Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Saxta xəbərlər
Saxta xəbərlər (ing. fake news) və ya yanlış xəbərlər — Sarı jurnalistikanın növü sayılır və ənənəvi çap, yayım xəbərləri mediası və ya onlayn sosial media vasitəsi ilə yayılmış qəsdən səhv məlumatlar və ya xaoslardan ibarətdir. Saxta və ya yanlış xəbərlərin arxasında müxtəlif məqsədlər durur, lakin ekspertlərin fikrincə, bu xəbərlər əsasən maddi gəlir və ya siyasi hədəflərdən ilhamlanır.
Saxta xəyanət
Saxta xəyanət, kəşfiyyat dairələrində adətən "təxribat" və ya "podstava" — kəşfiyyat agenti tərəfindən saxta iddialar əsasında edilən xəyanət. Saxta xəyanətkarlar dezinformasiya yaya və ya köstəbəklərin ifşa edilməsində kömək ola bilər. Xəyanətin saxta olması ehtimalı adətən xəyanətkarlar haqqında məlumat verən kəşfiyyat agentliklərində narahatlıq doğurur.
Saxta ARP sorğuları
Saxta Dionisi Areopagit
Saxta Dionísius Areopagít (yunanca Διονύσιος ὁ Ἀρεοπαγίτης) - Korpus Areopagitikum (latınca Corpus Areopagiticum) adlı xristian ehkamları mövzusuna aid olan dörd risalə və on məktubun bilinməyən yazarıdır. O əsərlərini xristian kilsəsində müqəddəs sayılan Dionisius Areopagitin (96-cı ildə öldürülmüşdür) adı ilə imzalayırdı. Ona görə ona "yalançı" demişdirlər. 533-cü ildə Kalkedon şəhərində monofizitlərlə rəsmi kilsə nümayəndələri arasında barışıq məqsədi ilə məclis keçirilmişdir. Lakin orada mübahisələr olmuşdur. Monofizitlər öz mövqelərini sübut etmək üçün Dionisius Areopagitin adı ilə imzalanmış 4 risalə və müxtəlif keşişlərə ünvanlanmış məktublar təqdim etmişdilər. Bu əsərlərin hamısını birlikdə "Korpus Areopagitikum" adlandırırlar. Bu risalələrin adları: "De divinis nominibus" (İlahi adlar haqqında); "De mystica theologia" (Mistik ilahiyyat haqqında); "De coelesti hierarchia" (Göylərdə iyerarxiya haqqında); "De ecclesiastica hierarchia" (Kilsə iyerarxiyası haqqında). Dionisius Areopagitin adı isə Əhdi-Cədiddə çəkilir (Həvarilərin işləri 17: 34). Orada deyilir ki, o Paulusun (Pavelin) tələbəsi olub.
Saxta Dionisius Areopagit
Saxta Dionísius Areopagít (yunanca Διονύσιος ὁ Ἀρεοπαγίτης) - Korpus Areopagitikum (latınca Corpus Areopagiticum) adlı xristian ehkamları mövzusuna aid olan dörd risalə və on məktubun bilinməyən yazarıdır. O əsərlərini xristian kilsəsində müqəddəs sayılan Dionisius Areopagitin (96-cı ildə öldürülmüşdür) adı ilə imzalayırdı. Ona görə ona "yalançı" demişdirlər. 533-cü ildə Kalkedon şəhərində monofizitlərlə rəsmi kilsə nümayəndələri arasında barışıq məqsədi ilə məclis keçirilmişdir. Lakin orada mübahisələr olmuşdur. Monofizitlər öz mövqelərini sübut etmək üçün Dionisius Areopagitin adı ilə imzalanmış 4 risalə və müxtəlif keşişlərə ünvanlanmış məktublar təqdim etmişdilər. Bu əsərlərin hamısını birlikdə "Korpus Areopagitikum" adlandırırlar. Bu risalələrin adları: "De divinis nominibus" (İlahi adlar haqqında); "De mystica theologia" (Mistik ilahiyyat haqqında); "De coelesti hierarchia" (Göylərdə iyerarxiya haqqında); "De ecclesiastica hierarchia" (Kilsə iyerarxiyası haqqında). Dionisius Areopagitin adı isə Əhdi-Cədiddə çəkilir (Həvarilərin işləri 17: 34). Orada deyilir ki, o Paulusun (Pavelin) tələbəsi olub.
