Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Martes martes
Meşə dələsi (lat. Martes martes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin dələ cinsinə aid heyvan növü. Azərbaycanda nəsli kəsilmək üzrə olan növdür. == Təsviri == Daşlıq dələsindən fərqli olaraq bir birinə yaxınlaşmış və iri qulaqlı yumru başa malikdir. Kütləsi 0.5 - 2 kq, bədənin uzunluğu 36 - 58, quyruğu 17 - 26 sm-dir (erkəklər dişilərdən iridir). Xəzin rəngi kürəni çalarlarla tutqun qəhvəyidir. Boğazındakı xal qollarının arasına kimi paz şəklində uzanmış sarı rəngdədir. == Yayılması == Arealı Avropa, Qərbi Sibir və Ön Asiyanı əhatə edir. Təsvir olunmuş 7 yarımnövdən Qafqazda və Kiçik Asiyada ən iri forma (Qafqaz meşə dələsi) yayılmışdır. Dəniz səviyyəsindən 2700 m-dək olan meşə landşaftları ilə sıx əlaqədardır.
Aparteid
Aparteid, apartheyd (afrik. apartheid; azərb. ayrı yaşamaq‎) — İrqi ayrı-seçkiliyin ən kəskin formasıdır. Bir qrup əhalinin yaşamaq üçün zəruri olan hər şeydən məhrum edilməsidir. Aparteid genosidi xatırladır və onun bir növüdür. CAR-ın hakim dairələri tərəfindən 20-ci əsr də "ağdərili" olmayan əhaliyə qarşı həyata keçirilən ifrat irqi və milli diskriminasiya və seqreqasiya siyasəti. Aparteidin məqsədi azlıq təşkil edən ağ əhali tərəfindən qeyri-avropalıları istismar etmək və milli-azadlıq mübarizəsinə qarşı güclü maneələr yaratmaq idi. 1910-cu ildə Cənubi Afrika haqqında aktın qəbul olunması Aparteid sisteminin əsasını qoydu. Cənubi Afrika İttifaqında irqçi Millətçi partiya hakimiyyətə gəldikdən sonra (1948) rəsmi dövlət siyasəti kimi tətbiq edildi. 1950–54-cü illərdə seqreqasiyanı kəskinləşdirən bir sıra qanunlar qəbul olundu.
Barter
Barter və ya dəyişmə müqaviləsi — bir tərəfin əmlakının alınması müqabilində həmin tərəfə onun əmlakı dəyərində başqa bir əmlakın verilməsini öhdəsinə götürməklə bağlı vətəndaş hüququ növüdür.
Cartel
Cartel — 1995-ci ildə Almaniyada yaradılmış məşhur Türk rep qrupudur. Qrupun əsası Almaniyada qoyulmuş, 7 üzvdən ibarət olmuşdur. Cartel qrupunun albomu ilk dəfə Avropada buraxılmışdır. Tezliklə MTV musiqi kanalında Avropada kütləvi informasiya vasitələrinin diqqətini cəlb edən qrupla bağlı müsahibələr dərc edilib. Türk musiqisinin səsini dünyaya çatdıran nadir ansambllardan biri ola bilmiş qrup Türkiyədə də böyük məşhurluq qazanmağı bacarmışdır. İndiyədək İstanbulda Beşiktaş İnönü Stadionunda çıxış edən ilk və yeganə türk rap qrupudur. Radio və televiziya təşkilatları tərəfindən ilk həftə ərzində 100.000 disk satıldığında "Qızıl Kaset", 250.000 disk satıldığında isə "İkili Platinum" mükafatlarına layiq görülmüşlər. İngilis, alman, ispan dilində yazılmış musiqiləri bu türk rep qrupunun dil zənginliyini bir daha nümayiş etdirir. Cartel CD-diskini Türkiyədə yayınlanmasından qabaq Almaniyada 29.000 ədəd satmışdı. Türkiyədə ümumilikdə 543.000 ədəd satmış və türk rep tarixində ən çox satılan qrup olmuşdur.
