Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gözəl təlxələr
Gözəl təlxələr (lat. Coluber) — Suilanıkimilər fəsiləsinə aid ilan cinsi. Bu cinsə əvvələr çoxlu növlər daxil idi.
Avropa Tələbələr Forumu
AEGEE (fr. Association des États Généraux des Étudiants de l'Europe) , yaxud Avropa Tələbələr Forumu, Avropanın ən böyük, transmilli tələbə təşkilatlarından biridir. 1985-ci ildə Parisdə əsası qoyulan AEGEE, hal-hazırda öz əlaqələrini genişləndirərək Avropanın 40 ölkəsinin 147 şəhərindən olan 13.000 tələbəni özündə birləşdirir. İdarə heyəti və baş ofisi Brüsseldə olan AEGEE-nin Rusiya, Türkiyə və Qafqaz da daxil olmaqla, Avropadakı universitet şəhərlərində 200 -dən çox yerli şöbələri (antenna) mövcuddur. Qeyri-hökumət, siyasi cəhətdən müstəqil, heç bir gəlir marağında olmayan bu təşkilat bütün sahələrdən və fakültələrdən olan tələbələrin və gənclərin üzünə açıqdır. Təşkilatın əsas məqsədi bərabərhüquqlu, demokratik və sərhədsiz - vahid Avropa məkanı yaratmaqdır. Hər il şəbəkə daxilində yüzlərlə konfrans, təlim və tədbirlər təşkil edilir. Həyata keçirilən bütün layihələr və fəaliyyətləri təşkilat üzvlərinin könüllülük prinsipləri əsasındadır. == Təşkilatın tarixi == 1985 Assosiasiyanın əsası 16 Aprel 1985-ci ildə EGEE 1 konfransının (États Généraux des Étudiants de l'Europe) nəticəsi olaraq Parisdə: Leyden, London, Madrid və Milandan olan tələbələrin toplantısı zamanı qoyulmuşdur. Bu toplantı Parisdəki beş “Grandes Écoles” ilə birlikdə qurucu prezident Franck Biancheri tərəfindən təşkil edilmişdir.
Azərbaycanlı Tələbələr İttifaqı
Azərbaycanlı tələbələr ittifaqı — Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Qərbi Avropa ölkələrinə ali təhsil almaq üçün göndərdiyi tələbələrin Almaniyada yaratdığı könüllü ictimai təşkilat. == Yaranması və Fəaliyyəti == Almaniyada qeydiyyatdan keçmişdi. İttifaqın, üzərində Azərbaycan Xalq Cümhuriyyətinin əsas rəmzlərindən olan səkkizguşəli ulduzun ətrafında Azərbaycan və alman dillərində "Azərbaycan tələbələri komitəsi. Berlin" sözləri yazılmış möhürü var idi. İttifaqın bütün işlərini xaricdə ali təhsil alan azərbaycanlı tələbələrin ümumi yığıncağında seçilmiş idarə heyəti həyata keçirirdi. İttifaqın cari işlərinə idarə heyəti tərəfindən seçilən sədr rəhbərlik edirdi. İttifaq adından Azərbaycan Hökumətinə və digər təşkilatlara göndərilən rəsmi sənədləri idarə heyətinin sədri və katibi imzalayırdı. 1923-cü ildə ittifaqın tərtib etdiyi siyahıda xaricdəki azərbaycanlı tələbələrdən 54 nəfərinin Almaniyada, 13 nəfərinin Fransada, 3 nəfərinin İstanbulda və 1 nəfərinin İtaliyada təhsil aldığı bildirilirdi. Bu siyahıda onların ixtisasları və təhsil aldıqları ali məktəblərin adları, habelə təhsillərini başa çatdırmalarına nə qədər vaxt qaldığı da göstərilirdi.
Xarici Tələbələr (1968)
Avropanın Memar Tələbələr Assambleyası
Avropanın Memar Tələbələr Assambleyası (ing. European Architecture Student Assembly) və ya qısaca EASA — Avropada memarlıqla bağlı ixtisaslarda təhsil alan tələbələrin ən böyük ictimai qurumu. == Tarixi == 1981-ci ildən etibarən Avropa ölkələrindən 400-dən çox memar tələbə hər yay Avropanın bir şəhərində toplaşaraq qurultay keçirirlər. Onlar yay tədbiri zamanı debatlar aparır, həmin şəhərin memarlığı ilə ətraflı tanış olurlar. Belə tədbirlər Yay Görüşləri adlanır. EASA-nın ilk qurultayı 1981-ci ildə İngiltərənin Liverpul şəhərində keçirilmişdir. Hər il payızda isə INCM (ing. Intermediate National Contact Meeting - azərb. Milli Əlaqələndiricilərin Görüşü‎) keçirilir. Onlar EASA davamlılığını saxlamaq üçün toplaşırlar.