Saxta bayraq əməliyyatı
Saxta bayraq əməliyyatı — faktiki məsuliyyət mənbəyini gizlətmək və günahı başqa tərəfə yükləmək məqsədilə edilən hərəkət. "Saxta bayraq" termini ingilis dilində (ing. false flag) XVI əsrdə kiminsə sədaqətinin qəsdən təhrif edilməsi mənasını verən ifadə kimi yaranmışdır. Termin məşhur olaraq dəniz müharibəsində bir gəminin öz həqiqi kimliyini gizlətmək üçün neytral və ya düşmən ölkənin bayrağını qaldırması hiyləsini təsvir etmək üçün istifadə edilmişdir. Bu taktika əvvəlcə dəniz quldurları və kaperlər tərəfindən digər gəmiləri aldatmaq üçün onlara hücum etməzdən əvvəl onlara yaxınlaşmağa icazə vermək üçün istifadə edilmişdir. Daha sonra beynəlxalq dəniz qanunlarına uyğun olaraq dəniz müharibəsi zamanı məqbul bir təcrübə hesab edilmişdir, bir şərtlə ki, hücum edən gəmi hücum başlayan kimi öz həqiqi bayrağını nümayiş etdirsin. İndiki dövrdə bu termin özlərinə qarşı hücumlar təşkil edən və hücumları düşmən xalqlar, ya da terrorçular kimi göstərən ölkələri əhatə edir. Beləliklə, hücuma məruz qalan millətə daxili repressiya və ya xarici hərbi təcavüz üçün bəhanə yaradılır. == Rusiyanın Ukraynaya hücumunda == 2022-ci ilin yanvar və fevral aylarında Qərb dövlət qurumları Rusiyanın Ukraynada saxta bayraq əməliyyatından istifadə edəcəyini proqnozlaşdırmışdı. 24 fevralda Rusiyanın Ukraynaya hücumu ərəfəsində Rusiya hökuməti dezinformasiya kampaniyasını gücləndirmişdi.
Şaxta
Şaxta — havanın temperaturunun 0°-dən aşağı göstəricisidir. Bioiqlimşünaslıqda şaxta orqanizmə təsirinə görə: zəif (0°-dən -2,4°-dək), mülayim (-2,5°-12,4°), şaxtalı (-12,5°-22,4°), bərk (-22,5°-32,4°), sərt (-32,5°-42,4°), və şiddətli (-42,4°-dən aşağı) şaxtaya bölünür. Bir neçə dərəcə şaxta şiddətini ("yüngül"dən "çox ağır"a qədər) müəyyən edən bəzi tərəzilər mövcuddur. Şaxtalı havanın əsas əlaməti suyun donmasıdır. Temperatur kifayət qədər uzun müddət aşağı olarsa, göllərdə, çaylarda və dənizdə donma baş verəcək. Bu, hətta yollarda, su təchizatı şəbəkələrində də baş verə bilər. == Şaxtasız dövr == Şaxtasız dövr yazın son şaxtalı (ayazı) orta günü ilə payızın ilk şaxtalı (ayazı) orta günü arasındakı dövrdür. Aqroiqlimşünaslıqda böyük əhəmiyyət daşıyaraq hər hansı bir məkanda bu və ya digər bitkinin yetişdirilməsi imkanını müəyyənləşdirir.
