Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ratifikasiya
Ratifikasiya التصديق – 1) dövlətin ali hakimiyyət orqanının dövlət və ya hökumət nümayəndəsi tərəfindən bağlanmış beynəlxalq sənədləri (müqavilə, saziş) təsdiq etməsi; 2) ali dövlət hakimiyyəti orqanı tərəfindən dövlətin müvəkkil şəxsinin imzaladığı beynəlxalq müqavilənin təsdiqlənməsi. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Rektifikasiya
Rektifikasiya-Bir və ya bir neçə komponentdən ibarət olan maye yekcins məhlulların ayrılması uçün rektifikasiyadan istifadə olunur. Bundan etil spirtinin istehsalında geniş istifadə olunur. Qaba ayrılma köçürmə, tam ayrilma isə rektifikasiya yolu ilə aparılır. Bu proseslər komponentlərin eyni temperaturda müxtəlif uçuculuq qabiliyyətinə malik olmalarına əsaslanır. Məhsulun yüksək uçuculuq qabiliyyətinə malik komponent- asan uçan, uçuculuq qabiliyyəti aşağı olan komponent –çətin uçan adlanır. Asan uçan komponentin qaynama temperaturu aşağı olur bu səbəbdən komponentlər aşağı qaynama temperaturlu adlanır və əksinə çətin uçan komponentlərin qaynama temperaturu yüksək olur və onlar çətin uçan adlanır. Rektifikasiya prosesi nəticəsində iki məhlul asan uçan komponentlə zəngin distilyata və çətin uçan komponentlə zəngin kub qalığına ayrılır. Distilyat kondensator – defreqmatorda buxarların kondensasiyası nəticəsində alınır. Kub qalığı qurğunun kubunda alını. Rektifikasiya zamanı məhlul çox saylı buxarlanma nəticəsində onu təşkil edən komponentlərə ayrılır.
Stratifikasiya
Stratifikasiya lat. stratum - təbəqə və facio -edirəm — sosiologiyaya geologiyadan gətirilmişdir. Müxtəlif süxurların şaquli [112–113] yerləşməsini bildirir. == Sosial stratifikasiya == Sosial stratifikasiya və sosial təbəqələşmə anlayışları elmi ədəbiyyatda eyni mənanı ifadə edir. "Təbəqələşmə" anlayışı hərfı mənada bütün cəmiyyətin təbəqələrə bölünməsi deməkdir. Sosial təbəqələşmə isə əhali arasında təbəqələrin yaranma prosesini göstərir. Latın dilində buna sosiologiya elmində qəbul olunmuş iki termin uyğun gəlir — diferensiasiya və stratifıkasiya. "Stratifikasiya" termini daha çox elmi ədəbiyyatda, "təbəqələşmə" sözu isə gündəlik danışıqda işlədilir. "Təbəqələşmə" cəmiyyətin varlı və yoxsullara bölünməsini ifadə edirsə, "stratifıkasiya" bununla yanaşı, həm də çoxsaylı orta təbəqəni ehtiva edir. Odur ki, stratifikasiya gerçəkliyi daha dolğun əks etdirir.
Datafikasiya
Datafikasiya — həyatımızın bir çox aspektlərini dataya çevirən və sonradan yeni bir dəyər forması kimi reallaşan məlumatlara çevrilən texnoloji tendensiya. Kennet Kuker və Viktor Mayer-Şenberqer 2013-cü ildə datafikasiya terminini daha geniş leksikona təqdim etdilər. Bu vaxta qədər datafikasiya həyatımızın verilənlər vasitəsilə əldə edilən təsvirlərinin təhlili ilə əlaqələndirilirdi, lakin indiki miqyasda deyil. Bu dəyişiklik ilk növbədə böyük verilənlərin təsiri və proqnozlaşdırıcı analitikaya verilən hesablama imkanları ilə bağlı idi. Datafikasiyanın dataizm adlanan ideoloji aspekti var: "datafikasiyaya doğru yönəlmə verilənlərin sosial həyatı, bəzən rəqəmsaldan əvvəlki (insan) izahlardan daha yaxşı və ya daha obyektiv şəkildə təmsil etmək qabiliyyətinə inamdan qaynaqlanır". == Nümunə == Sosial və kommunikasiya mediasına tətbiq edilən datafikasiyaya misal olaraq Twitter tərəfindən səhv düşüncələrin, LinkedIn və başqaları tərəfindən HR məlumatlarının necə datalaşdırması göstərilir. Alternativ nümunələr müxtəlifdir və məlumatı formal, funksional və ya digər fiziki media nəticələri ilə əlaqələndirən mühəndislik və ya digər alətlər vasitəsilə qurulmuş mühitin aspektlərini və dizaynı əhatə edir. Optimal nəzarət üçün verilənlərin toplanması və emalı (məsələn, formanın optimallaşdırılması) buna bir nümunədir. == Təsiri == === İnsan resursları === Mobil telefonlar, proqramlar və ya sosial media istifadəsindən əldə edilən məlumatlar potensial işçiləri və onların risk alma profili və şəxsiyyəti kimi spesifik xüsusiyyətlərini müəyyən etmək üçün istifadə olunur. Bu məlumatlar şəxsiyyət testlərini əvəz edəcək.