Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oxim qızılcası
Oxim qızılcası (lat. Thersamonia ochimus) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin göycələr fəsiləsinin qızılca cinsinə aid heyvan növü. == Təsviri == Ölçüsü cəmi 1 sm olan kiçik kəpənəkdir. Uçuş zamanı havaya atılmış qızıl pula bənzəyir. Qanadların üst tərəfində rəngi qızılı-narıncıdır, kənarları boyunca keçən qara haşiyə ensizdir. Arxa qanadların kənarında xırda qara nöqtələrdən ibarət ikiqat xətt keçir. Arxa qanadların ucunda "quyruqcuq" yoxdur. Dişi fərdlərin qanadların üst tərəfi qara nöqtələrlə örtülmüşdür. Arxa qanadların alt tərəfi gümüşü boz rəngdə olub, gözşəkilli ləkələri bu cinsin başqa növlərinə nisbətən iridir. == Həyat tərzi == Kserofil bitkilər olan dərə və yamaclar.
Qızılbalıq
Qızılbalıq (lat. Salmo) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin qızılbalıqkimilər dəstəsinin qızılbalıqlar fəsiləsinə aid heyvan cinsi. Nəsli kəsilmək üzrədir, pərakəndə yayılmış yarımnövdür. Avropa, Şimali Asiya, Şimali və Mərkəzi Amerika sularında geniş yayılmış qızılbalıqların 9 cinsə mənsub olan 400-dən çox növü məlumdur. Xəzər dənizində qızılbalıqların 2 cinsə mənsub olan 1 növü -Stenodus leucichthys və 1 yarım növü-Salmo trutta caspius (Xəzər kumjası) yaşayır.
Qızılqala
Qızılqala (Xorasan) —
Qızılca
Qızılca — qızılca virusunun yaratdığı yüksək yoluxucu, peyvəndlə qarşısı alına bilən yoluxucu xəstəlik. Simptomlar adətən yoluxmuş şəxslə təmasda olduqdan 10–12 gün sonra başlayır və 7–10 gün davam edir. İlkin simptomlar adətən 40 °C (104 °F)-dən yuxarı qızdırma, öskürək, burun axması və iltihablı gözlərdir. Simptomların başlamasından iki və ya üç gün sonra ağızda Koplik ləkələri kimi tanınan kiçik ağ ləkələr meydana gələ bilər. Adətən üzdə başlayan və sonra bədənin qalan hissəsinə yayılan qırmızı, yastı səpgilər adətən simptomların inkişafından 3–5 gün sonra başlayır. Əsas fəsadlara ishal (8% hallarda), ortaqulaq iltihablanması (7%) və pnevmoniya (6%) daxildir. Daha az hallarda epileptik tutma, korluq və ya beynin iltihabı baş verə bilər. Qızılca, yoluxmuş insanların öskürməsi və asqırması ilə bir insandan digərinə asanlıqla keçən, hava-damcı yolu ilə yoluxulan xəstəlikdir. Xəstəlik son dərəcə yoluxucudur: xəstəliyə qarşı immuniteti olmayan və yoluxmuş bir insanla eyni yaşayış məkanını paylaşan on nəfərdən doqquzu yoluxur. İnsanlar xəstəliyi səpgilərin başlamasının dörd gün əvvəlindən dörd gün sonrasına qədər başqalarına yoluxdura bilərlər.
And qızılqazı
Ağ qızılbalıq
Ağ qızılbalıq (lat. Stenodus leucichthys) — xordalılar tipinin kosmopolit növü olub, qiymətli vətəgə balığıdır. == Morfoloji əlamətləri == Başı balacadır, ağzı orta ölçüdədir, alt çənə üst çənədən bir qədər uzun olur. Pulcuqları iridir, yan xətt orqanında onların sayı 120 dən azdır. Bədəninin rəngi gümüşüdür. Qəlsəmə dişciklərinin sayı 19-26 (22.7), qəlsəmə şüaları 8-11, fəqərələri 65-68 ədəd arasında dəyişir. Uzunluğu 120.0 sm, kütləsi 12.0-kq-a qədər olur. == Yaşayış yeri və həyat tərzi == Yarımkeçici balıq olub, yay fəslində dənizin (Xəzərin) orta və cənub hissəsinin 20-50 m dərinliyində yaşayır, çoxalmaq üçün çayların, xüsusilə Volqa çayının ən yuxarı hissələrinə qalxır. Əksər fərdləri 8-10 ilədək yaşayır. Yırtıcı balıqdır.
