Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Astrositlər
Astrositlər (qədim yunan dilindən, ástron, "ulduz" + kútos, "boşluq", "hüceyrə"), həmçinin ümumilikdə astroqlia olaraq da bilinir. Xarakterik olaraq ulduz şəkilli qlial hüceyrələr olub, baş beyin və onurğa beynində rast gəlinir. Onlar bir çox funksiyanı yerinə yetirirlər. Bunlara, qan-beyin baryerini formalaşdıran endotel hüceyrələrinin biokimyəvi dəstəyi, sinir toxumasının qida maddələri ilə təminatı, hüceyrəxarici ion tarazlığının qorunması və beyində, onurğa beynində baş verən travma, infeksiyadan sonra çapıq toxumasının formalaşması, beyin qan dövranının tənzimlənməsi kimi funksiyalar aiddir. Astrositlərin beyində miqdarı yaxşı müəyyən oluna bilinməmişdir. Onların miqdarı istifadə olunan hesablama texnikasından asılı olaraq dəyişir. Beləki, onların miqdarı beynin müxtəlif bölgələrində fərqlənir və bütün qlia hüceyrələrinin 20%-40%-ni təşkil edir. Başqa bir araşdırmaya əsasən isə astrositlər beyində ən çox rast gəlinən qlia hüceyrələridir. Astrositlər mərkəzi sinir sistemində xolesterolun əsas mənbəyidir. Apolipoprotein E, xolesterolu astrositlərə, neyronlara və digər qlia hüceyrələrinə ötürərək, hüceyrələr arası siqnalizasiyanı tənzimləyir.