Səadət Təhmirazqızı (Şirinova Səadət Təhmiraz qızı) — sənətşünaslıq üzrə fəlsəfə doktoru, "Musiqi dünyası" radiojurnalının aparıcısı, ssenari müəllifi, əməkdar mədəniyyət işçisi.
Səadət Təhmirazqızı | |
---|---|
Şirinova Səadət Təhmiraz qızı | |
Fəaliyyəti | ssenarist |
S. Hacıbəyov adına Musiqi Texnikumunun "Tarixi nəzəriyyə" fakültəsini bitirdikdən sonra təhsilini BMA-da həmin ixtisas üzrə davam etdirərək bakalavr və magistr mərhələlərini fərqlənmə diplomları ilə bitirmişdir.
1997-ci ildən Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində çalışır. Çoxlu sayda elmi məqalə və oçerklərin müəllifıdir.
2002-ci ildə "Süleyman Ələsgərov xatirələrdə", 2005-ci ildə "Nəğmədir həyat" adlı kitabları işıq üzü görmüşdür. Bu isə müəllifm üçüncü kitabıdır.
Musiqişünaslıq sahəsindəki xidmətlərinə görə "Qızıl qələm", "Məhsəti Gəncəvi" və "Gənclər mükafatı"nın laureatıdır.