Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Topoloji izolyator
Topoloji izolyator – həcmin daxilində dielektrik (izolyator) olan, səthin üstündə isə elektriki keçirən xüsusi tip materialdır.Topoloji izolyatorun nümunəsi kimi çox incə (əks halda lazımi effekt alınmır) civə təbəqəsi plyonkası və əvvəlcə laboratoriyada alınmış, sonra isə təbiətdə təsbit olunmuş kavatsulit mineralı çıxış edə bilər. Hal-hazırda dünyada multidissiplinar xarakterli elmi tədqiqatlar geniş vüsət alır. Kimya fizika və materialşünaslığın qovşağında elmi araşdırmaların ən prioritet istiqamətlərindən biri yüksək texnologiyalar üçün qabaqcıl materialların alınmasının elmi əsaslarının yaradılmasıdır. Bu materiallara topoloji izolyatorlar (Tİ), günəş enerjisi çeviriciləri üçün daha effektiv fotovoltaik materiallar və nəhayət yeni sinif yarımkeçirici-ferromaqnetiklər və termoelektriklər daxildir. Məlumdur ki, bu materialların yaradılmasında baza fazaları kimi metalların xalkogenidlərindən və onlar əsasında çoxkomponentli fazalardan istifadə olunur. Alternativ enerji mənbələri, mülki və hərbi sənaye və həmçinin, informasiya texnologiyaları üçün yuxarıda qeyd olunan innovativ materiallar arasında topoloji izolyatorlar xüsusi yer tutur. Maddənin bu xüsusi kvant halı cəmi bir neçə il öncə kəşf edilmişdir və onların araşdırılması yüksək texnologiyalar fizikası və kimyası sahəsində hazırda ən prioritet məsələlərdən biridir (Moore. The Birth of Topological İnsulators. Nature, 464, 7286, 2010). Tİ-də elektronlar kristalın həcmində deyil səthi boyunca hərəkət etməklə kvant spin Holl effekti nümayiş etdirir.
Dillərin tipoloji bölgüsü
Linqvistik tipologiya və ya dillərin morfoloji təsnifatı — alman əsilli ədəbiyyat tarixçisi, tərcüməçi, yazıçı və filosof Avqust Vilhelm Şleqel-Humbolt tərəfindən işlənib hazırlanmış morfoloji dil təsnifatı daha geniş yayılmışdır. Bu təsnifat dünya dillərini dörd tipə bölür: Köklü və yaxud təcrid olunan dillər; Aqlyutinativ (iltisaqi) dillər; Flektiv dillər; İnkorpor edilənlər. == Dünya dilləri tiplərinin əsas xüsusiyyətləri == Birinci tipin xüsusiyyəti ondadır ki, sözlər morfoloji cəhətcə dəyişməz vəziyyətdə olur. Sözlərdə qramatik məna verən affikslər yoxdur. Cümlədə sözlər bir-birindən təcrid olunmuş vəziyyətdə yerləşir. Burada sözlər arasında əlaqə sintaksis olaraq, yəni sözlərin ardıcıllığı köməkçi sözlər, ritm və intonasiya vasitəsilə müəyyən olunur. Məs. qədim çin, yapon və koreya dilləri təcrid dillərdir. Məs. çin dilində sözlər cümlədəki yerlərindən asılı olaraq müxtəlif məna daşıyır.
Aspirant teoloji birliyi
Aspirant teoloji birliyi, QTU (ing. Graduate Theological Union) — Berkli şəhərində doqquz müstəqil seminariya və on bir tədqiqat mərkəzinin birləşməsi. == Tarixi == QTU 1962-ci ildə qurulmuşdur və Berkli Kaliforniya Universitetinin törəməsidir. QTU-nun İlahiyyat Fakültəsi ABŞ-də ən böyüyüdür. QTU, Berklidəki Kaliforniya Universitetinin və Stanford Universitetinin kitabxanaları tərəfindən qəbul edilməsinə nəzarət edilən dünyanın ən böyük teoloji kitabxanalarından birini saxlayır. QTU-nun məktəb və seminariyalarının əksəriyyəti Kaliforniya Universitetinin Berkli şəhərciyinə bitişikdir. Tələbə sayı təxminən 1300 nəfərdir. QTU məktəblərinin ənənəvi teoloji fənlərdən əlavə tədris proqramı humanitar, mədəni və tarixi tədqiqatlar, mənəviyyat, fəlsəfə və fənlərarası tədqiqatları əhatə edir. QTU, aşağıdakı magistr dərəcələri üçün təhsil proqramları təklif edir: Sənət Ustası, İlahiyyat Magistri, İlahiyyat Magistri və (Berklidəki Kaliforniya Universiteti ilə əməkdaşlıqda) PhD və İlahiyyat Doktoru. Xristianlıq (Protestantizm, Katoliklik, Yunan Pravoslavlığı), İslam, Yəhudilik və Buddizm kimi dini ənənələrin nümayəndələri QTU-da təhsil alırlar.
