Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Virtual reallıq
Virtual reallıq (ing. virtual reality) — tamaşaçını ekran arxasındakı xəyali dünyaya aparmaq məqsədilə vizual və səs effektlərini təmin edən kompüter sistemləridir. İstifadəçi kompüterin işıqlandırdığı və reallıq təəssüratı yaradan təsvir və səslərlə əhatə olunur. İstifadəçi süni aləmlə qarşılıqlı təsirini müxtəlif seanslar vasitəsilə: onun hərəkətlərini, hiss və audiovizual effektlərini əlaqələndirən dəbilqə və əlcəklər vasitəsilə həyata keçirir. Virtual reallıqda gələçək tədqiqatlar müşahidəçinin reallığı hiss etməsinə istiqamətləndirilmişdir. Abstrakt götürdükdə o istifadəçinin təxəyyülündə yaranan xəyali dünyadır. == Mənbə == А. Россохин, В. Измагурова. Виртуальное счастье или виртуальная зависимость // Россохин А.В., Измагурова В.Л. Личность в измененных состояниях сознания. М.: Смысл, 2004, с. 516–523 Myron W. Krueger, Artificial Reality (1983), Artificial Reality II (1991) Wellner, P., Mackay, W. & Gold, R. Eds.
Krallıq
Krallıq — başqa sözlə monarxiya. Hökumət klassik formaları əsas xüsusiyyətləri aşağıdakılardır: dövlət yeganə rəhbəri mövcudluğu, həyat üçün öz gücü (Kral Kral, imperatoru Şah) zövq; adətən (xüsusi və ya qanun kimi) ali hakimiyyəti vərəsəlik qaydasında miras; hökmdarın xalqın birliyini təcəssüm etdirir, ənənə tarixi sürəkliliyi, beynəlxalq aləmdə dövlət təmsil edir; countersignature İnstitutunun vurğulayır olan hökmdarı hüquqi toxunulmazlıq və müstəqillik. Bir çox hallarda, dövlətlər ənənəvi monarxist sayılır ki, sadalanan meyarlara cavab vermir. Bundan əlavə, monarxiya və respublika ayırmaq üçün çətin, bəzi hallarda. Roma və Principate dövrü kimi elective monarxiya, Birliyinin respublika müəssisələrinin bölüşdürülməmiş. Imperator, orijinal — Respublika fövqəladə magistratura və adın özü Birliyinin sözü "respublika" kimi tərcümə olunur. Monarxiya növləri Həcmi məhdudiyyətlər baxımından Mütləq monarxiya — hükümdarın sınırsız güc kəsb edən monarxiya. Mütləq monarxiya mümkün mövcud hakimiyyəti hökmdarı tam məsuliyyət və xalqın iradəsini bir məsləhət orqanı (indiki Səudiyyə Ərəbistanı, BƏƏ, Oman, Qatar) maksimum tərəfindən formal olaraq ifadə edilə bilər. Konstitusiya monarxiya — hükümdarın hakimiyyəti Konstitusiya, bir yazılmayan qanun və ya ənənə məhdudlaşır bir monarxiya. Konstitusiya monarxiya iki forma var: iki monarxiya (..
Reallon
Reallon (fr. Réallon, oks. Realon) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Savin-le-Lak kantonuna daxildir. INSEE kodu — 05114. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 237 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir. 1980-ci ildə qış və yay turizminin inkişafına imkan verən xizək kurortu inşa edildi.
Birləşmiş Krallıq
Birləşmiş Krallıq (ing. United Kingdom) və ya rəsmi adı ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (ing. United Kingdom of Great Britain and Northern Ireland) — Şimal-qərbi Avropada dövlət. Birləşmiş Krallıq Böyük Britaniya adasını, İrlandiya adasının şimal-şərq hissəsini və Britaniya adaları daxilində bir çox kiçik adaları əhatə edir. Şimali İrlandiya vasitəsilə İrlandiya Respublikası ilə quru sərhədini bölüşür. Birləşmiş Krallıq şərqdə Şimal dənizi, cənubda La-Manş boğazı, cənub-qərbdə Kelt dənizi, qərbdə isə Atlantik okeanı ilə əhatə olunub. İrlandiya dənizi Böyük Britaniya və İrlandiya adalarını bir-birindən ayırır. Krallığın tərkibində dörd dövlət İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiya olmaqla konstitusiyalı monarxiyadır. Paytaxtı və ən böyük şəhəri London, ümumi sahəsi 242,495 kvadrat kilometrdir. Birləşmiş Krallıq bəzən qısa şəkildə Böyük Britaniya və ya Britaniya kimi də adlandırılır.
