlı məhv (MAD) vəziyyətinə gətirib çıxaran böyük nüvə arsenalları ilə bağlı olduğu arqumentinə istinad edir. İfadənin daha geniş tətbiqində, bütün İkinci Dünya müharibəsindən sonrakı dövrə şamil edilən bu ifadə dünyanın bir neçə böyük dövlətinin nüvə silahına malik olmasının hər hansı bir dövlət arasında genişmiqyaslı müharibənin başlanmasının qarşısını almaq üçün hərəkətə keçməyə meylli olduğuna dair arqumentə aid edilir.
Pax Britannica
Pax Britannica (Paks Britannika; hərf. Britaniya sülhü) — böyük dövlətlər arasında nisbi sülh dövrü üçün istifadə edilən termin. Bu müddət ərzində Britaniya imperiyası qlobal hegemon gücə çevrilmiş, əlavə qeyri-rəsmi imperiya formalaşdırmış və "qlobal polis" rolunu qəbul etmişdir. 1815–1914-cü illərdə Britaniyanın "imperator əsri" adlandırılan dövrdə təxminən 10,000,000 kvadrat mil (26,000,000 km2) ərazi və 400 milyon insan Britaniya imperiyasına daxil olmuşdur. Napoleon Fransası üzərində qələbə britaniyalıları Orta Asiyada Rusiyadan başqa heç bir ciddi beynəlxalq rəqibsiz qoymuşdur. Rusiya Balkanlarda təsirini genişləndirməyə çalışmışdı, lakin britaniyalılar və fransızlar Krım müharibəsində onları məğlub etmiş, bununla da zəifləmiş Osmanlı imperiyasını qorumuşdular. Britaniya tacirləri, yükgöndərənləri və bankirləri digər imperiyalara nisbətən o qədər böyük üstünlüyə malik idilər ki, onun müstəmləkələri ilə yanaşı, qeyri-rəsmi imperiyası da var idi.
Pax Europaea
Pax Europaea (Paks Yevropeya; hərf. Avropa sülhü) — İkinci Dünya müharibəsindən sonra Avropanın yaşadığı nisbi sülh dövrü. Bu dövrdə Avropa dövlətləri arasında xüsusilə az sayda beynəlxalq münaqişələr və ya müharibələr olmuşdur. Bu sülh çox vaxt NATO-nun, Avropa İttifaqının (Aİ) və Aİ-nin sələfi institutlarının, o cümlədən Avropa İqtisadi Birliyinin yaradılması ilə əlaqələndirilirdi. Bu nisbi sülh dövrü Soyuq müharibənin başa çatmasından və Sovet İttifaqının dağılmasından sonra, Yuqoslaviya müharibələri, Şimali İrlandiya münaqişəsi, postsovet münaqişələri, o cümlədən 2022-ci ildə Rusiyanın Ukraynaya hücumu kimi əsas istisnalardan kənar geniş şəkildə qorunub saxlanılmışdır. Avropa İttifaqı diplomatik vasitələrlə öz sərhədləri daxilində, eləcə də beynəlxalq səviyyədə sülhü qorumaq və fəal şəkildə təşviq etmək səylərinə görə 2012-ci ildə sülh üzrə "Nobel" mükafatına layiq görülmüşdür.