Ceyms qızılqazı
Ceyms qızılqazı (lat. Phoenicoparrus jamesi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılqazkimilər dəstəsinin qızılqazlar fəsiləsinin qızılqaz cinsinə aid heyvan növü.
Qızılqala (Qırxbulaq)
Qızılqala — İrəvan əyaləti, Qırxbulaq nahiyəsi, İrəvan xanlığı, Qırxbulaq mahalında, kənd. Kənd 1728 ci ildə Əli Əbdürrəhman oğlunua məxsus olduğu yazılır. Digər adı Ampert. Yaxınlığında, Ambert dağında "Qız qala" qalasının adındandır. == Əhalisi == 1828–1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və xaricdən gələn ermənilər yerləşdirilmişdir.
Qızılqapı (Soyuqbulaq)
Qızılqapı (fars. قزل قپي‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,935 nəfər yaşayır (395 ailə).
Qızılxallı kumja
Qızılxallı kumja (lat. Salmo trutta fario) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin qızılbalıqkimilər dəstəsinin qızılbalıqlar fəsiləsinin qızılbalıq cinsinin kumja növünə aid heyvan yarımnövü. Nəsli kəsilmək üzrədir, pərakəndə yayılmış yarımnövdür. == Ümumi xarakteristikası == Bədənin bel tərəfində tünd yaşıl rəngdə, yanlarında açıq rəngdə, qarın tərəfində isə qızılı rəngdə xallar olur. Ağızı böyük olub ucda yerləşir. Çənəsində dişlər olur, bu dişlər iri balıqlarda yaxşı, körpələrdə isə zəif inkişaf etmişdir. Bel üzgəcindən arxada piy üzgəci yerləşir. Bel üzgəcində 3-4 şaxəsiz, 7-12 şaxəli, anal üzgəcində 3 şaxəsiz, 7 - 10 şaxəli şüa vardır. Yan xətt pulcuqlarının sayı 111 - 128 arasında dəyişir. == Arealı və sayı == Qızılxallı kumja Azərbaycanın Kür hövzəsindəki dağ çaylarının çoxunda – Qanıxçay, Balakənçay, Silbançay, Katexçay, Əlcihançay, Turyançay, Dəyirmançay, Tərtərçay, Kurəkçay, Ağsuçay, Həkəri, Xaçınçay, Bazarçay, Qusarçay, Şəmkirçay, Xal-xalçay, Yalamaçay, Zabuxçay, Viləşçay, Lənkərançay, Astaraçay çaylarında, Quba-Xaçmaz düzənliyinin bulaq çaylarında (Qelçay, Nügədiçay, Qudyalçay, Vələmirçay, Dəvəçiçay), Göygöldə yayılmışdır.
Qızılxallı qonurqanad
Xallı qonurqanad, Boz qonurqanad, Qızılxallı qonurqanad (lat. Pluvialis squatarola) — Çovdarçılar fəsiləsinin qonurqanad cinsinə aid quş növü.
Çili qızılqazı
Çili qızılqazı (lat. Phoenicopterus chilensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılqazkimilər dəstəsinin qızılqazlar fəsiləsinin qızılqaz cinsinə aid heyvan növü.
Qızılca (Bicar)
Qızılca (fars. قزلجه‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 200 nəfər yaşayır (44 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Qızılca (Bostanabad)
Qızılca (fars. قزلجه‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 107 nəfər yaşayır (23 ailə).
Qızılca (Culfa)
Qızılca — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. == Toponimiyası == Zəngəzur silsiləsinin ətəyindədir. Kənd salındığı ərazinin adını daşıyır. == Əhalisi == Əhalisi 457 nəfərdir.
Qızılca (Göygöl)
Qızılca — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Qızılca oyk., sadə. Culfa r-nunun Kimə ə.v.-də kənd. Zəngəzur silsiləsinin ətəyindədir. Kənd salındığı ərazinin adını daşıyır; Göygöl r-nunun eyniadlı i.ə.v.-də kənd. Qoşqarçayın (Kürün qolu) sahilində, Qaflanqala silsiləsinin (Kiçik Qafqaz) ətəyindədir. Kəndin adı Qızılca dağının adındandır; Laçın r-nunun Zabux i.ə.v.-də kənd. Qarabağ yaylasmdadır. Yerli məlumata görə, yaşayış məntəqəsini vaxtile Ermənistanın Sisyan r-nundakı Qızılca kəndindən köçməyə məcbur olmuş ailələr salmış və kənd tərk edilən yurdun adı ilə belə adlanmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1087 nəfər əhali yaşayır.
