Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Səxavətli bütpərəst
Səxavətli bütpərəst — xristian teologiyasında Məsihi tanımayan, lakin yüksək əxlaqlı həyat sürən, xilas olacaq bütpərəstlər. "Məsihdən əvvəl xristianlar" ideyası erkən xristianlıqda (xüsusən, İsgəndəriyyə Klement və Etirafçı Maksim arasında) müşahidə olunsa da, antik mədəniyyətin müəyyən bir şəkildə yenidən nəzərdən keçirilməsindən sonra orta əsrlərdə formalaşmışdır. == Katolisizmdə == 1545-ci il Trident şurası tərəfindən tərtib edilmiş katexizis, Akvinalı Fomanın fikrinə əsaslanaraq, səxavətli bütpərəstlərin ruhlarının cəhənnəmlə cənnət arasında yerləşdiyini və Məsihin cəhənnəmə enməsi zamanı cəhənnəm əzablarından azad edildiyini iddia etmişdir. == Pravoslavlıq == Səxavətli bütpərəstlər anlayışı təkcə katolik ənənəsi ilə məhdudlaşmır. Yunanıstan, Rusiya və bəzi digər ölkələrdəki pravoslav kilsələrində qədim şairlərin və filosofların əllərində tanrı haqqında fikirlərə və ya Məsih haqqında peyğəmbərliklərə yaxın kəlamlar olan kitabçaların təsvirləri var. Məsələn, Moskva Kremlinin Blaqoveşşeniye kafedralının freskalarında Aristotel, Fukidid, Ptolemey, Zenon, Plutarx, Platon, Sokrat, Vergili və digər qədim mədəniyyət xadimlərinin oxşar təsvirləri var.
Manya Səxavətqızı
Manya Səxavətqızı (1 sentyabr 1988, İmişli) — Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Vətən Fədailəri" layihəsinin rəhbəri. "Simurq 2021", "Dünya qadın", "Altın palmiye" və. s mükafatlara layiq görülüb. == Həyatı və karyerası == Manya Səxavətqızı 1 sentyabr 1988-ci ildə İmişli rayonunda dünyaya göz açıb. 1994–2005-ci illərdə İmişli rayon İlham Allahverdiyev adına Buludlu kənd tam orta məktəbində təhsil alıb. Şəhidlərə həsr olunan 8 (ümumilikdə isə 10) kitabın müəllifidir. "Vətən mücahidlləri" layihəsinin həmrəhbəri, "Vətən fədailəri" layihəsinin rəhbəridir. "Vətən fədailəri" layihənin ilk cildi "Vətən fədailəri:Naxçıvan şəhidləri", ikinci cildi "Vətən fədailəri:İmişli şəhidləri" kitabları Müdafiə Nazirliyinin dəstəyi ilə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçirilən təqdimat mərasimi ilə şəhid ailələrinə və vətənpərvər insanlara təqdim edilib. Eyni zamanda "Vətən fədailəri" layihəsi çərçivəsində ərsəyə gətirdiyi "Şahmarın eşq əsəri" və "Qeyrət təcəssümü" adlı kitabları da Müdafiə Nazirliyinin dəstəyi ilə Azərbaycan Ali Hərbi Məktəbində keçirilən təqdimat mərasimi ilə oxuculara təqdim olunub. Manya Səxavətqızının "Qeyrət təcəssümü" kitabının ikinci təqdimatı 12 yanvarda Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ağdam Muğam Mərkəzində, üçüncü təqdimatı isə 4 apreldə Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəliyinin dəstəyi ilə Naxçıvan Dövlət Milli Musiqili Dram Teatrında keçirilib.