London Zooloji Parkı

London zooparkı (ing. London Zoo) — İngiltərənin paytaxtı London şəhərində yerləşən zooloji park. Dünyanın ilk və ən qədim zooparkı hesab olunur.

London zooparkı
Açılma tarixi27 aprel 1828
Heyvanların sayı19.178
Növlərin sayı806
Üzv olduğu qurumlarBritaniya və İrlandiya Zooparklar və Akvariumlar Assosasiyası
Avropa Zooparklar və Akvariumlar Assosasiyası
Dünya Zooparklar və Akvariumlar Assosasiyası
Saytwww.zsl.org
Zooloji park 1828-ci ildə çəkilmiş şəkli

London zooparkı 27 aprel 1828-ci ildə açılmışdır.[1] İlk açıldığında bura gətirilən növlərin elmi təcrübələrdə istifadə olunması planlaşdırılmışdı. Amma 1847-ci ildə xalqa açılmışdır.[2] Hazırda 806 növdə olan 19.178 heyvanla Böyük Britaniyanın ən böyük zooparkıdır. London Zooloji Parkı 1980-ci illərdə maddi sıxıntı keçirməyə başlamışdır. 1991-ci ildə parkın bağlanması xəbəri yayılmışdır. Amma London Zooparkı vombat, Tasmaniya şeytanı kimi növlərin saxlandığı yeğanə zoopark idi. Bu səbəbdən ziyarətçilərin verdiyi dəstəklə qurum bağlanma təhlükəsindən yan keçmişdir. Zooparkda qorillalar Afrika quşları, kəpənəklər, balıqlar üçün ayrı-ayrı bölümlər açılmışdır. 1826-cı ildə qurulan London Zooloji Qurumu tərəfindən idarə olunur. Regent parkının şimalındadır. Qurum fil və kərgədan kimi heyvanların da saxlandığı Bedfordşirdəki Uipsneyd Zooloji Parkına sahibdir.

Zooloji parkda ilk sürünən evi 1849-cu ildə, ilk akvarium 1853-cü ildə, ilk böcək evi 1881-ci ildə açılmışdır.

Zooloji parka 274 nömrəli marşrut xidmət verir.

Sinif Növ sayı Heyvan sayı
Məməlilər 70 580
Quşlar 119 613
Sürünənlər 81 296
Suda-quruda yaşayanlar 25 587
Balıqlar 281 6091
Onurğasızlar 230 11021
Cəmi 806 19178[3]
  1. "Arxivlənmiş surət". 2008-02-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-01.
  2. "Arxivlənmiş surət". 2018-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-01.
  3. "Arxivlənmiş surət". 2014-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-01.