Pax Sovietica
Sovet imperiyası — Sovet Sosialist Respublikaları İttifaqının bir sıra müstəqil dövlətlərə təsirini qeyri-rəsmi şəkildə təsvir edən siyasi klişe. Bu ifadə Soyuq müharibədə SSRİ-nin rəqibləri tərəfindən ortaya atılmışdır. Bu kontekstdə Macarıstan və Çexoslovakiyada baş verən silahlı toqquşmalar bəzi yerli elitaların sovet təsirini zəiflətmək istəyi kimi şərh olunur. SSRİ-nin dövlət rəhbərləri formal olaraq imperializmlə ideoloji müxalifətdə idilər, onun müstəmləkələri yox idi və SSRİ-də imperator institutu yaradılmamışdı. Buna baxmayaraq, bir sıra tarixçilər iddia edirlər ki, SSRİ-nin siyasi sisteminin imperiyaya xas xüsusiyyətlərə malik idi. Həmçinin, alimlər arasında belə bir fikir var ki, dövlət həm çoxmillətli, həm də monoetnik formalaşma əlamətlərinə malikdir. Bundan əlavə, SSRİ-nin xarici siyasətinin müstəmləkəçilik xarakteri ilə bağlı fikirlər mövcuddur. XX əsrin bəzi solçuları SSRİ-nin siyasətini sosial-imperializm adlandırmışdılar (bu termin xüsusilə maoçular tərəfindən tez-tez istifadə olunurdu). Bütün yuxarıda qeyd edilənlərə baxmayaraq, bəzi tədqiqatçılar SSRİ-də müstəmləkə imperiyasının müəyyən əlamətlərinin mövcudluğunu qəbul etmiş, SSRİ-nin onun peyk dövlətləri ilə münasibətlərində iqtisadi, mədəni və siyasi baxımdan arqumentlər və müxtəlif faktları heç bir müstəmləkə imperiyası üçün xarakterik olmayan formada gətirmişdilər. Beləliklə, SSRİ-nin dövlətin və cəmiyyətin tarixi inkişafının unikal məhsulu olmasına baxmayaraq, ictimai şüurda tam hüquqlu və köklü formada bir imperiya olmadığına dair bir fikir var.
Davdan Pain (Xudafərin)
Davdan Pain (fars. داودان پائين‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 67 nəfər yaşayır (12 ailə).
For My Pain…
For My Pain... ( Qısacası FMP) - olan Finlandiyalı qotik metal qrupu, tərkibinə müxtəlif fin qruplarından iştirakçılar daxil olub — Embraze, Eternal Tears of Sorrow, Nightwish, Charon və Reflexion kimi qrupların üzvləri qatılıb.. For My Pain-i yaratmaq ideyası… 1999-cu ildə gəldi, Altti Vetelyaynen (bas-gitara) və Petri Sankala (zərbələr), Eternal Tears of Sorrow-dan hər ikisi, yeni layihəni yaratmağı istədilər. Onlar öz dostlarını, Tuomas Holopainen (Nightwish-dən klavişnik) və Lauri Tuoximaa (Charon-dan və Embraze-dan gitara çalan) qoşulmağı xahiş etdilər. Onlar hər biri qrup ilə əlaqədar idi, ancaq sonra layihə təxirə salınaraq digər əlverişli vaxtlarıa saxlanıldı. == Fallen (2001—2006) == Bir neçə ildən sonra layihə yenidən hazırlanmağa başlandı. Bu dəfə üzvlərin daha çox vaxtları var idi. Qrupa iki yeni üzv, Oli-Pekka Tyorryo (Eternal Tears of Sorrow-dan gitara çalan) və Yuxa Kyulmyanen (Reflexion qrupundan vokalist) qoşuldu, və qrup 2001-ci ildə öz debüt albomunun yazısına başladı. Daha sonra qrup 2003-cü ildə “Fallen” adlı debüt albomunu və 2004-cü ildə "Killing Romance" adlı sinqlı buraxdı. Bu albom və sinqllardan sonra qrup üzvləri layihənin fəaliyyətini dayandırdı.
Kədxudalı Pain (Xudafərin)
Kədxudalı Pain (fars. كدخدالوپائين‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 40 nəfər yaşayır (8 ailə).
Pain of Salvation
Pain of Salvation (P.O.S olaraq qısaldılır) — 1991-ci ildə İsveçdə Daniel Gildenlöw tərəfindən qurulmuş bir proqressiv metal qrupudur. Qrupun təməlləri 1984-cü ildə 11 yaşındakı Daniel Gildenlöw'ün «Reality» adlı bir qrup qurmasıyla atıldı. Qrup üzvlərindən Daniel Magdic də Reality'də iştirak etməkdə idi. 1987-ci ildə qrup İsveçdə bir musiqi yarışması olan «Rock-SM»'ə qatıldı. Yarışmaya qatılan ən gənc qrup olan Reality'nin vokalisti Gildenlöw «Ən Yaxşı Vokalist» mükafatını qazandı. Beləcə qrup İsveçdə tanınmağa başladı. 1990-cı ildə qrupda üzv dəyişiklikləri oldu. Vurma alətlərə o zamanlar 14 yaşında olan Johan Langell, bas gitaraya isə Gustav Hielm gəldi. Qrupun qurucusu Daniel Gildenlöw 1991-ci ildə qrupun adını Pain of Salvation olaraq dəyişdirdi. Qrup yeni adıyla birlikdə İsveçdə turnelərə çıxdı və yeni mahnılar yazmağa başladı.
