Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qızılburun
Qızılburun (Hacıqabul)
Qızılburun nekropolu
== Coğrafi mövqeyi == Qızılburun nekropolu,Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərindən 18 km aralı, Arazın sahilində, eyni adlı qədim yaşayış yerinin yaxınlığında Tunc və İlk Dəmir dövrlərinə aid arxeoloji abidə. == Tarixi == Bir hissəsi Naxçıvan–Culfa dəmiryolu xəttinin çəkilişi ilə əlaqədar dağıdılmışdır. Şərqində dağ silsiləsi, şimalda dərin xəndək, qərbdə yaşayış məskəni və Araz çayı ilə hüdudlanır. Nekropol 1895-ci ildə aşkar olunmuşdur. Açılmış qəbirlərdə qızıl əşyalarının olduğunu görənlər onları qarət etməyə başlamışlar. Sərhəd–gözətçi məntəqəsinin rəisi bunun qarşısını almış, əldə olunmuş materialların bir qismini toplayaraq Moskvaya – İmperator Arxeoloji Komissiyasına göndərmişdir. 1896-cı ildə arxeoloji komissiyanın göstərişi ilə qəbiristanda qazıntı işləri aparılmış, tapıntılar Moskva Dövlət Tarix Muzeyinə göndərilmiş, 1909-cu ildə nəşr olunmuşdur. Qızılburun nekropolunda aparılan arxeoloji qazıntılar nəticəsində daş qutu qəbirlərində meyitlərin bükülü, bəzən isə oturdulmuş halda basdırıldığı aşkar edilmişdir. Qəbirlərdən küpə, çölmək, kasa, vaza, çaydan tipli qablar, tunc xəncərlər, ox ucluqları, toppuzlar, dəmir alət və silahlar, gözəl bədii tərtibatda hazırlanmış qızıl və tunc bəzək əşyaları (tunc bilərzik, asmalar, sancaqlar və s.), əqiq və pasta muncuqlar və s. tapılmışdır.
Qızılburun (Hacıqabul)
Qızılburun — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Qızılburun kəndi qədim yaşayış məskənlərindən biridir. Onun qədimliyi VII-VIII əsrlərdən əvvələ gedib çıxır. Qədim yaşayış yeri olan Qızılburun kəndi Pirsaat cayının sol sahilində indi Qızılbrun kəndinin bir km şimal şərqində Bakının 95 km də yerləşir. Pirsaat çayı öz mənbəsini Şamaxı daglarından götürdüyü üçün Pirsaat çayı boyunça əsasən Şamaxlılar (tərəkəmlər) yaşayırlar. Qədimdə insanlar məskunlaşmaq üçün əsasən yollara və çaylara yaxın yeri seçirdilər. Qızılburunda həm İpək yolunun üstü həmdə çay sahilində oldugu üçün əlverlişli bir məkan olmuşdur. Demək olar ki, Pirssat çayı boyunça addımlasan hər qarışında respublika və rayon əhəmiyyətli bir qədimliyə rast gələrsən. Buna misal olaraq çay üzərində qurulmuş körpüləri Pir Hüseyin Xanagahını və s. yüzlərlə ad göstərmək olar.
Qızılburun yaşayış yeri
Qızılburun – Naxçıvan şəhərindən 18 km cənubda, Təzəkənd yaxınlığında e.ə. II – I miniliklərə aid yaşayış yeri. == Tədqiqi == Coğrafi cəhətdən əlverişli mövqedə, Araz çayının sol sahilində, Zəngəzur silsiləsinin Araz vadisinə enən burnunda salınmış abidə 1926 – cı ildə qeydə alınmışdır. 1969-cu ildə Qızılburun yaşayış yerində 100 m² sahədə arxeoloji tədqiqatlar aparılmışdır. Mədəni təbəqənin qalınlığı 2 m olub, kül qarışıq torpaq laylarından ibarətdir. Burada tikinti qalıqları, keramika, davar sümükləri, həmçinin gildən hazırlanmış ocaq yeri, daş məmulatı (çaxmaqdaşıdan oraq dişləri, obsidiandan ox ucluqları, sürtgəclər və s.) aşkar edilmişdir. Əldə olunmuş çəhrayı, bəzən isə boz və qara rəngli keramika məmulatı (küpə, çaydan, vaza və sair), ornamentlərinin rəngarəng süjetli olmaları ilə diqqəti cəlb edən bir sıra polixrom boyalı qablar öz bədii tərtibatına görə nəinki Azərbaycanın, eləcə də qədim dünyanın ən nadir incəsənət nümunələrindən sayılır. Abidədən əldə edilmiş maraqlı tapıntılardan biri də gildən hazırlanmış kişi fiqurudur. Fiqurun başında şiş papaq, əynində arxalıq vardır. Üzəri qırmızı və qara rənglərlə naxışlanmışdır.
Qılburun dili
Qılburun dili — Qılburun yarımadasının şimal-qərbində qumdan ibarət dil. Dnepro-Buq liman ilə Qara dənizi arasında yerləşir. Ukraynada bəzən bütün yarımadaya Qılburun dili deyilir. == Qılburun qəsri == XV əsrdə türklər tərəfindən dilin qutaracağında eyni adlı qala tililir. 1787-ci ildə Aleksandr Suvorovun rəhbərlik etdiyi ordu türk desantçılarınl məğlub etmişdir. Krım müharibəsi zamanı isə fransız və ingilis donanması qalanı darmadağın etmişdir.
Qızılgülün adı
Qızılgülün adı (it. Il nome della rosa — postmodernist roman. Eco nun orta əsrlər və xristianlıq dünyasından bəhs edən əsəri. [1] Bu o romanlardandır ki, ədəbiyyatı sevməyənlər belə, ümumi dün­yagörüşün inkişafı naminə onu oxumalıdırlar. Çağdaşımız olan böyük Qərb mütəfəkkirinin qələmindən çıxmış böyük Qərb mə­də­niyyətinin bəhrəsi olan bu roman ünlü nəzəriyyəçilərin və dünya oxucularının alqışını qazanıb, yazılmasından 30 il­dən ar­tıq vaxt ke­çir, hələ də fəlsəfi ədəbiyyatı sevənlərin diqqət mər­kəzindədir. Yazıçının Boloniya universitetində professor, filosof, tarixçi olması və Orta əsrlər barədə dərin biliyi romanı uğurlu edən səbəblərdəndir. == Məzmun == Bu roman ədəbi dəyəri inanılmaz dərəcədə yüksək olan dedektiv ünsürlərlə dolu tarixi polisiyə romanıdır. Eco hər bir ipucunu , dəlilləri oxucunun əlinə verərək , sanki, bizim hadisələri araşdırmağımızı istəyir. Xristianlıq tarixinin də dərinliklərinə enir , xristianlığın ayrı-ayrı qollarını detallı bir şəkildə oxucuya danışır. Kitabı oxuyaraq xristianlığın hansı qollarının imperatora yaxın , hansının papaya daha yaxın olduğunu görmək olar.