Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qarabulaq
Azərbaycan Qarabulaq — Füzuli rayonunun ilk adı. Qarabulaq (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Qarabulaq (Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd. Qarabulaq (Xızı) — Azərbaycanın Xızı rayonunda kənd. Qarabulaq (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Qarabulaq (Qax) — Azərbaycanın Qax rayonunda kənd. 3 iyul 1998-ci ildə ləğv olunmuşdur. Qarabulaq (Oğuz) — Azərbaycanın Oğuz rayonunda kənd. Qarabulaq — İsmayıllı rayonu ərazisində dağ. Hündürlüyü 2180 m.
Qaraqulaq
Qaraqulaq (lat. Caracal) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid heyvan cinsi.
Qaratoyuq
Qaratoyuq (lat. Turdus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaratoyuqlar fəsiləsinə aid heyvan cinsi.
Ağboğaz qaratoyuq
Ağboğaz qaratoyuq (lat. Turdus albocinctus) — qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü.
Ağdöş qaratoyuq
Ağdöş qaratoyuq (lat. Turdus torquatus) — qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü.
Aşağı Qarabulaq
Aşağı Qarabulaq — Gürcüstan Respublikasının Aşağı Kartli ölkəsinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Qarabulaq kənd inzibati-ərazi dairəsinə daxildir. == Coğrafiyası == Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 22 km qərbdə, Qarabulaq çayının sahilində yerləşir. Qaraxaç silsiləsininnın şərq ətəklərində yerləşən kənd coğrafi cəhətdən rayonun Qızılhacılı, İpnari və Hüseynkənd kəndləri ilə qonşu, Yuxarı Qarabulaq kəndi ilə iç-içədir. == Tarixi == Borçalı bölgəsində Qarabulağın adı 1701-ci il əhalisayımında çəkilib, Yuxarı Qarabulaqda 8 nəfər, Aşağı Qarabulaqda 7 nəfər əhali qeyd edilib. == Əhali == Müxtəlif tarixlərdə keçirilmiş əhali sayımları zamanı kənd əhalisinə dair məlumatlar bəzən vahid Qarabulağ kəndi adı ilə ümumi, bəzən isə ayrı kəndlər olaraq aşağı və yuxarı Qarabulaq kəndləri adı ilə verilmişdir. 1886-cı ildə Böyük Qarabulaqda 32 ailədə 155 nəfər, İkiqapılı-Qarabulaqda 8 ailədə 37 nəfər, Bala Qarabulaqda 6 ailədə 45 nəfər, 1926-cı ildə ümumi Qarabulaq kəndində 110 ailədə 765 nəfər azərbaycanlı yaşayırdı. 17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 333 nəfər əhalinin 100 %-i etnik azərbaycanlılardan ibarətdir. 1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 386 nəfər əhali yaşayır. == Təhsil == Kənddə ilk dünyəvi məktəb 1921-ci ildə yaradılıb.
Bozqanad qaratoyuq
Bozqanad qaratoyuq (lat. Turdus boulboul) — qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü.
Gəzərgi qaratoyuq
Gəzərgi qaratoyuq (lat. Turdus migratorius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü.
Kürən qaratoyuq
Kürən qaratoyuq (lat. Turdus naumanni) — qaratoyuq cinsinə aid quş növü. == Təsviri == Kürən qaratoyuq uzunluğu 23 sm-ə çatan və bir-birindən dəqiq fərqlənən iki yarımnövə malikdir: T. n. naumanni и T. n. eunomus. === T. n. naumanni === Bədəbinin yuxarı hissəsi qonur rəngdədir. Sinəsi və böyür tərəfləri qırmızı-qonur rəngli xalları olan ağ rəngdədir. Quyruğu qırmızı-qonur rəngdədir. Yarımnöv Mərkəzi və Şərqi Sibirin cənub hissələrində yuvalayır.
Qara qaratoyuq
Qara qaratoyuq (lat. Turdus merula) — qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid quş növü.
Qarabel qaratoyuq
Qarabel qaratoyuq (lat. Zoothera schistacea) — asiya qaratoyuğu cinsinə aid heyvan növü.
Qarabulaq (Abaran)
Qarabulaq — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonunda kənd. 1590-cı ildən mə'lumdur == Tarixi == Rayon mərkəzindən 23 km məsafədə, Abaran çayının sol tərəfində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin digər adı Yuxarı Qapılı olmuşdur.Ermənistan SSR AS RH-nin 15.VII.1946-cı il fərmanı ilə adı yişdirilib Yerincatap qoyulmuşdur. == Toponimi == 1728-ci ildə İrəvan əyalətinin Abaran nahiyəsində kənd adı. "Kəndin başqa adı Yuxarı Qapılı Andondur". 1828–1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və xaricdən gəlmə ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Yerincə-Tap adlandırılmışdır. 1728-ci ilə aid mənbədə Karuli adlanır.XIX əsrdə Cənubi Qafqazda mövcud olmuş 33 Qarabulaq toponimindənbiridir. Qarabulaq "yeraltə su", "yerdən qaynayıb çıxan və ona görə qara rəngə çalan su", "qara su", "içməyə yararsız su", "qışda donmayan bulaq" mə'nalarındadır.Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Гарабулаг // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти.
