Harukana Receive (はるかなレシーブ Harukana Reshību) — Nyoycizay tərəfindən yazılan bir idman manqa seriyasıdır. Seriya, 2015-ci ilin avqustundan 2020-ci ilin sentyabrına kimi Houbunsha nəşriyyatının Manga Time Kirara Forward jurnalında nəşr olunmuşdur.[1] C2C tarafından istehsal olunmuş anime seriyası adaptasiyası 2018-ci ilin iyulun sentyabrına qədər yayımlanıb.[1]
Harukana Receive | |
はるかなレシーブ (Harukana Reshību) | |
---|---|
Janr | İdman, həyat dilimi |
Manqa | |
Manqaka | Nyoycizay |
Nəşriyyat | Houbunsha |
Demoqrafiya | Seynen |
Nəşr tarixi | 24 avqust 2015 — 24 sentyabr 2020 |
Cildlər | 10 |
Anime | |
Rejissor | Toşiyuki Kubooka |
Prodüsser | Şintarō Yoşitake Hiroyuki Kobayaşi Hidehisa Nagasava Noritomo İsogay Mitsuhiro Ogata |
Ssenarist | Toko Maçida |
Bəstəkar | Rasmus Faber |
Studiya | C2C |
Kanal | AT-X, Tokyo MX, TVA, Sun TV, RBC, KBS, TVQ, BS11 |
Buraxılış tarixi | 6 iyul 2018 — 21 sentyabr 2018 |
Seriyalar | 12 (seriya siyahısı) |
Seriya, 17 yaşlı bir lisey tələbəsi Haruka Ozoranın anasının iş üçün xaricə getməsi üzre Okinavada xalaqızı Kanata Higanın yanına köçərək bir çimərlik voleybolu cütlüyü qurulmasını izah edir. Hündür boylu olan Haruka, özünün əksinə qısa boyuna görə təzyiq göstərə bilməyən və bu səbəbdən də çimərlik voleybolundan imtina edən Kanatanı inandıraraq birlikdə çimərlik voleybolu cütlüyü yaradırlar və turniri hədəf almağa çalışırlar.