Əli Bardakoğlu - 1952-ci ildə Türkiyənin Kastamonu vilayətinin Tosya rayonunda doğulub. 1970-ci ildə İstanbuldakı İmam-Xətib məktəbini, 1974-cü ildə İstanbul Ali İslam İnstitutunu, 1975-ci ildə isə İstanbul Universitetinin hüquq fakültəsini bitirib. Bir müddət müəllimlik və stajor hakimliklə məşğul olduqdan sonra 1977-ci ildə Kayseri Ali İslam İnstitutunda Fiqh (İslam Hüququ) assistenti olub.
ƏLİ BARDAKOĞLU | |
---|---|
türk. Ali Bardakoğlu | |
Doğum tarixi | |
Doğum yeri | Kastamonu, Türkiyə |
Uşağı | 3 |
Təhsili |
|
Fəaliyyəti | dosent, üləma, hüquqşünas, universitet müəllimi[d], siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
1982-ci ildə Atatürk Universitetinin İslam Elmləri fakültəsində "İslam hüququnda icarə müqavilələri" adlı dissertasiya işi müdafiə edib. Ərciyəz Universiteti İlahiyyat fakültəsində İslam Hüququ yardımçı dosentliyinə təyin olunub. 1986-cı ildə dosent elmi dərəcəsi alıb. Ərciyəz Universiteti İlahiyyat fakultəsində bölmə sədri və dekan müavini vəzifələrində çalışıb.
1993-cü ildə Mərmərə Universiteti İlahiyyat fakültəsinə ezam olunub. 1994-cü ildə həmin universitetin İslam Hüququ kafedrasında professor elmi dərəcəsi alıb. Mərmərə İlahiyyat Ali Məslək məktəbi müdir müavini və dekan müavini vəzifələrində çalışıb.
İslam hüququna dair "Quran və Hüquq", "İslam mədəniyyətində din və vicdan azadlığı", "İslam və Demokratiya haqqında", "Nəzəri cəhətdən İslam və Demokratiya; Qanunvericilik", "Türk Ailə Hüququnun tarixi inkişafı", "Hüquqi və sosial baxımdan boşanma", "İslam Ailə Hüququnun təşəkkülündə sosial şərtlərin təsiri", "İslam Hüququ araşdırmalarında ənənəvilik" və s. 60-dan çox elmi məqalənin müəllifidir.
Müxtəlif milli və beynəlxalq simpoziumlarda mühazirəçi və ya ekspert kimi iştirak edib. 28 may 2003-cü ildə Türkiyənin Diyanet İşleri Bakanlığında vəzifə alıb. İngilis və ərəb dillərini bilir. Evlidir üç uşağı var.