Qarabulaq (Ağbaba)
Qarabulaq — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. == Tarixi == Arpagölün qərbində, rayon mərkəzindən 33 km şimal-qərbdə yerləşirdi. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Kənd 1728-ci ildən mə'lumdur . 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Digər adı Ağbaba 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Sürməli nahiyəsində adı çəkilir Toponim «keyfiyyətsiz, içməyə yararlı olmayan» mənasını verən qara sözü ilə bulaq hidroterminindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Şaqik qoyulmuşdur. == Əhalisi == Kənddə 1886-cı ildə 185 nəfər, 1905-ci ildə 295 nəfər, 1908-ci ildə 352 nəfər, 1914 - cü ildə 382 nəfər azərbaycanlı yaşamışdır.
Qarabulaq (Ağin)
Qarabulaq — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin(Ani) rayonunda kənd. == Tarixi == Arpaçayın yaxınlığında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erməni, rus mənbələrində kəndin başqa bir adının Qazarabad olduğu qeyd edilir. Kəndin adı kənddəki bulağın adından götürülmüşdür. «Keyfiyyətsiz, içməyə yararlı olmayan» mənasını bildirən qara və bulaq sözlərindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 30.VI.1945-ci il kəndin adı dəyişdirilib İsahakyan (erməni yazıçısı Avetik İsahakyanın familiyası) adlandırılmışdır.
Qarabulaq (Bicar)
Qarabulaq (fars. قره بلاغ‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 21 nəfər yaşayır (4 ailə). Əhalisini kürdlər təşkil edir.
Qarabulaq (Bostanabad)
Qarabulaq (fars. قره بلاغ‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 163 nəfər yaşayır (38 ailə).
Qarabulaq (Culfa)
Qarabulaq (fars. قره بلاغ‎) — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 467 nəfər yaşayır (125 ailə).
Qarabulaq (Germi)
Qarabulaq (fars. قره بلاغ‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 107 nəfər yaşayır (22 ailə).
Qarabulaq (Göygöl)
Qarabulaq (əvvəlki adı: Martunaşen) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xanlar rayonunun Martunaşen kəndi Qarabulaq kəndi adlandırılmışdır. == Toponimikası == Oykonim "gur sulu bulaq" mənasındadır. == Tarixi == XIX əsrdə kənd ərazisində ermənilər məskunlaşdırılmışdır. Buna baxmayaraq Rusiyanın Qafqaz canişinliyi tərəfindən Tiflisdə çap olunmuş (1918–1920) xəritədə kəndin adı Qarabulaq olaraq göstərilir. XX əsrin 50-ci illərində kəndin adı dəyişdirilib erməniləşdirilmiş, inqilabçı A. F. Myasnikovun gizli təxəllüsü (Martini) ilə əlaqədar olaraq Martunaşen adlandırılmışdır. 29 dekabr 1992-ci ildə kəndin keçmiş adı bərpa edilmişdir. == Coğrafiyası == Kənd dağətəyi ərazidə yerləşir və ərazisindən eyniadlı çay axır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 246 nəfər yaşayır.
Qarabulaq (Gədəbəy)
Qarabulaq — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Zəhmətkənd inzibati ərazi vahidində kənd. == Toponimikası == Kənd 1926-cı ildə Qarabulaq (indiki Rüstəm Əliyev) kəndindən köçüb gəlmiş ailələr tərəfindən salınmış və Q.Musabəyovun adı ilə adlanmışdı. 1953-cü ildən indiki adı daşıyır. == Tarixi == == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 661 nəfər yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Qarabulaq (Həştrud)
Qarabulaq (fars. قره بلاغ‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 280 nəfər yaşayır (78 ailə).
Qarabulaq (Kövsər)
Qarabulaq (fars. قرخ بلاغ‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 66 nəfər yaşayır (14 ailə).
Qırmızıayaq qaratoyuq
Qırmızıayaq qaratoyuq (lat. Turdus plumbeus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü.
Qırmızıboğaz qaratoyuq
Qırmızıboğaz qaratoyuq (lat. Turdus ruficollis) — qaratoyuq cinsinə aid quş növü.
Qarabulaq (Miyanə)
Qarabulaq (fars. قره بلاغ‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 280 nəfər yaşayır (66 ailə).
Qаrаbulаq nеkrоpоlu
Qаrаbulаq nеkrоpоlu — Erkən Dəmir dövrünün аbidəsidir. Nеkrоpоl Mахtа kəndindən şimаl-şərqdə, Naxçıvan-Sədərək şоsе yоlunun sаğ tərəfində yеrləşir. Nеkrоpоlun ərаzisi 5 hеktаrdаn аrtıq sаhəni əhаtə еdir. О, cənub tərəfdə iri suvаrmа kаnаlı ilə məhdudlаşır. Nеkrоpоl 1988-ci ildə təsərrüfаt işləri görülərkən təsаdüfən аşkаr оlunmuşdur. Bu zаmаn dаğılmış qəbirlərdən gil qаblаr tоplаnmış və Şərur rаyоn tаriх-diyаrşünаslıq muzеyinə vеrilmişdir. Аrхеоlоji tаpıntılаr əsаsən bоz rəngdə bişirilmiş çаynik kаsа və bаnkа tipli gil qаblаrdаn ibаrətdir. Оnlаrın gilinə nаrın qum qаtılmış, yахşı bişirilmişdir. 1988-1989-cu illərdə nеkrоpоlun ərаzisində аpаrılаn kəşfiyyаt хаrаktеrli tədqiqаtlаr zаmаnı müəyyən еdilmişdir ki, Qаrаbulаq nеkrоpоlu kurqаn tipli аbidələrdən ibаrətdir. Kurqаnlаr yеr səthindən 1-1,5 m yüksəklikdədir.