Kartel
Kartel — müəyyən bir sahənin bir sıra müəssisələrini birləşdirən kapitalist inhisar birliyi formasıdır. Kartel inhisarın elə bir formasıdır ki, onun iştirakçıları istehsal vasitələri üzərində xüsusi mülkiyyət hüququnu saxlayır, istehsal ve satışı müstəqil həyata keçirirlər. Lakin onlar müəyyen şərtlər üzrə razılığa gəlirlər. Kartel iştirakçılarının hər biri üçün istehsalın həcmi (kvotası), satış qiyməti və satış bazarı üzrə razılığa gəlir. Kvotanı pozan kartelin kassasına cərimə ödəyir. == Kartelin növləri == Qiymət kartelləri - ümumi və ya ortaq qiymətin müəyyənləşdirilməsi əsasında formalaşır; Satış kartelləri - ümumi satış kanallarının müəyyənləşdirilməsi əsasında formalaşır; Qiymət təyin etmə kartelləri - istehsal və satışı müəyyənləşdirən amillərə məhdudiyyətlər qoyur; Müştəri kartelləri - bazarın və müştərilərin müəyyənləşdirilməsi əsasında formalaşır; Dövlətdaxili kartellər - dövlət daxilindəki bazarları bölmək məqsədi ilə formalaşır ; Dövlətlərarası kartellər - dövlət müəssisələri arasında rəqabəti aradan qaldırmaq məqsədi ilə formalaşır.
Martes
Dələ və ya bəzi bölgələrdə sovsar (lat. Martes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinə aid heyvan cinsi.
Panter
Panter (lat. Panthera) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid heyvan cinsi. Qırtlaqları xüsusi quruluşa malikdir və nərə çəkmək imkanı verir.
Parkhed
Parkhed (ing. Parkhead) — Qlazqo şəhərinin rayonu. == Tarixi == == Mədəniyyəti == === İdman === Şotlandiya Premyer Liqasında çıxış edən Seltik FK rayonda yerləşir.
Parmen
Parmen (fr. Parmain) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Lisl-Adam. Əhalisi — 5.397 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 31 km şimalda, Serji belediyyənin 14 km şimal-şərqdə yerləşir.
Parsek
Parsek (işarəsi: pc; ingiliscə: Parsec) - astronomiyada istifadə olunan məsafə ölçü vahididir. Parallaksı 1 dərəcə olan göy cisminin uzaqlığı 1 parsekdir.
Partav
Partav, Firuzabad və ya Qədim Bərdə — Qafqaz Albaniyasının və Ərməniyyənin paytaxtı. Rusların hücumları nəticəsində zəifləyib və monqol işğalı dövründə şəhər dağıdılıb. == Tarixi == 460-cı illərdə Qafqaz Albaniyası hökmdarı II Vaçe tərəfindən əsası qoyulub və Albaniyanın paytaxtı olaraq Kabalakanı əvəz edib. VII əsr atlası Aşxaratsuyts onu Utik vilayətinin tərkibində göstərir. 552-ci ildə Partav Alban Həvari Kilsəsinin mərkəzinə çevrilir. Bərdə X əsrdə Nestorian kilsəsinin Arran yepiskopluğunun mərkəzi olmuşdur. Musa Kalankatlı Cavanşir tərəfindən Bərdə yaxınlığında inşa etdirilmiş monastırlar haqqında da məlumat verir: “Katolikos və bütün əyalətlərin yepiskoplarını yanına alaraq o, Firuzabaddan yola çıxdı, iki əyalət arasında öz rahatlığı üçün inşa etdirdiyi monastırda dua etdi....” Bu məlumatda Cavanşirin Bərdə-Girdman yolunda, paytaxtdan bir günlük məsafədə, qışlaq ərazisində inşa etdirdiyi başqa bir monastır da xatırlanır. === 944-cü il basqını === İlkin salnaməyə görə 944-cü ildə ali liderləri I İqor olan ruslar Salarilər dövlətinin hökmdarı Mərzban ibn Məhəmmədi məğlub etdikdən sonra və Aranın paytaxtı Bərdəni ələ keçirdilər. Ruslar hakimiyyətlərinin tanınması qarşılığında yerli camaata öz dinlərində qalmağa imkan verdilər; mümkündür ki, ruslar burda daimi qalmaq istəyirdilər. İbn Miskəveyhə görə yerli insanlar ruslara daş ataraq və onlarla pis davranaraq sülhü pozdular.