Bohemiya (krallıq)
Bohemiya — Çexiyada vilayət, qədim krallıq. == Tarixi == Eramızın IV əsrində, hələ çex xalqının təşəkkül tapmadığı bir dövrdə Asiyadan gəlmiş köçəri hunların qədim çex torpağı olan Bohemiyaya yürüşü bu mənada mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, hunlar öz yürüşü ilə bütün Avropanın xəritəsini dəyişdirmişlər. A. N. Veselovskiyə görə, bütün tarix "Vermittelung der Gegensatze" ("qarşıdurma vasitəsidir"), çünki daim mübarizə şəraitində keçmişdir. Bəzi araşdırmalara görə, IV əsrin axırlarında Şərqi Avropa çöllərindəki hunların etnik tərkibi əsasən dil baxımdan bir-birinə yaxın olan iki müxtəlif qrupdan – protobulqar və qədim türk tayfalarından ibarət olmuşdur. Hunlar 374-cü ildən başlayaraq 469-cu ilə qədər Avropada imperatorluq etmişlər. Məhz həmin dövrə təsadüf edən Xalqların Böyük Köçü də birbaşa hunların Avropaya yürüşü ilə bağlıdır. Cənub-Şərqi Avropada hunlar haqqında məlumatlara eramızın I minilliyinin I yarısına aid latın və yunan mənbələrində, xüsusən, Klavdi Ptolemeyin, Ammian Marsellinin, Menandrın və Fiofilakt Simokattanın əsərlərində rast gəlinir. Hunların yürüşü Avropanın barbar tayfalarını da hərəkətə gətirdi. Belə ki, bu dövrdə onların hücumu ilə Qara dəniz ətrafı vilayətlərdə hökmranlıq edən ostqotlar və vestqotlar darmadağın edilərək qərbə tərəf çəkilməyə məcbur oldular.
Krallıq Prussiyası
Krallıq Prussiyası (pol: Prusy Królewskie; alm: Königlich-Preußen) və ya Polşa Prussiyası (Polyakca: Prusy Polskie; Almanca: Polnisch-Preußen), Polşa krallığının regionlarından biri olmuşdur. Mərkəzi Köniqsberq şəhəri olmuşdur.
Krallıq donanması
Krallıq donanması (ing. Royal Navy) — Böyük Britaniyada hərbi təşkilatlanmanın dənizçilik qoludur. Vəzifəsi dənizlərdə beynəlxalq təhlükəsizliyi, ticarəti qorumaq, beynəlxalq müqavilələrə əməl etməkdir.
Krallıq yolu
Krallıq yolu — e.ə. V əsrdə İran şahı I Dara tərəfindən salınmış yol. Herodotun əsərlərindən məlumdur. İran imperiyası süquta uğradıqdan və Selevkilər dövləti yarandıqdan sonra da yolun bir hissəsi kral sülaləsinin padşahları və qoşunları tərəfindən istifadə olunmağa davam etmişdir. Sarddan o zamanlar imperiyanın mühüm limanı olan Efesə gedən yolun bir hissəsini məhz onlar çəkmişdir. Daha sonra qismən Roma Respublikası və imperiyası, daha sonra Bizans imperiyası dövründə istifadə edilmişdir. Suzdan Sarda qədər uzanan krallıq yolunun uzunluğu təxminən 3,400 kilometr (2,100 mil) idi.