Maxta
Maxta — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Maxta kənd inzibati-ərazi vahidi Şərur rayonunun tərkibinə verilmişdir. == Etimologiyası == Naxçıvan MR Şərur rayonunda kənd kimi mövcud olan Maxta adı qrammatik formasına görə Maxta/maq-tağ/q/ şəklində olmaqla iki hissədən ibarətdir. Sözün ilk hissəsi olan max-maq formasının danışıq şəkli (şifahi nitq) hesab edilməlidir. "Tağ/taq/" isə tağ, qol, hissə mənası verir. Avesta abidəsi ilə əlaqədar dini ayinləri icra edən şəxslərə "maq" deyilirmiş. Bu söz sonralar öz mənalarını genişləndirərək kahinlik, kahin kasta (Midiyada və İranda), həmçinin Məzdəkiliyin ardıcıllığı və s. kimi mənalar daşımışdır. Maq sayılan şəxs cadugər (əslində bu türkəçarə, müalicə, dini müalicə məqsədilə işlər görən mənası kimi nəzərdə tutulmalıdır), sehrbaz, astroloq və b. mənalar vermişdir.
Sarta
Sarta (fr. Sarthe, bret. Sarthe) — Fransanın qərbində yerləşən, Pei-de-la-Luar regionun departamentlərindən biri. Sıra nömrəsi — 72. İnzibati mərkəzi — Le-Man. Əhalisi — 579 497 nəfər (departamentlər arasında 46-cı yer, 2010-cu ilin məlumatları). == Coğrafiyası == Ərazisi — 6206 km². Departamentə 3 rayon, 40 kanton və 375 kommun daxildir. == Tarixi == Sarta — 1790-cı ilin mart ayında Böyük Fransa İnqilabı dövründə yaradılan ilk 83 departamentdən biridir. Keçmiş Men əyalətinin ərazisində yerləşir.
Taxta
Ağac yoxsa taxta — ağaclarda və kollarda hüceyrə bölünməsi nəticəsində yaranan daimi toxumadan ibarət materialdır. Ağacın oduncaq hissəsi sənaye üçün qiymətli hesab olunur. Ondan müxtəlif məqsədlər üçün konstruksiya materialları kimi istifadə olunur. Metala nisbətən aşağı möhkəmlik göstəricilərinə malik olmasına baxmayaraq ağacın texnikada öz tətbiq sahəsi mövcuddur. Ağac gövdəsinin en kəsiyi şəkildə göstərilmişdir. Gövdə xarici və daxili qatlardan ibarətdir. Xarici qat gövdəni xarici təsirlərdən qoruduğu halda, daxili qat – mantar qida madəllərini ağacın daxilinə hərəkət etdirməyə xidmət edir. Mantarın altında cavan hüceyrələrin və qabıq hissələrinin inkişaf etdiyi nazik kambi qatı yerləşir. Mərkəzə doğru getdikcə ağac gövdəsində sütul, nüvə və özək yerləşir. Sütul qatında əsas inkişaf prosesi gedir.
Yaxta
Yaxta — motorlu, yaxud yelkənli yüngül gəmi, su nəqliyyat növü. “Yaxta” holland sözüdür, qovmaq, təqib etmək mənasını verir. Motorlu, yaxud yelkənli yüngül gəmidir. Yelkənli yaxtalar daha geniş yayılıb. İlk yelkənli yaxtalar 17-ci əsrdə meydana çıxıb. Hazırda yaxta əsasən imkanlıların istifadə etdiyi su nəqliyyat növüdür. Müasir dövrdə yaxtaları üç qrupa bölmək olar: yelkənli yelkənli-motorlu motorlu yaxtalar. Amma bütün müasir yelkənli yaxtaların da, demək olar, hamısının köməkçi motoru olur.
Axta
Axta rayonu — Ermənistan SSR-da və Ermənistan Respublikasında inzibati ərazi vahidində rayon olmuşdur. Aşağı Axta — Qərbi Azərbaycan (indiki Ermənistan Respublikası) ərazisində yerləşən şəhər. Yuxarı Axta — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. Axta (Razdan) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda qəsəbə və rayonun inzibati mərkəzi. Axta (Dərələyəz) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd.