Pastel
Pastel (fr. pastel; it. pastello; pasta – xəmir) — boyakarlıqda üzlüksüz quru, yumşaq (rəngli) karandaşla işləmə üsulu; Bu texnika ilə yaradılmış boyakarlıq əsəri. Pastel karandaşları ilə rəsm nahamar (çox vaxt rəngli) kağız, karton, səthinə rəng astarı çəkilmiş kətan, zamşa, perqament üzərində işlənir. Pasteldə ştrixlərdən geniş istifadə olunması onu qrafikaya yaxınlaşdırır. Pastelin işıqlı və təmiş rəngləri özünün ilkni təravətini və gücünü, rəng təbəqəsinin səthi isə zərifliyini saxlayır. == Pastellər == == Ədəbiyyat == ASE, VII cild, Bakı, 1983. səh. 481.
Paster
Paster (əsl adı: Pərviz Quluzadə; 18 oktyabr 1991, Bakı) — Azərbaycan repçisi. Paster müxtəlif dövrdə Xpert, Uran və digər sənətkarlar ilə əməkdaşlıq edib. == Həyatı == === Erkən illəri === Paster 1991-ci il oktyabr ayının 18-də Bakıda dünyaya gəlmişdir. Hip-hopla 10 yaşından həvəskar olaraq məşğul olmağa başlayıb. İlk peşəkar fəaliyyətinə 2009-cu ildə Difai qrupunun tərkibində oxuduğu "Artıq sabahdır" treki ilə başlayıb. Pasterin Difai qrupunda "Mən gedirəm", "Cavab ver", "Newschool", "Həyatın oyunu", "Marshal ve biz", "Forever", "Smackdown", "Music Note", "Love and peace", "Küçələr bizimdir", "Huk" kimi trekləri işıq üzü görüb. 2012-ci ildə də Difai qrupundan ayırlaraq "All in Label" və "Synaps Production" tərkibinə qatılıb. Həmin illərdə Klick Klick Bau, Pis teatr, Like 10, Meqabaytlar, TTM, Fransızsayağı işgəncə, North west, Bang bang, Demo, X noise, Label 3, Ağır metal, İri çaplı kimi treklərə imza atmışdır. Bu dövrdə Uran, Xpert, Sansar Salvo kimi repçilərlə əməkdaşlıq edib. === Məşhurlaşması === 2016-cı ildə Pasterin karyerasında yeni mərhələ başayır.
Paştet
Paştet (alm. Раstеtе‎) == Ərzaqlar == 1 kilo qaraciyər (qoyun və ya mal) 2 xörək qaşığı bitki və ya kərə yağı (soğan qızartmaq üçün) 1 böyük baş soğan¸ xırda doğranmış 2 orta boy yerkökü¸ soyutma bişirilmiş və təmizlənmiş Duz İstiot 2/3 çay fincanı (170 qram) kərə yağı¸ yumşaldılmış (əritməyin!) Bu ruleti toyuq ciyərindən də hazırlamaq olar. Nəzərə alın ki¸ toyuq ciyəri suda qoyun və ya mal ciyərindən daha tez bişir. == Hazırlanma qaydası == 1. Ciyəri yaxşıca təmizləyib orta ölçüdə tikələrə kəsin. Qazana təxminən 6 çay fincanı su toküb¸ ciyərləri o suda 20 dəqiqə və ya tam bişənə qədər qaynadın. Tez tez kəfini yığın. Bişmiş ciyəri süzün və blender və ya ət maşınından püre halına gələnə kimi keçirin. Kənara qoyun. 2.
Artek
"Artek" (rus. Арте́к) — Ukrayna ərazisində, Krım yarımadasında beynəlxalq uşaq mərkəzi. Krım yarımadasının cənub sahilində, Qurzuf qəsəbəsinin yaxınlığında yerləşir. Vaxtilə keçmiş SSRİ-nin ən məşhur pioner düşərgələrindən biri olmuşdur. Uzun müddət sosialist ölkələrindən gələn deleqasiyaların və xarici dövlət rəhbərlərinin qaldığı yer olmuşdur. == Adın mənşəyi == Düşərgə öz adını yerləşdiyi yerin adından götürmüşdür. Həmçinin yaxınlıqdan eyniadlı çay axır. "Artek" sözünün mənşəyi isə mübahisəlidir. Daha əsaslı versiyalar arasında bu sözün yunan dilindəki άρκτος ("ayı", yaxınlıqda Ayu-dağ adlı dağ yerləşir), oρτύκια (bildirçin), άρτος (çörək) və ya tatar dilindəki "artık" (artıq, əlavə) sözündən yaranması qeyd edilə bilər. Düşərgənin özündə "bildirçin" versiyası daha populyardır və "Artek — bildirçin adacığı" deyimi və bu adda mahnı mövcuddur.