Qaranlıq Krallıq
Qaranlıq Krallıq (ダーク・キングダム, Da:ku Kinqudamu) — yapon manqaka Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqa seriyasının birinci arkında (ümumilikdə isə 5 arkdır) yer almış əsas düşmən qrup. Bütün versiyalarda bu qrup birinci arkın əsas mənfi personajlarıdır və qədim Ay Krallığının məhv edilməsində rol oynamışdırlar. Komanda haqqında ilk dəfə manqanın 28 dekabr 1991-ci ildə "Nakayoshi" jurnalında yayımlanmış "Usaqi — Seylor Mun" fəslində məlumat verilmişdir. Seriyadakı hadisələrdən əvvəl Kraliça Metariya və onun xidmətçiləri XX əsrdə ayılırlar. İngilis adaptasiyasında "reinkarnasiya" sözü əvəzinə "yenidən doğulma" sözü işlənir, bu, onların Seylor Mun ayılana qədər fəaliyyət göstərdiklərinin göstəricisidir. Qrup Kraliça Beril və 4 lorddan ibarət Sitenno tərəfindən idarə olunur. Əsas məqsədləri Yer üzündəki insanlardan enerji oğurlamaq, Kraliça Metariyanı enerji ilə təmin edib dünyanı ələ keçirməsinə şərait yaratmaqdır. Qaranlıq Krallıq üçün döyüşən bədheybətlər bu arkda youma adlandırılmışdır. Youmalar Sitenno tərəfindən yaradılır, enerji oğurlamaq, Ay şahzadəsini öldürmək, Seylor döyüşçülərinə mane olmaq və digər tapşırıqları yerinə yetirmək üçün göndərilirlər. İngilis adaptasiyasında youmalar Seylor döyüşçüləri və Taksedo Mask tərəfindən Neqabədheybətlər adlandırılır.
Saksoniya (krallıq)
Saksoniya krallığı (alm. Königreich Sachsen‎); bəzən Saksen — Almaniya İmperiyası tərkibində 1806-1918-ci illərdə mövcud olmuş dövlət. == Tarixi == 1806-cı ildən əvvəl Saksoniya Müqəddəs Roma İmperiyasının bir hissəsi idi. Napoleon Bonapart 1806-cı ildə ələ keçirdiyi Saksoniyanı bir krallıq halına gətirdi. Saksonya krallığı Napoleon devrilənə qədər onun ən yaxın mütffəqi oldu. Napoleondan sonra Saksoniya torpaqları qalib dövlətlər toplanan Vyana konqresində (1814-15) 40%-i Prussiyaya verildi. Krallığın geri qalan bölümü 1815-ci ildə Alman konfederasiyasına qoşuldu. 1817-ci ildə isə yeni Almaniya imperiyası tərkibinə qoşuldu. Almaniya I Dünya müharibəsində məğlub olandan sonra krallıq da ləğv olundu. == Hakimiyyət == 1831-ci il konstitusiyasına əsasən Saksoniya krallığı konstitusiyalı monarxiya idi.
Vitse krallıq
Vitse-krallıq ("Vitse-kral": "kralın nümayəndəsi", "vitse-prezident" və ya "vitse-admiral") — vitse-kral tərəfindən idarə edilən koloniya idarəetmə sistemi. Qeyri-məhdud hakimiyyətə malik olan monarxın həmin yerdəki nümayəndəsi. Vitse-kral vəzifəsi vərəsəlik yolu ilə keçmir və monarx tərəfindən təyin edilir.
Birlşmiş Krallıq
Birləşmiş Krallıq (ing. United Kingdom) və ya rəsmi adı ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (ing. United Kingdom of Great Britain and Northern Ireland) — Şimal-qərbi Avropada dövlət. Birləşmiş Krallıq Böyük Britaniya adasını, İrlandiya adasının şimal-şərq hissəsini və Britaniya adaları daxilində bir çox kiçik adaları əhatə edir. Şimali İrlandiya vasitəsilə İrlandiya Respublikası ilə quru sərhədini bölüşür. Birləşmiş Krallıq şərqdə Şimal dənizi, cənubda La-Manş boğazı, cənub-qərbdə Kelt dənizi, qərbdə isə Atlantik okeanı ilə əhatə olunub. İrlandiya dənizi Böyük Britaniya və İrlandiya adalarını bir-birindən ayırır. Krallığın tərkibində dörd dövlət İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiya olmaqla konstitusiyalı monarxiyadır. Paytaxtı və ən böyük şəhəri London, ümumi sahəsi 242,495 kvadrat kilometrdir. Birləşmiş Krallıq bəzən qısa şəkildə Böyük Britaniya və ya Britaniya kimi də adlandırılır.
