Qarabulaq (əvvəlki adı: Martunaşen) — Azərbaycan Respublikasının Göygöl rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xanlar rayonunun Martunaşen kəndi Qarabulaq kəndi adlandırılmışdır.[2]
Qarabulaq | |
---|---|
Martunashen | |
40°27′52″ şm. e. 46°23′42″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.029 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Oykonim "gur sulu bulaq" mənasındadır.[3]
XIX əsrdə kənd ərazisində ermənilər məskunlaşdırılmışdır. Buna baxmayaraq Rusiyanın Qafqaz canişinliyi tərəfindən Tiflisdə çap olunmuş (1918–1920) xəritədə kəndin adı Qarabulaq olaraq göstərilir. XX əsrin 50-ci illərində kəndin adı dəyişdirilib erməniləşdirilmiş, inqilabçı A. F. Myasnikovun gizli təxəllüsü (Martini) ilə əlaqədar olaraq Martunaşen adlandırılmışdır.[3] 29 dekabr 1992-ci ildə kəndin keçmiş adı bərpa edilmişdir.
Kənd dağətəyi ərazidə yerləşir və ərazisindən eyniadlı çay axır.
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 246 nəfər yaşayır.[4]
Göygöl rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |