Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
TAROM
TAROM — Rumıniyada bir hava yolu şirkətidir və Rumıniyanın ilk milli havayoludur. Qərargahı Buxarestdədir. == Tarix == Ruminiyada ilk aviaşirkəti kimi 1920-ci ildə CFRNA adı ilə qurulmuş, 1954-cü ildə yenidən qurulanda TAROM adını almışdır. 26 ölkənin 54 nöqtəsinə reysləri var.
Tarot
Tarot — orta əsrlərdə yaranan 78 kartdan ibarət oyun dəstəsidir. Psixoloji dəstək məqsədləri üçün istifadə olunmağa başlansa da, kəhanət və falçılıqla bu günə qədər gəlib çatmışdır. Ənənəvi olaraq Tarot 22 böyük arkana və 56 kiçik arkana kartlarından ibarətdir.Kiçik arkana kartları klassik iskambil kartlarının (oyun kartları) ilkin variantıdır. == Etimologiyası == Tarot sözü ilk dəfə 1500-cü illərdə italyan dilində "tarocchi" və fransızca "taraux" olaraq rastlanılıb. Sözün mənşəyinin ərəbcə "tarh" (toplama, qoymaq, getmək) sözünə dayandığına inanılır.İlk zamanlarda bu kartlar Tarocchini kimi kart oyunları oynamaq üçün istifadə edilən oyun kartları idi. İtalyan köklərindən Tarot kartları Avropanın çox hissəsinə yayıldı və Alman Grosstarok,Fransız tarot, Avstriya Königrufen kimi modern oyunlar ailəsinə çevrildi .18-ci əsrin sonlarında fransız okkultistləri öz tarixləri və mənaları ilə bağlı mürəkkəb lakin əsassız iddialar irəli sürdülər ki bu da tarot kartlarının oxunması yolu ilə kəhanəttə istifadə üçün oraya çıxmasına yol açdı.
Thunb.
Karl Peter Tunberq (isv. Carl Peter Thunberg, 1743—1828) — İsveç alim-təbiətçisi. == Əsas əsərləri == "Flora Japonica" (lat.) Лиц., 1784. "Resa uti Europa, Africa, Asia, förrättad åren 1770-1779" (isveç.) Uppsala, 1788. "Periculum entomologicum" (lat.) Uppsala, 1789. Samuel Törner ilə birgə. "Dissertatio Entomologica novas insectorum species sistens" (lat.) Uppsala, 1781—1791. "Museum naturalium Academiae Upsaliensis" (lat.) "Descriptiones insectorum suecicorum" (lat.) Uppsala, 1792. "Flora Capensis" (lat.) Uppsala, 1818. "Ichneumonidea Insecta" (lat.) СПб., 1822 и 1824.
Toros
Toros (rus. торос, ing. ice hummock) — su hövzələrinin dəniz , çay, göl buz örtüyündə, buz sahələrinin bir-birinə, eləcə də sahilə təzyiqi sıxılması və onların kənarlarının qırılması nəti-cəsində əmələ gəlmiş və üst-üstə toplanmış buz parçaları.
Tromb
Tromb — (r trombe, ital. tromba — hərfi mənada "boru" deməkdir) — atmosferin burulğanlı, diametri yüz metrədək çatan, çox güclü şaquli hərəkətidir. Tromb quru üzərində ilin isti dövründə tropik kontinental havada, atmosferin termik stratifikasiyası qeyri-sabit olan zaman baş verir. Trombda küləyin sürəti 50–100 m/saniyə olub, yüksək dağıcıdı qüvvəyə malikdir. Tromb ABŞ-də müşahidə edilən tornadoya oxşayır. == Metereoloji tromb == Metereoloji tromb- atmosferin burulğanlı çox güclü, şaquli hərəkətidir. Tromb qurunun üstündə ilin isti dövründə tropik kontinental, atmosferin stratifikasiyası qeyri-sabit olan zaman baş verir. Tromb kiçik ərazidə (diametri bir neçə 10 metr), iti sürətlə (tromb zamanı küləyin sürəti 50–100 m/san-yə çatır) və eni 100 m-ə qədər zolaqda böyük dağıdıcı qüvvəyə malik olur. Tromb ABŞ-də baş verən tornadoya oxşayır. Onun təkrarlanması son 10–35 ildə 8–10 dəfə artmışdır.
