Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qalstuk
Qalstuk (alm. Halstuch‎) — geyim aksesuarı Uzun və mübahisəli keçmişi olan qalstuklardan bu gün dünyada təqribən 650 milyon adam istifadə edir. Bir ildə satılan qalstukların sayı isə 800 milyona yaxındır. Qalstukları 1618–1648-ci illərdə baş verən məşhur 30 illik müharibənin yadigarı da saymaq olar. == Növləri == Klassik qalstuk: "qalstuk" deyincə adamın ağlına gələn ilk qalstuk növü; klassik geyimlər (kostyum) ilə taxılır. Əsasən, toylara və rəsmi mərasimlərdə taxılır. Pipion: kəpənək şəklində bağlanan qalstuk. Kravat: paltarın yaxasına bağlanan ağ parçalı geniş yaylıq. Zərgərlik (ing. Bolo): adətən qaytana bağlanmış dəyərli daşlar.
Sarı Saltuk
Sarı Saltıq və ya Sarı Saltuq ("sarışın", osman. صارى صالتق; həmçinin Sarı Saltıq Baba və ya Sarı Saltıq Dədə də adlandırılır; XIII əsr – ən geci 1298) — XIII əsr türk ələvi dərvişi. Balkanlarda və Yaxın Şərqin bəzi bölgələrində yaşayan bəktaşi sufi müsəlmanları, eləcə də əsas sünni müsəlman icması tərəfindən övliya kimi ona hörmət edilir. == Tarixi şəxsiyyəti == XIV əsrdə yaşamıış mərakeşli səyyah İbn Bətutəyə görə, Saltuq "vəcd etmiş pərəstişkar" idi, baxmayaraq ki, "onun haqqında ilahi qanunla məzəmmət edilən şeylər deyilir". Müxtəlif mənbələr onu Mahmud Heyraninin və ya Hacı Bektaş Vəlinin şagirdi, ya da Əhməd Rifainin davamçılarından birinin şagirdi hesab edirlər. XVII əsr səyyahı Övliya Çələbinin qeydlərinə görə, onun əsl adı Mehmed olmuş, özü də əslən Buxaradan olmuşdur. XX əsrin əvvəllərində tarixçi Frederik Hazluk onun Krımdan olan tatar tayfasından olduğunu güman etmiş, onun ətrafında formalaşan kultun Dobrucaya gətirildiyini, ardınca bəktaşilər tərəfindən yayıldığını təklif etmişdir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Babinger, Franz. Ṣari Ṣaltik Dede // Houtsma, M. Th. et all (redaktor ).
Qalatu Bəni Həmmad
Qalatu Bəni Həmmad (ərəb. قلعة بني حماد‎) — Əlcəzairdə qədim qala-şəhər. == Tarixi == Qısaca əl-Qala vəya Qalatü Həmmad da deyilir. Əlcəzayirdə Burcbu-Arriric şəhəri qatar stansiyasının 31 km. cənubunda və Məsilənin şimal-şərqində Cəbəlümaadidin (Takərbüst) cənub yamacında qurulmuşdur. Bura Qalatü Əbu Tavil adıyla da anılır. Bəzi duvar qalıntıları ilə qazıntılarda əldə edilən bir taban mozaikasından qədimdən burada bir Roma qalasının olduğu anlaşılır. İbazıyyənin Nükkar qoluna mənsub olan Xarici rəisi Əbu Yəzid ən-Nükkari (Sahibül-hımar), Fatımi xəlifəsi Mansur-Billah və orduları tərəfindən bu bölgədə məğlub edilmiş və savaşda aldığı yaralar sonucu qısa bir müddət sonra ölmüşdür (947). Ziri Sultanı Badis b. Muiz dönəmində Zənatəlilər qarşısındakı uğurlarıyla ün qazanan və Zab ilə Məsiləyi içinə alan bölgənin valiliyinə gətirilən əmisi Həmmad əl-Bərbəri yeni bir idarə mərkəzi qurma xüsusunda Badistən izin aldı.