Pax Sovietica

Qırmızı rəngdə göstərilmiş ərazi 1959–1960-cı illərdə SSRİ-nin pik təsir sahəsini göstərir.

Sovet imperiyasıSovet Sosialist Respublikaları İttifaqının bir sıra müstəqil dövlətlərə təsirini qeyri-rəsmi şəkildə təsvir edən siyasi klişe. Bu ifadə Soyuq müharibədə SSRİ-nin rəqibləri tərəfindən ortaya atılmışdır. Bu kontekstdə MacarıstanÇexoslovakiyada baş verən silahlı toqquşmalar bəzi yerli elitaların sovet təsirini zəiflətmək istəyi kimi şərh olunur.

SSRİ-nin dövlət rəhbərləri formal olaraq imperializmlə ideoloji müxalifətdə idilər, onun müstəmləkələri yox idi və SSRİ-də imperator institutu yaradılmamışdı. Buna baxmayaraq, bir sıra tarixçilər iddia edirlər ki,[1][2][3] SSRİ-nin siyasi sisteminin imperiyaya xas xüsusiyyətlərə malik idi.[4] Həmçinin, alimlər arasında belə bir fikir var ki, dövlət həm çoxmillətli, həm də monoetnik formalaşma əlamətlərinə malikdir.[1] Bundan əlavə, SSRİ-nin xarici siyasətinin müstəmləkəçilik xarakteri ilə bağlı fikirlər mövcuddur.[3] XX əsrin bəzi solçuları SSRİ-nin siyasətini sosial-imperializm adlandırmışdılar (bu termin xüsusilə maoçular tərəfindən tez-tez istifadə olunurdu).

Bütün yuxarıda qeyd edilənlərə baxmayaraq, bəzi tədqiqatçılar SSRİ-də müstəmləkə imperiyasının müəyyən əlamətlərinin mövcudluğunu qəbul etmiş, SSRİ-nin onun peyk dövlətləri ilə münasibətlərində iqtisadi, mədəni və siyasi baxımdan arqumentlər və müxtəlif faktları heç bir müstəmləkə imperiyası üçün xarakterik olmayan formada gətirmişdilər.[5] Beləliklə, SSRİ-nin dövlətin və cəmiyyətin tarixi inkişafının unikal məhsulu olmasına baxmayaraq, ictimai şüurda tam hüquqlu və köklü formada bir imperiya olmadığına dair bir fikir var.

"Şərq bloku" ölkələri. Yuqoslaviya və Albaniya SSRİ ilə dostluq əlaqələrini sonradan kəsmişdir.

Sovet imperiyasının tərkibinə SSRİ-nin özü və bir sıra peyk dövlətlər daxil idi.[6][7] Qarşılıqlı İqtisadi Yardım Şurasının üzvü olan bu dövlətlər SSRİ-nin ən yaxın müttəfiqləri idilər. Şərqi Avropa ölkələriVarşava Müqaviləsi Təşkilatında ("Şərq bloku") iştirak edirdilər.

  • Koreya Xalq Demokratik Respublikası SSRİ ilə dostluq münasibətləri saxlayırdı,[8] lakin Koreya hökuməti sosialist ölkələrinin strukturlarına tam qoşulmaqdan çəkinirdi (məsələn, QİYŞ-də yalnız müşahidəçi ölkə olması).
  1. 1 2 Beissinger, Mark R. Soviet Empire as "Family Resemblance". 2006.
  2. Dave, Bhavna. Kazakhstan: Ethnicity, language and power. Abingdon, New York: Routledge. 2007. ISBN 9780415363716.
  3. 1 2 Olaf Caroe. Soviet Colonialism In Central Asia. 1953.
  4. После империи Афанасьев Ю., Гайдар Е., Гавров С., Иноземцев B., Ливен Д., Паин Э., Пелипенко А., Урнов М., Филиппов А., Ясин Е. и др. — М., 2007. — 224 с. ISBN 978-5-903135-01-1.
  5. "БЫЛ ЛИ СССР КОЛОНИАЛЬНОЙ ИМПЕРИЕЙ?". EUSP (rus). 2022-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-22.
  6. Cornis-Pope, Marcel. History of the Literary Cultures of East-Central Europe: Junctures and disjunctures in the 19th and 20th centuries. John Benjamins Publishing Company. 2004. 29. ISBN 978-9027234520.
  7. Dawson, Andrew H. Planning in Eastern Europe. Routledge. 1986. 295. ISBN 978-0709908630.
  8. Shin, Gi-Wook. Ethnic nationalism in Korea: genealogy, politics, and legacy. Stanford University Press. 2006. 94. ISBN 978-0804754088.