Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qısnama
Zorbalıq, bəzən bulliyinq (həmçinin bullinq, ing. bullying) və ya təkləmək kimi qeyd olunur — bir insanın qəsdən başqa bir insana zərər verdiyi aqressiv davranış forması. Buna ad qoymaq, ələ salmaq, sataşmaq, şayiələr yaymaq, döymək və əşyaları götürmək daxildir. Zorbalıq müxtəlif izah olunur. Birləşmiş Krallıqda zorbalığın hüquqi izahı olmasa da, ABŞ-nin bəzi ştatlarında zorbalığa qarşı qanunlar var. Zorbalıq əsas dörd növə bölünür - emosional (bəzən əlaqəli kimi qeyd olunur), şifahi, fiziki və kiber. Zorbalıq fərdi və ya qruplaşma forması ala bilər. Zorbalıq mədəniyyəti insanların bir-biri ilə qarşılıqlı olduğu hər hansı bir kontekstdə inkişaf edə bilər. Zorbalıq adətən məktəbdə, ailədə, iş yerində, evdə və qonşuluqda mövcüd olur. Zorbalıq üçün əsas platforma sosial şəbəkə saytlarıdır.
Pişnamaz
İmam-camaat (yaxud pişnamaz) — camaat namazında öndə namaz qılan, digərlərinin isə ona iqtida edərək namaz qıldığı şəxs. İmam-camaat gərək baliğ, aqil, adil, halalzadə və namazı düz qılan olsun. Əgər məmum (imama iqtida edən) kişidirsə, onun imamı da gərək kişi olsun. İmam-camaat zahirən vacibləri yerinə yetirib, haramları tərk edən olmalıdır. Şiə məzhəbində imam-camaatın on iki imam şiəsi olması da əsas şərtlərdən biridir. == Əlavə şərtlər == Məmun adil bildiyi bir imamın indi də adil olub-olmadığında şəkk etsə, ona iqtida edə bilər. Ayaq üstə namaz qılan bir şəxs, oturan və ya uzanan halda namaz qılan şəxsə iqtida edə bilməz. Oturan halda namaz qılan bir şəxs də, uzanaraq namaz qılan şəxsə iqtida edə bilməz. Oturan halda namaz qılan şəxs, oturan halda namaz qılana iqtida edə bilər, amma uzanan halda namaz qılanın iqtida etməsi mütləq şəkildə işkallıdır, istər imam ayaq üstə olsun istər oturan halda istərsə də uzanan halda. Əgər imam camaat bir üzrə görə nəcis libas ilə, yaxud təyəmmüm ilə və ya cəbirə dəstəmazı ilə namaz qılsa, ona iqtida etmək olar.