Vitse-krallıq
Vitse-krallıq ("Vitse-kral": "kralın nümayəndəsi", "vitse-prezident" və ya "vitse-admiral") — vitse-kral tərəfindən idarə edilən koloniya idarəetmə sistemi. Qeyri-məhdud hakimiyyətə malik olan monarxın həmin yerdəki nümayəndəsi. Vitse-kral vəzifəsi vərəsəlik yolu ilə keçmir və monarx tərəfindən təyin edilir.
Razlıq (Sərab)
Razlıq (fars. رازليق‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,656 nəfər yaşayır (463 ailə).
Birləşmiş Krallıq azərbaycanlıları
Böyük Britaniya azərbaycanlıları (ing. British Azerbaijani) — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Böyük Britaniyada yaşayan hissəsinin adı. Əsasən Böyük Britaniyanın London, Mançester, Aberdin, Qlazqo, Liverpul, Nyukasl, Birminhem və Edinburq şəhərlərində yaşayırlar. == Tarixi == === Birinci mühacirət dalğası === Azərbaycanlı İrandan Britaniyaya mühacirət etmişlər. Onlar əsasən İranda hakimiyyətə gələn rejimin rəhbərliyi altında yaşamaq istəməyənlər olmuşlar. === İkinci mühacirət dalğası === İkinci dünya müharibəsi illərində Almaniyada xidmət edən və ya faşistlərə əsir düşən azərbaycanlıların bir qismi Britaniyaya mühacirət etmişlər. === Üçüncü mühacirət dalğası === SSRİnin parçalanması və Qarabağ müharibəsindən azərbaycanlıların bir qismi Britaniyaya mühacirət etmişlər. 2014-ci ilin mayın 22-də, İngiltərədə keçirilən yerli seçkilərin nəticələrinə görə Londonda Murad Həsənli Vestminster bələdiyyəsindəki Çörçill seçki dairəsində Leyboristlər Partiyasından bələdiyyə seçilmişdir. == Coğrafi yerləşdirilmə == Ən çox azərbaycanlılar Londonda, İngiltərənin böyük şəhərlərinə və Midlends regionuna yerləşdirilib. 2011-ci ilin Britaniyanın əhalinin siyahıya alınmasına görə, Böyük Britaniyada 6220 Azərbaycanda doğulmuş insan var, bunların 150-si Şotlandiyada yaşayır.
Birləşmiş Krallıq bayrağı
Birləşmiş Krallıq bayrağı — Birləşmiş Krallığın dövlət bayrağı. Yunion Cek adlanır. Şotlandiya, Şimali İrlandiya və İngiltərənin bayraqlarının birləşməsindən Birləşmiş Krallıq bayrağı yaranıb. == Tarixi == Bu bayrağın tarixi 1603-cü il İngiltərə və Şotlandiyanın birləşməsindən başlayıb. İlk ortaq bayraq belə yaranıb: ağ fonda qırmızı xaç olan Müqəddəs Georqinin ingilis bayrağı və göy fonda ağ diaqonal xaç olan Müqəddəs Andreyin şotland bayrağı. 1801-ci ildə isə ölkəyə İrlandiya və onun ağ fonda qırmızı xaç olan Müqəddəs Patrik bayrağı da qoşulub. Beləcə indiki Birləşmiş Krallıq bayrağı yaranıb.
Birləşmiş Krallıq şəhərləri
== Həmçinin bax ==
Polşa Krallıq Ordusu
Polşa Krallıq Ordusu (pol. Polska Siła Zbrojna) və ya Polşa Vermaxtı (alm. Polnische Wehrmacht‎) — Polşa Legionunun komandanı olan Yozef Pilsudskinin Almaniya İmperiyasına bağlılıq andı içməkdən imtina etməsindən sonra yaradılan və almanlar tərəfindən Polşa Vermaxtı olaraq alçaldıcı adla çağırılan hərbi birlik. Polşa Krallıq Ordusu Almaniya tərəfindən hazırlanmış Orta Avropa planına görə yaradılmalı olan kukla Polşa krallığının hərbi birliyi olaraq düşünülmüşdür. Birliklərin toplanması zamanı əldə olunan say nəticəsi aşağı olsa da toplanmış qüvvələr alman ordularının komandanlığına verildi. Hərbi birliyin Baş komandanlığı vəzifəsinə general qubernator Hans Hartviq fon Beseler təyin olunsa da, bu vəzifəni faktiki olaraq təlim qüvvələrinin rəhbəri olan Feliks fon Bart həyata keçirirdi. 5 noyabr 1916-cı ildə qəbul olunan qanun və Polşa Krallığının yaradılmasından sonra 10 aprel 1917-cı ildə hərbi birliklər yaradıldı. Birliklərin formalaşmasında istifadə olunan əsas qüvvələr keçmiş Polşa Legionuna bağlı olan birliklər idi. 1917-ci ilin iyul ayında baş verən And böhranından sonra Polşa Legionuna bağlı olan əsgərlərin 1/4-i Almaniya İmperatoru II Vilhelmə sədaqət andı içməkdən imtina edir. Ümumilikdə 70 min nəfərlik hərbi qüvvənin 50 min nəfəri imperatora bağlılıq göstərdi və daha sonra bu qüvvələr əsasında Polşa Vermaxtı formalaşdırıldı.