Demokratik Cəmiyyət Uğrunda Tələbələr
Demokratik Cəmiyyət Uğrunda Tələbələr (İngiliscə "Students for a Democratic Society" və ya qısaca SDS) ABŞ-də tələbə fəalları hərəkatı idi. O, ölkədəki Yeni Solçuluğun nümayəndəsi olan əsas ikonalardan biri idi. 1969-cu ildəki iclasında ləğv edilməzdən əvvəl 1960-cı illərin ortalarında təşkilat çox sürətlə inkişaf etmiş və böyümüşdür. Ləğv edilməsindən sonrakı onilliklər ərzində SDS tələbə təşkilatlanmasına əhəmiyyətli təsir göstərmişdir. İştirakçı demokratiya, birbaşa fəaliyyət, radikalizm, tələbə gücü, məhdud büdcələr ilə SDS-in təşkilati strukturu müasir Amerika tələbə fəalları qruplarında müəyyən səviyyələrdə mövcuddur. Sonrakı illərdə solçu tələbə təşkilatı şəbəkələri formasında bir çox təşkilatların yaradılmasına baxmayaraq, onların heç biri SDS-in təsir səviyyəsinə çatmamış və onların əksəriyyəti ən çoxu bir neçə il yaşadıqdan sonra ləğv edilmişdirlər. 2006-cı ildə SDS-in yeni təcəssümü yaradılmışdır.
Xarici tələbələr (film, 1968)
Azərbaycanlı Tələbələr və Məzunlar Platforması
Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP, ing. Azerbaijani Students and Alumni Platform) – 2020-ci il 15 avqust tarixində təsis edilmiş qeyri-hökumət təşkilatı. Təşkilat xarici ölkələrdə təhsil alan tələbələr və artıq təhsilini başa vurmuş gənclər arasında əməkdaşlığın yaradılması hədəfləyir . Təşkilat xaricdəki tələbələr üçün əsas kommunikasiya və informasiya portalı rolunu oynayır. == Təsisi == 2020-ci il 15 avqust tarixində Azərbaycan-Britaniya Məzunları İctimai Birliyi, ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi, Litva Azərbaycanlı Gənclər Təşkilatı (AYOL), Azərbaycan İtaliya Gənclər Assosiasiyası, Benilüks Azərbaycanlı Tələbələr və Məzunlar təşkilatlarının iştirakı ilə ASAP-ın təsis konfransı keçirilmişdir. === Təsisçiləri === Hüseyn Mustafabəyli – ABŞ Heydər Ağayev – Birləşmiş Krallıq Gülay Məmmədova – İsveçrə Elmar Nazirli – Niderland Səbinə Mürsəlli – Avstriya Tural Məhərrəmov – Birləşmiş Krallıq == Məqsədləri == Tələbə və məzunlar arasında şəbəkələşmənin təmin edilməsi Gənc kadrların karyera inkişafının dəstəklənməsi Təhsilini bitirib ölkəyə qayıdan tələbələrə məzunlar tərəfindən mentor dəstəyinin göstərilməsi Azərbaycan reallıqlarının və mədəniyyətinin dünyada tanıdılması Azərbaycanla, o cümlədən, Dağlıq Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması == Vəzifələri == Xaricdə təhsilini davam etdirən və artıq məzun olmuş azərbaycanlılar arasında vahid platformanın yaradılması, onlar barədə məlumatın elektron bazada toplanması; Diplomatik nümayəndəliklərlə sıx əlaqələrin qurulması və zəruri hallarda xaricdə təhsil alan tələbələrə dəstəyin göstərilməsi; Müxtəlif fövqəladə hallar şəraitində tələbələrin operativ şəkildə məlumatlandırılması və dəstəklənməsi; Xaricdə təhsil alan tələbələrin problemlərinin müəyyən edilməsi və bu problemlərin həll edilməsi məqsədilə rəsmi şəxslərlə mütəmadi görüşlərin təşkil olunması; == Strukturu == Birliyin idarəetmə orqanları aşağıdakılardır: Ali idarəetmə orqanı olan Ümumi Yığıncaq; Cari idarəetmə orqanı olan İdarə Heyəti; İcra orqanı olan Katiblik; Nəzarət orqanı olan Nəzarət-Təftiş Komissiyası. == Fəaliyyəti == İkinci Qarabağ müharibəsi dövründə şanlı Azərbaycan Ordusunun döyüş meydanında qazandığı uğurların informasiya müharibəsi meydanında gücləndirilməsi məqsədilə Gənclərin Vahid Platformasının yaradılması Xaricdə təhsil almış məzunların birbaşa iştirakı ilə Sosial media kanalları üçün xarici dillərdə tarixi faktlara və araşdırmalara əsaslanan kontentlərin formalaşdırılması və sistemli koordinasiyası məqsədilə Dağlıq Qarabağ münaqişəsinə əsaslanan fəaliyyət qrupu yaradılması və beynəlxalq qurumlara və təşkilatlara ölkəmizdə baş verənlərlə bağlı reallığı əks etdirən rəsmi müraciətlərin ünvanlanması Sığınacaqlardakı mülki əhaliyə, hərbi hospitallara və şəhid ailələrinə yardım etmək məqsədilə aparılan sosial kampaniyalara dəstək 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanının ziyarət edilməsi və bu mövzuda 20 yanvar şahidləri ilə görüş . Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində dinc əhalinin, xüsusilə də gənclərin və uşaqların qətlə yetirilməsi ilə bağlı ATƏT, BMT, UNICEF kimi təşkilatlara müraciətlər ünvanlanıb .
