Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Qızılca (Smilacoideae) — yarımfəsiləsinin nümayəndələri 20 m-ə qədər uzunluğu olan dırmaşan, tikanlı kollardır. Bu yarımfəsilənin ən geniş yayılmış cinsi mərəvcə (qızılca) (Smilax) cinsidir. Bu cinsin Yer kürəsində 200, Azırbaycanda bir növü hündür mərəvcə (Smilax excelsa) əsaəsən dəniz səviyyəsindən 900 m-dək hündürlükdə olan düzən ərazilərdə, meşə, bağ və kolluqlarda geniş yayılmışdır. Bu bitkinin yarpaqları növbəli düzülür, forması ürəkşəkilli olub, dağınıq-torvarı damarlanmışdır. Yarpaqlarının qaidə hissəsindən iki ədəd bığcıq əməmlə gəlir ki, onnu vasitəsilə yaxındakı maneələrə ilişərək dırmaşır. Çiçəkləri ayrıcinslidir. Saplaqları 1,5-2 sm uzunluğundadır. Kiçik çiçək qrupuna toplanmışdır. Çiçək yanlığı 6 ədəd yaşıl yarpaqcıdan təşkil olunmuşdur. Erkəkcikləri 6 ədəd olub, çiçəkyanlığının qaidə hissəsinə birləşib. Yumurtalıq 1ədəddir, 3 yuvalıdır. Meyvələri qırmızı rəngli, şarşəkilli giləmeyvədir.[1]