Prix Femina Etranger
Femina — Fransanın Ədəbiyyat üzrə nüfuzlu mükafatı.
Fatima Sana Şaix
Fatimə Səna Şeyx - hind kino aktrisasıdır. == Erkən həyat == Fatima Sana Şeyx 11 yanvar 1992-ci ildə Mumbayda anadan olub və böyüyüb . Anası Rac Tabassum Şrinaqardan , atası Vipin Şarma isə Cammudandır . Atası hindu, anası isə müsəlman olaraq böyüdüyü halda, Şeyx özünü ateist kimi tanıyır . O, aktrisa olmamışdan əvvəl fotoqrafiya sahəsində təcrübə qazanmışdı.
Dağaliyan-i Pain (Əhər)
Dağaliyan-i Pain (fars. دغليان پائين‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 114 nəfər yaşayır (23 ailə).
Göybulaq-i Pain (Təbriz)
Göybulaq-i Pain (fars. گوي بلاغ پائين‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 83 nəfər yaşayır (20 ailə).
Kələrəş-i Pain (Salmas)
Kələrəş-i Pain (fars. كله رش پايين‎‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 313 nəfər. yaşayır (53 ailə).
Qaraağac-i Pain (Germi)
Qaraağac-i Pain (fars. قره اغاج پائين‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 738 nəfər yaşayır (168 ailə).
Qışlaq-i Pain (Heris)
Qışlaq-i Pain (fars. قشلاق پايين‎) və ya Aşağı Qışlaq - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 132 nəfər yaşayır (32 ailə).
Şəhrək-i Pain (Heris)
Şəhrək-i Pain (fars. شهرك پايين‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 686 nəfər yaşayır (150 ailə).
Çiləvənd-i Pain (Astara, İran)
Çiləvənd-i Pain (fars. چلوندپائين‎) — İranın Gilan ostanının Astara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 975 nəfər yaşayır (204 ailə).
Psix, amma bu yaxşıdır (teleserial, 2020)
Psix, amma bu yaxşıdır (kor. 사이코지만 괜찮아; ing. It's Okay to Not Be Okay və ya Psycho But It's Okay) (Jo Yong) — Ço Yon tərəfindən yazılmış və Pak Şinvu tərəfindən idarə olunan Cənubi Koreya romantik dram televiziya serialı. Kim Su-Hyon, So Yoci, Oh Cun-se və Pak Gyu-yon serialın başrollarıdır. Serial fədakar bir psixoloji şöbənin baxıcısı və antisosial bir uşaq kitabı yazıçısından ibarətdir. Serial 20 iyun 2020-ci il tarixindən 9 avqust 2020-ci il tarixinə qədər TVN və Netflix-də 16 bölüm yayımlandı. Cənubi Koreyada Netflix-də romantik janrda 2020-ci ilin ən populyar şousu idi. New York Times filmi "2020-ci ilin Ən Yaxşı Beynəlxalq Şouları"-ndan biri olaraq adlandırmışdır. Bəzi şərhçilər serialın ikinci yarısında yazılanları tənqid etsələr də, bu hissə aktyor heyəti tərəfindən təriflənmişdir. Serial 57-ci Baeksang İncəsənət Mükafatında qatıldığı 8 nominasiyada iki qalibiyyət əldə etmişdir.
Apia
Apia — Samoanın yeganə şəhəri və paytaxtı. == Əhalisi, dil və dini == Əhalisi 35 min nəfərdən çoxdur. Şəhərdə əsasən м samoalılar (93 %), avropalılar və avropa-polineziya qarışığı olan insanlar yaşayır. Rəsmi dillər samoa və ingilis dilləridir. Dini inancları olanlar əsasən protestantlar (50 %) və katoliklərdir (45 %). == Mənbə == Samoa Starts Daylight Saving Time in 2009 Словарь географических названий зарубежных стран. — 3-е изд. перераб. и доп. — М.: Недра, 1986.
