Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Panakeya
Panakeya və ya Panaseya (yun. Πανάκεια — "əlac", "dəva-dərman") — yunan mifologiyasında Asklepin qızı, eyni zamanda Apollonun nəvəsi. Higeya və İasonun bacısı, dava dərman, əlac ilahəsi. Dərman bitkilərlə müalicə ilə məşğul olurmuş.
Sanasiya
Sanasiya (pl. Sanacja, lat. Sanatio) Polşada ictimai həyatın "əxlaqın yenidən təşkil edilməsi" ilə əlaqədar ortaya çıxan siyasi hərəkatın gündəlik adı, hazırlıq əsnasında və 1926-cı il mayın 19-da dövlət çevrilişi dövründə, Yozef Pilsudski tərəfindən irəli sürüldü. Hərəkat 1935-ci ildə Pilsudski’nin ölümünə qədər birbaşa fəaliyyət göstərmişdir. == Tarixi == Parlament ölkədə kiçik bir rol oynayırdı. Siyasi müxalifətə təzyiq olunurdu. Hərəkatın əsasını Polşa siyasətində korrupsiyaya mane olmağa çalışan keçmiş ordu məmurları meydana gətirdi. Sanasiya korrupsiyanın aradan qaldırılması və inflyasiyanın azaldılması ilə bağlı müxtəlif siyasi qüvvələrin koalisiyası idi. 1928-ci ildə siyasi fəallar hökumətlə əməkdaşlıq üçün Qeyripartisan Bloku (BBWR ) yaratdılar. 1926-cı ilin avqust ayında 1921 il Konstitusiyasına əhəmiyyətli düzəlişlər edildi.
Pangeya
Pangeya — dünyada həyat başladığı zaman bütün qitələrin bir ada kimi bir-biriylə birləşmiş halına verilən addır. == Geomorfoloji termin == Pangeya (rus. Пангея, ing. Pangaea) /yun. pan — hamısı və ge, gaia- yer, torpaq/ — Paleozoyda və Mezozoyun əvvələrində müasir materiklərin hamısını birləşdirən fərziyyəvi materik. Onun parçalanmasını və hissələrinin bir- birindən aralanmasını, yeni qlobal tektonikaya əsasən mantiyada konveksion özəklərin yeni sisteminin yaranması ilə əlaqələndirirlər. == İlkin fikirlər == Materik çıxıntıları və okean çökəkliklərinin sonrakı inkişafı haqqında bir sıra fərziyyələr mövcuddur. Bəzi alimlər materiklərin hərəkətsiz olduğunu, bəziləri isə onların daim hərəkət etdiklərini güman edirlər. Materiklərin hərəkət etməsi haqqında ilk dəfə fikir söyləyən Alfred Vegener olmuşdur. Onun nəzəriyyəsinə görə, yer qabığında vahid quru-Pangeya mövcud olmuşdur.
Panisea
Panisea (lat. Panisea) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi. Cinsə aid bitkilərin vətəni Çin, Hindistan yarımqitəsi və Hind-Çin yarımadasıdır.
Manasiya (monastır)
Manasiya monastırı (serb. Манастир Манасија) və ya Resava (serb-kiril. Ресава) ― Serbiya ərazisində yerləşən, 1406-1418-ci illər arasında Stefan Lazareviç tərəfindən tikilmiş Serb Pravoslav monastırı. Kilsə Müqəddəs Üçlüyə həsr edilmişdir. Kompleks orta əsr serb mədəniyyətinin ən əhəmiyyətli abidələrindən biridir və "Morava memarlıq məktəbinə" aiddir. Monastır nəhəng divarlar və qüllələrlə əhatə olunmuşdur. Manasiya monastırı qurulduqdan dərhal sonra Serb despotluğunun mədəniyyət mərkəzinə çevrildi. Resava Məktəbi 15 və 16-cı əsrlərdə despotluğun Osmanlı imperiyasının hakimiyyəti altına keçməsindən sonra da əlyazmaları və tərcümələri ilə məşhur idi. Manasiya kompleksi 1979-cu ildə "müstəsna əhəmiyyətə malik mədəniyyət abidəsi" elan edilmişdir və Serbiya Respublikası tərəfindən qorunur. Monastır 2010-cu ildə UNESCO-nun ehtiyatda olan ümumdünya irsi siyahısına daxil edilmişdir.
