Kirill Qaburiçi

Kirill Qaburiç (rum. Chiril Gaburici; 23 noyabr 1976, Loqaneștı[d], Hinçesti rayonu[d]) — Moldovanın baş naziri; "Azercell" şirkətinin keçmiş rəhbəri.[1]

Kirill Qaburiç
rum. Chiril Gaburici
bayraq
Moldovanın Baş naziri
bayraq2
18 fevral 2015 – indiyə kimi
PrezidentNikolae Timofti
Şəxsi məlumatlar
Doğum tarixi 23 noyabr 1976(1976-11-23) (48 yaş)
Doğum yeri
Fəaliyyəti sahibkar, siyasətçi, iqtisadçı
Uşağı 3
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kirill Qaburiç Moldovada mobil rabitə şirkətlərindən birinin — "Moldcell" şirkətinin baş direktoru[2] vəzifəsindən sonra, 2012-ci ildə Azərbaycanda "Azercell" şirkətinin rəhbəri vəzifəsinə təyin olunub.[1] 2014-cü ilin dekabrında "Teliasonera Group" şirkətində çalışmaqda maraqlı olmadığını bildirərək bu vəzifədən gedib.[1]

2015-ci il fevralın 14-də Moldova prezidenti Nikolae Timofti tərəfindən Kirill Qaburiçin Moldovanın baş nazir postuna namizədliyi irəli sürülmüşdür.[1] Parlamentin 18 fevral tarixində keçirilmiş iclasında onun namizədliyini 60 deputat dəstəkləmişdir ki, nəticədə Kirill Qaburiç baş nazir vəzifəsinə təsdiq edilmişdir.[1]