Apis
Apis (münbitlik allahı) — münbitlik allahı. Apis (arı) — bal arısı cinsi. Apis (şəhər) — şəhər. Apis (Yunan mifologiyası) — Yunan mifologiyası.
Caiz
Caiz [جائص ] – icra edilməsində dini hökmlərə əks olmayan, günah olmayan şeylər. Hər hansı bir şeyin, yaxud hərəkətin caiz olması islam dinində ilk növbədə Quranla, sonra hədislərlə, sonra isə müsəlman fəqihlərinin rəylərinə əsasən müəyyən olunur. Caiz sözü azərbaycan dilində daha çox islam fəlsəfəsi mətnlərində işlədilir. Kəlmənin kökündə olan cəzə [جاص ] felindən azərbaycan dilində geniş yayılan icazə sözü də əmələ gəlmişdir. Ərəb dilində icazə sözünün feli IV babda əcəzə felidir. İcazə sözü onun məsdəridir. Ərəbcədə müənnəs qadın cinsini bildirən -ətun şəkilçisi azərbaycan dilinə qısa ə olaraq keçmişdir [Müqayisə et: ər. icazətun – az. Icazə; ər. idarətun – az.
DAİŞ
İŞİD və ya tam adı ilə İraq Şam İslam Dövləti, həmçinin 2014-cü ildən etibarən İslam Dövləti (İD), — Əsasən İraq və Suriya ərazisində fəaliyyət göstərən silahlı terrorçu qruplaşma, 3 yanvar 2014-cü il tarixində dövlət kimi müstəqilliyini, 29 iyun 2014-cü il tarixində isə yeni xilafət yarandığını elan etmişdir. 2019-cu ildə isə süqutu elan edilmişdir. İŞİD indiyə qədər heç bir dövlət tərəfindən dövlət kimi tanınmamışdır. == Terrorçu qrup kimi təyin edilməsi == Aşağıdakı ölkələr və beynəlxalq təşkilatlar İraq Şam İslam Dövləti terror qruplaşması hesab edir İran ABŞ Rusiya Türkiyə Livan Səudiyyə Ərəbistanı İndoneziya İtaliya Almaniya Polşa Danimarka Yunanıstan Estoniya Bolqarıstan Fransa Birləşmiş Krallıq Niderland Xorvatiya Çexiya Sloveniya Albaniya Kanada Avstraliya BƏƏ Bəhreyn Qətər Filippin Malayziya Bosniya və Herseqovina İordaniya Gürcüstan Azərbaycan == Tarixi == İraq müharibəsinin başlamasından qısa bir müddət sonra "Camaat əl-Tövhid vəl-Cihad" adı ilə qurulan qruplaşma 2004-cü ilin oktyabrında Əl-Qaidəyə bağlılığını elan edərək "Tanzim Kaidat el-Cihad fi Bilad el-Rafidayn" (daha çox "İraq Əl-Qaidəsi" adı ilə tanınır) adını götürdü. === İraqda === ==== İraq İslam Dövləti ==== 2006-cı ilin yanvar ayında "Ceyş ət-Taifa Əl-Mənsur", "Ceyş Əhli-Sünnə vəl-Camaa", "Ceyş əl-fatihin", "Cund əs-Səhabə" kimi kiçik qruplarla birləşən qruplaşma "Mücahidun Şura Konseyi" adını aldı. İraq müharibəsinin qızğın dövründə Anbar, Ninəvə, Diyalə, Babil, Kərkük və Səlahəddin bölgələrində aktivlik göstərən qruplaşma üzvləri 2006-cı ilin 15 oktyabr tarixində paytaxtı Baquba şəhəri olan "İraq İslam Dövləti" adlı dövlət elan etdi. Bu tarixdən etibarən "Mücahidun Şura Konseyi" adı altında toplaşan qruplaşmaların keçirdiyi əməliyyatlar "İraq İslam Dövləti" adıyla keçirilməyə başladı. ===== İraq İslam Dövlətində döyüşçü sayı ===== 2006-cı ildə ABŞ kəşfiyyatının hazırladığı hesabatda təşkilatın üzvlərinin sayının 1000-dən yuxarı olduğu bildirilirdi. 2011-ci ildən etibarən ABŞ ordusunun İraqdan çıxmasından sonra təşkilat üzvlərinin sayının 2 dəfədən çox artdığı haqqında məlumatlar var idi. ==== 2012 ==== ==== 2013 ==== ==== 2014 ==== ===== Oktyabr 2014 ===== 15 oktyabr 2014-cü ildə terror təşkilatı İŞİD Bağdad yaxınlığındakı Kubaisanı ələ keçirmiş, əl-Anbar və Fəllucanı mühasirəyə almışdır.
