Toros Arutyunoviç Toromanyan (həmçinin Toramanyan, erm. Թորոս Հարությունի Թորամանյան; 18 mart 1864[1] – 1 mart 1934[2][1], İrəvan[1]) — erməni mənşəli Osmanlı və SSRİ memarı və arxeoloqu, Ermənistan memarlıq tarixinin tədqiqatçısı. Ermənistan SSR əməkdar elm xadimi (1933).
Toros Toromanyan | |
---|---|
erm. Թորոս Թորամանյան | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 mart 1864[1] |
Vəfat tarixi | 1 mart 1934[2][1] (69 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
İşləri və nailiyyətləri | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
1864-cü ildə Osmanlı imperiyasının Şapin-Karahisar şəhərində anadan olmuşdur. O, Konstantinopol Rəssamlıq Akademiyasını bitirdikdən sonra Konstantinopolda, sonra 1896-cı ildə köçdüyü Bolqarıstanda, həmçinin Rumıniyada şəxsi və ictimai binaların layihələndirilməsi ilə məşğul olmuşdur.
1902-ci ildə Toramanyan Aniyə ekspedisiyada iştirak etmək təklifini qəbul etmişdir. O, 1903-cü ildə buraya gəlmiş və Nikolay Marrın ekspedisiyasına qoşulmuşdur. 1904-cü ildə Toramanyan arximandrit Xaçik Dadyanın dəvəti ilə Zvartnots kilsəsinin qazıntılarına qoşulmuşdur. O, 1905-ci ildə tədqiqatının nəticələrini "Zvartnots məbədi" əsərində dərc etmişdir.
1921-ci ildə Ani Türkiyə ərazisinin bir hissəsi olduqdan sonra Toramanyan orada tədqiqat aparmaq imkanını itirmişdir. 1923-cü ildə Ermənistan SSR-də Qədim Abidələrin Mühafizəsi Komitəsi təsis edilmiş, Toramanyan onun üzvü olmuşdur. O, komitənin tərkibində Üçkilsə kafedralının yenidən qurulmasında iştirak etmişdir.
Toromonyan 1930–1932-ci illərdə İrəvanda Ermənistan Tarix Muzeyinin memarlıq şöbəsinə də rəhbərlik etmişdir. O, Dünya Erməni Konqresinin üzvü olmuşdur. 1934-cü ildə vəfat etmişdir.