Qızılca (Laçın)
Qızılca — Azərbaycan Respublikasının Laçın rayonu Zabux kənd inzibati ərazi dairəsində kənd. Qızılca kəndi Qarabağ vulkanik yaylasındadır. . 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Qədim Kürd tayfasının “Şadmanlılar”soy kökündən olan və Türkiyənin Həkəri vadisinin Qızılca obası əhalisinin çox hissəsi XV əsrin sonu XVI əsrin əvvəlində vaxtaşırı baş verən müharibələrdən və yoxsulluqdan əziyyət çəkdikləri üçün yaşadıqları əraziləri tərk edərək indiki Azərbaycan ərazilərinə köç etmişlər.Onların bir qrupu cənubi Azərbaycanda məskən salmış, başqa bir qrupu Qərbi Azərbaycanın Sisyan mahalında məskən salmış, başqa bir qrupu indiki Şəki və Daşkəsən rayonlarında, digər bir qrupu isə Laçın rayonunun ərazisində məskən salmışlar. Maraqlı cəhət ondan ibarətdir ki,həmin ailələr harada yaşamaqlarından asılı olmayaraq öz obalarının adını yaşadıqları kəndlərə vermiş və keçmiş adət-ənənələrini uzun müddət yaşatmışlar. Etibarlı mənbələrin məlumatına görə Türkiyədən köçərək Naxçıvana oradan isə Araz çayı aşağı hərəkət edən 30-a yaxın ailə sonradan Arazın sol qolu (Həkəri) yuxarı gələrək indiki Laçın şəhəri ilə üzbəüz ərazidə çayın sağ və sol sahillərində məskən salmışlar. Etimal olunur ki, çayada Həkəri adın həmin insanlar vermişlər. Hətta Qubadlı rayonunda Həkəri çayı sahilindəki Həkəri kəndi əhalisinin ulu babalarının da Türkiyədən gəlməsi söylənilir. Onların ilk məskən saldıqları yurd, yer adları indidə əvvəlki kimi söylənilir.
Qızılca (Miyanə)
Qızılca (fars. قزلجه‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 49 nəfər yaşayır (16 ailə).
Qızılca (Salmas)
Qızılca (fars. ‎قزلجه‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 233 nəfər yaşayır (60 ailə).
Qızılca (Smilacoideae)
Qızılca (Xoy)
Qızılca (fars. قزلجه‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Qızılca (xəstəlik)
Qızılca — qızılca virusunun yaratdığı yüksək yoluxucu, peyvəndlə qarşısı alına bilən yoluxucu xəstəlik. Simptomlar adətən yoluxmuş şəxslə təmasda olduqdan 10–12 gün sonra başlayır və 7–10 gün davam edir. İlkin simptomlar adətən 40 °C (104 °F)-dən yuxarı qızdırma, öskürək, burun axması və iltihablı gözlərdir. Simptomların başlamasından iki və ya üç gün sonra ağızda Koplik ləkələri kimi tanınan kiçik ağ ləkələr meydana gələ bilər. Adətən üzdə başlayan və sonra bədənin qalan hissəsinə yayılan qırmızı, yastı səpgilər adətən simptomların inkişafından 3–5 gün sonra başlayır. Əsas fəsadlara ishal (8% hallarda), ortaqulaq iltihablanması (7%) və pnevmoniya (6%) daxildir. Daha az hallarda epileptik tutma, korluq və ya beynin iltihabı baş verə bilər. Qızılca, yoluxmuş insanların öskürməsi və asqırması ilə bir insandan digərinə asanlıqla keçən, hava-damcı yolu ilə yoluxulan xəstəlikdir. Xəstəlik son dərəcə yoluxucudur: xəstəliyə qarşı immuniteti olmayan və yoluxmuş bir insanla eyni yaşayış məkanını paylaşan on nəfərdən doqquzu yoluxur. İnsanlar xəstəliyi səpgilərin başlamasının dörd gün əvvəlindən dörd gün sonrasına qədər başqalarına yoluxdura bilərlər.
Qızılca (İcrud)
Qızılca (fars. قزلجه‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 200 nəfər yaşayır (66 ailə).
Qızılca (Şəbüstər)
Qızılca (fars. قزلجه‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 231 nəfər yaşayır (62 ailə).
Qızılca (Əbhər)
Qızılca (fars. قزلجه‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 222 nəfər yaşayır (48 ailə).