Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əli Bardakoğlu
Əli Bardakoğlu - 1952-ci ildə Türkiyənin Kastamonu vilayətinin Tosya rayonunda doğulub. 1970-ci ildə İstanbuldakı İmam-Xətib məktəbini, 1974-cü ildə İstanbul Ali İslam İnstitutunu, 1975-ci ildə isə İstanbul Universitetinin hüquq fakültəsini bitirib. Bir müddət müəllimlik və stajor hakimliklə məşğul olduqdan sonra 1977-ci ildə Kayseri Ali İslam İnstitutunda Fiqh (İslam Hüququ) assistenti olub. 1982-ci ildə Atatürk Universitetinin İslam Elmləri fakültəsində "İslam hüququnda icarə müqavilələri" adlı dissertasiya işi müdafiə edib. Ərciyəz Universiteti İlahiyyat fakültəsində İslam Hüququ yardımçı dosentliyinə təyin olunub. 1986-cı ildə dosent elmi dərəcəsi alıb. Ərciyəz Universiteti İlahiyyat fakultəsində bölmə sədri və dekan müavini vəzifələrində çalışıb. 1993-cü ildə Mərmərə Universiteti İlahiyyat fakültəsinə ezam olunub. 1994-cü ildə həmin universitetin İslam Hüququ kafedrasında professor elmi dərəcəsi alıb. Mərmərə İlahiyyat Ali Məslək məktəbi müdir müavini və dekan müavini vəzifələrində çalışıb.
Fazil Qaraoğlu
Fazil Qaraoğlu (Fazil İsmayılov) — Quran kitabını ilk dəfə iki dilə həm Azərbaycan, həm də rus dilinə çevirən tək mütərcim, Professor. == Əsərləri == Quran kitabını ilk dəfə hər iki dilə — həm Azərbaycan, həm də rus dilinə çevirən tək tərcüməçidir. "Tarixi həqiqətlər", "Erməni saxtakarlığını ifşa edən əsər", "Soyqırım yalanını təsdiq edən ermənilər və ruslar", "Soyqırım yalanını təsdiq edən ermənilər və ruslar, "Ağlasığmaz xəyanət", "Erməni məsələsi və türk-müsəlman soyqırımı", "Erməni məsələsinə dair tarixi həqiqətlər", "Vətənə, xalqa həsr olunmuş ömür", "Peyğəmbərimiz Hz. Məhəmmədin həyatı", "Mikologiya elmi bizə nələr deyir" əsərlər ilə yanaşı "Ermənilər və həqiqətlər sənədlərdə" mövzusunda ümumilikdə 5 min səhifədən çox 7 cilddə kitab yazıb və nəşr etdirib. Bu əsərlərə görə ermənilər tərəfindən çoxsaylı hədə-qorxu mesajları alıb. === Haqqında === On dörd il Ankarada Qazi Universitetində çalışıb. Prezident Ərdoğanın şəxsi tapşırığı ilə Osmanlı arxivlərində araşdırma aparmaq icazəsi alıb. Fazil Qaraoğlu bu vaxta qədər Türkiyə Böyük Millət Məclisində çıxış edən ikinci vətəndaşımızdır. == Ailəsi barəsində == Məlumatlara görə bir qızı var, o da Fransada yaşayır.[mənbə göstərin] == Mükafatları == Böyük Millət Məclisinin xüsusi təşəkkürnaməsi. Tərcümə etdiyi "Quran" kitabından 500 nüsxə Heydər Əliyev Fonduna bağışladığı üçün Anar Ələkbərovdan xüsusi təşəkkür məktubu alıb.
Xəzər qarasolu
Xəzər qarasolu (lat. Vimba vimba persa) — Qarasol növünə aid yarımnöv. == Yayılması == Əsasən Cənubi və Orta Xəzərdə yayılmışdır. Samur çayının aşağı axarında Vələmir və Qusar çaylarında, Kürün aşağı axarında, Azərbaycanın cənub çaylarından Viləş, Qumbaşı və Lənkəran çaylarında yayılmışdı. Böyük və Kiçik Qızılağac körfəzlərində nisbətən çoxsaylıdır. Aqraxan və Araqum su hövzələrində, Türkmənbaşı körfəzinə qədər Həsənqulu rayonunda, Xəzərin qərb sahili çaylarından Terekdə, Rubasçayda qeydə alınmışdır. == Morfoloji əlamətləri == Bədən nisbətən alçaqdır. Beli göyümtül-boz, qarnı gümüşü-ağ, bədənin aşağı hissəsindəki üzgəclər solğun-sarımtıldır. Ağzı alt aypara formasındadır. Bel üzgəcində 8, anal üzgəcində 16–19 şüa var.