Saxa
Saxa Respublikası (Yakutiya) (rus. Респу́блика Саха́ (Яку́тия), saxa Саха Өрөспүүбүлүкэтэ) – Rusiya Federasiyası subyektlərindən biri. Rusiya Federasiyası Konstitutsiyası və Saxa Respublikası Konstitutsiyasına görə konstitutsiya-müqavilə prinsiplərinə əsasən, Rusiya Federasiyasının tərkibinə daxildir. Uzaq Şərq Federal Dairəsinə aiddir. 1922-ci il aprelin 27-si RSFSR-in tərkibində Yakutiya MSSR şəklində yaradılmışdır. 1990-cı ildə Yakutiyanın dövlət suverenitetinə dair akt qəbul edilmişdir. 1991-ci ildə hazırkı adını (Saxa Respublikası) almışdır. Saxa Rusiya Federasiyasının ən böyük regionu, habelə dünyanın ən böyük inzibati vahididir. Əgər Saxa müstəqil dövlət olsa idi, dünyada ərazisinə görə yeddinci dövlət olardı. (3103.2 min km²), lakin əhali sıxlığına görə Rusiyada ən son yerlərdən birini tutur.
Santa-Marta
Santa-Marta — Karib dənizi sahillərində, şimali Kolumbiyada şəhər və bələdiyyə. Maqdalena departamentinin inzibati mərkəzi hesab edilir. Santa Marta şəhəri əhəmiyyətli dəniz limanı, tarixi, mədəni və turistik mərkəzidir. 2005-ci ildə ərazinin, əhalinin siyahıyalınmasına görə, əhalinin sayı 415.270 nəfər idi, şəhərin sahəsi 2393.35 km² idi. == Tarixi == Şəhərin əsası 1525-ci il iyulun 29-da ispaniyalı Rodriqo de Bastidas tərəfindən qoyulub. Adı Svataya Marfanın şərəfinə verilən bu şəhərdə hər il 29 iyul xatirəsi qeyd edilir. Bir sıra tarixçilərə görə, şəhərin adını fərqli bir izah var.
Böyük Şaxta
Böyük Şaxta (ing. Younger Dryas və ya ing. Big Freeze) - eramızdan əvvəl 10800-9500-cü illər arasında soyuq iqlim vəziyyəti və quraqlığın izlədiyi 1300 (± 70) illik perioddur. Böyük Şaxta Şimali Amerikadakı buz təbəqələrinin toqquşması nəticəsində baş vermişdir.
Don (şaxta)
Don, şaxta — havanın sıfırdan aşağı dərəcəsi. Havada və torpaqda temperaturun dəyişməsi nəticəsində yaranan təhlükəli atmosfer hadisələrindən biridə Şaxtadır.Şaxta davamlı müsbət temperatur müşahidə edilən zaman ,havanın və torpaq səthinin temperatutunun 0 °C və ya daha aşağı düşməsi adlanır.Şaxta əmələ gəlməsinə görə 3 tipə bölünür : "radiyasion" ,"advektiv" ,"advektiv-radiasion (qarışıq) .
Damalı taxta
Damalı taxta — dama oynamaq üçün nəzərdə tutulmuş damalı taxta. Əksər hallarda tünd və açıq rəngli, adətən yaşıl və sarı (rəsmi turnirlər), qara və qırmızı (istehlakçı reklamları) və ya qara və ağ (çap qrafikləri) rəngli 64 kvadratdan (8×8) ibarətdir. 8x8 damalı taxta başqa oyunlarda, o cümlədən şahmatda istifadə olunur, buna görə də şahmat taxtası kimi də tanınır.
Laxta-mərkəz
Laxta-mərkəz (rus. Лахта-центр) — Sankt-Peterburqda, Rusiyanın yaşayış sahəsindən kənarda genişmiqyaslı tikinti layihəsi. == Haqqında == Laxta-mərkəz şəhərin ilk yüksək səviyyəli göydələnini, elm və təhsil kompleksi, idman və boş vaxtları dəyərləndirmək üçün məkanları və açıq amfiteatrı inşa etməyi planlanmışdır. 2018-ci ilin sonlarında başa çatdırılan Laxta-mərkəzin 462 metr yüksəkliyindəki əsas qülləsi, Rusiya və Avropanın ən yüksək binası olmuşdur. Və Laxta-mərkəzi dünyanın şimaldakı ən hündür göydələni hesab edilir. Yüksəkliyinə görə, Ostankino teleqülləsidən (540 m) sonra Rusiyanın ən yüksək ikinci binası olmuşdur. Lahta Mərkəzi dünyanın ən ekoloji göydələnlərinin beşliyinə daxil oldu (LEED Platinum level). == Dizayn xüsusiyyətləri == Hər biri bir mərtəbəli olan iki ağır strukturdan ibarət olan qutu tipi əsas qüllənin mərtəbəsini təşkil edir. Təməlin aşağı döşəməsi 20 metr dərinlikdə olmaqdadır. Qutu tipi təməli hər biri 2 metr səviyyəsində və uzunluğu 82 metr olan 264 metrlik bir yığma quraşdırılmışdır.