Polşa Krallıq Ordusunun
Polşa Krallıq Ordusu (pol. Polska Siła Zbrojna) və ya Polşa Vermaxtı (alm. Polnische Wehrmacht‎) — Polşa Legionunun komandanı olan Yozef Pilsudskinin Almaniya İmperiyasına bağlılıq andı içməkdən imtina etməsindən sonra yaradılan və almanlar tərəfindən Polşa Vermaxtı olaraq alçaldıcı adla çağırılan hərbi birlik. Polşa Krallıq Ordusu Almaniya tərəfindən hazırlanmış Orta Avropa planına görə yaradılmalı olan kukla Polşa krallığının hərbi birliyi olaraq düşünülmüşdür. Birliklərin toplanması zamanı əldə olunan say nəticəsi aşağı olsa da toplanmış qüvvələr alman ordularının komandanlığına verildi. Hərbi birliyin Baş komandanlığı vəzifəsinə general qubernator Hans Hartviq fon Beseler təyin olunsa da, bu vəzifəni faktiki olaraq təlim qüvvələrinin rəhbəri olan Feliks fon Bart həyata keçirirdi. 5 noyabr 1916-cı ildə qəbul olunan qanun və Polşa Krallığının yaradılmasından sonra 10 aprel 1917-cı ildə hərbi birliklər yaradıldı. Birliklərin formalaşmasında istifadə olunan əsas qüvvələr keçmiş Polşa Legionuna bağlı olan birliklər idi. 1917-ci ilin iyul ayında baş verən And böhranından sonra Polşa Legionuna bağlı olan əsgərlərin 1/4-i Almaniya İmperatoru II Vilhelmə sədaqət andı içməkdən imtina edir. Ümumilikdə 70 min nəfərlik hərbi qüvvənin 50 min nəfəri imperatora bağlılıq göstərdi və daha sonra bu qüvvələr əsasında Polşa Vermaxtı formalaşdırıldı.
Qaranlıq Krallıq (dəqiqləşdirmə)
Qaranlıq Krallıq "Seylor Mun" mediafranşizində düşmən qrupdur. Qaranlıq Krallıq bu mənaları da verə bilər: Qaranlıq Krallıq arkı — "Seylor Mun"un ilk arkı. Qaranlıq Krallıq: Əjdaha kralı — 2004-cü il istehsalı Almaniya filmi və miniseriya. Untold Legends: Dark Kingdom — 2006-cı il istehsalı videooyun.
Sürgün və krallıq
Sürgün və krallıq (fr. L'exil et le royaume) - fransız yazıçı Alber Kamü tərəfindən 1957-ci ildə yazılmış 6 qısa hekayənin toplusu.
Braziliya realı
Braziliya realı (Portuqalca: Real brasileiro; ISO 4217: BRL) - Braziliyanın rəsmi pul vahididir. R$ kimi işarə olunur. 1 Braziliya realı 100 centavoya bərabərdir. 6 sentyabr 2016 tarixinə aid məzənnəyə görə, 1 Braziliya realı = 0.307102 ABŞ dolları.
Realnı məktəb binası
Realnıy məktəb binası — Azərbaycanın Gəncə şəhərində tarixi bina. 1883-cü ildə tikilmişdir. Hazırda Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının tədris binası kimi istifadə olunur. Ünvan: Adil İsgəndərov küçəsi 64.