Parad
Parad, marş və ya rejə — bir küçə və ya yol boyunca, çox zaman kostyumlu birlikdə bir qrup insanların təşkil olunmuş izdihamıdır. Bəzən piyada gedişə keçən dəstələr və böyük balonları ilə müşayiət olunur. Paradların səbəbləri genişdir, lakin adətən bir növ şadlıq üçün keçirilir.
Parez
Parez — nevroloji sindrom olub , müəyyən bir əzələ qrupunda əzələ gücünün azalması ilə büruzə verir.
Parfe
Parfe (от fr. parfait) -1894-cü ildən məşhur olan soyuq desertdir. == Haqqında == Qaymaq, şəkər tozu, vanildən ibarət olub, dondurulmuş metal formada olur. Bəzən parfeyə çalınmış yumurta da tökülr.Tarixən parfe fransız deserti olmuşdur. Bundan əlavə kulinarlar amerikan parfesi də hazırlayırlar ki, buna da dondurma və digər inqridiyentlər də qatılır. Aromatlışdırıcı kimi kofe, kakao, tünd şokolad, meyvə konservləri də qatılır. Parfeni stakanlardan da təqdim edirlər.
Baccharis spartea
Baccharis spartea (lat. Baccharis spartea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Bartek (ağac)
Bartek palıdı — bir yay palıdı, təbii bir abidə. Polşada Sventokşis voyevodalığı, Zaqnansk kommunasının yol kənarında böyüyən bir palıd ağacı. Bu ağac bütün məşhurdur. Təxminən 9.85 m enə və 30 m hündürlüyə malik olan bir palıd, Polşanın məşhur botaniki Vadislav Şaferin başçılıq etdiyi münsiflər heyəti tərəfindən "Polşadakı ən gözəl ağac" olaraq bəyan edilib. == Tarixi == Son dendroloji araşdırmalara görə, ağacın yaşı 645-670 yaş arasında qiymətləndirilir. Palıd ağacının dəqiq yaşı özəyinin çürüməsinə görə müəyyən edilə bilməz. Bəzi mənbələrdə Bartekin yaşı hətta 1200 olaraq qiymətləndirilir. 1954-cü ildən bu yana palıd təbii bir abidə sayılır. Bir əfsanəyə görə, Yan III Sobieski və Mariya Kazimirtanın xəzinələri Bartek palıdında gizlədilmişdir. Palıd gövdəsinin cənub-şərq tərəfində yerli metalurgiya zavodlarında hazırlanmış, çarmıxa çəkilmiş Məsihin iki siması asılmışdır.
Barter adası
Barter adası (ing. Barter Island, iny. Qaaktuġvik) — Bofort dənizində, Amerikanın Alyaska ştatı ərazisinə daxildir. Əhalisi 247 nəfər təşkil edir. == Coğrafiyası == Adanın ölçüləri 6 – 3 km nisbətindədir. Materikdən 250 metr aralıda yerləşir. Adada çoxlu sayda Ağ ayıya rast gəlmək olar. 1980-ci ildən Milli Arktika qoruğunun ərazisinə daxil edilmişdir. == Tarixi == Ada ilk dəfə 4 avqust 1826 ildə ildə kəşf edilmişdir. XIX əsrin sonrarına qədər ada İnyupiklər və İnuitlər arasında barter üçün əsas məskən olmuşdur.
Ceyms Karter
Ceyms Erl "Cimmi" Karter (ing. James Earl "Jimmy" Carter, Jr.; d. 1 oktyabr 1924, Pleyns, Corciya, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 39-cu prezidenti (1977–1981). "Dünyadakı münaqişələrin sülh yolu ilə həlli üzrə səylərinə və insan haqları uğrunda mübarizəyə görə" 2002-ci il Nobel Sülh mükafatı laureatı. Corciya ştatının Pleyns şəhərində böyüdülən Karter,1946-cı ildə bir bakalavr dərəcəsi ilə ABŞ-nin Hərbi Dəniz Akademiyasını bitirib və ABŞ Hərbi Donanmasına qatıldı və burada sualtı qayıqlarda xidmət etdi. 1953-cü ildə atasının ölümündən sonra Karter hərbi karyerasını tərk etdi və ailəsinə yer fındığı yetişdirmə işində kömək üçün Corciyaya qayıtdı. Karterə, atasının borcları və əmlakın uşaqlar arasında bölünməsi səbəbindən nisbətən az miras qaldı. Buna baxmayaraq, Karterlərin yer fındığı biznesini genişləndirmək və böyütmək istəyi yerinə yetirildi. Bu dövrdə Karter, irqi seqreqasiyanın siyasi iqliminə qarşı çıxmaq və artan vətəndaş hüquqları hərəkatını dəstəkləmək motivasiya edildi. Demokrat partiyası daxilində fəallıq göstərdi.