Thoa
Gnetum (lat. Gnetum) — bitkilər aləminin qnetokimilər şöbəsinin knetum dəstəsinin gnetaceae fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == Gnemon Rumph. ex Kuntze Thoa Aubl. Abutua Lour. Arthostema Neck.
Tron
Taxt ya Tron(yun. θρόνος) — bərli-bəzəkli hökmdar oturacağı. Monarxiya, hökmdar və onun hakimiyyətinin rəmzi.
Troq
Troq — çayların əmələ gətirdiyi xüsusi dərələr. Relyef formalarının yaranmasında buzlaqların rolu böyükdür. Uca dağlardakı buzlaqlar dərələrlə aşağı hərəkət edərkən çay dərələrindən fərqlənən təknəvari dərələr əmələ gətirir. Troq adlanan bu dərələrin yamacları dik, dibi hamar olur. Troq dərələrinin dibində, buzlaq dilinin qurtardığı yerdə toplanan qırıntı materiallarından ibarət təpə və tirələr (moren tirələri, təpələri) əmələ gəlir.
Alyona Tiron
Alyona Dimitriyevna Tiron (rus. Алёна Димитриевна Тирон, 8 dekabr 1993, Novosibirsk) — Rusiya reqbiçisi, MOİK komandasının və Rusiya reqbi milli komandasının müdafiəçisi. Qadınlardan ibarət Rusiya reqbi millisinin kapitanı. 2014, 2016, 2017, 2018 və 2019 Avropa çempionu. Rusiyanın əməkdar idman ustası. == Həyatı və karyerası == Alyona reqbi ilə məşğul olmamışdan əvvəl, 15 yaşında olarkən yüngül atletika ilə məşğul olmağa başlayıb. Yüngul atletika üzrə Rusiya çempionatının gümüş və bürünc mükafatçısı olub. Sibir Federal Universitetində təhsil alıb. Universitetdə oxuduğu zaman, universitet komandasının tərkibində Rusiya gənclərinin III Yay spartakiadasının gümüş mükafatçısı olub. Alyona 2011-ci ildə Omsk şəhərində Sibir Federal dairəsinin yarışlarında çıxış edərkən, "Yenisey-STM" reqbi klubunun məşqçisi Vladimir Nikolayeviç Demonov onun çıxışını görür və ona reqbiyə keçməyi təklif edir, lakin o, imtina edir.
Axpyur Serob
Axpyur Serob (erm. Աղբյուր Սերոբ) - - Osmanlı imperiyası sərhədləri daxilində fəaliyyət göstərmiş Daşnaksütun terrorçusu, qaçaq.
Cənubi Tirol
Cənubi Tirol — İtaliyanın Trentino-Cənubi Tirol bölgəsində yerləşən əyalət. İtalyanlar əraziyə Alto Adige ("Yuxarı Adige") də deyirlər. Əyalətin mərkəzi Bozen şəhəridir. Əhalisinin 64%-i Avstriya Bavariyalıları ve ya Tirolyandır, ana dil olaraq alman dilində, 25%-i isə ana dili olaraq italyan dilində danışır. Yerdə qalan əhali isə müxtəlif dillərdə danışır. Regionda əhəmiyyətli dərəcədə muxtar səlahiyyətlər var. Cənubi Tirol, geniş qanunvericilik, icra və maliyyə səlahiyyətləri ilə 2011-ci ildən həm İtaliya, həm də Avropa Birliyinin ən zəngin bölgələrindən biridir. == Coğrafiyası == Əyalətin sahəsi 7.399 km²-dir və 116 bələdiyyədən ibarətdir..