Maxta nekropolu
Maxta nekropolu — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndinin şimal-şərqində, Naxçıvan-Sədərək avtomobil yolunun sol tərəfində yerləşən antik dövrə aid arxeoloji abidə. Nekropola aid küp qəbirlər 1988-ci ildə su hovuzunun yerləşdiyi təpədə aşkar edilmişdir. Küp qəbirlərdən əldə edilən qablardan yalnız birinin (qum qarışığı olmayan gildən hazırlanaraq boz rəngli, hər iki üzdən çəhrayı boya ilə örtülmüş küpə tipli qab) sınığı saxlanmışdır. Abidənin II – III əsrlərə aid olması ehtimalı irəli sürülsə də, hələ ki, ətraflı tədqiq edilməmişdir.
Santa-Barbara
Santa Barbara — ABŞ-nin Kaliforniya ştatında istirahət şəhəridir. Sakit okean sahilində Los-Ancelesin şimal-qərbindədir. Əhali: 92,325 (2000). === Parklar === Santa Barbara irili xırdalı bir çox park var. Bəziləri: Alameda Park Elings Park Alice öğürmek Park Memorial Gardens De La Guerra Plaza Skofield Park Parma Park Sahil Park, Santa Barbara Douglas Ailə Qoruğu Şərq Beach (Santa Barbara) Leadbetter Beach Qərb Beach (Santa Barbara) Hendry çimərlik Andree Clark quş Cenneti === Üniversitetlər === Kaliforniya Universiteti, Santa Barbara Santa Barbara City College Westmont College Fotoqrafiya Brooks İnstitutu Qərb Musiqi Akademiyası Santa Barbara Business College Antakya Universiteti Fielding Graduate University == Qardaş şəhərlər == Derecik, İrlandiya Respublikası Palma de Mallorca, İspaniya Puerto Vallarta, Meksika San Juan, Filippin Toba City, Yaponiya Weihai, Çin Yalta, Ukrayna == Xarici keçidlər == Santa Barbara şəhərinin rəsmi səhifəsi http://flagspot.net/flags/us-ca-sb.html Santa Barbara Kaliforniya Arxivləşdirilib 2007-02-24 at the Wayback Machine Local Info: http://www.edhat.com Informational Pages: http://www.santabarbara.com/ avtobus tarifləri Santa Barbara earthquakes Arxivləşdirilib 2006-01-09 at the Wayback Machine Wikitravel'da Santa Barbara Santa Barbara Deniz Muzeyi Free to view video interview with Alan Heeger (Nobel laureatı at UCSB and resident of Santa Barbara) provided by the Vega Science Trust.
Santa-Katarina
Santa-Katarina (port. Santa Catarina) — Braziliyanın cənubunda yerləşın ştat. Ştatın inzibati mərkəzi Florianopolis şəhəridir. Cənubdan Riu-Qrandi-du-Sul və şimaldan Parana ştatları, üstəlik şərqdən Argentina ilə sərhədə malikdir. Şərqdən Atlantik okeanla sərhədə malikdir. Santa-Katarina Braziliyanın avropalılardan təşkil olunmuş ştatıdır. Burada əhalinin böyük əksəriyyətini portuqallar, almanlar və italyanların törəmələridir. == Coğrafiya == İqlimi mülayimdir. Mərkəzi hissəsi əsasən tropik meşələrlə ötülüdür. Atlantik okean sahilləri çimərlik, buxta, körfəz və laqunlarla zəngindir.
