Milad Baba, Müqəddəs Nikolay, Müqəddəs Nik, Kris Krinql və ya sadəcə Santa kimi tanınan Santa Klaus — Milad ərəfəsində axşam və gecə saatlarında hədiyyələr gətirdiyi deyilən Qərb xristian mədəniyyətindən olan əfsanəvi bir personaj.[2] Onun bunları Şimal Qütbündəki atelyedə oyuncaqlar istehsal edən Milad elflərinin və uçan kirşəli maralların köməyi ilə yerinə yetirdiyi deyilir.[3][4]
Santa-Klaus | |
---|---|
ing. Santa Claus | |
Yaradan | Şəhər folkoru |
Canlandıran | Kevin Hart[1] |
Məlumat | |
Növü | insan |
Cinsi | kişi |
Peşə | Milad hədiyyələri bağışlamaq |
Tanınmış digəri | Şaxta Baba |
Santanın müasir fiquru folklor ənənələrinə əsaslanır. Milad Babanın İngilis fiquru Müqəddəs Nikolayı, Alman Belsnikel və Hollandiyanın Sinterklaas fiqurunu əhatə edir. Santa Klaus, adətən, ağ xəz yaxalığı və manşetləri olan qırmızı palto, ağ xəz manşetləri olan qırmızı şalvar, ağ xəzlə işlənmiş qırmızı papaq, qara dəri kəmər və çəkmə geyinən, uşaqlar üçün hədiyyələrlə dolu kisə daşıyan iri, şən, eynəkli, ağ saqqallı bir kişidir. Milad ədəbiyyatında "ho, ho, ho!" kimi ifadə olunan dərin, ürəkaçan bir gülüşə malikdir.
Bu imajı 19-cu əsrdə Şimali Amerikada yaranıb və mahnılar, radio, televiziya, uşaq kitabları, ailədə Milad ənənələri, filmlər və reklamlar vasitəsilə əbədiləşdirilib və gücləndirilib.