Bakı Zooloji Parkı
Bakı Zooloji Parkı və ya qısaca Bakı zooparkı (ing. Baku Zoo) – Azərbaycanın Bakı şəhərininin Nərimanov rayonunda, Dədə Qorqud parkının və ADA Universitetinin yanında yerləşən zooloji park. Qafqaz regionunun ən kiçik zooparkıdır. Qızılqaz zooparkın simvolik canlısıdır. == Tarixi == XX əsrin əvvəlindən başlayaraq Bakıda zooloji parkın yaradılması üçün müxtəlif cəhdlər olub, kiçik kolleksiyaları ilə fərqlənən özəl zooloji sərgilər fəaliyyət göstərib. 1923-cü ildə Bakıda ilk özəl heyvanxana fəaliyyət göstərib. 14 dekabr 1928-ci ildə isə Xətai rayonunun keçmiş Lunaçarski parkında (indiki Nizami parkı) zoobağ açılıb. Bu tarix Bakı Zooloji parkının yaradılma tarixi kimi qəbul edilir. Zoobağ 2 yanvar 1942-ci ildə rəsmi olaraq zooparka çevrilsə də, rəsmi açılışı 1945-ci ildə baş tutub. Zooloji park 1958-ci ildə Bayıl ərazisinə köçürülüb.
London Zooloji Parkı
London zooparkı (ing. London Zoo) — İngiltərənin paytaxtı London şəhərində yerləşən zooloji park. Dünyanın ilk və ən qədim zooparkı hesab olunur. == Haqqında == London zooparkı 27 aprel 1828-ci ildə açılmışdır. İlk açıldığında bura gətirilən növlərin elmi təcrübələrdə istifadə olunması planlaşdırılmışdı. Amma 1847-ci ildə xalqa açılmışdır. Hazırda 806 növdə olan 19.178 heyvanla Böyük Britaniyanın ən böyük zooparkıdır. London Zooloji Parkı 1980-ci illərdə maddi sıxıntı keçirməyə başlamışdır. 1991-ci ildə parkın bağlanması xəbəri yayılmışdır. Amma London Zooparkı vombat, Tasmaniya şeytanı kimi növlərin saxlandığı yeğanə zoopark idi.
Sinqapur Zooloji Parkı
Sinqapur zooparkı (çin. 新加坡动物园; malay Taman Haiwan Singapura; tam. சிங்கப்பூர் விலங்குக் காட்சிச்சாலை), также как Manday zooparkı, adı ilə tanınan, 28 hektarlıq qoruyucu ərazi. Zoopark su anbarı sahilində yerləşib, ətraf ərazi sıx meşə ilə əhatə olunub. Zooparkın tikintisinə 9 milyon dollar pul xərclənib. Açılış 27 iyun 1973-cü ildə baş tutmuşdur. Zoparkda 315 heyvan növü, onlardan 16 % nəsli kəsilmək üzrədir. Zooparkı il ərzində 1,6 milyon əhali ziyarət edir. Zooparkı ilk fəaliyyəti zamanı ənənəvi hal gözə çarpırdı- heyvanları açıq qəfəslərdə və şüşə ara kəsmələrdə nümayiş etdirmək. 1977-ci ildə məşhur primatoloq Fransin Niqo on səkkiz oranqutan ilə qəfəsdə altı ay birgə yaşamışdı.
Beynəlxalq Zooloji Nomenklatura Kodu
Beynəlxalq Zooloji Nomenklatura Kodu (İngilis dili; International Code of Zoological Nomenclature, ICZN) heyvan kimi qəbul edilən orqanizmlərin rəsmi adlandırma qaydalarını təyin edən zoologiya sahəsində geniş yayılmış bir nomenklaturadır. Qaydalar əsasən aşağıdakıları tənzimləyir: Binominal nomenklatura daxilində adları necə düzgün təyin etmənin mümkünlüyü; Müxtəlif adlar arasındakı ziddiyyətlər zamanı hansı adın istifadə ediləcəyinin seçilməsi; Elmi ədəbiyyatda hansı adlardan istifadə ediləcəyinin müəyyənləşdirilməsi.