Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Harukana Receive
Harukana Receive (はるかなレシーブ Harukana Reshību) — Nyoycizay tərəfindən yazılan bir idman manqa seriyasıdır. Seriya, 2015-ci ilin avqustundan 2020-ci ilin sentyabrına kimi Houbunsha nəşriyyatının Manga Time Kirara Forward jurnalında nəşr olunmuşdur. C2C tarafından istehsal olunmuş anime seriyası adaptasiyası 2018-ci ilin iyulun sentyabrına qədər yayımlanıb. == Məzmun == Seriya, 17 yaşlı bir lisey tələbəsi Haruka Ozoranın anasının iş üçün xaricə getməsi üzre Okinavada xalaqızı Kanata Higanın yanına köçərək bir çimərlik voleybolu cütlüyü qurulmasını izah edir. Hündür boylu olan Haruka, özünün əksinə qısa boyuna görə təzyiq göstərə bilməyən və bu səbəbdən də çimərlik voleybolundan imtina edən Kanatanı inandıraraq birlikdə çimərlik voleybolu cütlüyü yaradırlar və turniri hədəf almağa çalışırlar.
Labrador retriver
Labrador retriver ən məşhur it cinslərindən biri sayılır. İlk əvvəl bu itlərdən işçi it qismində istifadə olunduğundan buna görə onların əksəriyyəti bələdçi itlər, xilasedici itlər kimi istifadə olunur. Bu it cinsi öz adını Kanadanın şərq sahillərində yerləşən Nyufaundlend adasından almışdır. Aparılan tədqiqatların nəticələri "Labrador" cinsinin adının mənşəyi haqqında üç versiyanın olduğunu göstərmişdir. İlk labradorlar tamamilə qara rəngdə olduğundan " labradorit" mineral daşının rəngini xatırlatmışdılar. Ola bilsin ki bu daşın şərəfinə labradorlar öz adını almışdılar. İkinci versiyada isə bildirilir ki, labradorların əcdadları Labrador yarımadasına gətirilmişdir. Üçüncü versiya odur ki, onların yüksək işləmək qabiliyyəti görən portuqallar onlara portuqal dilindən tərcümədə "zəhmətkeş" mənasını verən labrador sözü ilə adlandırmışdılar. == Xarakterləri == Bu itlər insanlara və başqa heyvanlara aqressiyanın yoxluğu ilə fərqlənirlər. Lakin onlar öz şıltaqlıqlarıyla seçilirlər.
Kəcəvər
Kəcəvər (lat. Acorus) — bitkilər aləminin kəcəvərçiçəklilər dəstəsinin kəcəvərkimilər fəsiləsinə aid bitki cinsi.