Xaricdə təhsil almağa göndərilən azərbaycanlı tələbələr haqqında qərar
Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin həyata keçirdiyi ən mühüm tədbirlərdən biri də müxtəlif sahələrdə ali təhsilli mütəxəssislər hazırlamaq üçün yüz nəfər azərbaycanlı gəncin Avropanın ali məktəblərinə göndərilməsi olmuşdur. == Qərarın qəbulu == Azərbaycan Parlamentinin 1919-cu il sentyabrın 1-də keçirilən 70-ci iclasında Bakı Dövlət Universitetinin təsisi ilə yanaşı, 1919–1920 tədris ilindən başlayaraq, yüz nəfər azərbaycanlı gəncin Hökumət hesabına təhsil almaq üçün xarici ölkələrin nüfuzlu ali məktəblərinə göndərilməsi haqqında məsələ də müzakirə edilmişdir. Bu məsələ ilə əlaqədar Əhməd bəy Pepinovun məruzəsi ətrafında müzakirələrdə Rəhim Vəkilov, Abdulla bəy Əfəndizadə, Rza bəy Ağabəyov, Məmmədrza ağa Vəkilov, Qasım bəy Camalbəyov, Qara bəy Qarabəyli, Muxtar Əfəndizadə, Ağa Aşurov, xalq maarifı naziri Rəşid xan Qaplanov və b. çıxış edərək, ölkə iqtisadiyyatının elm, təhsil və mədəniyyətinin gələcək inkişafı üçün tələbələrin xarici ölkələrdə ali təhsil almağa göndərilməsinin əhəmiyyətini vurğulamışlar. 1919–1920 tədris ilində xaricdə təhsil almağa göndəriləcək tələbələr barədə Azərbaycanın Cümhuriyyəti Parlamentinin xaricdə təhsil almağa göndərilən azərbaycanlı tələbələrə vəsait ödənilməsi haqqında qərarı ilə bu iş üçün dövlət xəzinəsindən xalq maarifi nazirliyinin sərəncamına 7 milyon manat vəsait ayrılmışdı. Avropa ali məktəblərinə göndərilən hər tələbəyə ayda 400 frank təqaüd və 1000 frank yol xərci, Rusiya ali məktəblərinə göndəriləcək tələbələrə isə hər ay 3 min rubl təqaüd və 1000 manat yol xərci ayrılmalı idi. Xaricə göndəriləcək tələbələri seçmək üçün Xalq Maarifi Nazirliyi yanında Məhəmməd Əmin Rəsulzadə (sədr), Əhməd bəy Pepinov, Qara bəy Qarabəyov, Mehdi bəy Hacınski və Abdulla bəy Əfəndizadədən ibarət çox nüfuzlu münsiflər heyəti yaradılmışdı. Münsiflər heyətinin diqqətlə seçdiyi tələbələrdən 10 nəfərinin İngiltərəyə, 23 nəfərinin İtaliyaya, 45 nəfərinin Fransaya, 9 nəfərinin Türkiyəyə göndərilməsi nəzərdə tutulurdu. Nəticədə isə Xalq Maarifi Nazirliyi tərəfindən xaricə göndərilən tələbələrdən 49 nəfərinə Almaniyanın, 27 nəfərinə Fransanın, 4 nəfərinə İtaliyanın, 1 nəfərinə İngiltərənin, 6 nəfərinə isə Türkiyənin müxtəlif ali məktəblərinə göndərilmələri barədə rəsmi sənəd verilmişdi. Qalan 13 nəfər isə Rusiyaya göndərilməli idi.