Otar Pasasiya
Otar Pasasiya (gürc. ოთარ ფაცაცია; 15 may 1929 – 9 dekabr 2021, Tbilisi) — 20 avqust 1993-cü ildən 1995-ci il oktyabrın 5-dək Gürcüstanın baş naziri vəzifəsini icra edən gürcü siyasətçi. Keçmiş kommunist bürokratı və müəssisə meneceri olan Pasasiya vətəndaş müharibəsi və iqtisadi böhran illərində Gürcüstanın dövlət başçısı kimi Eduard Şevardnadze ilə birlikdə Gürcüstan kabinetinə rəhbərlik edirdi. Baş nazir təyin edilməsi 1992-ci ildə hərbi çevrilişlə endirilən prezident Zviad Qamsaxurdiya tərəfdarlarını sakitləşdirmək cəhdi idi, çünki Pasasiya Qamsaxurdiyanın əsas sosyal bazasını təşkil edən Zuqdidindən idi. 1995-ci ildən 1999-cu ilə qədər Gürcüstan parlamentində millət vəkili vəzifəsini tutsa da, o zamandan bəri siyasətdə heç bir rol oynamayıb. == Həyatı və karyerası == Pasasiya Gürcüstan SSR Zuqdidi rayonunun İnqiri kəndində, Ambako Pasasiya və Luba Pasasiya ailəsində anadan olmuşdur. Leninqrad Texnologiya İnstitutunda mühəndis kimi təhsil alan Otar Pasasiya 1955-ci ildən 1965-ci ildə vəzifəsindən azad olunana qədər yerli Kommunist Partiyası Komitəsinin birinci katibi kimi fəaliyyət göstərərək, Zuqdidi şəhərində kommunist partiyasının funksioneri oldu. Sovet İttifaqının son illərində, 1989–1990-cı illərdə Sovet Xalq Deputatı seçildi və Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldü. == Müstəqil Gürcüstandakı siyasi karyerası == 1992-ci ildə Eduard Şevardnadze — Prezident Zviad Qamsaxurdiyanın zorla devirilməsindən qısa müddət sonra Gürcüstanın Dövlət Başçısı olmuş veteran sovet siyasətçisi — Pasasiyanı Zuqdidi rayon administrasiyasının başçısı təyin etdi. Zuqdidi Qamsaxurdia sadiqlərinin — tez-tez əllərinə silah alaraq yeni rejimə və onun intizamsız hərbçilərinə müqavimətlərini davam etdirən "Zviadistlər"-in — əsas güc bazası idi.
Panaqiya burnu
Panaqiya burnu — Krasnodar diyarı, Temryukski rayonu ərazisində yerləşən burun. Burun Taman yarımadasının cənub-qərbində, Taman stansiyasından 12 km aralıda yerləşir. Burunun hündürlüyü 30 metrdir. Qədim isti dənizlərin rif zonası olmuşdur. Hazırda isə dəniz hər il 1 metr sahil zonasını su altına salır. Burun yerli əhəmiyyətli təbiət zonası elan edilmişdir.
Panisea yunnanensis
Panisea yunnanensis (lat. Panisea yunnanensis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin panisea cinsinə aid bitki növü. Vətəni Çin (Yunnan əyaləti) və Vyetnamdır.
ABŞ-nin Panamaya müdaxiləsi
Just Cause əməliyyatı — 20 dekabr 1989-cu ildə ABŞ-nin Panamaya hücümu. İşğal ərzində Panamanın de-fakto lideri Manuel Noryeqa amerikalı hərbçilər tərəfindən əsir götürülərək ABŞ-yə aparılmış, onun yerinə Guilermo Endara Qalimani vəzifəyə təyin olunmuşdur. İşğaldan sonra Milli Müdafiə Qüvvələri (Fuerzas Armadas de Panama) dağıdılıb. == Əmaliyyatın gedişi == 15 dekabr 1989 ildə Manuel Noryeqa Panama parlamentində çıxış edərkən ABŞ-la müharibə şəraitində olduğunu bildirdi. 17–18 dekabr 1989-cu ildə Corc Herbert Uoker Buş Doğru İş (İngiliscə: Just Cause) Əməliyyatı keçirməyi qərara aldı. 20 dekabr gecə saat 2 də Əməliyyat başladı. Səhərə Panamada yerləşən iki hərbi baza ABŞ-nin əlinə keçdi. Hərbi bazalar müqaviməti dayandırsalarda Panama hələdə müqavimət göstərirdi. 25 dekabrın səhəri müqavimət dayandırıldı və "Just Cause" əməliyyatı uğurla başa çatdı. Rəsmi məlumata görə əməliyyat zamanı Panamanın 400 vətandaşı həlak olub.