Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 7 gün əvvəl Sura Shukurlu (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Manya Səxavətqızı (1 sentyabr 1988, İmişli) — Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Vətən Fədailəri" layihəsinin rəhbəri.[1] "Simurq 2021", "Dünya qadın", "Altın palmiye" və. s mükafatlara layiq görülüb.[2]
Manya Səxavətqızı | |
---|---|
Manya Səxavət qızı Abdurəhmanova | |
Doğum tarixi | |
Doğum yeri | İmişli |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | Yazıçı, şair |
Fəaliyyət illəri | 2017- |
Əsərlərinin dili | Azərbaycan, türk, rus, ingilis |
Janrlar | Bədii publisistik və vətənpərvərlik |
İlk əsəri | "Yazılmayan sətrlər darıxır" 2017 |
Üzvlüyü | |
Mükafatları | "Simurq 2021", "Dünya qadın", "Qızıl qələm","Altın palmiye" |
Manya Səxavətqızı 1 sentyabr 1988-ci ildə İmişli rayonunda dünyaya göz açıb. 1994–2005-ci illərdə İmişli rayon İlham Allahverdiyev adına Buludlu kənd tam orta məktəbində təhsil alıb.[3] Şəhidlərə həsr olunan 8 (ümumilikdə isə 10) kitabın müəllifidir. "Vətən mücahidlləri" layihəsinin həmrəhbəri, "Vətən fədailəri" layihəsinin rəhbəridir. "Vətən fədailəri" layihənin ilk cildi "Vətən fədailəri:Naxçıvan şəhidləri", ikinci cildi "Vətən fədailəri:İmişli şəhidləri" kitabları Müdafiə Nazirliyinin dəstəyi ilə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçirilən təqdimat mərasimi ilə şəhid ailələrinə və vətənpərvər insanlara təqdim edilib.[4] Eyni zamanda "Vətən fədailəri" layihəsi çərçivəsində ərsəyə gətirdiyi "Şahmarın eşq əsəri" və "Qeyrət təcəssümü" adlı kitabları da Müdafiə Nazirliyinin dəstəyi ilə Azərbaycan Ali Hərbi Məktəbində keçirilən təqdimat mərasimi ilə oxuculara təqdim olunub.[5] Manya Səxavətqızının "Qeyrət təcəssümü" kitabının ikinci təqdimatı 12 yanvarda Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ağdam Muğam Mərkəzində, üçüncü təqdimatı isə 4 apreldə Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəliyinin dəstəyi ilə Naxçıvan Dövlət Milli Musiqili Dram Teatrında keçirilib.[6] Növbəti kitab isə "Vətən fədailəri:Şəki şəhidləri" kitabıdır. 1 sentyabr 2023-cü ildə Prezident Adminstrasiyasının göstərişi ilə Şəki Dövlət Dram Teatrında "Vətən fədailəri:Şəki şəhidləri" kitabının ilk təqdimatı, 26 yanvar 2024-cü ildə isə AMEA-nın Mərkəzi Elmi kitabxanasında eyni kitabın ikinci təqdimatı keçirildi.[7] Manya Səxavətqızının kitablarla yanaşı bir çox qəzet və jurnallarda da şəhidlərin ömür və döyüş yollarından bəhs etdiyi məqalə və şeirlər mütəmadi olaraq dərc olunur. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.[8]