Jan Tirol
Jan Tirol (fr. Jean Tirole; d. 9 avqust 1953) — fransız iqtisadçı. 2014-cü ildə Böyük firmaların bazar gücü və idarəetməsi mövzusundakı tədqiqatlarına görə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Araşdırdığı sahələr arasında sənayenin təşkili, böyük firmaların idarə edilməsi, oyunlar nəzəriyyəsi, maliyyə, bank işi və iqtisadiyyat psixologiyası əsas yerləri tutur. == Təhsili == Jan Tirol 1976-cı ildə Fransa Politexnik Məktəbindən və daha sonra 1978-ci ildə Paris Yol və Körpü Milli Məktəbindən mühəndislik diplomu almışdır. 1978-ci ildə Paris-Dofin Universitetində doktorluq dərəcəsinə yüksəlmiş və daha sonra 1981-ci ildə ABŞ-də, Massaçusets Texnologiya İnstitutunda İqtisadi nəzəriyyə üzrə esselər (ing. Essays in economic theory) adlı bir doktorluq dissertasiyası müdafiə edərək doktorluq dərəcəsi qazanmışdır. == İşlədiyi yerlər == 1981-ci ildə ABŞ-də Massaçusets Texnologiya İnstitutunda doktorluq aldıqdan sonra 1984-cü ilə qədər Paris Yol və Körpü Milli Məktəbində, Fransada araşdırmaçı olaraq çalışmışdır. 1984-1991-ci illərdə Massaçusets Texnologiya İnstitutunda iqtisad professoru vəzifəsini yerinə yetirmişdir və bu gün də həmin universitetdə "qonaq professor" olaraq fəaliyyət göstərməkdədir.
Ranunculus thora
Ranunculus thora (lat. Ranunculus thora) — qaymaqçiçəyikimilər fəsiləsinin qaymaqçiçəyi cinsinə aid bitki növü.
Turab Canbaxışov
Turab Qələndər oğlu Canbaxışov (27 noyabr 1981, Kurqan) — Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının II mama-ginekologiya şöbəsinin müdiri; Bona Dea International Hospitalın ginekoloq həkimi. == Həyatı == Turab Canbaxışov 27 noyabr 1981-ci ildə Rusiyanın Kurqan şəhərində anadan olmuşdur. 1999-cu ildə Bakı şəhərində 17 saylı orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Tibb Universitetinin "Müalicə-profilaktika" fakültəsinə qəbul olmuşdur. 2005-ci ildə Azərbaycan Tibb Universitetini "müalicə işi" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2005–2011-ci illərdə Türkiyənin İzmir şəhərində Dokuz Eylül Universitetinin "Mamalıq və qadın xəstəlikləri" (ginikologiya) ixtisası üzrə uzmanlıq təhsili almışdır. Uzmanlıq təhsilini bitirdikdən sonra nəzəri və praktik imtahanlardan yüksək bal topladığına görə Doqquz Eylül Universitetinin rəhbərliyi və Türkiyə Cumhuriyyətinin YÖK-ü tərəfindən həmin kafedrada uzman-asissent vəzifəsində saxlanılmış, 2013-cü ilin dekabr ayına qədər həmin vəzifədə çalışmışdır. 4 mart 2014-cü ildən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının II mama-ginekologiya şöbəsində həkim mama-ginekoloq işləmiş, 20 may 2014-cü ildən isə həmin şöbənin müdiri, assistenti vəzifəsində çalışmağa başlamışdır. Liv Bona Dea İnternational Hospitalda həkim mama-ginekoloq olmaqla mama-ginekologiya şöbəsinin rəhbəridir. Elmi məqalələri Türkiyədə və müxtəlif xarici ölkələrdə çap olunmuşdur. Doktorluq dissertasiyası üzərində işləyir.
Turab Məmmədov
Turab Süleyman oğlu Məmmədov (10 may 1911, Qaradağlı, Şuşa qəzası – 1986, Qaradağlı, Ağdam rayonu) — Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == Turab Süleyman oğlu Məmmədov 1910 ildə Ağdamın Qaradağlı kəndində dünyaya gəlmişdir. Böyük Vətən müharibəsi iştirakçısıdır. 1932-1963 illərdə Ağdamın Telman adına kolxozunda kolxozçu, briqadir, sədri vəzifəsində çalışmışdır. Turab Məmmədova 1947-ci ildə Sosialist Əməyi Qəhrəmanı adı verilmiş, 2 dəfə Lenin ordeni, medallarla təltif edilmişdir. Turab Məmmədov Ümumdünya sülh tərəfdaşları konqresində (Moskva, 1949) iştirak etmişdir. Azərbaycan Kommunist Partiyasının XVIII, XIX, XXII, XXIV qurultaylarının nümayəndəsi olmuşdur. Turab Məmmədov 1986-cı ildə Ağdamda vəfat etmişdir.
