Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tərəfsiz Dövlətlər Hərəkatı
Qoşulmama Hərəkatı (Non-Aligned Movement - NAM) — özlərinin formal olaraq heç bir hərbi bloka tərəf olmadığını bildirmiş 120 dövlətin üzv olduğu, digər 17 ölkənin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda çıxış etdiyi beynəlxalq təşkilat. Hərəkatın yaradılması ideyası 1955-ci ildə Bandunq konfransında (İndoneziya) irəli sürülüb. 1961-ci ildə isə Fidel Kastro və marşal İosif Broz Titonun rəhbərliyi ilə Yuqoslaviyada keçirilən konfransda Bitərəf Dövlətlər Hərəkatının yaradıldığı elan olunub. Bitərəf Dövlətlər Hərəkatına üzv ölkələrin başçıları səviyyəsində 15 sammit keçirilib. Bu hərəkatın üzvü olan 53 ölkə Afrika, 37-i Asiya, 26-sı Latın Amerikası və 2-si Avropadandır.
Sezai Temelli
Sezai Temelli (15 iyul 1963, İstanbul) — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 25, 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Sezai Temelli 15 iyul 1963-cü ildə İstanbulda anadan olub. İstanbul Universiteti İqtisadiyyat Bölməsindən məzun olub. Həmin universitetin İqtisadiyyat Bölməsində PhD dərəcəsi alıb. Uzun illər İstanbul Universiteti Siyasi və İctimai Elmlər Bölməsində müəllim olaraq çalışıb. 15 iyul 2016-cı il dövlət çevrilişinə cəhddən sonra elan edilmiş fövqəladə vəziyyət (OHAL) dövründə — 2016-cı ildə tutduğu vəzifədən azad edilib. 2018-2020-ci illərdə HDP həmsədri olub. İyun 2015-ci ildə İstanbul ilindən, 2018-ci ildə Van ilindən, 2023-cü ildə isə Muş ilindən Türkiyə Böyük Millət Məclisinin 25, 27 və 28-ci çağırışlarının deputatı seçilib. 28-ci çağırışda DEM Partiyası TBMM qrupunun sədr müavini vəzifələrində təmsil olunub. İngiliscə bilir.