Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Os temporale
Gicgah sümüyü (lat. os temporale) — kəllənin beyin şöbəsinə aid cüt sümüklərdəndir. Kələ əsasının və yan divarlarının təşkilində iştirak edir. Onda eşitmə mə müvazinət üzvüləri, daxili yuxu arteriyası, "S"-bənzər cibin bir hissəsi, dəhliz-ilbiz siniri və üz siniri, üçlü sinirin düyünü, azan sinirinin şaxələri və dil-udlaq siniri yerləşir. Gicgah sümüyü üç hissədən ibarətdir; bunlar xarici qulaq dəliyini — lat. porus acusticus externus əhatə etmişdir. Bu dəlik öz növbəsində xarici qulaq keçəcəyinə — lat. meatus acusticus externus açılır. Xarici qulaq dəliyindən yuxarı və ön tərəfə pullu hissə və ya gicgah pulu — lat. pars squamosa (sqama temporalis — BNA), ön və aşağı tərəfdə təbil hissə — lat.
Tempera
Tempera (yumurta temperası kimi də adlandırlır)— suda həll oluna bilən yapışdırıcı maddəli rəngli piqmentlərdən ibarət olan davamlı, tez-quruyan rəssamlıq texnikasıdır (yapışqanlı maddə kimi adətən yumurta sarısı və ya digər xüsusi maddələr istifadə edilir). Tempera rəsmləri uzunmüddət yaxşı vəziyyətdə qala bilir və bunlara hələ bizim eranın birinci əsrlərində mövcud olmuş rəsmlər nümunə ola bilər. Yumurta temperası 1500-cü illərdən sonraya qədər də rəssamlıqda əsas üsul idi, ancaq yağlı boyakarlığın kəşfi yumurta temperasını əvəz etdi. Bir qayda olaraq, poster boyası kimi ABŞ-də istifadə olunan yapışqan maddəli və piqmentlərdən ibarət boya tez-tez "tempera boyası" adlanır. Bu boya ənənəvi tempera boyasından yapışdırıcı və xüsusi maddələrin olması ilə fərqlənir. == Tarixi == Tempera rəssamlığına aid nümunələr qədim Misirdə sarkofaq üzərindəki bəzəklərdə tapılıb. Fayum mumiya portretlərinin çoxunda tempera, bəzən isə enkaustika boyakarlığının (isti mum boyakarlığı) birləşməsindən istifadə olunub. Müvafiq rəssamlıq texnikası Hindistanın daş məbədlərində və bir neçə mağaralarında tapılmış qədim və erkən orta əsr rəsmlərində də istifadə olunmuşdur. Temperanın köməyi ilə yüksək keyfiyyətli incəsənət nümunələri eramızın IV və X əsrlərində Baq mağarasında və eramızın VII əsrində Orissadakı Ravan Chhaya qaya sığınacağında yaradılıb. Bu rəssamlıq texnikası Avropada orta və erkən intibah dövrü və Bizans cəmiyyətində panel boyakarlığı və İllüminati əlyazmalarında istifadə olunan əsas vasitə idi.
Tempura
Tempura (天ぷら, tenpura) – Yaponiya mətbəxində dərin yağda qızardılmış dəniz məhsulları və tərəvəzlər. == Tarix == Tempura ilk dəfə XVI əsrin sonlarında portuqallar tərəfindən Yaponiya mətbəxinə daxil edilmişdir. "Tempura" sözü portuqal dilində xristian orucluğunu bildirən "tempora" (azərb. "vaxt periodu"‎) sözündən gəlir. Portuqal katoliklər orucluq vaxtı balıq yeyirdilər. Tempura, xüsusilə, XVIII əsrin sonlarında Yaponiyada populyar olmuşdur və yatay adlandırılan səyyar küçə piştaxtlarında satılırdı. == Hazırlanması == Təzə inqredientlər xəmir qarışığına batırılır və qaynar yağda dərin qızardılır. İnqredinet olaraq krevet, kalmar, dəniz darağı, bir çox balıq növü kimi dəniz məhsulları və ya badımcan, göbələk, şirin kartof, yaşıl bibər və lotus kökü dilimləri kimi mövsümi tərəvəzlərdən istifadə olunur. Bir çox qızartma xörəklərdən fərqli olaraq tempura yüngül və dadlı yemək hesab olunur. Qızartma üçün istifadə olunan xəmir qarışığı "koromo" adlanır; buzlu su ilə qarışdırılmış yumurta və un qarışığından ibarətdir.
Nemoral lekanora
Nemoral lekanora (Elmi adı - Lecanora nemoralis) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar"kateqoriyasına aiddir – VU D2. Nadir növdür. == Qısa morfoloji təsviri == Tallomun diametri 10 sm, nazik, hamar, dənəvər və azacıq çatvaridir. Apotesilər iridir, diametri 2 mm-ə çatır. Tallom üzərində səpələnmiş komacıq formasındadır. Apotesi diski sarımtıl qəhvəyidən qəhvəyiyə kimi, cavan apotesilər çökük yaşlılar isə qabarıqdır. Tallomun qıraqları qalındır, əyri dişvaridir, talloma nisbətən açıq rənglidir. Tallom KOH təsirindən saralır. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Mezofit növdür, apotesilər vasitəsi ilə çoxalır. == Yayılması == Quba rayonu, şəhər mərkəzi parkında (cükədə); Qusar rayonu caqar kəndi ətrafında, meyvə bağında (almada); Qəbələ rayonu Muxas kəndi ətrafında meşədə (ağcaqayın), 660–1250 m hündürlükdə rast gəlinir.