Turab Quliyev
Turab Əlisafa oğlu Quliyev (10 aprel 1990; Sabirabad rayonu, Azərbaycan SSR — 4 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Turab Quliyev 1990-cı il aprelin 10-da Sabirabad rayonunun Xilə Mirzəli kəndində anadan olub. Ailəli idi. Bir qızı və bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Turab Quliyev 2008-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2017-2020-ci illərdə isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. Azərbaycan Ordusunun əsgəri olan Turab Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Turab Quliyev oktyabrın 4-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Hacıqabul şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Turab Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
İrəli, Tirol
İrəli, Tirol (alm. Vorwärts Tirol‎) — Avstriyanın Tirol əyalətində fəaliyyət göstərən siyasi partiya. Əsası 2013-cü il Tirol seçkiləri ərəfəsində Anna, Hosp, Hans Lindenberger və Kristina Oppits-Plörer tərəfindən qoyulmuşdur. Seçkilərdə 9,54% toplayan partiya yerli Landtaqda 4 mandat əldə etmişdir.
Şarliz Teron
Şarliz Teron (7 avqust 1975[…]) — CAR-da doğulmuş ABŞ aktrisa, kinoprodüser və modeli. == Həyatı == Hollivudun ən gənc ulduzlarından Charlize Theron 7 avqust 1975-ci ildə Cənubi Afrikanın Benoni şəhərində dünyaya göz açmışdır. Aktrisa kasıb ailədə böyümüşdür. Atası yol şirkətində fəhlə kimi çalışırdı. Theron uşaqlığının böyük bir hissəsini ailəsinin yaşadığı fermada keçirib. Orada yaşadığı vaxtlar ərzində o, bir neçə yerli dildə danışmağı öyrənir. 6 yaşı olarkən ailəsinin və yaşadığı fermanın sahiblərinin də maddi köməyi ilə balet öyrənməyə başlayır. Qısa bir müddətdən sonra balet təhsilini professionallaşdırmaq üçün Yohannesburq şəhərinə dəvət alır. Orada oxumağa başlayan aktrisa artıq 13 yaşı olarkən bədbəxt hadisə baş verir. Valideynləri arasında baş verən münaqişə nəticəsində anası atasını qətlə yetirir.
Əhrab (Təbriz)
Əhrab — Təbriz şəhərinin mərkəz hissəsinin tarixi və qədim bələdiyyə məhəllələrindən biri. Təbrizin tarixi binalarından olan Şirkət binası bu məhəllədə yerləşir. == Məşhur şəxsləri == Mahmud Şatiryan (1944-2006) - məşhur tarzən və musiqişünas. 1944-cü ildə Təbriz şəhərinin Əhrab məhəlləsində anadan olmuşdur. Nəsrullah Medqalçı (d. 1944 29 sentyabr) - dublyaj aktyorudur. 1944-ü ildə Təbriz şəhərinin Əhrab məhəlləsində anadan olmuşdur. Hüseyn Xundəl - əsasən Azərbaycan dilində şerlər yazan şairdir. Əhrab məhəlləsində anadan olmuşdur.
Toros Toromanyan
Toros Arutyunoviç Toromanyan (həmçinin Toramanyan, erm. Թորոս Հարությունի Թորամանյան; 18 mart 1864 – 1 mart 1934, İrəvan) — erməni mənşəli Osmanlı və SSRİ memarı və arxeoloqu, Ermənistan memarlıq tarixinin tədqiqatçısı. Ermənistan SSR əməkdar elm xadimi (1933). == Həyatı == 1864-cü ildə Osmanlı imperiyasının Şapin-Karahisar şəhərində anadan olmuşdur. O, Konstantinopol Rəssamlıq Akademiyasını bitirdikdən sonra Konstantinopolda, sonra 1896-cı ildə köçdüyü Bolqarıstanda, həmçinin Rumıniyada şəxsi və ictimai binaların layihələndirilməsi ilə məşğul olmuşdur. 1902-ci ildə Toramanyan Aniyə ekspedisiyada iştirak etmək təklifini qəbul etmişdir. O, 1903-cü ildə buraya gəlmiş və Nikolay Marrın ekspedisiyasına qoşulmuşdur. 1904-cü ildə Toramanyan arximandrit Xaçik Dadyanın dəvəti ilə Zvartnots kilsəsinin qazıntılarına qoşulmuşdur. O, 1905-ci ildə tədqiqatının nəticələrini "Zvartnots məbədi" əsərində dərc etmişdir. 1921-ci ildə Ani Türkiyə ərazisinin bir hissəsi olduqdan sonra Toramanyan orada tədqiqat aparmaq imkanını itirmişdir.