Santa-Klaus
Milad Baba, Müqəddəs Nikolay, Müqəddəs Nik, Kris Krinql və ya sadəcə Santa kimi tanınan Santa Klaus — Milad ərəfəsində axşam və gecə saatlarında hədiyyələr gətirdiyi deyilən Qərb xristian mədəniyyətindən olan əfsanəvi bir personaj. Onun bunları Şimal Qütbündəki atelyedə oyuncaqlar istehsal edən Milad elflərinin və uçan kirşəli maralların köməyi ilə yerinə yetirdiyi deyilir. Santanın müasir fiquru folklor ənənələrinə əsaslanır. Milad Babanın İngilis fiquru Müqəddəs Nikolayı, Alman Belsnikel və Hollandiyanın Sinterklaas fiqurunu əhatə edir. Santa Klaus, adətən, ağ xəz yaxalığı və manşetləri olan qırmızı palto, ağ xəz manşetləri olan qırmızı şalvar, ağ xəzlə işlənmiş qırmızı papaq, qara dəri kəmər və çəkmə geyinən, uşaqlar üçün hədiyyələrlə dolu kisə daşıyan iri, şən, eynəkli, ağ saqqallı bir kişidir. Milad ədəbiyyatında "ho, ho, ho!" kimi ifadə olunan dərin, ürəkaçan bir gülüşə malikdir. Bu imajı 19-cu əsrdə Şimali Amerikada yaranıb və mahnılar, radio, televiziya, uşaq kitabları, ailədə Milad ənənələri, filmlər və reklamlar vasitəsilə əbədiləşdirilib və gücləndirilib.
Santa-Monika
Santa-Monika (ing. Santa Monica) — ABŞ-nin qərbində Kaliforniya ştatının Los-Anceles dairəsində yerləşən şəhər. Los-Anceles şəhərinin şimal-qərbindədir. 2008-ci ilə olan məlumata görə əhalisi 87.664 min nəfərdir. Santa Monika 20-ci əsrdə istirahət şəhəri olmuşdur.
Santa-Pola
Santa-Pola (isp. Santa Pola) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Baxo-Vinalopa ərazisinin 58,6 km² hissəsini əhatə edir. 2017-cu ildə hesablamalara görə əhali 31137 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 19 km uzaqlıqda yerləşir..
Santa Klaus
Milad Baba, Müqəddəs Nikolay, Müqəddəs Nik, Kris Krinql və ya sadəcə Santa kimi tanınan Santa Klaus — Milad ərəfəsində axşam və gecə saatlarında hədiyyələr gətirdiyi deyilən Qərb xristian mədəniyyətindən olan əfsanəvi bir personaj. Onun bunları Şimal Qütbündəki atelyedə oyuncaqlar istehsal edən Milad elflərinin və uçan kirşəli maralların köməyi ilə yerinə yetirdiyi deyilir. Santanın müasir fiquru folklor ənənələrinə əsaslanır. Milad Babanın İngilis fiquru Müqəddəs Nikolayı, Alman Belsnikel və Hollandiyanın Sinterklaas fiqurunu əhatə edir. Santa Klaus, adətən, ağ xəz yaxalığı və manşetləri olan qırmızı palto, ağ xəz manşetləri olan qırmızı şalvar, ağ xəzlə işlənmiş qırmızı papaq, qara dəri kəmər və çəkmə geyinən, uşaqlar üçün hədiyyələrlə dolu kisə daşıyan iri, şən, eynəkli, ağ saqqallı bir kişidir. Milad ədəbiyyatında "ho, ho, ho!" kimi ifadə olunan dərin, ürəkaçan bir gülüşə malikdir. Bu imajı 19-cu əsrdə Şimali Amerikada yaranıb və mahnılar, radio, televiziya, uşaq kitabları, ailədə Milad ənənələri, filmlər və reklamlar vasitəsilə əbədiləşdirilib və gücləndirilib.
Şaxta Baba
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Şaxtı
Şaxtı — Rusiya Federasiyasında yerləşən şəhər. Rostov vilayətinə daxildir.