Cimmi Karter
Ceyms Erl "Cimmi" Karter (ing. James Earl "Jimmy" Carter, Jr.; d. 1 oktyabr 1924, Pleyns, Corciya, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 39-cu prezidenti (1977–1981). "Dünyadakı münaqişələrin sülh yolu ilə həlli üzrə səylərinə və insan haqları uğrunda mübarizəyə görə" 2002-ci il Nobel Sülh mükafatı laureatı. Corciya ştatının Pleyns şəhərində böyüdülən Karter,1946-cı ildə bir bakalavr dərəcəsi ilə ABŞ-nin Hərbi Dəniz Akademiyasını bitirib və ABŞ Hərbi Donanmasına qatıldı və burada sualtı qayıqlarda xidmət etdi. 1953-cü ildə atasının ölümündən sonra Karter hərbi karyerasını tərk etdi və ailəsinə yer fındığı yetişdirmə işində kömək üçün Corciyaya qayıtdı. Karterə, atasının borcları və əmlakın uşaqlar arasında bölünməsi səbəbindən nisbətən az miras qaldı. Buna baxmayaraq, Karterlərin yer fındığı biznesini genişləndirmək və böyütmək istəyi yerinə yetirildi. Bu dövrdə Karter, irqi seqreqasiyanın siyasi iqliminə qarşı çıxmaq və artan vətəndaş hüquqları hərəkatını dəstəkləmək motivasiya edildi. Demokrat partiyası daxilində fəallıq göstərdi.
Corc Porter
Corc Porter (ing. George Porter, Baron Porter of Luddenham; 6 dekabr 1920[…], Steynforf[d], İngiltərə[…] – 31 avqust 2002[…], Kenterberi, İngiltərə) — ingilis kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1960). == Həyatı == İngilis fiziki kimyaçısı Corc Porter 1920-ci ilin dekabrın 6-da Steynfortda (Yorkşirdə) anadan olmuşdur. 1938-1941-ci illərdə Lidsk və Kembric Universitetlərində oxumuşdur. 1945-1954-cü illərdə Kembric və 1955-1963-cü ilərdə Şeffild Universitetlərində işləmişdir. 1963-cü ildən Böyük Britaniyanın Kral İnstitutunun professoru, 1966-1985-ci illərdə direktoru olmuşdur. Əsas elmi işləri olduqca sürətli kimyəvi reaksiyaları impuls üsulu ilə tədqiq etmək olmuşdur. 1950-ci ildə R.C. Norriş ilə birlikdə impuls fotolizi üçün ilk qurğu yaratmışdır. O, ilk dəfə olaraq çoxlu sayda bəsit sərbəst radikalların udulma spektrlərini almış, onların çevrilmə mexanizmlərini öyrənmiş, sürətli rekombinasiya proseslərinin mövcud olduğunu göstərmişdir. O, işıq impulsu ilə insiatorlaşdırılan oksigen ilə reaksiyasının inkişafının spektral mənzərəsini qeydə ala bilmişdir.
Craig Parker
Craig Parker (12 noyabr 1970) — Yeni Zelandiyalı aktyor. == Həyatı == Babası Birləşmiş Krallığın ordusunda xidmət edərkən Şotlandiyanın Edinburq şəhərindən Ficiyə köçmüşdür. Parker təkcə şotland nəslinə mənsub deyil. Onun babaları arasında Qal, Danimarkalı, ingilis və Kelt mənşəyi var. Parkerin dünyada atanınması Üzüklərin Hökmüdarı film seriyasındakı Haldir rolu olmuşdur. Bu uğurlu nəticənin ardınca 2008–2010-cu illər arasında Legend of the Seeker adlı serialda qaranlıq Darken Rahl rolunu canlandırmışdır. Yenə Sam Raimi və Robert Tapert tərəfindən çəkilən Spartak: Qan və Qum və Spartak: İntiqam seriallarında romalı komandir Qay Klavdi Qlaber rolunu canlandırmışdır.