Toros qurbağası
Toros qurbağası (lat. Pelophylax ridibundus) — Türkiyədə orta uzunluğu 6 sm-dən 7,5 sm-ə qədər olan Ranidae fəsiləsindən olan endemik qurbağa növüdür. Bundan əlavə, dünyada oxumayan yeganə qurbağa növü Toros qurbağasıdır. Orta Toroslarında yerləşən Bolkar dağlarında yalnız Çiniligöl (2600 m.) və Qaragöldə (2500 m.) yaşadığı düşünülürkən 2007-ci ildə aparılan araşdırmalar nəticəsində onun bu dağın 3000 m yüksəkliyində, Əyrigöl bölgəsində yaşadığı ilk dəfə müəyyən edilib. Bu növün morfoloji quruluşu arxa tərəfində sarı, yaşıl və qara naxışlarla müşahidə oluna bilər, qarın isə çəhrayı və ya sarımtıl rəngdədir. Onların əsas qidası göl kənarındakı çəmənliklərdə yaşayan böcəklər və digər buğumayaqlılardır. 1990-cı illərdə Toros qurbağasının kürü tökdüyü göllərə düşünülmədən gətirilən güzgü sazan balığı səbəbindən nəsli kəsilmək təhlükəsi ilə üzləşib. Toros qurbağalarının yaşayış yeri çox dardır, ona görə də onların nəsli təhlükə qarşısındadır. Bu qurbağaların məskəni olan dağ göllərinə gedən yolların uzadılmaması, düşərgəyə icazə verilməməsi və göllərə nəzarət edilməsi ilə növlərin qorunması mümkündür. 2007-ci ilin oktyabrında Niğdə Ekologiya və Meşə İl Müdiri Metin Süzgəç Toros qurbağalarının sayında əhəmiyyətli artım müşahidə etdiklərini açıqlamışdır.
Melisa Toros
Melisa Toros (28 iyul 1986, İstanbul) — türkiyəli aktrisa və aparıcı. O, "S'nek" kanalında Fulya və Neşe ilə "əks cinsin casusları" adlı televerilişin aparıcısı olub. 2013-cü ildə "Show TV"də "Hər şey yolunda mərkəz" teleserialında rol alıb. O, çox gənc yaşlarından balet və musiqi təhsili alıb. Bir neçə ildir ki, aktyorluğa maraq göstərir. O, aktyorluq təhsili alıb, Beykent Universitetinin aktyorluq fakültəsinə daxil olub. Bu arada o, Anadolu Universitetində ictimaiyyətlə əlaqələr üzrə təhsil alır.
Taron Egerton
Taron David Egerton (10 noyabr 1989, Berkenhed[d], İngiltərə) — britaniyalı aktyor.
Three Days Grace
Three Days Grace – Kanada rok musiqi qrupu. == Haqqında == 1992-ci ildə Ontario, Kanadada yaradılmışdır. Qrupun ilk adı Groundswell olsa da, daha sonra 1995-ci ildə qrupa gitaraçı və vokalçı Adam Qontier, zərb alətləri və köməkçi vokalçı Nil Sanderson və bas gitara Bred Uolst qrupa üzv oldu. 1997-ci ildə isə qrup adını dəyişərək Three Days Grace etdi. Daha sonra qrupun gitaristi Berri Stok gələrək qrup tamamlanmış oldu. Alternativ rok/metal, hard-rok üslubun da ifa etməyə başladı. Qrupun ilk studio albomu 2003-cü ildə "Three Days Grace" adlı albomu olmuşdur. Albomdan sonra qrup həmən ildə iki "I Hate Everything About You" və "Just Like You" sinqllarını çıxartdı. == Dəyişiklik haqqında == Qrupun əsas vokalisti olan Adam Qontier, 2013-cü ildə qrupdan ayrılmaq istədiyini bildirmişdir. O bunu onun sağlamlığı ilə əlaqədar olduğu üçün etmişdir.
Tirol İnsbruk FK
Tirol (İnsbruk) — Avstriyanın futbol klubu == Tarixi == == Avropa kuboklarında iştirak == 12 dəfə Avropa kuboklarında iştirak edib.