Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Səadət Təhmirazqızı
Səadət Təhmirazqızı (Şirinova Səadət Təhmiraz qızı) — sənətşünaslıq üzrə fəlsəfə doktoru, "Musiqi dünyası" radiojurnalının aparıcısı, ssenari müəllifi, əməkdar mədəniyyət işçisi. == Həyatı == S. Hacıbəyov adına Musiqi Texnikumunun "Tarixi nəzəriyyə" fakültəsini bitirdikdən sonra təhsilini BMA-da həmin ixtisas üzrə davam etdirərək bakalavr və magistr mərhələlərini fərqlənmə diplomları ilə bitirmişdir. 1997-ci ildən Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində çalışır. Çoxlu sayda elmi məqalə və oçerklərin müəllifıdir. 2002-ci ildə "Süleyman Ələsgərov xatirələrdə", 2005-ci ildə "Nəğmədir həyat" adlı kitabları işıq üzü görmüşdür. Bu isə müəllifm üçüncü kitabıdır. Musiqişünaslıq sahəsindəki xidmətlərinə görə "Qızıl qələm", "Məhsəti Gəncəvi" və "Gənclər mükafatı"nın laureatıdır. == Əsərləri == Kitabları "Süleyman Ələsgərov xatirələrdə", 2002-ci il "Nəğmədir həyat" 2005-ci il "Sənətin Əliövsət zirvəsi" Məqalələr Sənətkar ömrü: Səid Rüstəmov. Mədəniyyət.- 2010.- 15 may.- S. 14. Firəngiz Əlizadənin sənət dünyasına səyahət.
Təhmuraz (Bicar)
Təhmuraz (fars. طهمورث‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 83 nəfər yaşayır (19 ailə). Əhalisini kürdlər təşkil edir.
Əmir Təhmuras
Əmir Təhmuras Dərbəndi (v. 4 mart 1459) — Şirvanşah şahzadəsi, Şirvanşahların sərkərdəsi. == Həyatı == Əmir Bəhlulun oğludur. I Xəlilullah dövründə Şirvan ordusunun komandanı təyin edilmişdir. Şeyx Cüneydə qarşı döyüşdə həlak olmuşdur. Qəbri Şirvanşahlar saray kompleksi ərazisindədir. Qəbirüstü kitabəsində yazılmışdır: Bu nurlu qəbir və təmizləyici məhşər, pərəstiş edilən məqbərə rəhmətlik Şeyx Bəhlulun oğlu, mərhum, günahları bagışlanmış, böyük Allahın mərhəmətini qazanmış xoşbəxt şəhid, əzəmətli, ağıllı, kəramətli, ən böyük əmir, səxavət və şücaət sahibi dünya əmirlərinin başçısı əmir Təhmurəsindir. Hicri 863-cü il cümadiyül-axir ayı.
II Teymuraz
II Teymuraz (gürc. თეიმურაზ II; 1700 – 8 yanvar 1762) — Kaxeti çarı (1733–1736, 1737–1744), daha sonra Kartli çarı (1744–1762). Baqrationi nəslindəndir. Lirik şeirlər yazırdı. Kartli-Kaxeti çarı I İraklinin oğludur. 1744-cü ildə II Teymurazın oğlu II İrakli Kaxetiya çarı oldu və Şərqi Gürcüstanı birləşdirdi. == Gənclik illəri == I İrakli Baqrationinin və Anna Çolokaşvilinin 12-ci övladı olaraq dünyaya gəlmişdi. 1709–1715-ci illərdə Teymuraz anası ilə birlikdə qardaşı II Davidin yerinə qəyyum olaraq hökm sürmüşdü. 1732-ci ildə Osmanlı ordusu digər qardaşı II Konstantin Baqrationini öldürüb Kaxetiyanı işğal etdikdən sonra Teymuraz dağlara qaçdı. 3 il sonra Nadir şahın Osmanlını məğlub etməsi münasibətilə geriyə dönən Teymuraz İrəvana, şahın iqamətgahına getdi.
I Teymuraz
I Teymuraz (gürc. II თეიმურაზ; 1589, Tiflis – 1663, Qorqan) — Baqrationilər sülaləsindən olan Kaxeti çarı. I Teymuraz hakimiyyətə 16 yaşında gəldiyi üçün Kaxeti çarlığı bir müddət anası Ketevan tərəfindən idarə edilmişdir. I Teymuraz həmçinin şair kimi Gürcü ədəbiyyatında önəmli yerə sahibdir. == Həyatı == Səfəvi hökmdarı I Abbasın Şərqi Gürcüstan yürüşü səbəbindən I Teymuraz qonşu Kartli hökmdarı ilə birlikdə İmereti çarı II Luarsaba sığındı. 1615-ci ildə I Teymuraz Kaxetiyə geri döndü və Səfəvilərə qarşı üsyana rəhbərlik etməyə başladı. Lakin növbəti il I Abbasın yeni hücumu qarşısında təzədən İmeretiyə sığınmalı oldu. I Teymuraz və Kartli çarı Georgi Saakadze əvvəl Səfəvilərə qarşı müttəfiq olsalar da, sonradan bu əlaqələr pozuldu. Georgi Saakadze Basaleti döyüşündə I Teymuraz tərəfindən məğlub edildi. Beləliklə, I Teymuraz Kartli-Kaxeti hökümdarı oldu.
Teymuraz Şaraşenidze
Teymuraz Şaraşenidze (2 yanvar 1952, Tbilisi) — Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2011 — 28 iyun 2018).
Taleh Abdullayev (Temraz oğlu)
Taleh Temraz oğlu Abdullayev (8 fevral 1993; Yuxarı Salahlı, Qazax rayonu - 13 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu), İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Taleh Abdullayev 1993-cü il fevralın 8-də Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub. 1999-2010-cu illərdə Z.Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Taleh Abdullayev 2011-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Taleh Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Xocavənd və Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Taleh Abdullayev oktyabrın 13-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Qazax rayonunun Yuxarı Salahlı kəndində torpağa tapşırılıb.