Əsbgəran (Razlıq dehistanı)
Əsbgəran (fars. اسبقران‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 269 nəfər yaşayır (53 ailə).
Who Really Cares
Who Really Cares — amerikan indi-pop qrupu TV Girl-in ikinci studiya albomu. 26 fevral 2016-cı ildə qrupun özü tərəfindən buraxılıb. == Qəbul == "Who Really Cares" Bandwagon Magazine tərəfindən "çox sayda insanın anlaya biləcəyi və empatiya qura biləcəyi bir şey" kimi təsvir edilmişdir. == Trek siyahısı == Bütün mahnılar Brad Petering tərəfindən yazılmış və bəstələnmişdir. Sample credits "Cigarettes out the Window" and "For You" contains samples of "Love Song to Jom's Girlfriend" and "You Are", performed by Frankie Cosmos. "Not Allowed" contains samples of "You Suck", "Not Allowed", "Fuck Yourself", and "Sue Your Friends", performed by the Yeastie Girlz. "For You" contains elements of "Dating Courtesy", by the Shangri-Las from their Good Taste Tips.
Reali
Reali - tərcüməşünaslıqda müəyyən bir xalqın məişətinə, tarixinə, coğafiyasına daxil olan əşya və anlayışları bildirən sözlərin digər dilə tərcüməsi zamanı olduğu kimi saxlanılan söz qruplarıdır. Realilərin başqa dillərdə tərcüməsini, qarşılığını tapmaq mümkün olmur. Realilər milli xarakterli, məişətlə bağlı əşyaların, anlayışların, mücərrəd varlıqların adlarını bildirir və tərcüməsi qeyri-mümkün hesab edilir. Bu səbəbdən realiləri ekvivalentsiz leksik vahidlər hesab etmək olar. Hər bir dildə müəyyən söz və ifadələr var ki, tərcümə prosesində onların ixtisarı və ya əvəzlənməsi mətnin və ya nitqin bütünlüyünü pozmur. Bu söz və ifadələr jarqonlar, ata sözləri, dialektik ifadələr ola bilər. Reali də bu prosesdə xüsusi yer tutmaqdadır. Reali - müəyyən bir coğrafi bölgəyə, mədəniyyətə, ölkəyə, qəbiləyə, həmçinin müəyyən tarixi dövrə aid xüsusi adları, əşyalar, anlayışlar, qavramlar, fenomenləri bildirən xüsusi sözlər və ya ifadələrdir. Bu söz qruplarının digər dillərdə qarşılığı olmadığından onların normal tərcüməsi mümkünsüz hesab edilir və tərcümə prosesinin tamamlanması üçün bu qrup sözlər xüsusi qaydada ötürülür. == Reali növləri == Realiləri təsnifləndirilməsində vahid bir sistem mövcud deyil.
Ralli Dakar
Ralli Dakar (qısaca "Dakar"; köhnə adıyla "Paris Dakar Rallisi", bu an "Lissabon Dakar Rallisi"), Amaury Sport Organisation tərəfindən hər il təşkil edilən prestijli yol xarici yarış. Yarış həvəskar və peşəkar yarışçılara açıqdır, həvəskarlar ümumi iştirakın 80 %-ini meydana gətirməkdədir. Adına baxmayaraq, bir rallidən çox yol xarici dayanıqlılıq yarışmasıdır. Parkur, çox pis vəziyyətdəki yollar və ya yol olmayan sahələrdən keçməkdə, yarışan vasitələr də rallilərdəki dəyişdirilmiş sedanlar yerinə gerçək yol xarici vasitələrindən seçilməkdədir. Şəxsi etapların çoxu yol xarici, qumluqlar, palçıqlı sahələr, qayalıqlar kimi yerlərdə aparılır. Hər etapda qət edilən yol bir neçə kilometr ilə bir neçə yüz kilometr arasında dəyişir. Ən uzun etap 800 Km.den arıqdır. 17 etapdan ibarətdir. Müsabiqə macəra axtaranlar üçün tapılmaz bir fürsət kimi görünsə də, bir çox təhlükələr və qəzaları da gözə almaq lazımdır. Müsabiqə başladığı 1978-ci ildən bu yana 30 il içərisində 56 adam həyatını itirmiş, bir çox insan da şikəst olmuşdur.