Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ağardıcı gillər
Ağardıcı gillər – müxtəlif maddələrin, əsasən, mayelərin boyayıcı, zərərli və çirkləndirici qarışıqlardan təmizlənməsində istifadə edilən faydalı qazıntılar. Ağardıcı gillərin tərkibində 4–10% qələvi və qələvi-torpaq metallar olan alümosilikatların hidratlarından ibarətdir. Ağardıcı gillərin təbii və ya aktivləşdirilmiş halda tətbiqi onların piqmentləri, selikləri, xıltı, qatranları və s. udmaq qabiliyyətinə əsaslanır. Ağardıcı Gillərin əsas kütləsi tərkibində kvars, çöl şpatı, biotit, piroksen və digər minerallar qarışığı olan gilli minerallardan-montmoril lonit, beydellit və saponit ibarətdir. Onların tərkibində ölçüsü 0,01 millimetrdən az olan hissəciklər üstünlük təşkil edir. Ağardıcı Gillər tərkibində çox miqdarda suyun olması və yüksək udma qabiliyyəti ilə səciyyələnir. Ağardıcı Gillərə, başlıca olaraq, Təbaşir, Paleogen və Neogen dövrləri çöküntülərində, vulkanik sahələrdə rast gəlinir. Gillərlə yanaşı, neft məhsullarını, bitki yağlarını, piyləri, sirkəni, şərabı, meyvə şirələrini təmizləmək ücün trepel və opokadan, şəkər sənayesində, əsasən, diatomit kimi ağardıcı torpaqlardan istifadə edilir. Gildən fərqli olaraq bunlar turşularla aktivləşdirildikdən sonra öz adsorbsiya xassələrini artırmır.
Ağardıcı əhəng
Ağardıcı əhəng və ya xlorlu əhəng — pambıq və kətan parçaları ağartmaq üçün işlədilən qarışıq xlorid-kalsium hipoxlorit. İlk dəfə 1799-cu ildə Çarlz Tennant tərəfindən hazırlanmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Зефиров Н. С. и др. т.5 Три-Ятр // Химическая энциклопедия. М.: Большая Российская Энциклопедия. 1998. ISBN 5-85270-310-9. Менделеев Д. И. Основы химии. Москва, Ленинград, ГНТИХЛ. 1947. == Xarici keçidlər == Ağardıcı əhəng // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т.
Qabaqdibi
Qabaqdibi — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Kirill Qaburiçi
Kirill Qaburiç (rum. Chiril Gaburici; 23 noyabr 1976, Loqaneștı[d]) — Moldovanın baş naziri; "Azercell" şirkətinin keçmiş rəhbəri. Kirill Qaburiç Moldovada mobil rabitə şirkətlərindən birinin — "Moldcell" şirkətinin baş direktoru vəzifəsindən sonra, 2012-ci ildə Azərbaycanda "Azercell" şirkətinin rəhbəri vəzifəsinə təyin olunub. 2014-cü ilin dekabrında "Teliasonera Group" şirkətində çalışmaqda maraqlı olmadığını bildirərək bu vəzifədən gedib. 2015-ci il fevralın 14-də Moldova prezidenti Nikolae Timofti tərəfindən Kirill Qaburiçin Moldovanın baş nazir postuna namizədliyi irəli sürülmüşdür. Parlamentin 18 fevral tarixində keçirilmiş iclasında onun namizədliyini 60 deputat dəstəkləmişdir ki, nəticədə Kirill Qaburiç baş nazir vəzifəsinə təsdiq edilmişdir.
Xuan Rodrigo Labardini Flores
Xuan Rodrigo Labardini Flores (isp. Juan Rodrigo Labardini Flores) — Meksikanın Nikaraquadakı (2012-2015) və Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2015-ci ildən) == Ailəsi == Həyat yoldaşı Edit Orteqadır.