Stratifikasiya

Stratifikasiya lat. stratum - təbəqə və facio -edirəm — sosiologiyaya geologiyadan gətirilmişdir. Müxtəlif süxurların şaquli [112–113] yerləşməsini bildirir.

Sosial stratifikasiya

[redaktə | mənbəni redaktə et]

Sosial stratifikasiya və sosial təbəqələşmə anlayışları elmi ədəbiyyatda eyni mənanı ifadə edir. "Təbəqələşmə" anlayışı hərfı mənada bütün cəmiyyətin təbəqələrə bölünməsi deməkdir. Sosial təbəqələşmə isə əhali arasında təbəqələrin yaranma prosesini göstərir. Latın dilində buna sosiologiya elmində qəbul olunmuş iki termin uyğun gəlir — diferensiasiya və stratifıkasiya.

"Stratifikasiya" termini daha çox elmi ədəbiyyatda, "təbəqələşmə" sözu isə gündəlik danışıqda işlədilir. "Təbəqələşmə" cəmiyyətin varlı və yoxsullara bölünməsini ifadə edirsə, "stratifıkasiya" bununla yanaşı, həm də çoxsaylı orta təbəqəni ehtiva edir. Odur ki, stratifikasiya gerçəkliyi daha dolğun əks etdirir.

Stratifikasiyanın tarixi tipləri aşağıdakılardır: a) quldarlıq; b) kasta quruluşu; c) təbəqələr; ç) siniflər. Qərb sosiologiyasında sosial stratifikasiya nəzəriyyəsi siniflərin cəmiyyətin sosial strukturunun əsasını təşkil etməsi barədə marksist təliminin inkarıdır. Bu nəzəriyyənin tərəfdarları iddia edirlər ki, sinif anlayışı keçmiş cəmiyyətlərin, o cümlədən sənayecə inkişaf etmiş kapitalist ölkələrinin sosial strukturunu təhlil etməyə yarayırdı, lakin müasir industrial cəmiyyətin sosial strukturunun tədqiqi üçün yaramır. Çünki müasir cəmiyyətdə əsas səhmdarların istehsalın idarə edilməsindən kənarlaşdırılması və onların muzdlu menecerlərlə əvəz olunması ilə əlaqədar mülkiyyət münasibətləri özünün müəyyənedici statusunu itirmişdir. Buna görə də sinif anlayışı "strat" ilə əvəz edilməlidir.