Erix
Erix — kişi adı. Erix Abraham — Alman Piyada generalı. Erix Fayql — Avstriya taixçisi. Erix Frid — yazıçı, şair və tərcüməçi Erix Reder — alman hərb xadimi, qross-admiral. Erix Hartmann — İkinci dünya müharibəsində iştirak etmiş alman qırıcı təyyarə pilotu. Erix fon Manşteyn — Üçüncü Reyxin ən məşhur generalı.
Faiq
Faiq — Azərbaycanlı kişi adı. Faiq Hüsiyev — Azərbaycan Respublikasının əməkdar jurnalisti (2008) Faiq Süleyman Paşa — Faiq Əlizadə — 20 yanvar şəhidi. Faiq Məmmədov Faiq Məmmədov (professor) — professor. Faiq Məmmədov (geoloq) — geoloq.
Faiz
Faiz — ədədin yüzdə bir hissəsi, "%" ilə işarə olunur. Riyaziyyatın mühüm anlayışlarından biridir. Sözün özü mənşəcə latın sözü olub (per centum), mənası "yüzdə" deməkdir. 1885-ci ildə Parisdə Matye de la Porta "Kommersiya hesabına rəhbərlik" kitabını nəşr edir. Həmin kitabda faiz hissəsindən danışılır ki, bu da "cto" kimi işlənirdi (cento-nun qısaldılmış forması) və nəşriyyatçı çap xətası nəticəsində bu sözü "%" kimi yazmışdır. O zamandan da faiz işarəsi kimi bu cür istifadə olunmağa başlanılmışdı. == Müəyyənləşməsi == Ədədin faizini tapmaq üçün onu 100%-ə bölüb, verilən faizə vurmaq lazımdır. Faizə görə ədədi tapmaq üçün alınmış ədədi 100%-ə vurub, verilən faizə bölmək lazımdır. Bir ədədin digərinin neçə faizi olduğunu tapmaq üçün birinci ədədi ikinciyə bölüb, 100%-ə vurmaq lazımdır. Onluq kəsri faizlə ifadə etmək üçün onu 100%-ə vururlar: 0,35 = 0,35 • 100% = 35%; 2,3 = 2,3 • 100% = 230% və s.
Gaia
Gaia astrometriya üçün işləyib hazırlanan Avropa Kosmik Tədqiqatlar İdarəsinin (ESA) insansız kosmik rəsədxanasıdır. Gaia Süd yolu qalaktikası boyu ulduzların dəqiq üçölçülü xəritəsini yaradacaq. Gaia 19 dekabr 2013-cü ildə buraxılıb. O, beş il müddətində fəaliyyət göstərəcək.
Mais
Mais — Azərbaycanlı adı. Mais Bərxudarov — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Mais Səfərov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Mais Məmmədov — televiziyaçı, jurnalist.
Azıx
Azıx (Xocavənd) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Azıx kənd inzibati ərazi dairəsində kənd. Azıx mağarası — Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz dağlarının cənub-şərq yamacında yerləşən mağara. == Həmçinin bax == Azıxantrop — Azərbaycan arxeoloqu Məmmədəli Hüseynov tərəfindən 1968-ci ildə Azıx mağarasında alt çənə sümüyü kəşf edilmiş hominidlər fəsiləsinə aid növ.